"Zəli kimi torpaqlarımızı işğalda saxlayanlar layiq olduqları cəzanı alırlar..."
Siyasət
Oxunub: 1568
26 Oct 2020 | 20:39
Qarabağ Azərbaycandır!

Qədim tarixə, zəngin mədəniyyətə, yeraltı və yerüstü sərvətə, əlverişli geopolitik mühitə malik olan Azərbaycan Respublikası zaman-zaman bədnam qonşuların basqınlarına, soyqırımlarına məruz qalmışdır. Əsrlərlə davam edən bu ədalətsiz müharibələrdə xalqımız saysız-hesabsız şəhidlər vermiş, lakin yağı düşmənlər qəlbimizdəki vətən sevgisini, yurd məhəbbətini heç bir vəchlə çıxara bilməmişlər. İmperiyanın qanlı əlləri ilə həyata keçirilən bu amansız müharibələrdə erməni faşistləri bir alətə çevrilmiş və daima Azərbaycanda vandalizmə, talanlara, fəlakətlərə yol açmış, minilliklər boyu bizə məxsus olan torpaqlarımızı yağmalamağa cəhd göstərmişlər. Keçən əsrin əvvəllərindən başlayaraq rus şovinizminin havadarlığı ilə erməni daşnakları Azərbaycanın bütün kənd və şəhərlərində, əyalətlərində qırğınlar, qətliamlar törətmişlər. O dövrdə böyük Türkiyə dövlətinin, Mustafa Kamal Atatürkün, Nuru Paşanın, Ənvər Paşanın başçılıq etdiyi yenilməz türk ordusunun xilaskarlıq missiyası ilə Azərbaycan məmləkəti erməni vandallarının təcavüzündən qurtula bildi. XX əsr boyunca təkrarlanan bu qanlı faciələrdə həmişə qardaş Türkiyə Azərbaycan xalqının yanında olmuş, bizim haqq işi uğrunda mübarizəmizə mənəvi dəstək vermişdir. Bütün dövrlərdə Türkiyə dövləti Azərbaycana öz qardaşlıq köməyini göstərmişdir. Ulu Öndərimiz Heydər Əliyev demişkən “İki dövlət, bir millət” olan Azərbaycan və Türkiyə birliyi yağı düşmənə göz dağı, bizə isə qürur, arxa və əvəzsiz mənəvi dayaqdır.

Yer üzündə mənfurluqda, riyakarlıqda, vəhşilikdə ad çıxaran, insanlığa sığmayan rəzil hərəkətləri, mənfur siyasətləri ilə regionda daima müharibə ocağı törədən, günahsız insanlara amansız divan tutan ermənilərin varlığı bütün bəşəriyyətə ləkədir. Dünya üçün bir virusa çevrilən erməni daşnakları Xocalıda, Qarabağda, Bakıda, Sumqayıtda və bütövlükdə Azərbaycanın bir çox regionlarında

