“Azərbaycan xalqı işğaldakı torpaqları son qarışına qədər azad etməkdə qərarlıdır”.
Bunu Moderator.az-a
açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Politoloq
Ali Baş Komandanla xalqın, onun hər bir fərdinin iradəsinin üst-üstə düşdüyünü,
bütün vətəndaşların ölkə başçısına dəstək verdiyini qeyd edib:
“Qarabağın azad edilməsi bütün
xalqımız üçün şərəf işidir və hər kəs bu məsələdə istənilən fədakarlığı göstərməyə
hazırdır. Bütün Azərbaycan xalqı prezident İlham Əliyevin bu məsələdəki qətiyyətini
dəstəkləyir və onun bir sözü ilə ölümə getməyə hazırdır. Biz işğal altındakı
torpaqlarımızı son qarışına qədər azad etməliyik. Biz bu məsələni gələcəyə qoya
bilmərik. Kimsə düşünməsin ki, bu xalqın iradəsini sındıra bilər. Bu, mümkün
olan iş deyil.
Azərbaycan ordusu erməni
işğalındakı torpaqlarımızı sürətlə azad etməkdir və hər kəs əmindir ki, yaxın gələcəkdə
dövlət olaraq ərazi bütövlüyümüzü tam şəkilkdə təmin edə biləcəyik. Bunun üçün
bizdə gərəkli iradə də, güc də mövcuddur və biz buna görə ordumuza, onun Ali
Baş Komandanına və onlarla həmrəylik sərgiləyən xalqımıza minnətdarıq”.
Seymur ƏLİYEV