Azərbaycan ordusunun uğurlu hərbi əməliyaytları davam edir. Artıq 30 ilə yaxındır ki, işğal altında qalan torpaqlarımızın önəmli bir hissəsi azad edilib ki, bu da bütün xalqın böyük sevincinə səbəb olmaqdadır.
Ordumuzun uğurlu əməliyyatları
ölkəmizi ermənipərəst dövlətlərin siyasi-diplomatik təzyiqi ilə üz-üzə qoya bilərmi?
Moderator.az-a açıqlama
verən politoloq Zərdüşt Əlizadə bu cür təzyiqi isitisna etdiyini bildirdi:
“Azərbaycana Qarabağ məsələsində
heç bir təzyiq mümkün deyil. Heç kəs bizə təzyiq göstərə bilməz. Biz
qanuni-tarixi torpağımızı alırıq. Bizə kim deyə bilər ki, BMT nizamnaməsinin tələbini,
BMT qətnamələrini, öz konstitusiyanın müddəalarını yerinə yetirmə? Nə Amerika,
nə Rusiya Azərbaycana bu məsələdə təzyiq və təsir edə bilməz.
Rusiya aqressiya sərgiləyə
bilər. Lakin belə bir addım atılsa, o zaman layiqli cavabını alacaq. Türkiyə
açıq şəkildə bəyan edib ki, əgər hər hansı bir dövlət baş verənlərə müdaxilə
etsə, o zaman qarşısında onu görəcək. Məsələ bu qədər sadə və qətidir”.
Seymur ƏLİYEV