Xəbər lenti
30/11/2020 [17:40]:
Vilayət Eyvazov generala vəzifə verdi
30/11/2020 [17:37]:
Dünya ulduzları və 1xBet ilə birlikdə qazanın!
30/11/2020 [17:31]:
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb
30/11/2020 [17:30]:
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
30/11/2020 [17:01]:
Qış turizmindən süfrə suyunadək... - Həmin rayonlara ildə 5 milyard xərclənsə...
30/11/2020 [16:55]:
"Özünü "demokratiyanın beşiyi" sayan Fransa hazırda özünü DEMOKRATİYANIN QATİLİ kimi aparır"
30/11/2020 [16:52]:
"Əgər Rusiya Qarabağdakı hərbçi sayını artırsa və Fransa ilə ABŞ da kampaniyaya qoşulsa..."
30/11/2020 [16:49]:
Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi
30/11/2020 [16:42]:
"Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir"
30/11/2020 [16:37]:
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”
30/11/2020 [16:32]:
Salyanda ər-arvad dəm qazından zəhərlənib, qadın ölüb
30/11/2020 [16:19]:
Erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub
30/11/2020 [16:18]:
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
30/11/2020 [16:16]:
İlqar Rəhimov: “Qazilərimiz də abilimpiya hərəkatından faydalana biləcək” - MÜSAHİBƏ
30/11/2020 [16:11]:
Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı - FOTO/VİDEO
30/11/2020 [16:05]:
Bu gün 107 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
30/11/2020 [16:01]:
Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi - FOTO
30/11/2020 [15:58]:
Qazax sakinindən narkotik vasitə aşkar edildi - FOTO
30/11/2020 [15:55]:
Emin Hacıyev: “Hərbi qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi”
30/11/2020 [15:51]:
“Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI
30/11/2020 [15:30]:
Bakıda yüksək vəzifəyə TƏYİNAT
30/11/2020 [15:09]:
Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ
30/11/2020 [15:07]:
ANAMA ərazilərin təmizlənməsi üçün xüsusi texnika alacaq
30/11/2020 [15:07]:
“Zəng vurub dedi ki, qızımı sənə tapşırıram, ona dayaq olarsan” - Şəhid müəllimin qardaşı
30/11/2020 [15:06]:
Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO
30/11/2020 [15:05]:
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - FOTO
30/11/2020 [15:04]:
"Xalq olaraq borcumuzu yerinə yetirdik, bəs Səhiyyə Nazirliyinin, TƏBİB-in bu xalqa borcu yoxdurmu?"
30/11/2020 [15:00]:
Kəlbəcər minalardan təmizlənir? - RƏSMİ AÇIQLAMA
30/11/2020 [14:52]:
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
30/11/2020 [14:46]:
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR
30/11/2020 [14:44]:
BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb
30/11/2020 [14:37]:
Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...
30/11/2020 [13:43]:
Ağcabədidə müalicə aldıqları ünvanı tərk edən ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edildi
30/11/2020 [13:39]:
Onlar AQTA-nın İctimai Şuraya seçkilərini qeyri-legitim hesab edir... - İDDİA
30/11/2020 [13:34]:
“İşğaldan azad edilən rayonlarımıza tələsənləri çox gözəl başa düşürəm, amma..."
30/11/2020 [13:24]:
"Səhv yoldadılar, yeni qurulacaq səhiyyədə o insanların bizim aramızda yeri yoxdur..."
30/11/2020 [13:17]:
27 ölkə 173 universiteti birləşdirən Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzi ADNSU-da yerləşəcək
30/11/2020 [13:14]:
Bayrağı təhqir etdiyi üçün BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA
30/11/2020 [13:11]:
İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - RƏSMİ
30/11/2020 [13:10]:
"Pul qazanmaq xatirinə Müzəffər Ordumuzu bu qədər aşağılamaq olmaz!..”-FOTO
30/11/2020 [13:09]:
Nazirlik dekabr ayına olan hava proqnozunu açıqladı
30/11/2020 [13:06]:
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: - VİDEOREPORTAJ “Atamı cəmi doqquz il qucaqlaya bildim”
30/11/2020 [13:06]:
SDU –nun Məzunları adlarını tarixə yazdı
30/11/2020 [12:57]:
Bərdədə COVID-19 xəstələri evlərini icazəsiz tərk etdilər
30/11/2020 [12:49]:
Birinci Qarabağ Müharibəsinin “Qəqəni” ləqəbli igidi növbəti dəfə tarix yazdı - FOTO/VİDEO
30/11/2020 [12:47]:
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
30/11/2020 [12:37]:
“Gecə-gündüz Allaha yalvarırdım ki, oğlumun biri o torpaqlar uğrunda vuruşda şəhid olsun”
30/11/2020 [12:30]:
Bakıda dəhşətli qəzada ölənlər tələbə olublar - YENİLƏNİB + FOTO/VİDEO
30/11/2020 [12:24]:
Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı nəşr olunub
30/11/2020 [12:23]:
BDU tələbələrinin yazıçı Elxan Elatlı ilə görüşü keçirilib
30/11/2020 [12:21]:
Ağdaşda COVID-19 xəstələrinə cinayət işi başlanıldı - FOTO
30/11/2020 [12:18]:
Azərbaycanda kirayə qaldığı evi almaq istəyənlərin sayı bilindi - RƏSMİ
30/11/2020 [12:17]:
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEOREPORTAJ
30/11/2020 [11:55]:
Rusiya FHN Xocalıda erməni məktəbinin bərpasına başladı…-FOTO-RƏZALƏT
30/11/2020 [11:55]:
Belə getsə, Vüsalə Əlizadə rəqsi ilə Oksana Rəsulovanı geridə qoyacaq... - VİDEO
30/11/2020 [11:46]:
Hay ver mənə, cənab leytenant...
30/11/2020 [11:39]:
“Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda tədbir keçirilib
30/11/2020 [11:38]:
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb
30/11/2020 [11:25]:
Kanada xaricilərin ölkəyə giriş qadağasını uzatdı
30/11/2020 [11:24]:
“Biz hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduq”
30/11/2020 [11:17]:
Avstriya Müdafiə naziri koronavirusa yoluxdu
30/11/2020 [11:16]:
Maduro telefon nömrəsini paylaşdı: “Məni qruplarınıza əlavə edin” - VİDEO
30/11/2020 [11:13]:
Bakıda məktəb direktoru vəfat edib - FOTO
30/11/2020 [11:13]:
“Onun ən sevimli dövrü Ağdamda hərbi hissədə briqada komandiri olması idi...”
30/11/2020 [11:12]:
Əlində silah Azərbaycanı təhdid edən erməni rahib İrəvana qaçdı...
30/11/2020 [11:10]:
Bu qarla dəstəmaz alır Şuşamız, Allaha yetişir hər bir duamız...
30/11/2020 [11:09]:
Kilsədə məsuliyyətsizlik: Koronavirusdan ölmüş din xadimlərini öpmək baha başa gəldi
30/11/2020 [11:07]:
Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO
30/11/2020 [11:07]:
Co Bayden: “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır, biz oyuna qayıdırıq”
30/11/2020 [11:03]:
“Bu gün xalqımızın qarşısında duran ən vacib məsələ koronavirusla mübarizədir”
30/11/2020 [10:55]:
Evi tərk edən COVİD-19 xəstəsi saxlanıldı
30/11/2020 [10:53]:
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb
30/11/2020 [10:51]:
Astara və Masallıda yaşayış yerini tərk edən COVİD xəstələri aşkarlandı
30/11/2020 [10:49]:
Qərbi Kaspi Universitetində beynəlxalq konfrans keçirilib
30/11/2020 [10:45]:
“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib
30/11/2020 [10:37]:
"Rusiyanın Dağlıq Qarabağda ermənilərdən silahları təhvil alması davamlı sülhə xidmət edəcək"
30/11/2020 [10:32]:
BMU ingilis dilində yeni teledərslər yayımlayıb
30/11/2020 [10:24]:
Dünya bazarında neftin qiyməti
30/11/2020 [10:23]:
Oğuzda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstəsi saxlanıldı
30/11/2020 [10:21]:
Ağdamda Pənahəli xan sarayı erməni işğalından əvvəl və sonra... - FOTO
Bütün arxiv bir sırada
23/10/2020 [11:24] - Siyasət - ( 6490 dəfə baxılıb)

