Xəbər lenti
25/11/2020 [14:50]:
Əziz Kəlbəcər, sən də AZADSAN
25/11/2020 [14:40]:
Moskvada terror planlaşdıran İŞİD üzvləri ələ keçdi - VİDEO
25/11/2020 [14:36]:
Əməkdar artist koronovirusa yoluxdu...
25/11/2020 [14:33]:
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək
25/11/2020 [14:17]:
Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir
25/11/2020 [14:04]:
Azərbaycanda zəlzələ oldu
25/11/2020 [14:03]:
Türkiyədə peyvəndlənmə tarixi AÇIQLANDI
25/11/2020 [14:02]:
Elman Rəfiyev: “Pandemiya aktyorlar üçün sınaq dövrü oldu”
25/11/2020 [13:59]:
Putinlə danışdım, Qarabağa 5-ci ölkələri daxil etmək... - Ərdoğan
25/11/2020 [13:47]:
"Əgər Əliyev yox, başqası olsaydı, onda Putin..."
25/11/2020 [13:45]:
"Yer üzərində bütün erməniləri birləşdirən Qarabağ faktoru onlar üçün daha yoxdur"
25/11/2020 [13:43]:
Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? – Paşinyandan şok
25/11/2020 [13:41]:
“Qarabağ münaqişəsində haqq öz yerini tutdu”
25/11/2020 [13:38]:
Mehriban Əliyeva Kəlbəcərin azad edilməsi münasibəti ilə xalqı təbrik edib
25/11/2020 [13:32]:
Arutyunyanın gizli səfərinin görüntüsü yayıldı - FOTO
25/11/2020 [13:30]:
Kəlbəcər əhalisinin sayı AÇIQLANDI
25/11/2020 [13:28]:
“Aralıq dənizindən Dağlıq Qarabağa qədər apardığımız ədalət mübarizəmizin əhəmiyyəti ortadadır”
25/11/2020 [13:27]:
TƏBİB-in mətbuat katibi koronavirusa yoluxub
25/11/2020 [13:25]:
Kəlbəcərin qarlı yollarını bir də belə görün - VİDEO
25/11/2020 [13:24]:
Kəlbəcərin azad olunması münasibətilə Bakıda avtoyürüş keçirilir - FOTO
25/11/2020 [13:10]:
“Ermənilər kəndimizə hücum edəndə atam yaralandı, qardaşım isə əsir düşdü...” -Əməkdar artist...
25/11/2020 [13:04]:
Türk donanması döyüş vəziyyətinə gətirildi
25/11/2020 [12:50]:
“Belə gündə doğulmaq da bir xoşbəxtlikdir ki, hər adama qismət olmur...”
25/11/2020 [12:46]:
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
25/11/2020 [12:44]:
"Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək"
25/11/2020 [12:40]:
Doğma Kəlbəcərimiz bizə geri qayıtdı, ədalət bərpa edildi - XİN
25/11/2020 [12:39]:
Murovdan, Dəlidağdan ucalan sədamız Fransa  senatının da səsini batıracaq...
25/11/2020 [12:27]:
Türkiyənin ilk yerli peyvəndi buraxıldı
25/11/2020 [12:20]:
"Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram"
25/11/2020 [12:17]:
"O xəritələr, sadəcə olaraq, kağız parçasıdır" - İlham Əliyev
25/11/2020 [12:17]:
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
25/11/2020 [12:16]:
"Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar göstərişlər verilib"
25/11/2020 [12:12]:
"Kəlbəcərdəki kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur"
25/11/2020 [12:11]:
“Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq” - İran Prezidenti
25/11/2020 [12:08]:
Vilyam Hacıyev koronavirusa yoluxub
25/11/2020 [12:07]:
Azərbaycan Prezidenti: “Kəlbəcər rayonu bu gün işğaldan azad olundu”
25/11/2020 [12:06]:
Azərbaycanın əsrə bərabər inkişaf yolu...
25/11/2020 [12:05]:
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
25/11/2020 [12:02]:
“Monte Melkonyan məni döyüb, otaqda saçımdan sürüyürdü...” - Əsirlikdə olan qadın...
25/11/2020 [12:02]:
Azərbaycanın əsrə bərabər inkişaf yolu...
25/11/2020 [11:58]:
“Daxili siyasi gərginliyimiz var” - Paşinyan
25/11/2020 [11:52]:
Fransa Senatında Qarabağ müzakirəsi - Nalbəndyan
25/11/2020 [11:51]:
BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib
25/11/2020 [11:50]:
Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub - Türkiyə MN
25/11/2020 [11:46]:
Britaniyada yaşayan soydaşlarımız Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
25/11/2020 [11:44]:
Dədə Şəmşirin ruhuna ehtiram...
25/11/2020 [11:41]:
Kəlbəcərə ilk ayaq basan hərbçilərimizin təəssüratları - VİDEO
25/11/2020 [11:38]:
Zaurla Günayın ikinci övladı dünyaya gəldi
25/11/2020 [11:36]:
"İlham Əliyev erməniləri atdan düşürdüb, uzunqulağa mindirdi və torpaqları geri qaytardı”
25/11/2020 [11:34]:
Prezident İlham Əliyev xalqa müraciət edib
25/11/2020 [11:32]:
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir sənədini icra etmiş oldu”
25/11/2020 [11:31]:
Azərbaycanda qızıl yataqlarının istismara veriləcəyi tarix açıqlandı
25/11/2020 [11:30]:
27 illik ayrılıqdan sonra Kəlbəcərlə birlikdə nələri qazandıq? - AÇIQLAMA
25/11/2020 [11:28]:
Hadisə koronavirusa yoluxdu
25/11/2020 [11:28]:
"Yeganə yol Rusiya ilə anlaşmaq idi..."
25/11/2020 [11:28]:
Ermənistanda son sutkada COVID-19-a 1 563 yoluxma qeydə alınıb, 38 nəfər ölüb
25/11/2020 [11:26]:
“Hətta bir dəfə Babək məni həyata qaytardı” - Korpus komandiri
25/11/2020 [11:16]:
Çavuşoğludan erməni deputata şillə kimi cavab: “İndiyədək dedinizmi...”
25/11/2020 [11:08]:
“Qarabağı azad görmək atamın ən böyük arzusu idi” - Əliyar Əliyevin qızı
25/11/2020 [11:04]:
“Onlarla vəkil koronavirusa yoluxub” - Vəkillər Kollegiyasının sədri
25/11/2020 [11:02]:
BAXCP-dən Ərdoğan və Putinlə bağlı təklif
25/11/2020 [10:58]:
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
25/11/2020 [10:48]:
Paşinyan sülhməramlıların Qarabağda qalacağı müddəti AÇIQLADI
25/11/2020 [10:47]:
Türkiyə səfirliyi Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
25/11/2020 [10:29]:
Özünüməşğulluq proqramı Kəlbəcərdə
25/11/2020 [10:17]:
Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu ötüb
25/11/2020 [10:03]:
Ermənilər Kəlbəcərdən son “şanlı” fotosessiyasını yaydı...-FOTOLAR
25/11/2020 [10:03]:
Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edildi
25/11/2020 [09:59]:
"İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu..."
25/11/2020 [09:57]:
Fransanın Qarabağda sülhə qarşı əlbir olduğu “şir”...
25/11/2020 [09:54]:
Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - VİDEO
25/11/2020 [09:48]:
Kəlbəcər işğaldan qurtulur - qara “2" rəqəmi qızıl ”25"lə əvəzlənir
25/11/2020 [09:31]:
Kəlbəcər rayonunun təhsil statistikası - FOTO
25/11/2020 [09:29]:
Bayden prezidentliyinin 100 günü ilə bağlı planlarından danışdı
25/11/2020 [09:17]:
Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Müdafiə Nazirliyi
25/11/2020 [09:14]:
İşğaldan azad olunan Kəlbəcərdən ilk görüntülər yayıldı -VİDEO
25/11/2020 [08:43]:
Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur -  “Azərbaycan ordusu 2-2,5 km-likdədir...”
25/11/2020 [07:39]:
Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...
25/11/2020 [07:32]:
Qarabağ müharibəsini işıqlandıran məşhur türk jurnalisti koronavirusa yoluxdu...-FOTO
25/11/2020 [06:58]:
"Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”
Bütün arxiv bir sırada
26/10/2020 [16:46] - Cəmiyyət - ( 1169 dəfə baxılıb)

"Bu, onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək"



Bayrağımızın hər gün respublikamızın 27 ildir işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılmasına artıq vərdiş edirik. Hər gün qulağımız səsdə, nəzər-diqqətimiz televiziya kanallarındadır. İndicə Prezident, Müzəffər Ali Baş Komandan efirdə görünəcək və düşməndən azad edilmiş yeni kəndlərimizin adlarını elan edəcək. Bu gün Müzəffər Ali Baş Komandanımız daha 17 yaşayış məntəqəsinin düşməndən azad olunması xəbərini verdi.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, sentyabrın 27- dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və strateji əhəmiyyətli yüksəkliklər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu qələbələr Prezident İlham Əliyevin müdrik siyasi xadim, qətiyyətli, Müzəffər Ali Baş Komandan kimi müdrik fəaliyyətinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünün göstəricisidir. Ordumuz işğal altında olan torpaqlarımızı öz gücü ilə azad etmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirir.

Əgər Ermənistanın havadarları tərəfindən ölkəmizə təzyiqlər olmasaydı, indi işğal altında bir qarış da torpağımız qalmazdı. 27 ildir ki, beynəlxalq təşkilatların qərəzli hesabatları, işğalçını adı ilə çağırmaması, törətdiyi terror aktlarına biganəlik, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha da quduzlaşdırdı. Bu vaxta qədər Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi işğalçı ölkəni getdikcə həyasızlaşdırdı.

İşğal edilmiş torpaqlarını sentyabrın 27-dən başlayaraq bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun güclü zərbələrindən sonra acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın havadarları da görürlər ki, Azərbaycan Ordusu təcavüzkarları darmadağın edir. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal siyasətindən əl çəkməyə çağırmaq əvəzinə, yenə də təcavüzkarın yanındadırlar. Artıq ictimaiyyət nümayəndələrinin belə qurumlara inamı heçə enib. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının daimi üzlərinin və ATƏT-in Minsk qrupunun birlikdə hazırladıqları bəyanat layihəsinin geri qaytarılması da bunu təsdiqləyir.

Beynəlxalq təşkilatlara da bəllidir ki, bu vaxta qədər Azərbaycan və Ermənistan arasında bu ilin 10 və 17 oktyabrında olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Yenə də beynəlxalq təşkilatlar susdu. Əvəzində, yenə də Azərbaycana təzyiqləri davam etdirirlər. Qeyd etdiyim kimi, bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni, onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Əslində, bəyanatlarda, əsasən, söhbətin atəşkəsdən deyil, humanitar atəşkəsdən getdiyi vurğulanmalı idi. Yenə də ikili standartlar və ermənipərəst siyasət özünü açıq şəkildə büruzə verir. Təəssüf ki, həm ABŞ Dövlət Departamentinin, həm də və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatlarında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Çünki bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Ermənistanın havadarlarının Azərbaycana təzyiq göstərməsinin heç bir faydasının olmadığını görəm Nikol Paşinyan indi kompromislərdən danışır. Halbuki, baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən işğalçı ölkənin baş naziri bu dəfə çıxış yolunu danışıqlar üçün ABŞ-a yalvarmaqda görür.

Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu, onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bütün bunlara baxmayaraq, Azərbaycan hər hansı bir təzyiqdən geri çəkilməyəcək və ərazi bütövlüyümüzün təmin olunması yolunda sona qədər gedəcək. Dövlətimizin başçısının qəti mövqeyi də belədir: “Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz”.

loading...
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir
Doğduğu körpəsini tualetə atdı... DƏHŞƏT...- FOTO
Korpus komandiri şəhid polkovnikin övladına dövlət bayrağını təqdim etdi - FOTO
Səhraya basdıırlan metal lövhə həyəcan yaratdı - FOTO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Əməkdar artist koronovirusa yoluxdu...
Müsahibə
Elman Rəfiyev: “Pandemiya aktyorlar üçün sınaq dövrü oldu”
Cəmiyyət
“Ermənilər kəndimizə hücum edəndə atam yaralandı, qardaşım isə əsir düşdü...” -Əməkdar artist...
Siyasət
Monte Melkonyana doğum günü "hədiyyə"si - Kəlbəcərin qurtuluşuna dəqiqələr qaldı...
Cəmiyyət
Sabahdan Zod-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Yazar
İlham İsmayıl
Putinə hərdən Kikabidzenin zarafatını xatırlatmaq lazımdır...
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
4 saat yaralı vəziyyətdə mühasirədə qalan əsgərin vəsiyyəti tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
Ermənilər Kəlbəcər yolu ilə həm çıxır, həm də qayıdırlar?..- “Artıq 8 min nəfər qayıdıb” 
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
“Sədamın Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı...”
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
"Məgər Kəlbəcərin statusunu ermənilər müəyyən edir, bəs üçtərəfli bəyanat harda qaldı?"
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247