“Qarabağ tam azad olunduqdan sonra İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir…”
Oxunub: 8813
23 Oct 2020 | 11:07
“Qarabağ tam azad olunduqdan sonra İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir…”
Moderator.az redaksiyasına tanınmış və peşəkar prokurorluq əməkdaşı, Müdafiə Sənayesi Nazirliyi  Milli Aerokosmik Agentliyinin  baş hüquq məsləhətçisi, müharibə və əmək veteranı hüquq elmləri doktoru, professor Bəhram Zahidovun “Erməni separatçı və faşistlərinin gömülməsi ərəfəsində böyük  xalqıma və qüdrətli dövlətimə müasir çağırışlarım…” adlı məqaləsi daxil olub. 
Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli oxucuların müzakirəsinə buraxırıq:
“…Yaşıdlarımın taleyinə həm çox maraqlı, həm çox ziddiyyətli və həm də çox düşündürücü  tarixi bir məqam düşmüşdür. Necə deyərlər, “Tarixi-Nadiri” dəfələrlə, təkrar- təkrar oxusaq da, baş verən  proseslərdən çətinliklə baş çıxarırıq. Ancaq baş çıxarmağa və həm də düzgün nəticələrə gəlməyə məhkumuq. Ona görə ki, bir millət kimi məhv olmaqdan, tarixin səhifəsindən silinməmək üçün bu, bizə lazımdır, çox lazımdır. Yaxşı ki, dünya siyasətindən dərindən baş açan, kamil və müdrik, düzgün yol göstərən Prezidentimiz vardır. O, dünyanın ən məşhur ali məktəblərindən birində siyasi elmin incəliklərini nəinki dərindən öyrənmiş, habelə həmin ali məktəbdə tədris aparmaqla bildiklərini, öyrəndiklərini başqalarına da öyrətmə missiyasını yerinə yetirmiş böyük müəllimdir. Bütün bunlarla yanaşı, onun dövlət işlərindən, siyasi prosseslərdən dərindən baş çıxarması təkcə aldığı təhsillə yox, zənnimcə, daha çox dünya şöhrətli “hakimiyyət ustası” olan Ulu Öndərimiz Heydər Əliyev siyasi məktəbinin uğurlu yetişdirməsi olması ilə izah edilməlidir. Doxsanıncı illərdən sonra gərgin keçən proseslər bizə müəyyən həyat dərsləri, “həyat universitetləri” kimi çox şey öyrətsə də, açıq etiraf edim ki, bizim nəslin çoxu kimi mən də 27 sentyabr günlərinədək çox vaxt ümidsiz, çıxılmaz suallar içərisində təntimiş, boğulmuşam... Bütün bu işlərin sonunun necə olacağını, Qarabağ münaqişəsinin bizlərdən gələcək nəsillərə ağır bir miras kimi həlledilməz qalacağından  üzülmüşəm, qiyabi olaraq gələcək nəsillər qarşısında xəcalət hissində boğulmuşam... Fəqət, böyük siyasətçinin elmi və siyasi məktəbinin layiqli davamçısı olan İlham Əliyevin qəflətən, gözlənilmədən, amma dərindən düşünülmüş siyasi addımları, Qarabağ probleminin uğurlu həllinə ildırım sürətli hücum taktikası üstümüzdən, elə bil, ağır və bizi boğan bir yükün altından xilas olmağa doğru nəfəs verdi... Tez-tez müxtəlif səviyyələrdə Qarabağ münaqişəsinin həll edilməməsi tənəsini eşidir və bizim özümüz də bu sual ətrafında cavabı tapılmayan dərin xəyallara qərq olurduq.  Doğrudan da Qarabağ münaqişəsi, ərazilərimizin işğalı, şəhidlərimizin intiqamı kim tərəfindən, nə vaxt alınacaqdı? Nə qədər gözləmək olardı? Sən demə, böyük siyasi məktəbin uğurlu yetişdirməsi olan Prezidentimiz hər zamanın, hər məqamın yerini və vaxtını hamıdan daha dəqiq və daha səhih bilirmiş. Fürsət gözləyirmiş.... Hamımızın səbr kasamızın dolub-daşmasını gözləyirmiş... Mən reallıq hissi ilə yaşayan insanam, az-çox oxumuş, görmüş və götürmüşəm. Etiraf edim ki, 27 sentyabrdan bu günə - 23 oktyabra qədər keçən və illərə bərabər olan, az qala, bir aylıq müddətdə baş verənlərdən həm üzülmüş, həm də qürur duymuşam. Ağlayan, kövrələn adam deyiləm, mübariz və döyüşkənəm. Haqqı nahaqqa verən deyiləm, heç bir başqa iddiam da yoxdur, heç kimə yarınmaq iddiasında da deyiləm... Amma olanlara düz qiymət verməliyəm. Bir ziyalı, bir dövlət adamı kimi baş verən prosseslərə düzgün yanaşıb, düzgün də qiymət verməliyəm. Bu, mənim vicdan borcumdur… 

Açıq etiraf edim ki, Qarabağın azad ediləcəyi barədə çıxışlara 27 sentyabra qədər, çox vaxt xəyal kimi, arzu kimi baxmışam, inanmamışam... Mən dünya tarixində elə bir sərkərdə tanımıram ki, o, 30 ilə yaxın işğal altında olan, mürəkkəb relyefli bir regionu, qısa müddət ərzində namərd və yağı düşməndən belə uğurlu əməliyyatlarla azad etməyə qadir ola bilsin, onu fəth etsin. Təkcə istək, təkcə dərin intellektual düşüncə, böyük cəsarət və mərdlik deyil, həm də böyük fədakarlıq və igidlik, comərdlik və Vətən hissi, qəhrəmanlıq lazım idi ki, belə bir təkrarsız missiyanı uğurla yerinə yetirməyə nail ola biləsən. Bu qəhrəmanlıq missiyası, bu fədakarlıq və sərkərdəlik cəsarəti nə yaxşı ki, bizim prezidentimiz İlham Əliyevin taleyinə yazılmışdır... Əminəm ki, yaxın günlərdə illərlə ayrı düşdüyümüz, illərlə həsrətini çəkdiyimiz doğma Qarabağımız tezliklə, lap yaxın günlərdə, lap yaxın saatlarda geri alınacaq, əbədi olaraq bizə qaytarılacaq, yağı düşmən isə “murdar və xəstə it” kimi sərhəddən o tərəfə birdəfəlik qovulacaqdır. Hər axşam onun narahat, amma nurlu siması gözümüz önündə fədakar bir oğulun canlı obrazı kimi, hər bir narahat Vətən övladını sevindirəcək şad xəbərlər müjdəçisi kimi dinləməyə artıq vərdiş etmişik. Kaş ki, belə qələbə xəbərlərini hələ çox eşidək... Bu dərin psixoloji-mənəvi komfortun təsiri altında böyük bir kollektivin arzu və istəklərini, çoxlarını düşündürən bir sıra suallara vətəndaş mövqeyimizi, vətəndaş istəyimizi də bildirmək arzumuzu ifadə etməyə mənəvi haqqımız vardır. Bütün bu deyilənləri yekunlaşdıraraq belə mənəvi və hüquqi nəticəyə gəlirəm ki,  baş verən xilaskarlıq missiyasını xüsusi fədakarlıqla, təkrarsız cəsarət və mərdliklə yerinə yetirdiyinə görə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev, inşallah, torpaqlarımızın hər qarışı, o cümlədən Şuşa, Xankəndi, Laçın, Kəlbəcər də erməni faşist işğalından azad olunduqdan sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülməlidir. Mən çoxsaylı tərəfkeşlərim, həmrəy dostlarım adından belə bir təşəbbüslə vəsatət qaldırıram. Bu təşəbbüsün əsaslarını da hüquqi cəhətdən tam şərh edə bilərəm... Qoy, əlaqədar qurumlar mənim vəsatətimi müzakirə etsin və minlərlə həmvətənlərimin arzusunu reallığa çevirsin. Bu, onun halal haqqıdır…


“Azərbaycan-Ermənistan münaqişəsi”nin yarandığı vaxtdan etibarən, heç bir hüquqi və coğrafi əsası olmayan “Dağlıq Qarabağ” kimi qondarma adın dövriyyəyə buraxılmasını yanlış, təxribat məqsədi ilə edildiyini vurğulamaqla hesab edirəm ki, Azərbaycan dilində “böyük və ya əzəmətli bağ” mənasını ifadə edən “Qarabağ” sözünə “Dağlıq” sözünü süni sürətdə əlavə etməklə, yaradılan “Dağlıq Qarabağ” ifadəsi Azərbaycan dilinin leksikonundan birdəfəlik çıxarılmalıdır. Çünki biz coğrafi ərazi baxımından bir ad tanıyırıq ki, bu da,  aranı və dağlıq ərazini  özündə birləşdirən “Qarabağ” sözüdür. Yüzlərlə tarixi mənbə isə birmənalı şəkildə təsdiq edir ki, ermənilər Rusiya-İran müharibəsindən sonra, rus diplomatı A.S. Qriboyedovun rəhbərliyi ilə İrandan köçürülmüş və həmin vaxta qədər Qarabağın daimi sakinləri olmamışlar. Qarabağda  boşeviklərin “parçala, hökm et” ideologiyasına xidmət edərək onu gələcəkdə separatizm yuvası kimi süni sürətdə yaratmışlar. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə 7 iyul 1923-cü il tarixdə dekret verilmiş, 16 iyun 1981-ci ildə isə Azərbaycan SSR-nin müvafiq Qanunu qəbul edilmişdir. Buna baxmayaraq dünyanın ən qüdrətli imperiyalarından biri olan keçmiş SSRİ-nin ən yüksək statuslu qanunverici orqanı olan SSR Ali Soveti 1989-cu ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətini bir muxtariyyət kimi hüquqi cəhətdən ləğv etmişdir. Eyni zamanda vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətini təsis etmiş Azərbaycan Respublikasının Qanunverici Orqanı – Ali Soveti 26 noyabr 1991-ci il tarxli Qanunu ilə “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni inzibati ərazi vahidi kimi ləğv etmiş, onun ərazisi Xocəvənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülmüşdür. Beləliklə də həmin vaxtdan etibarən, yəni təxminən otuz ildən çoxdur ki, Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, o artıq tarixə çevrilmişdir, mövcud deyildir. Buna görə də bir hüquqşünas kimi, ermənilərin arzu etdikləri kimi “Dağlıq Qarabağ” müstəqil subyekt olaraq nə münaqişənin, nə də münasibətlərin iştirakçısı ola bilməz. O, artıq tarixin səhifəsindən birdəfəlik silinmişdir və  yalnız erməni xəyallarının uğursuz istəyi  ola bilər. Bütün bunlara görə də “Dağlıq Qarabağ” istilahını, ifadəsini bir daha işlətməməyinizi Sizdən rica edirəm. Bu ifadənin işlədilməsi erməniləri şərəfləndirmiş olardı...