Rusçuluğumuzdan Türkçülüyümüzə gələn yol... - Nəsiman Yaqublunun yazısı



Böyük mütəfəkkir Üzeyir Hacıbəyli yazırdı:”Vətənimiz olan Qafqaz Rusiyaya ilhaq olunandan bəridir ki, “ruslaşdırılmaq” amali- nifrətəngizi üçün bir meydan olub get-gedə öz-özlüyünü itirməkdə idi.Ölkənin tərəqqi və təməddün üçün təbii olan yolları kəmali – ehtimam ilə  bağlanııb, əvəzində süni və saxta bir yol çəkilmişdi ki,onun axırı da “rusluq” adlanan kəşif bir yerə çıxırdı.Hər kəs ki. tərəqqi və təməddün arzusu ilə bu yol ilə gedirdi, axırda baxıb görürdü ki, lap “rus” olubdur.Keçmişdə onu əhatə edən şeylər və qəlbində oyanan hisslər imdi ondan ötrü yad və biganə görünürdü.Qul təbiətində olanlar, əlbəttə,özlərinin bir nəhvilə dəyişmələrinə qarşı heç bir təəccüb və ya əndurini bir etiraz etmək fikrində olmayıb, bəlkə də minnət çəkirdilər ki, “prosveşşonni”(sahibi-mərifət) adam olubdurlar.Lakin o birilər, yəni hürriyyət və azadi əfkara mayil olanlar isə  bu kimi qaidələrə təəccüb və heyrət ilə baxıb xoşlanmıyırdılar və bu əhvalatı təhti – intiqada alıb nəticədə mərifət və mədəniyyət əvəzində şübhəli bir şey görürdülər ki, bu da “rusluqdan” ibarət idi.Ruslandırılanlar ruslaşdırmalar ilə bir yerdə  bəzilərinin bu fikrini duyub və tərəddüdlərini müşahidə edib, haman  dəm onları şaşırtmaq  və gələcək əfkar və hərəkati – hürriyyətpərvarənənin qabağını kəsmək üçün hər bir növ vasitələr ilə inandırmaq istəyirdilər ki, bu rusluğun əhali üçün böyük nəfi vardır”(Bax:Ü.Hacıbəyli, “Kim nə haydadır?”.,“İrşad” qəzeti,12 dekabr 1906, N283).
      
Sonra Ü.Hacıbəyli daha qorxunc məqamları açıqlayırdı:”Çünki mədəni olmaq ilə “rus” olmağın arasında asimani-zəmin təvafüt olduğu aşikardır.Vəhşi bir zülusu rus etmək olar, amma o genə öz vəhşiliyində qalar”.
       
Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra ilk atdığı addımlar həqiqətən “ruslaşdırmaq” siyasətinin aparılması oldu.İlk öncə rus məktəbləri açıb azərbaycanlıları orada oxutmağa və öz siyasəti üçün dayaqlar yaratmağa başladı.Bu məktəblər təbii ki, o zamana qədər mövcud olan mollaxana və mədrəsələrdən olduqca müasir idi və savadlar insanlar yetişdirirdi.Lakin eyni zamanda “ruspərəstlər” nəsli də məhz bu məktəblərdə formalaşırdı.
   
Təbiidir ki, rus dilində təhsil almaqla “ruspərəst” və “rus düşüncəli” olmaq arasında böyük fərq vardır.Rus dilini öyrənməklə o dövrdə böyük və zəngin bilgilər əldə etmək mümkün olurdu.Sovet rejimi dövründə də belə oldu.Rus dilində təhsil alıb milli mədəniyyətimizi, elmimizi inkişaf etdirən çoxlu sayda insanlarımızın adını çəkmək mümkündür.Elə böyük şəxsiyyətlərimiz olan M.Ə.Rəsulzadə, Ə.Hüseyinzadə, Ə.Ağaoğlu(sonradan Fransada oxumuş), F.Xoyski, Ə.M.Topçubaşov, N.Yusifbəyli, H.Ağayev, X.Xasməmmədov və digərləri  Moskva, Peterburq  kimi universitetlərdə  rus dilində təhsil alsalar da, milli mədəniyyətə və milli ruha bağlılıqlarını  unutmamış və millətimizin inkişafına böyük faydalar vermişdilər.H.Zərdabi Moskvada rus dilində təhsil alsa da  bütün imkanlarını sərf edib ana  dilimizdə 1875-ci ildə ilk qəzet olan “Əkinçi”ni yaratmışdı. M.Şahtaxtinski rus təhsili alsa da, imkan düşən kimi  öz evini satıb Tiflisdə mətbəə alaraq “Şərqi Rus” qəzetini açmışdı.Yaxud böyük mütəfəkkir Ü.Hacıbəyli Qori Müəllimlər seminariyasında rus dilində təhsil alsa da, ilk operamızı yaradıb musiqi tariximizə əvəzsiz töhfələr vermişdir.Yaxud ilk Xalq Cümhuriyyətimizi yaradanların əksəriyyəti rus təhsilli olmalarına baxmayaraq vətən sevgilərini yaşadaraq  dönüb  “rusbaşlı” olmamışlar.
    
Çağdaş Azərbaycan gerçəkliyində “rusbaşlı” problemini təəssüflər ki, yaşamaqdayıq(bu sətirlərin müəllifi də Rusiyada təhsil almışdır, lakin öz dil və kültürümüzü hər zaman yüksəkdə tutmağı bacarmışıq). Ana dilində danışmağı az qala həqarət hesab edənlər tədricən türkçülüyümüzə qayıtsalar daha yaxşı olar.Rusu da öyrən, rus mədəniyyətini də qavra, lakin  türk düşüncənə  sahib olmağı bacar.Bu gün Qarabağ savaşının getdiyi bir zamanda doğma Türkiyəmizin hər sahədə bizə dəstək olduğunu görüb də türkçülük ruhuna qayıt və bu mədəniyyət sistemini yaşat!Böyük türkçü alim Ziya Göyalp yazırdı:”Milli kültürə sahib olmadan ümumbəşəri mədəniyyət sisteminə daxil olmaq qeyri mümkündür”.

loading...
Qış turizmindən süfrə suyunadək... - Həmin rayonlara ildə 5 milyard xərclənsə...
"Səhv yoldadılar, yeni qurulacaq səhiyyədə o insanların bizim aramızda yeri yoxdur..."
Co Bayden: “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır, biz oyuna qayıdırıq”
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
Müdafiə Nazirliyi Kəlbəcərə və İstisu sanatoroyasına gedən yolun görüntülərini yaydı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”
Cəmiyyət
“Zəng vurub dedi ki, qızımı sənə tapşırıram, ona dayaq olarsan” - Şəhid müəllimin qardaşı
Gündəm
"Pul qazanmaq xatirinə Müzəffər Ordumuzu bu qədər aşağılamaq olmaz!..”-FOTO
Hadisə
Əlində silah Azərbaycanı təhdid edən erməni rahib İrəvana qaçdı...
Cəmiyyət
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247