Tovuzdan Şuşaya uzanan yol yeni geosiyasi düzən yaratdı
Oxunub: 4863
23 Oct 2020 | 12:23
Tovuzdan Şuşaya uzanan yol yeni geosiyasi düzən yaratdı
Bu gün dünyada geosiyasi reallıqların dəyişməsini müşahidə etməkdəyik. Qlobal güc mərkəzlərinin toqquşduğu coğrafi məkanlarda yeni aktorların “ayaq səsləri” Cənubi Qafaqazda da hiss olunur. Cənubi Qafqazda geostrateji mövqeyi, iqtisadi-siyasi güc mərkəzi kimi rola malik olan Azərbaycanı zəiflətməyi, asılı vəziyyətdə saxlamağı, bu bölgəyə marağı olan imperialist qüvvələr tərəfindən tarixən “inşa etdikləri” Ermənistan vasitəsi ilə həyata keçirilib. 30 ilə yaxın bir dövrdə dolayısı və açıq şəkildə böyük dövlətlər tərəfindən yardım edilən Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlamaqla yanaşı, Azərbaycan xalqına məxsus olan tarixi abidələri, məscidləri, binaları, bir sözlə min illərlə torpağın üzərində qurulan, inşa edilən nə varsa hamısını yerlə bir etmişdir. İşğaldan azad olunan ərazilərdən dağılmış şəhərlərin, tarixi abidələrin görüntüləri beynəlxalq konvensiyaların, hüququn işləmədiyi dövrlərin müharibə cinayətləri ilə müqayisədə daha dəhşətli mənzərə yaradır. Bütün bu cinayətlərin fövqündə cəzasız vəziyyətdə özünü rahat hiss edən Ermənistan yeni ərazi iddiaları ilə 14 iyun 2020-ci ildə Tovuz rayonu istiqamətdə hucuma keçmişdir.

Bu hadisədən sonra Azərbaycan Prezidenti və Ali Baş Komandanı tərəfindən Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verildi. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda olan Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində növbəti hərbi təxribat törətməsi və layiqli cavabını alması geosiyasi proseslərə ciddi təsir etdi. Bütün bu hadisələr onu göstərir ki, rəsmi İrəvanın bu riskli və təhlükəli addımının arxasında böyük dövlətlərin geosiyasi və geoiqtisadi maraqları dayanır. BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çıxardığı qətnamələr və ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımların səmərəsizliyi, yenidən təcavüzkar dövlətin “böyük oyunlarda” “sərxoş oyunçu” təssüratı yaradır. Çünki Ermənistan dövləti məqsədə çatmaq üçün hansı yolu seçmək lazım olduğu konseptindən çox uzaqdır. Ermənistanın Azərbaycana qarşı son təcavüzkar addımlarını ciddi şəkildə düşünsək və effektiv nəticəyə varsaq, o zaman bizə reallığın sadələşdirilmiş xəritəsi aydın olar. Məsələn, Türkiyəyə və Avropaya gedən enerji marşrutlarının üstündə yerləşən Tovuz rayonuna qarşı Ermənistan tərəfinin böyük iddialara düşməsi və ya bu “təxribatlara zorlanması” böyük geosiyasi oyunlarda qırmızı xəttin keçilməsi idi. Məhz bu baxımdan bu əraziyə ermənilərin hərbi nəzarətini təmin etməklə öz siyasi və geosiyasi şərtlərini irəli sürəcəyində israrlı olan dövlətlərə bir tərəfdən Azərbaycan Respublikasının Ali Baş Komandanının hadisələri milli maraqlara uyğunlaşdırmaq qabiliyyəti və strateq düşüncəsi ilə, digər tərəfdən müasir silah

və döyüş qabiliyyəti yüksək olan Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə vuruldu. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu təxribatın arxasında kimlərin durduğunu bilirik” fikrini bəyan etməsində sətiraltı məna Tovuza qarşı aparılan əməliyyatların arxasında olan qüvvələrin planlarının deşifrə edilməsi idi. Faktiki olaraq, Tovuz hadisələrinin böyük geosiyasi-hərbi təxribatla əlaqəli olması şübhə doğurmur. Maraqlıdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıq etiraf etdi ki, təxribatı “Ermənistan törədib və buna görə məsuliyyət daşıyır”. Hadisələrin inkişafı onu göstərir ki, Rusiya Cənubi Qafqazda geosiyasi mövqeyində korrektələr etmək məcburiyyətindədir.

“Sərxoş oyunçu” kimi özünü aparan Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-dən Tovuz hadisələrinə müdaxilə etməsini xahiş etdi. Münaqişə zonasından yüz kilometrlərlə uzaqda olan coğrafi məkanda fəallaşmaq niyyətini və bu məsələdə onun himayədarlarının təhrikedici rolunu analiz etmək imkanlarını itirən Ermənistanın baş naziri Nikol Paşinyan vacib olanla vacib olmayanı fərqləndirmədən KTMT-yə üz tutdu və rədd cavabı aldı. KTMT-ni Ermənistanın təcavüzkar siyasətinin girovuna çevirmək istəyən Nikol Paşinyan Azərbaycanın bu təşkilatda olan dövlətlərlə ikitərəfli münasibətlərin hansı səviyyədə olmasını unutmuşdu.

