"Bu cür dövlətdə jurnalist, şair, Prezident, süpürgəçi də olmaq şərəfdir"
Oxunub: 2306
23 Oct 2020 | 16:15
Moderator.az xəbər verir ki, tanınmış telejurnalist, professor Qulu Məhərrəmli Modern.az-a informasiya müharibəsi dövründə mətbuatın rolu, müxtəlif sahələrin fəaliyyəti və Qarabağ müharibəsinin siyasi əsasları haqqında danışıb.

Onunla müsahibəni təqdim edirik: 


- Qulu müəllim, indi hər yerdə danışılan bir mövzu var - Qarabağ. 30 il içimizdə yığılıb qalan vətənpərvərliyimiz, həmrəyliyimiz, torpaq sevgimiz, ruh yüksəkliyimiz möhtəşəm bir dövrünü yaşayır. Biz sanki belə qələbələr qazana biləcəyimizə hələ də inanmırıq...


- Tarixin elə dönəmləri olur ki, millət sınaq qarşısında qalır. Uzun illərin susqunluğu, bizə edilən həqarətlər... Bəzən biz özümüzü də tənqid etdik, Mirzə Ələkbər Sabirdən sitatlar gətirdik. İndi elə məqamdır ki, bir qığılcımla xalqımız özünü yenidən göstərə bilir.  Bu baş verənlər uzun illərdir, millətimizin içərisində yığılıb, qalmış enerjisinin birdən-birə bu şəkil almasıdır. Əvvəla, illərdir ki, ordumuz formalaşdırılır. Bu illər ərzində hakimiyyətimiz fəaliyyətsizlikdə tənqid olunurdu. Ordunun problemləri barədə də yazılırdı. Şübhəsiz ki, bu əks-təbliğatın içərisində kənardan məqsədli şəkildə ötürülən mesajlar da var idi. Milli əksiklik kompleksi yaratmağa çalışırdılar. 2016-cı ilin aprel ayında baş verən hadisələr, bütün itkilərə baxmayaraq, son illərdə Azərbaycan ordusunun ilk hücum əməliyyatı idi. Qarşıya qoyulan məqsəd yerinə yetirildi. Cəmiyyətimizə ruh yüksəkliyi aşılandı, xalqımız “niyə o zamanlar əməliyyatlar genişləndirilmədi” deyə sorğuladı. Yalnız Lələtəpə yüksəkliyinin və bir neçə məntəqənin azad edilməsi ilə sonlandırıldı. Lakin bu il Tovuz cəbhəsində baş verən hadisələr, iyulun 14-də təşkilatsız formada insanların mitinq keçirməsi indiki hadisələrin əks-sədası idi. İnsanların oyanmış ruhu püskürdü. Hər kəs orduya getmək üçün can atırdı. Ona görə də mən hesab edirəm ki, oradakı əhval-ruhiyyə bu gün baş verənlərin əsasını qoydu. Bu zamana qədər xalqda olan inamsızlığı xüsusi olaraq təlqin edirdilər. Bizim 20-ci əsrdə Cümhuriyyət qurularkən verdiyimiz mübarizəni, hərbi əməliyyatları heç kim unutmamalıdır. Bu tək hərbi salnamələrdə qalmır, ruh ilə nəsildən-nəsilə keçir.

 

- Sizin Azərbaycan xalqının mübarizə əzmini özündə əks etdirən filminiz də var...


- Bəli, dostlarla bir film çəkdik. Mövzusu Qırmızı Ordu Azərbaycana hücum edərkən onların qarşısına çıxan 350 nəfərlik alayın hekayəsidir. Təsəvvür edib, onlar bilirdilər ki, məğlub olacaqlar, 72 minlik bir ordunun qarşısında 350 nəfərin qalib gəlməsi qeyri-mümkündür. Amma vəzifə vətənin sərhədlərini qorumaqdır. Alay məhv olur, amma iki saat döyüş aparılır. Onlar Azərbaycanın müstəqilliyinin ömrünü iki saat daha uzadırlar. Bu, tarix yazmaqdır. Cümhuriyyət dövrünün özündə belə, məsələn, erməni üsyanı, Muğanda və Qarabağda baş verən üsyanlar və s. Bunların hamısını o zamanlar  Həbib Səlimov, Səməd Bəy Mehmandarov, Əliağa Şıxlinski kimi sərkərdələrimiz yatırmışdılar.

