Bakının kriminal gündəmi
Bakı Şəhər BPİ paytaxtda baş verən kriminal hadisələr barədə xəbər yayıb. Moderator.az həmin xəbərləri təqdim edir:
Mayın 25-də Hövsan qəsəbəsi Çöllük küçəsi yaşayan İsrafil Baxşıyevin yaşadığı evə daxil olan üzü maskalı naməlum şəxs ev yiyəsinə xəsarət yetirərək 200 manat və mobil telefonunu alıb gedib. Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azadi Babayev tutulub.
Oktyabrın 5-i saat 09:30 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Əsgər Məmmədovun idarə etdiyi «VAZ-2107» markalı və Əşrəf Zeynalovun idarə etdiyi «Zil» markalı avtomobillər toqquşmuş, nəticədə Ə.Məmmədov hadisə yerində ölüb.
Oktyabrın 5-i saat 21:20 radələrində Qaradağ rayonu
Dairəvi yolda Sumqayıt şəhər sakini Ceyhun Hüseynov idarə etdiyi «Mercedes»
markalı avtomobillə Şəki şəhər sakini Sahib Mustafayevi vurmuş və sonuncu
aldığı xəsarətdən hadisə yerində ölüb.
Oktyabrın 5-i saat 23:30 radələrində Yasamal rayonu Zərdabi küçəsində Bakı şəhər sakini Orxan Kərimov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Əli Ərəbxanovu vurmuş və sonuncu aldığı xəsarətdən xəstəxanada ölüb.