Bir tərəfdən Azərbaycanın regionda baş verən geosiyasi proseslərdə aktiv rol alır, digər tərəfdən mövcud şərtləri diktə edən reallıqların formalaşmasında yaxından iştirak edir. Azərbaycanın regionda baş verən yeni geosiyasi proseslərdə fəal rol almasını şərtləndirən amillərdən biri geostrateji məqsədlərə nail olmasıdırsa, digəri Ermənistan və ona havadarlıq edən ölkələrlə birlikdə işğal altında saxladığı ərazilərdən Azərbaycana qarşı provaktiv məqsədlərin həyata keçirilməsinə qarşı Türkiyənin qətiyyətli mövqeyidir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 30 ilə yaxın müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı işğalçını durduran konkret proqramları olsaydı, Tovuz təxribatına ciddi və dərhal reaksiya verməli idi, lakin bu baş vermədi. Ermənistan rəhbərliyinin növbəti hərbi avantürası- həmsədrlərin işğala məruz qalanla işğalçı arasında “bərabərlik” işarəsinin qoyulması və qeyri-obyektiv davranışlarının nəticəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli prosesində Minsk qrupunun vasitəçilik missiyasının böhran keçirməsi nəticəsində Tovuz hadisələrindən yaranan gərginlik aradan qalxmamış, 27 sentyabr 2020-ci ildə Ermənistan rəhbərliyi Tərtər şəhərində dinc əhalini atəşə tutmaq haqqında göstəriş verdi.

Azərbaycan Respublikası Ali Baş Komandanından əks hucum əməliyyatına başlamaq əmri alan Azərbaycan Ordusu tərəfindən cəbhədə növbəti dəfə təxribatlar törədən və hücuma cəhd göstərən işğalçı orduya sarsıdıcı zərbələr

endirildi və ərazi bütövlüyümüzü təmin etmək üçün əks-hücum əməliyyatı keçirildi. Ermənistanı sülhə məcbur etmə prosesi başladı və artıq Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının ilk günlərindən Murov yüksəkliyində, Ağdərənin bir sıra kəndlərində, Suqovuşanda, Cəbrayılın mərkəzində, Hadrutda, Füzuli, Zəngilan rayonlarında və kəndlərində Azərbaycan bayrağı dalğalanmaqda davam edir.

Azərbaycanın sülhə məcbur etmə əməliyyatına Minsk qrupunun həmsədri olan Faransa prezidenti Emmanuel Makron üzvü olduğu qurumun prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli mövqe nümayiş etdirmişdi. Azərbaycan tərəfindən Fransanın beynəlxalq qanunlara, Minsk qrupunun prinsiplərinə zidd açıqlamasına rəsmi Bakı tərəfindən ciddi etirazlar onu göstərdi ki, Minsk qrupu münaqişəni həll etmək iqtidarında deyil və başqa vasitəçilərin prosesə müdaxiləsi zəruridir. Məhz bu baxımdan Minsk qrupunun digər həmsədr ölkələri Rusiya və ABŞ-ın Cənubi Qafqazda geosiyasi proseslərə bundan sonra hansı təsirləri göstərə biləcəkləri Azərbaycanın mövqeyindən asılı olacaq. Çünki Azərbaycan Cənubi Qafqaz regionunda geosiyasi proseslərin inkişafında mühüm aktordu. Digər tərəfdən Minsk qrupunda həmsədr olan dövlətlər, qlobal miqyasda geosiyasi nüfuz uğrunda fəal mübarizə aparan ölkələrdir. Onların Ermənistana münasibətlərində də müəyyən kəsişən məqamlar mövcuddur. Hər üç həmsədr ölkə açıq və dolayı yolla Ermənistanı dəstəkləyir. Məsələn, 1997-ci ildə Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. O zaman Dövlət Dumasının qapalı iclasında general Lev Roxlin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzəsində bildirmişdi ki, “yeni silahlar Ermənistana göndərilir”. Sənədlərdə yazılır ki, “həmin silahlar ucuz qiymətə silinir”. Bu prosesə Ermənistan müdafiə nazirinin xarici hərbi əlaqələr üzrə müavini, general-mayor A.Stepanyan rəhbərlik edirmiş. Azərbaycan Rusiyanın Ermənistana silah verməsi ilə bağlı narahatlığını Moskvaya dəfələrlə bildirməsinə baxmayaraq, Kreml tam laqeyd münasibət göstərmişdi. Onu da qeyd edək ki, bu silahlar 1993-cü ildən etibarən göndərilməyə başlamışdı. General L.Roxlinə gəldikdə isə, o, 3 iyul 1998-ci ildə Moskva yaxınlığındakı bağ evində müəmmalı şəkildə qətlə yetirildi”...