Tarix boyu sübut etmişik ki, bu xalqın tarixində döyüşkənlik, mübarizə əzmi var, bu əzm yaşayır və daim yaşayacaq. Gəncə şəhərini bombalayırlar, iki-üç gün öncə biz də oradaydıq. İnsanları ruhlandırmağa çalışarkən onların bizdən daha yüksək əhval-ruhiyyədə olduğunu müşahidə etdim. Yaşlı bir döyüşçünün türk kanalına verdiyi müsahibədə işlətdiyi maraqlı cümlə var ki, atırıq orada şüara çevrilib: “ Biz qandan qorxmuyoruz, naborot qızışıyoruz”.

Bu onun göstəricisidir ki, millətin oyanan ruhunun qarşısında heç nə dayana bilməz. Mənə görə Ermənistan hakimiyyəti dirənməyə çalışdıqca, ordusunda böyük itki verməyə davam edir. İtirilən hərbi mühimmatlar ilə onlar daha çox dirənə bilməyəcəklər. Azərbaycan xalqının və ordusunun yenilməz ruhu qarşısında heç bir qüvvə, Ermənistan dura bilməz. Bu hadisələr tariximizə qızıl hərflərlə həkk olundu. İndi içimizdə oyanan ruh yüksəkliyi, mübarizə əzmi 350 nəfərlik qəhrəman ordunun yaddaşı, Cavad Xanın yaddaşıdır. Cavad Xanın böyük döyüşündən sonra Rusiya tarixçiləri yazırdılar ki, bundan sonra Qafqazda hamı tatarlara (azərbaycanlılara – red.) böyük məhəbbətlə baxırdılar. Bu xalqın çox döyüşkən və yenilməz olduğunu deyirdilər. İndi də itkilərimiz var, lakin Vətən, Millət hissi, düşmən qarşısında məğrur dayanış hissi ağrı-acıları üstələyir. Bu millətin ruhunun möhkəmlənməsinin təcəssümüdür.

 

- Sizcə, gələcək nəsillərə bütöv bir Azərbaycan qoya biləcəyikmi?


-  Hər bir azərbaycanlının düşüncəsinə hakim kəsilən fikirdir ki, genişlənən əks-hücum əməliyyatlarını dayandırmaq olmaz. Axıra qədər getmək və vuruşmaq lazımdır. Sonra isə əgər Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyəcəksə, istəsələr ermənilər də burada yaşaya bilərlər. Bu məsələ “cərrahi müdaxilə” ilə birdəfəlik həll olunmalıdır. Dünyada qaraqışqırıq salmalarına baxmayın. Mənim fikrimcə, bunlar yalnız görüntü yaratmaq üçündür. Hamı müharibənin səbəbini gözəl bilir. Azərbaycana rəğbəti olan dövlətlərin sayı artır. Qondarma Dağlıq Qarabağ bir qrup təcavüzkar millətin formalaşdırdığı bir qurumdur ki, bunu heç bir ölkə tanımır. Tanısa belə artıq əhəmiyyəti yoxdur. Bunları başqa bir dövlətin əli ilə Azərbaycanın üstünə qaldırmaq, insanların qürurunu əzməkdir. Onun özünü o günə salırlar ki, dünya dövlətlərinə zəng edib zəhlələrini tökür. O gün bir erməninin sosial şəbəkədə ruslara “bizə xəyanət etdiniz, ruslar sonunda ölüm olsa belə bizim üçün vuruşmalı idi, çünki biz dünyanın nadir xalqlarındanıq” kimi sözlər yazdığını gördüm. Onların yanaşması belə əxlaqsızdır. Tarixçilərdən biri ironik bir şəkildə yazmışdı ki, kim mənə X-XIX əsrə kimi bir erməni toplumu, dövləti göstərsə, mən ona bir milyon  pul hədiyyəsi verəcəm. Ermənilərin hər şeyi- tarixi, iddiaları, prinsipləri, qurduqları sistem yalandan ibarətdir. Onların bugünkü faciəsi də bu yalanlarla bağlıdır. Erməni xalqının bunları anlaya bilən hissəsi üçün hər şey ciddi tarixi dərsdir. Osmanlı tarixində də, onlar gözəl yaşayışları olduğu halda dövlətə xəyanət etdilər. 1918-1920-ci illərdə onlar ciddi şəkildə hazırlaşmışdılar. Azərbaycanın bir əsgəri belə olmadığı halda, onların 20-ə yaxın diviziyası var idi. Zəngəzurdan İrəvan Xanlığına qədər, azərbaycanlıları yaşadıqları yerlərdən qovub çıxarmışdılar.

