Xəbər lenti
01/12/2020 [12:18]:
“Bu cür real hadisələri biz mütləq ekranlaşdırmalıyıq...”
01/12/2020 [12:16]:
Ali Baş Komandanın xalqa müraciəti - TAM MƏTN
01/12/2020 [12:14]:
"Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"
01/12/2020 [12:13]:
“Biz Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”
01/12/2020 [12:09]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Röyal Aslanovdan yazdı...
01/12/2020 [11:58]:
Bayraq: Bizi biz edən dəyər...
01/12/2020 [11:55]:
Türkiyə və Rusiya Qarabağla bağlı razılaşdı
01/12/2020 [11:51]:
“Laçının işğaldan azad olunması xəbərini ona çatdırmaq üçün atamın məzarını ziyarət etdim, ruhu indi şaddır”
01/12/2020 [11:48]:
"Sözsüz bu intervyunyn məzmunu Putinə çatdırılan kimi o görüşdən vaz keçməli idi"
01/12/2020 [11:39]:
13 mindən çox tələbənin təhsil haqqı ödənildi
01/12/2020 [11:34]:
Prezident İlham Əliyev xalqa müraciət edib
01/12/2020 [11:31]:
“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”
01/12/2020 [11:29]:
“Minlərlə Azərbaycan əsgəri artilleriya atəşləri altında Şuşaya doğru gedirdi...”
01/12/2020 [11:24]:
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə giriş edildiyi məlum oldu
01/12/2020 [11:22]:
Laçında Azərbaycan Himni oxundu - VİDEO
01/12/2020 [11:20]:
DİN-dən Aşıq Namiq Fərhadoğlunun iddiaları ilə bağlı AÇIQLAMA
01/12/2020 [11:20]:
Qarabağdakı 15 işləyən mədəndən 2-i hələ də ermənilərin əlindədir...-FOTOLAR
01/12/2020 [11:19]:
Ermənistanda daha 29 nəfər koronavirusdan ölüb
01/12/2020 [11:09]:
Qazaxda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə cinayət işi açıldı
01/12/2020 [11:07]:
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
01/12/2020 [11:05]:
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı
01/12/2020 [11:02]:
Dövlət Sosial Müdafiə Fondu bu gündən sosial mediada...
01/12/2020 [11:02]:
Doğma Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar
01/12/2020 [10:56]:
Laçın rayon ictimaiyyəti nümayəndələri Ali Baş Komandana müraciət edib
01/12/2020 [10:52]:
“Adama elə gəlirdi ki, Məhəbbət sanki o mahnıyla Laçını da özüylə apardı...” - VİDEO
01/12/2020 [10:50]:
Universitet II Qarabağ Savaşı iştirakçısı olan tələbələrini təhsil haqqından azad etdi
01/12/2020 [10:36]:
Koronavirusla bağlı SON STATİSTİKA
01/12/2020 [10:34]:
Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı
01/12/2020 [10:31]:
Zahid Oruc: "Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..."
01/12/2020 [10:30]:
Xankəndi erməniləri, onlar kimdir? - Nəsiman Yaqublunun yazısı
01/12/2020 [10:17]:
“Paşinyan Putini çətin durumda qoyur və özünü vəziyyətdən çıxarmağa çalışır”
01/12/2020 [10:12]:
Arizona ştatında Baydenin qalib gəldiyi açıqlandı
01/12/2020 [10:11]:
“Ağdama girəndə də, həyətimizdə də ağladım, o mənzərəni təsvir etməyə gücüm çatmaz”
01/12/2020 [10:06]:
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO
01/12/2020 [10:05]:
Ermənistanda siyasi xaos: Prezident hökuməti istefaya çağırdı - VİDEO
01/12/2020 [10:03]:
Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb - FOTO
01/12/2020 [10:01]:
Türkiyənin Azərbaycandakı Səfirliyi Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
01/12/2020 [00:20]:
Axır ki, Laçın həsrətimiz də bitdi, bölmələrimiz Laçına daxil oldu - VİDEO
01/12/2020 [00:16]:
53 kiloqramlıq qadın çəkisindən 4 dəfə ağır olan adamı nokaut etdi - MARAQLI... + VİDEO
01/12/2020 [00:14]:
Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
01/12/2020 [00:08]:
Bu gün Laçın işğaldan azad edilir
30/11/2020 [23:58]:
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO
30/11/2020 [23:50]:
"BBC" qarlı Laçın şəhərinin son görüntülərini yaydı -Düşmən var-yoxlarını yandırır...-VİDEO
30/11/2020 [23:45]:
"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
30/11/2020 [23:37]:
“Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”
30/11/2020 [23:28]:
Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO
30/11/2020 [22:54]:
Balqabaq ilə idman edən məşhur modelin başına iş gəldi - FOTOLAR...+ VİDEO
30/11/2020 [22:30]:
Bu qəsəbəyə kişilər sadəcə həftədə 1 dəfə gələ bilir - MARAQLI
30/11/2020 [22:06]:
Cəbhəyə yollanmış həkim İnar Seyidov: “O əsgərlər üçün gecə-gündüz işləməyə hazır idik!”
30/11/2020 [22:00]:
Ermənilər şəhərə od vurdu: "Dedilər ki, gecə saat 12-dək Laçını tərk etməlisiniz" + VİDEO
30/11/2020 [21:53]:
Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi
30/11/2020 [21:45]:
Yeni koronavirus peyvəndindən şad xəbər: Ağır xəstələrdə 100 faiz nəticə göstərdi
30/11/2020 [21:42]:
“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı
30/11/2020 [21:35]:
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür
30/11/2020 [21:20]:
“Kəlbəcərdə qızıl tapılanda Ermənistan hökumət sədrinə dedim ki, bura Azərbaycana aiddir”
30/11/2020 [20:53]:
Ermənilər daha bir tarixi məscidimizi tövləyə çeviribmiş - FOTO
30/11/2020 [20:39]:
Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu
30/11/2020 [20:36]:
Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir
30/11/2020 [20:35]:
Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi
30/11/2020 [20:34]:
Sahibsizlik dərdi...
30/11/2020 [20:34]:
Tokio birjasının rəhbəri platformadakı texniki nasazlıq səbəbindən istefa verir
30/11/2020 [20:31]:
Türk dronları ABŞ-ın gündəmində - Bayden hökuməti üçün xarici siyasət sınağı...
30/11/2020 [20:28]:
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
30/11/2020 [20:25]:
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
30/11/2020 [19:58]:
“3 gün mühasirədə köməksiz qaldıq, düşmən əsgərləri bizi görüb qaçırdı...” - FOTOLAR
30/11/2020 [19:48]:
6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı
30/11/2020 [19:47]:
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30/11/2020 [19:40]:
Nazirlər Kabineti distant təhsilin müddətini uzatdı
30/11/2020 [19:25]:
Ərazilərimizin minalardan təmizlənməsinə Türkiyə minaaxtaranları da cəlb edildi
30/11/2020 [19:10]:
Laçının azad olunmasına saatlar qalır - Dövlət strukturları hazırdır +FOTO
30/11/2020 [19:09]:
"Mahnıları pulla səsləndirirlər" - Mətanət İsgəndərli radioların paxırını açdı...
30/11/2020 [19:07]:
"Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm" - VİDEO
30/11/2020 [19:01]:
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı...
30/11/2020 [18:58]:
Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
30/11/2020 [18:44]:
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir AÇIQLAMA
30/11/2020 [18:42]:
“Şahid dəniz” – Aqşin Arifoğlundan yeni povest
30/11/2020 [18:38]:
Məhkəmə sabiq prezidentin 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib
30/11/2020 [18:36]:
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTOLAR
30/11/2020 [18:36]:
Bayden axsaya-axsaya xəstəxananı tərk etdi - VİDEO
30/11/2020 [18:34]:
Millimizin üzvü Xorvatiyada 2 min dollar qazandı - FOTO
Bütün arxiv bir sırada
30/10/2020 [14:38] - Müsahibə - ( 1670 dəfə baxılıb)

"O vaxt Qarabağı ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi..."



Moderator.az xəbər verir ki, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb:

- Eldar müəllim, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün düşməni sülhə məcburetmə əməliyyatı keçirir. Bu tarixi dönəmi necə qiymətləndirirsiniz?

- Bu tarixi dönəmi xalqımız böyük sevinc və yüksək mənəvi vətənpərvərlik sevgisi ilə qarşılayır. Artıq 30 ilə yaxın idi ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılırdı. Hər bir azərbaycanlı ailəsi gözləyirdi ki, torpaqlarımız işğaldan azad edilsin. Az qala bu illər ərzində insanlarda bir inamsızlıq yaranmışdı. Çünki münaqişənin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə vermirdi. Son vaxtlar baş verən hadisələr onu göstərirdi ki, Dağlıq Qarabağın həlli ilə bağlı aparılan danışıqların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan heç bir halda zəbt etdiyi Azərbaycan torpaqlarını təhvil vermək istəmirdi. Ona görə də, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Qarabağın azad edilməsi əməliyyatı xalqımızda böyük çoşqu və sarsılmaz birlik yaradıb. Bu gün hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşərək monolit bir qüvvəyə çevrilib. Ordumuzun Qarabağda həyata keçirdiyi uğurlu döyüş əməliyyatları sözsüz ki, bir sıra qüvvələri, dövlətləri narahat edib. Ona görə də son dönəmlər Azərbaycana qarşı təzyiq etmək istəyirlər. Amma bütün bunlara baxmayaraq, dövlətimizin rəhbəri bu qüvvələrə qarşı möhkəm iradə və xalqımızın əzmini nümayiş etdirir.

- Ermənistan Azərbaycanın əks-hücum əməliyyatı qarşısında aciz qaldı. Düşmən belə bir həmləni gözləyirdi?

- Ermənilər inanmırdılar ki, azərbaycanlılar öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücuma keçə bilər. Çünki onlar müəyyən dairələrin verdiyi vədlərə əsasən çox arxayın düşmüşdülər. Ermənilər bu gün də onlara dəstək verən ölkələrə arxayındırlar. Eyni zamanda onlar öz lobbi təşkilatlarına da güvənirdilər ki, nə isə baş versə, yardım ala biləcəklər. Bilirsiniz ki, ermənilərin tarix boyu dövləti olmadığına görə onlar lobbi təşkilatlarına, bu formada birliyə əsaslanıblar. Ona görə də, ermənilər çalışıblar ki, lobbiçilikdə hər kəsdən öndə olsunlar, mövcud olduqları ölkələrdə dövlət siyasətinə belə təsir etsinlər.

- Erməniçilik anlayışını necə izah etmək olar?

- Bir çox hallarda ermənilərin özləri də etiraf ediblər ki, onlar xalq deyillər, köçəri bir etnik qrup kimi yaşayıblar. Bir çox mənbələrdən bəlli olur ki, ermənilər qaraçılarla yunanların qarışığından yaranıb. Sonradan isə Balkanlardan üzü bu tərəfə yayılmağa başlayıblar. Ona görə də, erməni xalqı haqqında konkret bir anlayış və dəqiq bir mənbə yoxdur. Onlar müəyyən dövr mövcud olmuş imperiyaların ucqarlarında yaşamaq icazəsi alsalar da, sonradan xəyanətlərinə görə müxtəlif ərazilərə qovulublar.

- 1918-ci ildə Bakının azad edilməsi əməliyyatında sizin babalarınızın iştirakı barədə danışmanızı istərdik...

- Əslən bakılıyam, babamgil də Bakıda yaşayıblar, onlar 9 qardaş olublar. İkisi uşaqlıq yaşlarında dünyasını dəyişib, 7 qardaş sağ qalıb. Bakı azad olunarkən mənim babalarım böyük yardımlar ediblər. O vaxt Bakını azad edən Qafqaz İslam Ordusuna bakılılar kimi mənim babalarım da qoşulub. Ermənilərin, daşnakların Zabrat-Maştağa arasında yerləşən körpüdən üzü Kürdəxanıya qədər olan səngərlərdə ermənilərin qarşısı kəsilmişdi. Nuru paşanın başçılıq etdiyi dəstəyə kömək üçün Nardaran-Bilgəh istiqamətindən gəmi ilə bir general da gəlmişdi. Gecələr erməni səngərlərinə girərək onların toplarını, silahlarını xarab edirmişlər ki, ondan istifadə edə bilməsinlər. Hətta orada rütbəli bir erməni zabitini bizimkilər gecə əsir götürüb kisəyə salmışdılar. Sonradan onu aparıb türk paşasına təhvil vermişdilər. Türk paşası da onları bu hərəkətinə görə təltif edibmiş. Babamın Ağaverdi adlı qardaşı həmin döyüşlərdə şəhid olub. Ona görə də, sonradan ermənilərə qarşı Bakı kəndlərində hər zaman xüsusi bir nifrət olub.

Sovet hökuməti qurulduqdan sonra Bakının ayrı-ayrı yerlərində ermənilər məskunlaşdırıldı. Amma Bakının Maştağa kəndində heç vaxt ermənilərin məskunlaşmasına yerli camaat razılıq verməyib. Yeganə Bakı kəndi idi ki, bir nəfər erməni belə burada məskunlaşmadı. Maştağa kəndi Bakının azad olunmasında ermənilərlə döyüşlərdə şəhidlər verdiyinə görə onları görməyə gözləri yox idi.

- Ermənilər sizin Xankəndində işləməyinizə necə mane oldular?

- Gənclik dövrümüz, tələbəlik illərimiz sovet dönəminə təsadüf edir. Ruslar, ermənilər, digər millətlərin nümayəndələri birlikdə yaşayırdı. O vaxt ermənilər çox açıq şəkildə ayrı-seçkilik etməyə cəsarət etmirdilər. Xatirimdədir, bir dəfə qaradərili bir tələbəni ermənilər öldürmüşdülər. Amma onlar üzdə hər zaman özlərini yazıq, fağır kimi göstərirdilər. Buna baxmayaraq ermənilər daxillərində hər zaman bizə qarşı nifrət hissi ilə yaşayıblar. Bunu biz hiss edirdik. Universiteti bitirdikdən sonra təyinatımı Qarabağa verdilər. Qarabağ mənim üçün də maraqlı bir yer idi. Heç vaxt orada olmamışdım. Xankəndində, Şuşada olmaq mənə maraqlı gəlirdi. O vaxt Xankəndidə "Azərittifaq"ın bir şöbəsi yerləşirdi. Amma onlar ayrıca bir təşkilat idi. Mənim təyinatımı oraya göndərmişdilər. Getdim çatdım Xankəndinə, idarənin şöbə rəisinə göndərişimi təqdim etdim. O, mənimlə rus dilində danışırdı. Sonra məndən soruşdu ki, ermənicə bilirsən? Dedim axı mən ermənicə niyə bilməliyəm ki? Mən Azərbaycan, rus dillərini bilirəm. O cavab verdi ki, sən burada işləyə bilməyəcəsən. Dedi ki, sən hesabatları, iş sənədlərini erməni dilində yazacaqsan. Ona görə də, məni işə götürmədilər. Bakıya qayıdıb Elmi Təqdiqat İnstitutunda işləməyə başladım. Elə o dövrdən də məlum oldu ki, buradan göndərilən mütəxəssisləri ermənilər Xankəndində işə qəbul etmir. İrəvandan gələnləri qəbul etsələr də qeyri-erməni millətindən olanları geri qaytarırdılar. Onların məqsədi də o idi ki, orada daha çox ermənilərin məskunlaşmasına nail olsunlar.

- Yəni ermənilər bununla etnik tərkibi dəyişməyə çalışırdı.

- Bəli, Azərbaycanda, öz torpağımda erməni məni işə götürmürdü. