Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da ordumuza ciddi dəstək verdiyi, əsgərlərimiz, dövlətimizlə həmrəylik sərgilədiyi müşahidə edilməkdədir.
Moderator.az xəbər verir
ki, şanlı Azərbaycan ordusuna daha bir dəstək Odessa azərbaycanlıları və Ukrayna
Azərbaycanlıları Konqresinun Odessa Vilayət Təşkilatı tərəfindən göstərilib. Odessadakı
soydaşlarımızın yığdığı vəsait hesabına alınan ərzaq və qeyri-ərzaq məhsulları
ordumuza təqdim edilib.
Kampaniya ilə bağlı
maraqlı nüanslardan biri də orduya dəstək kampaniyasında azyaşlıların da həvəslə
iştirakı ilə bağlıdır. Belə ki, kampaniya əsnasında Azərbaycan ordusu ilə həmrəylıik
sərgiləyən soydaşlarımızdan biri də 9 yaşlı Əlimurad Tağıyev olub. Hansı ki, bu
faktın özü uşaqlı-böyüklü xaricdəki bütün soydaşlarımızın Azərbaycan ordusunun,
Azərbaycan dövlətinin yanında olduğunu göstərir.
Odessa azərbaycanlılarının
orduya dəstəyini əks etdirən bəzi fotoları oxucularımıza təqdim edirik.
Seymur ƏLİYEV