elə ağlasığmaz vəhşiliklər törətmişlər ki, bunu heç cür insan idrakı qəbul edə bilməz. Mən dünyanın bütün sülhsevər insanlarına səslənirəm ki, bəşəriyyəti koronovirusdan daha dəhşətli olan erməni virusundan xilas etsinlər, haqq səslərini ucaltsınlar. Bu daşnaklar dünyanın hər tərəfinə səpələnib öz yalançı, qəsbkar, təcavüzkar siyasətlərinə haqq qazandırmağa çalışır, beynəlxalq aləmi aldadaraq özlərini yazıq, məzlum xalq kimi göstərməyə can atırlar. Lakin keçən əsrin 90-cı illərində Qarabağın işğalına rəvac verən Aqanbekyan, Sarkisyan kimi şovinistlər öz əsərlərində, çıxışlarında Xocalıda azərbaycanlı uşaqlara, qocalara, qadınlara və dinc sakinlərə qarşı necə dəhşətli, amansız cəza verdiklərini yazıb göstərmişlər. Bu elə cəza üsullarıdır ki, onları dilə gətirmək olmur, insanın damarlarında qanı donur. Belə canilər, insan qatilləri, cəlladlar nə üçün dünya məhkəməsi qarşısında ittiham olunmurlar?! Bəs hanı özünü haqqın və ədalətin təminatçısı hesab edən, sülhün və əmin-amanlığın keşiyində durmalı olan dövlətlər, qurumlar, təşkilatlar? Məgər onlar bəşəriyyəti məhvə, uçuruma, müharibəyə sürükləyən bu qansız, amansız vandalları görmürlərmi? Təəssüf ki, birinci Qarabağ savaşında olduğu kimi, bu gün də psixoloji pozuntusu olan erməni təcavüzkarları və onların başında dayanan N.Paşinyan kimi sərsəm bir şovinisti dəstəkləyən dövlətlər az da olsa var. İndi artıq bütün işğallara son qoymaq, erməni cinayətkarlarını, quldurlarını durdurmaq məqamı yetişmişdir. Bu gün müzəffər Azərbaycan ordusu 30 ildir əsirlikdə qalan, murdar erməni canilərinin tapdağı altında inləyən Qarabağımızı mənfurların caynağından qoparır. Zəli kimi torpaqlarımızı işğalda saxlayan bu separatçı qüvvələr layiq olduqları cəzanı alırlar. Qəhrəman ordumuz quduzlaşmış, azğın düşmənləri əzəli torpaqlarımızdan qovub çıxarır. Azərbaycanın güclü, yenilməz, ən müasir silahlarla təchiz olunmuş müzəffər ordusunun qarşısında heç bir erməni işğalçısı dayana bilməz. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl, prinsipial, qətiyyətli mövqeyi, ağıllı siyasəti sayəsində ordumuz planlı, düşünülmüş, taktiki və strateji cəhətdən tam hazırlıqlı bir uğurlu əməliyyat həyata keçirir. Onlar düşmənə tutarlı cavablar verir, ermənilərin murdar izlərini müqəddəs Qarabağ torpaqlarından təmizləyirlər. Artıq illərdir ki, öz nicat yolunu gözləyən Füzuli, Cəbrayıl, Xudafərin, Suqovuşan,

Zəngilan kimi Qarabağ əraziləri və onların ətraf kəndləri, bir çox strateji yüksəkliklər rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində azad olunmuşdur.

Erməni təcavüzkarları Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilmir, aciz duruma düşür və öz murdarlıqlarını, vəhşiliklərini bir daha göstərərək mülki əhaliyə atəş açır, uşaqları, qocaları qətlə yetirir. Qədim mədəniyyət beşiyi olan, Nizami yurdu Gəncənin möhtəşəm binalarını öz havadarlarının silahları ilə yerlə yeksan edir, körpələrin, qocaların, qadınların, günahsız insanların naləsi ərşə dayanır. Xocalı faciəsini bir daha Gəncədə təkrarlayır. Mingəçevirdə strateji əhəmiyyətli, fəlakətlərə yol aça biləcək obyektləri qadağan olunmuş silahlarla məhv etməyə cəhd göstərir. Azərbaycanın bir çox rayonlarını, o cümlədən Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Goranboy və başqa yaşayış məskənlərini topa-tüfəngə tutur, minlərlə evi yerlə yeksan edir, mülki əhalini ağır artilleriya atəşi ilə məhv edir. Azərbaycan ordusu bir nəfər də olsa, erməninin mülki əhalisinə atəş açmadığı halda, bu avantürist canilər bu günə kimi 63 nəfər həmvətənlərimizi qətlə yetirmiş, 292 nəfəri isə ağır yaralamışlar. Bütün bu paradoksallıqlar erməni millətçilərinin mənfur simasını, iç üzünü açıb göstərən, ikrah doğuran səhnələrdir.

Bu gün də keçən əsrin əvvəlində olduğu kimi, qardaş Türkiyə dövləti, əsrimizin böyük siyasətçisi Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin, onun Ali Baş Komandanı cənab İlham Əliyevin yanındadır. Eyni məslək birliyi, əqidə dostluğu, haqsızlığa qarşı barışmazlıq, azad, müstəqil və hüquqi dövlətin təminatçıları olan bu iki siyasətçini birləşdirmiş və onlar regionda sülhün, sabitliyin və xalqların xoşbəxt birgəyaşayışının qarantına çevrilmişlər. Öz dövlətlərinin ərazi bütövlüyünü, suverenliyini qoruyan belə liderlər adlarını tarixin qəhrəmanlıq səhifələrində qərarlaşdırır və doğma xalqının xilaskarı kimi ali bir mərtəbəyə yüksəlirlər. Türk dünyasının iki böyük şəxsiyyəti əsrlərdən bəri işğallara məruz qalan, hərb meydanına çevrilən, zaman-zaman torpaqları yağmalanan, var-dövləti talan olan Azərbaycanımızın – Qarabağımızın taleyini bu gün öz zəfərləri, qələbələri ilə yenidən yazır və “Qarabağ Azərbaycandır!” (Cənab İlham Əliyev)- deyirlər. Bu çətin məqamlarda Azərbaycan xalqının yanında olan, ona təmənnasız dost, qardaş köməyi göstərən böyük türk xalqına və onun lideri, zəmanəmizin əvəzsiz siyasətçisi Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkürümüzü bildiririk. Heç bir qüvvə dili bir, dini bir, məsləki bir qardaşları bir-birindən ayıra bilməz. Var olsun bu əbədi birlik!

Şah İsmayıl Xətayinin qurub-yaratdığı, Ulu Öndərimiz Heydər Əliyevin memarı olduğu qüdrətli Azərbaycan dövlətinin taleyi etibarlı əllərdədir. Öz sələflərinin əsl davamçısı kimi, XXI əsrin əvvəllərində yenidən Azərbaycanın ərazi bütövlüyünü qorumaq, dövlətinin və xalqının taleyini düşünmək, milləti ilə həmfikir olmaq missiyasını cənab İlham Əliyev çağdaş dövrümüzdə uğurla həyata keçirir. Bununla da, xalqla hakimiyyət arasında üzvi bir vəhdət yaradaraq xalqın sevimlisinə çevrilir.

Azərbaycanın yenilməz ordusu və onun Ali Baş Komandanı cənab İlham Əliyev bu gün cəbhədə Qarabağı təcavüzkar ermənilərin işğalından azad etməklə tarixin şanlı, qızıl səhifəsini yazır. İllərdir ATƏT-in, BMT-nin kağız üzərində qalan qətnamələri işğalçı Ermənistan dövlətini öz məkrli niyyətindən çəkindirə bilmədi. Öz havadarlarına arxalanan ermənilər “arxalı köpək qurd basar” prinsipinə əməl edərək torpaqlarımıza sahiblənmək istədilər. Lakin bu gün haqq-ədalət öz yerini tutur. Dünyanın əksər dövlətləri Azərbaycanın mövqeyini dəstəkləyir. Möhtərəm Prezidentimizin uzaqgörənliyi sayəsində hər gün Qarabağdan qələbə müjdəsi gəlir:

Zəfərlərin səs salır bütün dünya, cahana, Səni əmanət etdik, biz Allaha, Qurana, Böyük qardaş deyirsən sən abin Ərdoğana, Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Xalqım dua eyləyir İlham Heydər oğluna, Millət qəlbən inanır, igid, rəhbər oğluna, Artıq qəhrəman deyir, İLHAM adlı oğluna, Sevir Azərbaycanım-Ali Baş Komandanım!

Şəhidlərin ruhu da qələbəyə sevinir , Millətimin ürəyi, tam zəfərlə döyünür, İndi dünya TÜRKLƏRİ Sizin ilə öyünür , Sevir Azərbaycanım-Ali Baş Komandanım!

Düşmən artıq can üstə, düşmənin verdiyi candır, Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!! Sayəndə Vətənimiz, qalib Azərbaycandır, Sevir Azərbaycanım-Ali Baş Komandanım! (Vüqar Əhməd)

Bu gün Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanların davamçıları olan rəşadətli ordumuz erməni təcavüzkarlarını cəbhədə məğlubiyyətə uğradaraq torpaqlarımızdan qovur. Biz hər səhərimizi cənab İlham Əliyevin qələbə xəbərləri ilə açırıq. İnanırıq ki, müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə yaxın günlərdə qələbə bayrağını Şuşada, Xankəndində və bütövlükdə Qarabağda dalğalandıracaq! İnanırıq ki, bu qalibiyyətimiz əbədi olacaq. Mən istərdim ki, Qarabağın azad edilmiş ərazilərindən birinə və yaxud ən yüksək zirvəsinə möhtərəm Prezidentimiz, qələbəmizin təminatçısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı verilsin! Bununla yanaşı, həm də xalqımızın xilaskarı olan bu böyük Şəxsiyyət ömürlük Azərbaycan Respublikasının Prezidenti seçilsin! Bütün uğurlarımıza, qalibiyyətimizə görə dünya səviyyəli Prezidentimizə, cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Var olsun İlham Əliyev! Var olsun bütöv Azərbaycan! “Qarabağ Azərbaycandır!” (Cənab İlham Əliyev).

Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
GÜNLÜK
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər