Xəbər lenti
02/12/2020 [01:07]:
Qabığından tutmuş tumuna kimi faydalı olan möcüzə: Nar "Viaqra"nı əvəz edə bilər...
02/12/2020 [01:03]:
Damarları tıxayan, ürəyi öldürən... - Pis xolesterinlə necə mübarizə aparmalı?
02/12/2020 [00:57]:
İŞİD Əkrəm İmamoğlunu öldürməklə hədələdi
02/12/2020 [00:56]:
Türkiyədə COVID-19 peyvəndinin tətbiqinə başlanılır
02/12/2020 [00:54]:
Pentaqon Azərbaycan Ordusunun Qarabağdakı uğurlu döyüşü təcrübəsini öyrənir...
02/12/2020 [00:12]:
İŞİD Əkrəm İmamoğlunu öldürmək istədi
01/12/2020 [22:48]:
Qadın bələdiyyə sədrindən ibrətamiz addım - Əlli aztəminatlı ailəyə qurban payı verdi...
01/12/2020 [22:42]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
01/12/2020 [22:41]:
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladılıb, yaralananlar var
01/12/2020 [21:57]:
“NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib
01/12/2020 [21:55]:
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı komitədən AÇIQLAMA
01/12/2020 [21:19]:
İrəvanda növbəti aksiya: Saxlanılanlar var
01/12/2020 [21:14]:
"Vətənpərvərliklə bağlı yazdığım 3 mahnı var ki, onlardan birini Almaxanım Əhmədli ifa edib"
01/12/2020 [21:09]:
Azadlıq meydanı Qələbə paradına hazırlaşır - FOTO
01/12/2020 [21:01]:
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi - FOTO
01/12/2020 [21:00]:
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqlənib
01/12/2020 [20:46]:
Ayrı-ayrı ərazilərin işğaldan azad olunmasına görə medalların Əsasnamələri qəbul edildi
01/12/2020 [20:38]:
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
01/12/2020 [20:30]:
“Mikoyan Moskvada Zod məsələsini saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirdi”
01/12/2020 [19:52]:
Mübariz Qurbanlı: “Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik”
01/12/2020 [19:40]:
Vilyam Hacıyevin həbs müddəti uzadılıb
01/12/2020 [19:39]:
Daha iki medalın statusu məlum oldu - FOTO
01/12/2020 [19:37]:
Şəhid ailələrinə 11 min, I qrup əlillərə 8800, II qrup əlillərə 6600, III qrup əlillərə 4400 manat veriləcək
01/12/2020 [19:32]:
"Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum..."
01/12/2020 [19:27]:
"Bu yırtıcı və amansız cəlladlar laçınlıların evlərinə soxularaq 28 il orada yaşayıblar”
01/12/2020 [19:20]:
"Ya tövbə deməyi bacarmalıyıq və yeni sivilizasiyaya getməliyik, ya da..." - VİDEO
01/12/2020 [19:08]:
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
01/12/2020 [19:02]:
Suqovuşan uğrunda şəhid olan müəllim
01/12/2020 [18:55]:
“Qarabağ” ordeninin statusu müəyyənləşib
01/12/2020 [18:46]:
“Zəfər” ordeninin statusu məlum oldu - FOTO
01/12/2020 [18:46]:
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
01/12/2020 [18:42]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
01/12/2020 [18:25]:
Vətən müharibəsində yüksək peşəkarlıq göstərən dəniz piyadaları geri qayıdıb - FOTO
01/12/2020 [18:19]:
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir - VİDEO
01/12/2020 [18:17]:
Laçın rayonuna dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [18:16]:
Qayalıqlara dırmaşan model suya düşdü "Təbiətin intiqamı "+FOTOLAR
01/12/2020 [18:10]:
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
01/12/2020 [18:07]:
Prezident medallarla bağlı qanunu təsdiqlədi
01/12/2020 [18:04]:
Azərbaycan əsgəri Zori Balayanın oğlunu dəhşətə gətirdi: “Anlamıram, onlar dayanmadan 8-9 saat...” - VİDEO
01/12/2020 [18:01]:
Karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlandı
01/12/2020 [17:59]:
Prezident “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzaladı
01/12/2020 [17:56]:
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək
01/12/2020 [17:53]:
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
01/12/2020 [17:53]:
ADAU-ya BP şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub
01/12/2020 [17:49]:
"Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
01/12/2020 [17:47]:
Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
01/12/2020 [17:39]:
Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
01/12/2020 [17:35]:
Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
01/12/2020 [17:34]:
"İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
01/12/2020 [17:32]:
“Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
01/12/2020 [17:31]:
Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
01/12/2020 [17:27]:
BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
01/12/2020 [17:23]:
Qələbəmizin Laçın zirvəsi...
01/12/2020 [17:21]:
Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir
01/12/2020 [17:11]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [17:10]:
Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb
01/12/2020 [17:07]:
Azərbaycan bütövdür!
01/12/2020 [16:51]:
“Anarı biabır elədim ki, əgər qisasın var idisə, heç dəfn mərasiminə də gəlməyəydin...”
01/12/2020 [16:45]:
Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı
01/12/2020 [16:22]:
“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi - VİDEO
01/12/2020 [16:14]:
Laçının səhiyyə müəssisələrinin sayı AÇIQLANDI
01/12/2020 [16:11]:
"Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı"
01/12/2020 [16:09]:
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
01/12/2020 [16:08]:
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
01/12/2020 [16:01]:
"Çox təəssüf ki, Azərbaycanda olmamışam, amma özümü sizlərdən biri bilirəm" -FOTOLAR
01/12/2020 [15:51]:
Qarabağı kim minalayıb?
01/12/2020 [15:50]:
Laçın küçəsinə gündüz saatlarında  Azərbaycan bayrağı sancıldı...-FOTO
01/12/2020 [15:44]:
İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq
01/12/2020 [15:41]:
Paşinyanın blokundan daha bir deputat çıxdı
01/12/2020 [15:29]:
Açıq havada tibbi maskadan istifadə virusdan necə qoruyur?
01/12/2020 [15:26]:
“Hələ ki, cismim əyilməyib, əzrailə canımı vermərəm...”
01/12/2020 [15:16]:
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı
01/12/2020 [14:57]:
"Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır"
01/12/2020 [14:56]:
Melania Trump sonuncu dəfə Ağ Evin Milad dekorunu nümayiş etdirdi - FOTOLAR
01/12/2020 [14:52]:
“44 günlük Vətən Müharibəsində ordumuz bir dəfə də olsun bir santimetr geri çəkilmədi”
01/12/2020 [14:47]:
Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı
01/12/2020 [14:30]:
Pandemiya dövründə məhkəmə fəaliyyəti müzakirə olunub
01/12/2020 [14:29]:
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
01/12/2020 [14:16]:
Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
01/12/2020 [14:13]:
“Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın...” - FOTOLAR
Bütün arxiv bir sırada
22/10/2020 [18:32] - Maraqlı - ( 2513 dəfə baxılıb)

Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu



Bu gün böyük şair Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin doğum günüdür. 

Moderator.az kulis.az-a iatinadən onunla bağlı maraqlı faktları təqdim edir.

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, elə həmin il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur.

Onun müəllimi - dahi bəstəkar, Konservatoriyanın rektoru Üzeyir bəy Hacıbəyli olub. Xanəndə Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan kabinənin fəaliyyətində də gənc Ərtoğrul böyük həvəslə çalışır. O, Bülbül ilə Azərbaycanın bir sıra rayonlarına folklor toplamaq üçün ekspedisiyalarda iştirak edir.

Ərtoğrul qələmini dramaturgiya və poeziya sahəsində də sınayaraq xeyli uğurlu əsərlər yaradıb. O, 200-dən çox el havalarını nota köçürmüş, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, öz yaradıcılığında onlardan qidalanmış, gözəl əsərlər yaratmışdır.

İlk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya” olub. Skripka ilə fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N.Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, T.Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələyib.

Ərtoğrulun özünün pianinosu olmayıb. Konservatoriyada dərs deyən vaxt həmişə boş otaq axtarar, harda pianino olsa gedib çalarmış. Onun həmçinin gözəl rəssamlıq qabiliyyəti olub. Şekspirin, Bethovenin şəkillərini çəkib. Ərtoğrul həm də çox yaxşı şahmatçı olub.

1937-ci ildə Hüseyn Cavid repressiyaya məruz qalaraq sürgün olunur. Onun ailəsini yaşadığı mənzildən çıxarıb, Sovetskidə bir neçə ailənin yaşadığı qapısız, pəncərəsiz evdə yerləşdirirlər. Qohumların, dostların da çoxunun üz çevirdiyi o ağır illərdə Müşkinaz xanım tikiş maşını ilə ailəsini dolandırır. Cavid əfəndi gedərkən anasını və qızını Ərtoğrula tapşırır.

1942-ci illərdə konservatoriyanın əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılır. Lakin, "xalq düşməni”nin oğlu olduğu üçün o, cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilir.

Ərtoğrul anasından və bacısından narahat idi. Ümid yeri olan müəllimi Üzeyir bəyə 1942-ci ilin 25 fevralında məktub yazır: "Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.

Məktubu alan Üzeyir bəy lazımi yerlərə zəng edir. Bundan sonra Turan xanımı Radio Verilişləri Komitəsinə, Müşkinaz xanımı "Klara Setkin” adına tikiş artelində işə götürülür. Bütün bunlardan məlumatsız olan Ərtoğrul Cavid martın 15-də yenidən müəlliminə yazır:

"Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu - hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən də. Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır; səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim”.

"Xalq düşmənləri”nin oğulları ən ağır işlərdə çalışdırılır. Tunel tikintiləri Ərtoğrulun da sağlamlığını əlindən alır. O, vərəm xəstəliyinə tutulur. Tiflis hospitalına gətirilsə də tərxis olunmağı ləngidilir. Vərəmin ağrıları isə getdikcə şiddətlənir. Anası Müşkinaz xanım oğlunun xəbərini eşidəndən sonra çətinliklə Tiflisə, onun yanına gedə bilir. Həmin ərəfədə isə onun vəziyyəti daha da ağırlaşır.

Onun Bülbülə yazdığı son məktublarının birində deyilir: Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa yol vermir. Məktubu gizli, uzandığım halda yazıram.

1943-cü ilin sentyabrında, nəhayət, Ərtoğrul ordudan tərxis edilir. Yaşamaq istəyir. Onu gündən-günə zəiflədən xəstəliklə mübarizə aparır, sabaha ümid arayırdı. Ancaq Tiflisdə vəziyyəti ağırlaşdığından onu Naxçıvana qohumlarının evinə aparırlar. Lakin, o, burada da rahatlıq tapa bilmir. Xəstəliyi şiddətlənir.

Ərtoğrulun son günləri çox ağır keçir. Ölümlə həyat arasında çırpındığı vaxtlarda yeganə istəyi anasını və bacısını görməkdi. Amma son arzusuna da çata bilmir. İyirmi dörd yaşlı Ərtoğrul Cavid 1943-cü ilin 14 noyabrında atasının taleyindən xəbərsiz Naxçıvanda vəfat edir.

Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində, atasının və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

loading...
Qabığından tutmuş tumuna kimi faydalı olan möcüzə: Nar "Viaqra"nı əvəz edə bilər...
Damarları tıxayan, ürəyi öldürən... - Pis xolesterinlə necə mübarizə aparmalı?
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi haqqında MARAQLI FAKTLAR...
101 yaşlı qadın 9 ayda 3 dəfə koronavirusa qalib gəldi - MARAQLI
Koronavirus testi verən qadın tibb işçisinə hücum etdi - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İş yoldaşlarımın çoxunu əsir götürdülər, indiyə kimi xəbər yoxdu...” - FOTOLAR
Cəmiyyət
“Bundan gözəl gün ola bilməz, Laçından çıxanda 11 yaşım var idi...” - Əməkdar artist...
Cəmiyyət
“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”
Araşdırma
Qarabağdakı 15 işləyən mədəndən 2-i hələ də ermənilərin əlindədir...-FOTOLAR
Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO

Yazar
İlham İsmayıl
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Seymur Əliyev
Bayraq: Bizi biz edən dəyər...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247