Cənab Prezidentimiz! Siz öz çıxışlarınızda dəfələrlə xüsusi olaraq qeyd etmisiniz ki, müasir Ermənistan, onun paytaxtı olan İrəvan şəhəri qədim Azərbaycan torpağıdır və müəyyən tarixi məqamlarda zor gücünə ermənilərə bəxşiş edilmişdir. Bütün tarixi mənbələr, rəsmi sənədlər həqiqətən də təsdiq edir ki, Türkmənçay sülh müqaviləsindən sonra, azərbaycanlıların daimi  yaşadığı İrəvan və Naxçıvan xanlıqları Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir. Yeni ərazilərdə öz mövqeyini xristian erməniləri hesabına möhkəmləndirmək üçün Rus çarı  - Birinci Nikolayın 21 mart 1828-ci il tarixli əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində müvəqqəti “erməni vilayəti” yaradılmışdır. Qədim və tarixi Azərbaycan şəhəri olan - İrəvan şəhəri ermənilərə paytaxt olaraq “hədiyyə” edilmişdir. Bu məqsədlə İranın Marağa şəhərindən 40 min erməni İrəvana, 40 min erməni isə Qarabağa köçürülmüşlər. Rusiya imperiyası dağıldıqdan sonra onun ərazisində təsis edilən qondarma Ermənistan Respublikasına paytaxt seçimi edilərkən qədim Azərbaycan şəhəri İrəvan 9 min kvadrat kilometr ərazi ilə birlikdə, bolşeviklərin ciddi səyi, ermənilərin təkidi ilə Ermənistana güzəşt edilmişdir. Təsadüfi deyil ki,  Batum müqaviləsinə əsasən Ermənistanın müstəqilliyini ilk tanıyan dövlət də elə qardaş Türkiyə olmuşdur. Nankor ermənilər bunun əvəzində artıq 105 ili tamam olacaq ki, türkləri “soyqırım”da ittiham edirlər. Halbuki, elə həmin illərdə Böyük Britaniyanın səlahiyyətli məhkəmələrinin apardığı tədqiqatların nəticəsi olaraq ermənilərə qarşı heç bir soyqırımın aparılmadığı tam təsdiq olunmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, Cənubi Qafqazda sülh və terrorun daimi dəstəkçisi olan ermənilərin bu ərazi ilə, bu regionla heç bir tarixi bağlılığı və əlaqəsi olmamışdır. Bəzi erməni tarixçiləri ermənilərin Afrikadan köçdüklərini, bir sıra Qərb tarixçiləri, o cümlədən, Azərbaycan tarixçiləri isə əsaslı şəkildə sübut etmişlər ki, ermənilər qaraçı mənşəli olmaqla, köçəri tayfa şəklində daimi hərəkətdə olmuş, sonradan Türkiyə və o cümlədən, Cənubi Qafqaza Balkandan mühacirət etmişlər. Bütün bunlar elmi səviyyədə tamamilə sübuta yetirilmiş və heç bir mübahisə yeri qalmamışdır (Bax: Р. Гусейнзаде  «Кавказ и армяне», 2013 и в 2014 гг, Х. Вердиева и Р. Гусейн-заде “Родословная” армян и их миграция на Кавказ с балкан, Баку). Məhz buna görə də hesab edirəm ki, zaman gəldikcə tarixi Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan Respublikasının bu günkü ərazisi də öz tarixi sahiblərinə - azərbaycanlılara qaytarılmalıdır. Bu isə tarixi ədalətin bərpası olardı...
 
(Davamı var)

Oxşar xəbərlər
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub