Son günlər dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yolxuma hallarının artması müşahidə edilir.
Koronavirusun artması müəyyən qadağa və məhdudiyyətləri də gündəmə gətirə bilərmi?
Moderator.az-a açıpqlama verən professor Adil Qeybulla bunun gözlənilən olduğunu vurğuladı:
“Ölkəmizdə həyati vacib bir proses gedir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan Vətən Müharibəsidir. Məlum epidemiyanın ön cəbhəyə transfer edilməsi, əsgərlər arasında yayılması bizim üçün cidid problem yarada bilər. Buna əsla yol vermək olmaz. Bu baxımdan da dövlətin müvafiq, qabqqlayıcı, məhdudlaşdırılıcı hansısa tədbirlər görməsi başadüşüləndir. Ola bilər ki, yaxın vaxtlarda koronavirusun yayılmasını önləmək üçün hansısa qadağalar gündəmə gəlsin. Hesab edirəm ki, buna hamı anlayışla yanaşmalı, mövcud qaydalara ciddi şəkildə əməl etməlidir.
Insanların karantin qaydalarına riayyət etməməsi vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olub. Doğrudur, ümumilikdə, bütün dünyada koronavirusun artması müşahidə olunur. Bəzi ekspertlər bunu” ikinci mərhələ” adlandırır. Bu, virusun xeyli zəifləməsi, bununla yanaşı, yolxuculuq qabiliyyətinin yüksək olaraq qalması ilə müşahidə edilir. Metronun bağlanması fonunda ictimai nəqliyyatın yükünün artması da ciddi yolxuma potensialı yaradır. Rayonlara gediş-gəliş müharibə başlayandan sonra xeyli yumşaldı ki, bu, rayonlara da koronavirusun transferinə şərait yaratdı. Bəzi kəndlərə giriş-çıxış qadağan edilib. Ola bilsin ki, bu coğrafiya genişlənsin. Odur ki, müəyyən məhdudlaşdırıcı tədbirlərin görülməsi gözləniləndir”.
Seymur ƏLİYEV