O dövrdən Ermənistanın əvəzi ödənilmədən (havayı) silahlandırılması bu gün II Qarabağ savaşında açıq-aydın hiss olunur. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdiyi kimi: “kasıb Ermənistanın bu qədər silah-sursat almağa pulu hardandı?”

Amerika əsas olaraq maliyyə və diplomatiya sahəsində İrəvana himayədarlıq edir. N.Paşinyanın hakimiyyətə gətirilməsində “narıncı inqilabların” maliyyə donoru olan Corc Sorosun və ABŞ-ın rolu danılmazdır. Münaqişənin həllində gizli siyasi,

iqtisadi və hərbi texniki alətlərlə Ermənistana dəstək verən Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində necə ədalətli, qərəzsiz və tərəfsiz ola bilər?

Digər geosiyasi aspekt Türkiyənin regionda fəallığı ilə bağlıdır. Türkiyə vətən müharibəsində birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bunu rəsmi Ankara konkret əməldə də göstərdi. Azərbaycana lazım olan dəstək siyasi və diplomatik kanallarla göstərildi. Türkiyə Prezidenti Rusiya rəhbərliyi ilə vəziyyəti açıq müzakirə etdi və sabitliyin təmini ilə bağlı ortaq qənaət əldə edildi. Rusiya ilk dəfə etiraf etdi ki, Cənubi Qafqazda Türkiyənin maraqlarının olduğunu qəbul edir. Bu, ciddi siyasi-diplomatik uğur idi.

Azərbaycan Respublikasının Prezidenti Türkiyənin Cənubi Qafqazdakı roluna kifayət qədər önəm verərək qeyd edir ki, “Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarınının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük imkanlara malikdir. Bu siyasi imkanlar nəticəsində onlar həmin ölkələrin vəzifəli şəxslərinə təsir göstərirlər. Bu nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın? Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu reallıqdır. Bununla hesablaşmaq lazımdır”.

Minsk qrupunun həmsədr ölkəsindən biri olan Rusiyanın təşəbbüsü ilə Moskva danışıqlarında “humanitar atəşkəslə” bağlı razılaşmadan bir neçə saat sonra Ermənistan ərazisindən Azərbaycanın ikinci şəhəri olan Gəncədə dinc əhaliyə qarşı gecə saatlarında ballistik raketlə zərbələr endirməklə Cenevrə və Nürnberq konvensiyalarını kobud şəkildə pozaraq insanların ölümü və yaralanması ilə nəticələnən terror aktı həyata keçirildi. Dünya dövlətlərindən bir çox ölkələrin bu hadisəyə səssiz qalması Ermənistanın yenidən Gəncə şəhərində daha böyük miqyasda terror aktı həyata keçirməsinə zəmin yaratdı. İkinci dəfə Ermənistan dincə əhaliyə qarşı qadağan olunmuş ballistik raketlərdən istifadə etməklə Gəncə şəhərində insanlar gecə evlərində yatdığı yerdə terror aktı törətdi. Terror aktları nəticəsində uşaqlarda daxil olmaqla 64 insan həyatını itirdi, yüzlərlə insan ağır yaralandı. Lakin bu terror hadisələri Azərbaycan insanının haqlı mübarziə əzminə, iradəsinə təsir etmədi, əksinə daha böyük qələbələrə inamını artırdı.

27 sentyabrda Azərbaycanın başladığı əks hucum əməliyyatı nəticəsində Ermənistan ordusu demək olar ki darmadağın edilərək iflic vəziyyətinə salınıb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Hərbi mənbələrdən gələn xəbərlərdən, ortadakı faktlardan aydın olur ki, erməni hərbiçiləri döyüşə girmək istəmir, qorxduqlarını bildirir, onların birbaşa ölümə göndərilməsinə etiraz edir. Artıq erməni ordusunun müqavimət qabiliyyəti tam tükənib. Cəbhədə ardıcıl

məğlubiyyətdən sarsılan ermənilər bir tərəfdən də aclıq, səfalətlə üzləşib, digər tərəfdən iqtisadiyyatın çökməsi, əhalinin ciddi sosial problemlərlə üzləşməsi təbii olaraq Ermənistanda siyasi böhranı daha da dərinləşdirib.

Azərbaycan Vətən savaşını qələbə ilə yekunlaşdırdıqdan sonra milli maraqlarını rəhbər tutaraq regional güc balansını dəyişəcək, yeni dünya nizamı quruculuğunda öz sözünü deyəcək. Bu geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir vaxtda strategiyanın mərkəzində Türkiyə-Azərbaycan birliyi dayanacaq. Hədəf birinci mərhələdə ölkəmizin yeni geosiyasi vəziyyətə uyğun olaraq ərazi bütövlüyünü təmin etmək və strateji məqsədlərə nail olmaqdır. Tovuzdan başlayan “strateji yol” Azərbaycan xalqının özgüvən hissinin, tarixinin, dəyərlərinin mədəniyyət mərkəzi Şuşaya daşınması deməkdir.

Məhəmməd Cəbrayılov
fəlsəfə üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi