“Artıq 31 gündür ki, Azərbaycanın rəşadətli ordusu Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Azərbaycan tarixi, əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, həmçinin, çoxdan pozulmuş beynəlxalq hüququ bərpa edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir”.
Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib. Ermənistanın hərbi-siyasi
rəhbərliyinin azyaşlı uşaqları belə ordu sıralarına cəlb etdiyini vurğulayan
millət vəkili, bunun beynəlxalq konvensiyalara da tamamilə zidd olduğunu qeyd
edib:
“Azərbaycan işğalçı erməni
silahlı qüvvələrini tarixi torpaqlarımızdan qovmaqla yanaşı, Cənubi Qafqaz
regionunu seperatçı, terrorist qüvvələrdən də təmizləyir. Belə bir vaxtda
pozulmuş beynəlxalq hüququn icra olunmasına nəzarət etmək əvəzinə Azərbaycana
xaricdən çoxsaylı təzyiqlər edilir. Təbii ki, burada məqsəd Azərbaycanın müzəffər ordusu qarşısında
tab gətirə bilməyən Ermənistanı xilas etməkdir. Əlbəttə ki, bütün bu təzyiqlərə
Cənab Ali Baş Komandan əzmlə sinə gərir və Azərbaycana müxtəlif vasitələrlə təsir
göstərməyə çalışanlara layiqli cavab verir.
Bildiyimiz kimi, Ermənistanın
hərbi-siyasi rəhbərləri beynəlxalq hüququn norma və prinsiplərini pozur, onunla
hesablaşmır, onu heçə sayırlar. Bu günlərdə bunun bir daha şahidi olduq.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxslərin
Ermənistan ordusuna könüllü kimi çağırılması və iştirakı haqqında faktlar
yayılıbdır. Qeyd etmək lazımdır ki, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin
44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci
maddəsini də kobud şəkildə pozur: “Konvensiya iştirakçı dövlətlərdən silahlı
münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq
normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin
hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün
tədbirləri görməyə dəvət edir.
Həmin maddəyə əsasən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa
iştirak etməsi qadağan olunur. Aydındır ki, Ermənistan höküməti məqsədli şəkildə
qoşulduğu konvensiyalara zidd hərəkətlər edir. Eyni zamanda həmin konvensiyaya əsasən
dövlətlər 18 yaş həddinə çatmamış şəxslərin, onların silahlı qüvvələrin çağırışına cəlb edilməməsini təmin etməlidirlər.
Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə
cəlb edərək, nəinki uşaqları təhsildən, inkişafdan yayındırır həmçinin onların digər
hüquqlarını da kobud şəkildə pozur. Cinayətkar Ermənistan hakimiyyəti öz məkrli
niyyətlərini həyata keçirmək üçün yetkinlik yaşına çatmamış uşaqları bilərəkdən
ölümə göndərir.
Qadın
və yaşlılardan sonra bu dəfə də kiçik uşaqların döyüşlərə cəlb edilməsi Ermənistan
ordusunda hərbçi sayının kəskin azaldığını göstərir.Gördüyümüz kimi əlləri azərbaycanlı
uşaqların qanına batmış Ermənistan rəhbərliyi
öz uşaqlarına qarşı hərbi cinayət törətməkdən
belə çəkinmirlər. Yetkinlik yaşına çatmamış uşaqların müharibəyə cəlb olunması
açıq-aşkar müharibə cinayətidir. Özü də bu cinayət Ermənistan hərbi-siyasi
hakimiyyəti tərəfindən erməni xalqına qarşı yönəlib. Əlbəttə ki, hər şeydən öncə
bu cinayətə qarşı erməni toplumunun özü cavab verməlidir”.
T.Cəfərova xüsusilə diqqətə
çatdırıb ki, müxtəlif vaxtlarda uşaq hüquqlarıının
pozulması ilə əlaqədar Azərbaycana irad tutan beynəlxalq təşkilatlar indi də
ikili standartlardan əl çəkmək fikrində deyillər:
“Heç olmasa indi dünya
birliyi hərəkətə keçməli, Roma və Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə
pozan və Ermənistan höküməti tərəfindən verilmiş insanlığa zidd qərarlara
hüquqi qiymət verməlidir”.
Seymur ƏLİYEV