 
- İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı Cümhuriyyət qurucularını qınamaq olarmı?


-  Bu, tamamilə əsassız bir günahlandırmadır. İndiki ordumuz o vaxt mövcud olsaydı, heç kimə güzəşt getməzdilər. Qalibiyyət, döyüş ruhu xalqımızda tarixən olub, bu da onun yeni bir formada ifadəsifdir. İtkilərimiz, dağıntılarımız çoxdur. Amma bununla yanaşı qazancımız da çoxdur. Dünya artıq Azərbaycanı yeni bir dövlət qismində görür. Azərbaycan türklərini, döyüşkən, qalib olmağa qadir, toplum kimi görür. Ordumuz dünyanın ən yaxşı döyüş aparan ordularından biri kimi çıxış edir. Ona görə də bu cür dövlətdə jurnalist, şair, Prezident, süpürgəçi də olmaq şərəfdir. Bu, birmənalı bizim ruhumuza hopur və bundan sonra görəcəyimiz işlər üçün ruhi, mənəvi bazadır.



- Artıq bu müddətdə ruh yüksəkliyimiz yarandı, torpaqlarımızı tamamilə azad etməyə çox yaxınıq. Burda Azərbaycan mediasının rolu varmı?


- Dərin təəssüf hissi ilə deməliyəm ki, bizim mediamızın artan rolu yoxdur. Mən də jurnalistəm, bugünkü medianı 1990-cı illərə qədər olan media ilə müqayisə etdikdə, sonrakı illərdə susqun və yolundan çıxarılmış bir media var. Əlbəttə bizim yaxşı jurnalistlərimiz, vicdanlı qəzetlərimiz, saytlarımız da var. Amma sayları azdır. Sistem olaraq media yox, bəzi qələm adamları, şairlər və yazıçılar bu ruhu saxladılar. Milləti, cəmiyyəti ölməyə qoymadılar. Bu çox fenomenal bir hadisədir. Son 10-15 ildə bizim mediamıza niyə o səviyyəyə yüksəlməyə imkan vermədilər? Niyə heç bir media orqanında bizə bu döyüş ruhu aşılanmırdı? Yenə qismən döyüş ruhunu təbliğ edən bir ANS telekanalı var idi, onların da başının üstünə elə bir qılınc qoydular ki, oranın da sistemi pozuldu və dəyərlərimizə hücumlar oldu. Düşünülmüş bir siyasət idi. Şou-biznes adamlarına hərbi paltar geyindirib efirə buraxmaq da yanlışdır. Bu keçmişdə qalmış bir yoldur. Döyüş ruhu yaranıbsa bunda hamının rolu var. Əlahiddə bir qurumun rolu yoxdur. Əyilməyən, dizini bükməyən insanlar kifayət edir. Bir nəfər etiraz edən varsa, milləti o təmsil edir. Mən yerli adamlardan danışıram, Toğrul Nərimanbəyovu ya da başqa görkəmli adamları nəzərdə tutmuram. Məsələn, Çingiz Hüseynov, Rəhman Bədəlov, Məmməd Aslan - belə insanlarda etirazçı ruhu var. Müxalif, ya da hakimiyyət yönümlü olmasından asılı olmayaraq, bu dəyərləri, prinsipləri saxlamaq çox önəmlidir. İçində Qarabağ, vətən işığı gəzdirən adamların burada böyük rolu oldu. Bu, mətbuatın özündən də asılı deyil. O vaxt “Qarabağ şikəstəsini verməyin, ermənilərdə qıcıq yaradır” deyən insanlar çox uzun müddət media qurumlarını yönəldənlər oldu.  Son bir ildə proseslər sürətli dəyişir. Burada xarici faktorlar, Türkiyə, geopolitika faktorları və kadr dəyişiklikləri böyük rol oynadı. Mən bu məsələlərdə sosial medianın rolunu, ənənəvi mediaya nisbətən daha yüksək qiymətləndirirəm. Çünki sosial media azad platforma kimi çıxış edir. Nə yaxşı ki, hakimiyyətdə olan ağıllı adamlar xaqın gerçək düşüncələrini buradan mənimsəməyə başladılar. Məsələn,  Amerika üçün sosial şəbəkələr elə də önəmli deyil, çünki onların mediası bu rolu oynayır. Bizim 90-cı illərdəki mediamız haradadır?


- Sizə görə informasiya müharibəsi nədir, necə aparılmalıdır?


- İndi elə hesab edirlər ki, cəbhədən xəbər vermək informasiya müharibəsidir. İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfin düşüncəsinə, psixologiyasına, siyasətinə təsir etməkdir. Bunu etməyin formaları müxtəlifidir. İndiyə qədər iki dövlət arasında münaqişə olan kimi hücum çəkənlər, artıq ölkəyə sanksiya tətbiq edirlər. Oraya maliyyə axınları dayandırılır, hökümət adamlarına müxtlif sanksiyalar etməklə başqa bir yerə getməsinə mane olurlar. 1976-cı ildə amerikalı hərbi mütəxəssis Tomas Rona “Boing” şirkəti üçün hesabat hazırlayanda ilk dəfə informasiya müharibəsi ifadəsinin işlətdi. Bu sahə ilə xüsusi mütəxəssislər məşğul olmalıdır. Baxın, qarşı tərəfin yaydığı görüntünü bizimkilər dərhal araşdırıb nə vaxt və harada çəkildiyini müəyyən edirlər. Bununla da qarşı tərəf iflic edilir. Pandemiya dövründə də çox dezinformasiyalar yayıldı. 5 il öncəki görüntülər bugünkü kimi göstərildi. Bu kiber müharibədir. Çin bu sahənin ustasıdır. Bu müharibənin məqsədi həm də qarşı tərəfdə narazılıq yaratmaqdır. Saydığım metodlara xalqı hakimiyyətə, orduya qarşı qaldırmaq istəyirlər. Əks-hücum əməliyyatları başlayanda Azərbaycanın bəzi əksikləri var idi. Yaxşı ki, biz bunları tədricən bərpa etdik. Gəncə hadisələri ilə bağlı Twitterdə böyük bir dalğa yaratdıq. Bu, böyük bir uğur idi və alqışa layiqdir. Bəzən biz də tanıdığımız görkəmli adamlara deyirik ki, bu haqda danışın və ictimai rəyə təsir edin. İnformasiya müharibəsi, bəşər tarixinin 7-ci nəsil müharibə növüdür. Ölkənin PR-ını təşkil etmək və informasiya sahəsini gücləndirmək üçün yeni texnologiyalara yiyələnməliyik. Niyə Azərbaycanda Qarabağ Elmi Mərkəzi yoxdur. Amma ermənilərin dünyanın hər yerində 70-ə yaxın Qarabağla bağlı təşkilatları var. Niyə bunlarla vaxtında məşğul olmadıq? Bizdə Qarabağ İcması  layihəsi yarandı, bazası genişləndirildi və ingilis dilini bilən adamlar gətirildi. Bunları çoxdan etmək lazım idi. Ermənilərin birinci partiyaları 1880-ci ildə yaranmağa başladı. Onlar o vaxtdan bu məsələylə məşğuldurlar. İnstitutlaşmış şəkildə olarsa, cəmiyyət bunu irəli apara bilər. Bəzən “sərhədi keçib Zəngəzura irərləyək” kimi fikirlər səsləndirilir. Bunlar təbliğat və ya informasiya müharibəsi üçün lazımdır. Azərbaycan xalqının bu iddialar üçün mənəvi haqqı var, çünki Xalq Cümhuriyyət dövründə o ərazilər Azərbaycanın tərkibində olub. Oraları bizdən Stalin və Lenin qoparıb. Bu əməlləri etməkdə əsas məqsədləri Türkiyə ilə Azərbaycanın quru sərhəddini kəsmək idi. Zəngəzuru bizdən qoparmaqla buna nail oldular. Ermənilər o torpaqları aldıqda Qarabağa və Naxçıvana iddia etməyə başladılar. Qars müqaviləsi və Nərimanovun səyləri ilə Qarabağı müdafiə etmək mümkün oldu. Bu tarixi yanlışlıqlara baxmayaraq, bu gün bizim hakimiyyətimizin heç bir yerə iddiası yoxdur. Ona görə də hazırkı dövrün reallıqları ilə belə şeylər yazmaq yersizdir. Bizim istəyimiz sadəcə işğalçı Ermənistan ordusunun torpaqlarımızdan çıxması, rədd olmasıdır.

 
- Digər sahələrdə adekvat addımlar ata bilirikmi? Məsələn, Azərbaycan elminin indiki dönəmdə fəaliyyətini necə qiymətləndirirsiniz?


- Bu dəqiqə Azərbaycan Prezidenti, ordusu, diplomatiyası vuruşur. Elmlə bağlı 12 minlik kontengenti olan Elmlər Akademiyası indi öndə olmalı idi. Lakin onlar “ölür”. Səsləri yoxdur. Akademiyanın Prezidentinə toy məsələsi ilə bağlı irad tutanda özünü “yırtırdı”. İndi niyə bir məqaləsini, bəyanatını görmürük? Hər şeyi kadrlar həll edir. Təkcə akademiya yox, intellekti imkan verən hər kəs bu məsələdə rol oynamalıdır. İnformasiya müharibəsi tək jurnalistikanı deyil, bütün sahələri əhatə edir. Beynəlxalq aləmi doğru informasiya ilə təmin etmək çox vacibdir. Hüquqi normalar çox önəmlidir. Bəzən deputatlar açıqlama verir, lakin ortada məntiqi çıxışlar, informasiya müharibəsində rol oynayacaq fikirlər yoxdur. Aktivliyə ehtiyac var. İndi insanların beynini yeni ideyalarla qıcıqlandırmaq lazımdır. Köhnə təfəkkür ilə çox yol almaq mümkün deyil. Hadisənin informasiyaya çevrilməsi üçün onun məzmun şəkli olmalıdır. Bu prosesi təhlil etmək, fəlsəfi tərəflərini gözdən keçirmək lazımdır.

Milli qürur, ruhun oyanışı birlikdə yeni düşüncə yaradır. Bunun mənzərəsini alimlər cızmalıdır. Alimlərimiz bununla məşğul olmalıdır. Jurnalist sadəcə günbəgün baş verən hadisələri yazmaqda vəzifəlidir. Yazılan gündəlik xəbərlər, gündəlik qəzetlər, saytlar tarixin saniyə əqrəbləridir. Amma tarixi iri “əqrəbi”, bütün zamanın bütöv şəklini əks etdirir. Bu dövrdə akademiyanın, alimlərin fəaliyyəti, alim düşüncəsi, elmi fikir çox aktiv olmadır.


Dünyada nə qədər Mətbuat Şurası, jurnalist təşkilatları  var. Biz onlarla səmimi əlaqələr qursaydıq, indi çox effektli olardı. Bu dəqiqə sizin qaldırdığınız məsələlər, hisslərə toxunan mövzular qəbiristanlıqlar, mədəniyyət abidələrinin vəziyyətidir. Ermənistanın bizim abidələri, məzarları darmadağın etməsini dünyaya göstərmək və mədəni bir xalq olmadıqlarını bildirmək lazımdır.  Bu ən yaxşı təbliğatdır.

Ermənilər yalan tarixlərini dünyaya çox gözəl şəkildə təbliğ etməyi bacarır, amma biz hələ də nəticəsiz “araşdırmalar” aparmaqla məşğuluq.
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO