Xəbər lenti
01/12/2020 [00:20]:
Axır ki, Laçın həsrətimiz də bitdi, bölmələrimiz Laçına daxil oldu - VİDEO
01/12/2020 [00:16]:
53 kiloqramlıq qadın çəkisindən 4 dəfə ağır olan adamı nakaut etdi - MARAQLI... + VİDEO
01/12/2020 [00:14]:
Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
01/12/2020 [00:08]:
Bu gün Laçın işğaldan azad edilir
30/11/2020 [23:58]:
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO
30/11/2020 [23:50]:
"BBC" qarlı Laçın şəhərinin son görüntülərini yaydı -Düşmən var-yoxlarını yandırır...-VİDEO
30/11/2020 [23:45]:
"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
30/11/2020 [23:37]:
“Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”
30/11/2020 [23:28]:
Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO
30/11/2020 [22:54]:
Balqabaq ilə idman edən məşhur modelin başına iş gəldi - FOTOLAR...+ VİDEO
30/11/2020 [22:30]:
Bu qəsəbəyə kişilər sadəcə həftədə 1 dəfə gələ bilir - MARAQLI
30/11/2020 [22:06]:
Cəbhəyə yollanmış həkim İnar Seyidov: “O əsgərlər üçün gecə-gündüz işləməyə hazır idik!”
30/11/2020 [22:00]:
Ermənilər şəhərə od vurdu: "Dedilər ki, gecə saat 12-dək Laçını tərk etməlisiniz" + VİDEO
30/11/2020 [21:53]:
Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi
30/11/2020 [21:45]:
Yeni koronavirus peyvəndindən şad xəbər: Ağır xəstələrdə 100 faiz nəticə göstərdi
30/11/2020 [21:42]:
“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı
30/11/2020 [21:35]:
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür
30/11/2020 [21:20]:
“Kəlbəcərdə qızıl tapılanda Ermənistan hökumət sədrinə dedim ki, bura Azərbaycana aiddir”
30/11/2020 [20:53]:
Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO
30/11/2020 [20:39]:
Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu
30/11/2020 [20:36]:
Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir
30/11/2020 [20:35]:
Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi
30/11/2020 [20:34]:
Sahibsizlik dərdi...
30/11/2020 [20:34]:
Tokio birjasının rəhbəri platformadakı texniki nasazlıq səbəbindən istefa verir
30/11/2020 [20:31]:
Türk dronları ABŞ-ın gündəmində - Bayden hökuməti üçün xarici siyasət sınağı...
30/11/2020 [20:28]:
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
30/11/2020 [20:25]:
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
30/11/2020 [19:58]:
“3 gün mühasirədə köməksiz qaldıq, düşmən əsgərləri bizi görüb qaçırdı...” - FOTOLAR
30/11/2020 [19:48]:
6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı
30/11/2020 [19:47]:
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30/11/2020 [19:40]:
Nazirlər Kabineti distant təhsilin müddətini uzatdı
30/11/2020 [19:25]:
Ərazilərimizin minalardan təmizlənməsinə Türkiyə minaaxtaranları da cəlb edildi
30/11/2020 [19:10]:
Laçının azad olunmasına saatlar qalır - Dövlət strukturları hazırdır +FOTO
30/11/2020 [19:09]:
"Mahnıları pulla səsləndirirlər" - Mətanət İsgəndərli radioların paxırını açdı...
30/11/2020 [19:07]:
"Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm" - VİDEO
30/11/2020 [19:01]:
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı...
30/11/2020 [18:58]:
Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
30/11/2020 [18:44]:
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir AÇIQLAMA
30/11/2020 [18:42]:
“Şahid dəniz” – Aqşin Arifoğlundan yeni povest
30/11/2020 [18:38]:
Məhkəmə sabiq prezidentin 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib
30/11/2020 [18:36]:
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTOLAR
30/11/2020 [18:36]:
Bayden axsaya-axsaya xəstəxananı tərk etdi - VİDEO
30/11/2020 [18:34]:
Millimizin üzvü Xorvatiyada 2 min dollar qazandı - FOTO
30/11/2020 [18:33]:
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
30/11/2020 [18:33]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Samiq Fərzalıyevdən yazdı...
30/11/2020 [18:32]:
Azərbaycan polisləri Kəlbəcərdədir
30/11/2020 [18:29]:
Tanınmış teleaparıcı ARB-yə keçdi - VİDEO
30/11/2020 [18:29]:
Paşinyanın Rusiyaya səfəri ləğv edildi
30/11/2020 [18:27]:
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO
30/11/2020 [18:22]:
Özəl təhsil müəssisələri distant tədris səbəbindən təhsil haqqını azaldacaqmı..?
30/11/2020 [17:55]:
Axtarışa verdiyimiz şərəfsiz Laçın şəhərində! -“18:00-dək ermənilər çıxmalıdır?..” -VİDEO
30/11/2020 [17:40]:
Vilayət Eyvazov generala vəzifə verdi
30/11/2020 [17:37]:
Dünya ulduzları və 1xBet ilə birlikdə qazanın!
30/11/2020 [17:31]:
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb
30/11/2020 [17:30]:
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
30/11/2020 [17:01]:
Qış turizmindən süfrə suyunadək... - Həmin rayonlara ildə 5 milyard xərclənsə...
30/11/2020 [16:55]:
"Özünü "demokratiyanın beşiyi" sayan Fransa hazırda özünü DEMOKRATİYANIN QATİLİ kimi aparır"
30/11/2020 [16:52]:
"Əgər Rusiya Qarabağdakı hərbçi sayını artırsa və Fransa ilə ABŞ da kampaniyaya qoşulsa..."
30/11/2020 [16:49]:
Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi
30/11/2020 [16:42]:
"Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir"
30/11/2020 [16:37]:
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”
30/11/2020 [16:32]:
Salyanda ər-arvad dəm qazından zəhərlənib, qadın ölüb
30/11/2020 [16:19]:
Erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub
30/11/2020 [16:18]:
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
30/11/2020 [16:16]:
İlqar Rəhimov: “Qazilərimiz də abilimpiya hərəkatından faydalana biləcək” - MÜSAHİBƏ
30/11/2020 [16:11]:
Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı - FOTO/VİDEO
30/11/2020 [16:05]:
Bu gün 107 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
30/11/2020 [16:01]:
Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi - FOTO
30/11/2020 [15:58]:
Qazax sakinindən narkotik vasitə aşkar edildi - FOTO
30/11/2020 [15:55]:
Emin Hacıyev: “Hərbi qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi”
30/11/2020 [15:51]:
“Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI
30/11/2020 [15:30]:
Bakıda yüksək vəzifəyə TƏYİNAT
30/11/2020 [15:09]:
Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ
30/11/2020 [15:07]:
ANAMA ərazilərin təmizlənməsi üçün xüsusi texnika alacaq
30/11/2020 [15:07]:
“Zəng vurub dedi ki, qızımı sənə tapşırıram, ona dayaq olarsan” - Şəhid müəllimin qardaşı
30/11/2020 [15:06]:
Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO
30/11/2020 [15:05]:
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - FOTO
30/11/2020 [15:04]:
"Xalq olaraq borcumuzu yerinə yetirdik, bəs Səhiyyə Nazirliyinin, TƏBİB-in bu xalqa borcu yoxdurmu?"
30/11/2020 [15:00]:
Kəlbəcər minalardan təmizlənir? - RƏSMİ AÇIQLAMA
30/11/2020 [14:52]:
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
Bütün arxiv bir sırada
27/10/2020 [16:25] - Müsahibə - ( 1053 dəfə baxılıb)

“Hazırkı vəziyyətdə ən yaxşı diplomat Azərbaycan əsgəridir”



Dağlıq Qarabağ müharibəsi ilə bağlı dünyada baş verən siyasi proseslər getdikcə mürəkkəbləşməkdədir.  Fəqət Azərbaycan və qardaş Türkiyənin mövqeyi qəti, dəyişməzdir: sonadək mübarizə aparmaq. Rusiyanın ən azından özünü neytral kimi göstərmək ritorikası, ABŞ-ın bəyanatları, Fransanın isə nanəcibliyi hər kəsə məlumdur. İşğalçı Ermənistan da yenə öz ritorikasındadır: hiyləgərlik, məkrlik, vandallıq.

 Dünya politoloqlarının, hərbi ekspertlərinin əsas mövzusu indi məhz bu genişmiqyslı hərbi əməliyyatlardır. İddialar, fərziyyələr, variantlar çoxdur. Amma onlardan hansı reallaşacaq? Məsələ məhz budur. Suallar isə nə qədər desən var.

Moderator.az Rusiyada yaşayan soydaşımız, politoloq, jurnalist Anar Həsənovun "Şərq" qəzetinə müsahibəsini təqdim edir:

- Sizcə, İkinci Dağlıq Qarabağ müharibəsinin məhz indiki məqamda başlanmasını zəruri edən nələr idi?

- Bu, daha çox geosiyasi maraqlarla bağlıdır. Bir neçə günə Gürcüstanda prezident seçkiləri keçirilməlidir. Nəticəsinin necə olacağını bilmirik. Amma statistika göstərir ki, ölkədə Saakaşvili tərəfdarları çoxdur. Eyni zamanda Ukrayna da Rusiyaya qarşıdır. Bildiyiniz kimi, Moldova parlamentində Kremlin yox, Avropa İttifaqının tərəfdarları üstünlük təşkil edir. Ermənistan hakimiyyətini da hazırda anti-rus Soros idarə edir. Həmçinin Gürcüstanda da qatı anri-rus mövqeyi var. Deməli, Qərb Rusiya ilə normal münasibətləri olan hakimiyyətləri tədricən devirir, dəyişir. Məhz buna görə də, hazırkı Azərbaycan hakimiyyəti ilə münasibətləri strateji səviyyəyədə olan  rəsmi Moskva bizim haqq səsimizi eşitməli olur.

- Rusiyanın bu dəfəki mövqeyi bizi təəccübləndirir. Kreml əgər belə demək mümkünsə, neytral mövqe sərgiləməyə məcburdur, ya hansısa məqsədləri var?

-  Bu, onun öz milli maraqları ilə bağlıdır. Rusiya belə neytrallığı ilə Qafqazdakı milli maraqlarını qoruyur. Azərbaycanla Ermənistan arasında təxminən 996 kilometrlik sərhəd “ölü” zonadır. Belə bir misal var ki, əgər sərhəddən ticarətçilər keçmirsə, mütləq hərbçilər keçməlidir. Türkiyə ilə Rusiya arasında mühüm əlaqələr var. Və tərəflər həmin layihələrin reallaşmasından ötrü gələcəkdə bu sərhəddən istifadə edə bilərlər. Lakin Ermənistan nəinki Türkiyə ilə Rusiya, həmçinin Türkiyə ilə Orta Asiya arasındakı layihələrin reallaşmasında maneədir.

- Rəsmi Moskvanın neytral mövqeyinə rəğmən, öz for postuna silah göndərməsi ilə bağlı iddialar vəziyyəti daha da mürəkəbləşdirir...

-  Rusiyada işğalçı dövlətə hamilik edən siyasi qüvvələr var. İkinci bir tərəfdən isə, biznes faktorunu da nəzərə almalıyıq. Belə ki, hökumət sülhməramlı çağırışlar etməklə yanaşı, müəyyən qüvvələr də öz biznes fəaliyyətlərini həyata keçirirlər. Əslində burada qeyri-qanuni heç nə yoxdur. Çünki Rusiya ilə Ermənistan arasında hərbi müqavilə imzalanıb. Amma məsələnin mənəvi tərəfini də unutmamalıyıq. Sual yaranır: sülhpərvər Kreml niyə sülh istəməyən Ermənistana silah göndərir? Bax, bu, haqlı olaraq Azərbaycanın narazılığı ilə nəticələnir. Düşünürəm ki, biz məsələni gündəmdə saxlamalıyıq. Narazılığımızı bildirməli və diplomatik yolla silah daşınmasının qarşısını almağa çalışmalıyıq. Hazırkı vəziyyətdə ən yaxşı diplomat Azərbaycan əsgəridir. Ordumuz bütün yardımları puça çıxarmaq iqtidarındadır.

-  Putin bu yaxınlarda Azərbaycanın torpaqlarının əbədi işğalda qala bilməyəcəyini deyib. Onu bu açıqlamaya vadar edən ancaq Türkiyə faktorudurmu, ya başqa məqamlar da var?

-  Azərbaycan Rusiya üçün çox vacibdir. Ən azından ona görə ki, orada 120 minlik rus icması var. Həmçinin Azərbaycan Rusiyanın mədəni irsinə, dilinə normal münasibət bəsləyir. İkinci bir tərəfdən, Rusiya ilə Azərbaycan arasında sərhəd mövcuddur, Dağlıq Qarabağla isə yox. Həm də Paşinyan Kreml əleyhinə müəyyən addımlar atır. Məsələn rusiyalı iş adamlarına, “Qazprom” şirkətinin Ermənistandaki tərəfdaş şirkətlərində Rusiya dəmiryollarının Ermənistandakı tərəfdaş şirkətlərində aramsız yoxlamalar aparılması, anti-rus siyasətçilərin hakimiyyətə gətirilməsi, Rusiyanın dost bildiyi fikir liderlerinə cinayət işi açılması, yanvar ayının 1-dən etibarən ölkədə Rusiya televiziya kanallarının yayımının qadadağan ediləcəyi və digər məqamlar rəsmi Moskvanın xoşuna gəlmir. Ona görə də Putinin Azərbaycanın haqqlı mövqeyini dəstəkləməsi təbiidir. Yəni prezidentin bu ritorikası gözlənilən idi. Onun məqsədi Ermənistanda hakimiyyətin dəyişilməsidir. Əlbəttə, Rusiyanın hazırkı münasibəti bizim maraqlarımıza uyğundur. Putin məlum çıxışında tarixi hadisələri, o cümlədən Sumqayıt olaylarını xatırlasa da, ümumi məzmun bizim xeyrimizə idi. Çünki tarixi faktlar indiki situasiyada, demək olar, təsirsizdir.

- Bəzilərinin fikrincə, Rusiyanın səssizliyi işğaldan azad olunan torpaqlara sonradan sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Siz necə düşünürsünüz?

- Ümumiyyətlə, bu dövlət əvvəl təbliğat aparır, hazırlaşdığı proseslə bağlı ictimai rəy yaradır, sonra isə onu reallaşdırır. Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yerləşdirilməsini istisna etmirəm. Amma bu, yalnız Azərbaycanın razılığı ilə və ölkəmizin ərazi bütövlüyü daxilində mümkündür. Eyni zamanda sülhməramlılarla bağlı konkret parametrlər müəyyənləşməlidir. Sülhməramlıların Azərbaycanın maraqlarına zidd olaraq gəlişini təsəvvür etmirəm. Onu da deyim ki, bu məsələdə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşməsə idi, “sülhməramlılar” ilk gündən etibarən “peyda olardılar”. Əgər bu olmadısa, bundan sonrası üçün də ehtimal çox azdır. Hər halda rəsmi Moskvanın məqsədi bu müharibədə Azərbaycanın qalib olmasıdır. Ən azından ona görə ki, Kreml iki ölkə arasındakı loyal münasibətlərin mümkün qədər uzun ömürlü olmasını arzulayır.

- Bəzi məmurlar, xüsusilə xarici işlər naziri Sergey Lavrovun prezidentin iradəsinə zidd mövqe sərgilədiyi hiss olunur...

- Bəli, elədir. Mən jurnalist karyeramda da bunu dəfələrlə müşahidə etmişəm. Erməni nümayəndə heyətinin Moskvaya gəlişi zamanı Lavrovun jestlərində, canfəşanlığında onun mövqeyi aydın görünür. Amma ölkənin bir sahibi var. O da Vladimir Putindir. Yaxşı başa düşülür ki, etnik mənsubiyyətlə siyasət yürüdülməz. Həm də Ermənistan Rusiyaya xidmət edir, Rusiya ona yox. Bəzən Kremlin Ermənistan maraqlarına xidmət etdiyi deyilir. Əsla belə deyildir. Sadəcə maraqları üst-üstə düşdüyü hallarda rəsmi Moskva öz for-postundan yararlanır. İndiki halda maraqlar uzlaşmır, Rusiyanın mövqeyi aydındır. Bu, Azərbaycan diplomatiyasının uğuru, Ermənistan hakimiyyətinin səhvidir.  

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə görə Fransa oradakı səfirini geri çağırıb. Yəni Dağlıq Qarabağ savaşı artıq beynəlxalq müzakirə mövzusudur. Əgər məsələ yaxın perspektivdə həllini tapmasa, üçüncü dünya müharibəsinin başlanma ehtimalı var?

- Düşünmürəm. Buna səbəb yoxdur. Çünki hüquqi baxımdan Azərbaycanın haqlı mübarizəsinə qarşı qaldırıla biləcək istənilən iddia əsassızdır. Həm də Fransa kimi bir neçə dövlət istisna olmaqla, dünya gücləri Azərbaycanın haqq səsini eşidir. Fransa isə onsuz da dünya siyasətində həlledici rol oynamır. Regionda həlledici rolu Rusiya oynayır və onun marağında deyil ki, Azərbaycanla sərhəddə dünya müharibəsi cəbhəsi açılsın. Yəni Kreml üçüncü cahan savaşının başlanmasına imkan verməz. Hətta sizə deyim ki, bu məsələdə Rusiya ilə Türkiyə müttəfiqdir. Onlar Avropanın, o cümlədən Fransanın məkrli siyasətlərindən tərəflərin arasını vurmaq cəhdlərindən xəbərdardırlar.

-  Paşinyanın devrilməsi an məsələsidir. Hakimiyyətə başqa biri gələndən sonra, sizcə, Rusiyanın o dövlətə münasibəti necə dəyişəcək?

- Bəli, baş nazirin devrilməsi gündəmdədir. Ona qarşı narazılıqlar tədricən artır və bunun əvəzinə Qarabağ klanının mövqeləri güclənir. Ermənistanda  hakimiyyət dəyişikliyindən və biz ərazi bütövlüyümüzü təmin edəndən sonra Rusiyanın işğalçıya qarşı münasibətinin necə dəyişəcəyinin əslində bizim üçün o qədər də fərqi yoxdur. Amma Azərbaycan, Türkiyə, Rusiya əlaqələri inkişaf etdikcə, əməkdaşlığımız artıqca, yavaş-yavaş bu münasibət də zəifləyəcək. Ən əsas məsələ odur ki, Azərbaycan hökuməti, ordusu və xalqı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi niyyətini, “Miatsum” ideyasını puça çıxardı. Beləliklə, işğalçı dövləti ən azı yüz il geriyə atdıq.

-  Çevrilişdən sonra X adlı hökumət rəhbəri “mən səhvləri düzəldəcəm” deyərək yenidən danışıqlara cəhd etsə?

- Fikrimcə, Azərbaycan prezidentinin iradəsi, ordumuzun uğurları artıq elə şərait yaradıb ki, hətta Rusiyaya sadiq Köçəryan hakimiyyətə gəlsə də, vəziyyət işğalçının xeyrinə dəyişməyəcək. Rusiya o vaxt da forpostunu dəstəkləməyəcək. İndi müzakirə mövzusu ermənilərin Dağlıq Qarabağda yaşamasıdır. Yəni onlar üçün ən yaxşı halda belə bir imkan təmin edilə bilər. Son hadisələr də göstərir ki, biz Dağlıq Qarabağda emənilərə muxtariyyət vermək niyyətində deyilik. Əlbəttə, bu, haqlı mövqedir. Hər halda Sovet dövründəki səhvi bir daha təkrarlayası deyilik. Azərbaycanda yaşayan digər millətlər kimi onlara da bərabər hüquqlar verilirsə, muxtariyyətə nə ehtiyac var, nə əsas. 

- Rusiya mediasında ermənilərin olduğu məlumdur. Onların mövqeləri də müəyyən mənada başa düşüləndir. Amma rusiyalı ekspertləri, o cümlədən Solovyovları, Şeyninləri hətta hakimiyyətin indiki mövqeyinə zidd olaraq haqsız mövqe dəstəkləmələrinə sövq edən nədir?

- Belə neqativ halların qarşısını almaqdan ötrü Azərbaycan səfirliyi ilə Azərbaycan diasporu arasındakı əlaqələr möhkəmlənməli, şəxsi maraqlar milli maraqlardan önə keçməməlidir. Həmçinin Azərbaycan-Rusiya əlaqələri ilə məşğul olan müstəqil ekspertlərdən ibarət və formal xarakterli yox, həqiqətən, işləyən klubun yaradılması da belə məsələlərin həllində effektiv ola bilər. Mən belə bir klubun yaradılması üzərində iş aparıram və Rusiyanın ən tanınmış siyasi ekspertləri həmin ideyanı dəstəkləyirlər. Ümid edirəm ki, sözügedən təşəbüslər lazımi effekt verəcək.

- Bir neçə gün əvvəl ABŞ-da üçüncü dəfə humanitar atəşkəs haqqında qərar qəbul edildi. Amma Ermənistan yenə buna əməl etmədi. Çok paradoksal deyilmi?

- Bu, daha çox daxili auditoriyaya yönəlmiş addım idi. Bilirsiniz ki, ABŞ-da prezident seçkiləri ərəfəsidir və orada erməni lobbisi ciddi nüfuza sahibdir. Yəni Tramp bir növ xal qazanmaq istəyirdi. Amma Rusiya və Amerikanın mövqeyi eynidir. Onların hər ikisi dünyada sülhün, əmin-amanlığın tərəfdarıdırlar. Bu cür bəyanatlar isə ana bətnindən ölü doğulmuş uşağa bənzəyir. Əlbəttə, tərəflərdən heç biri, xüsusilə Ermənistan atəşkəsə əməl etmək niyyətində deyil. Çünki uduzur və var gücü vəziyyəti düzəltməyə çalışır. Atəşkəsdan danışması isə sadəcə vaxt qazanmaq, gücünü bərpa etmək məqsədlidir.

loading...
53 kiloqramlıq qadın çəkisindən 4 dəfə ağır olan adamı nakaut etdi - MARAQLI... + VİDEO
"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO
Balqabaq ilə idman edən məşhur modelin başına iş gəldi - FOTOLAR...+ VİDEO
6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO
Cəmiyyət
Qış turizmindən süfrə suyunadək... - Həmin rayonlara ildə 5 milyard xərclənsə...
Siyasət
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”
Cəmiyyət
“Zəng vurub dedi ki, qızımı sənə tapşırıram, ona dayaq olarsan” - Şəhid müəllimin qardaşı
Gündəm
"Pul qazanmaq xatirinə Müzəffər Ordumuzu bu qədər aşağılamaq olmaz!..”-FOTO

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247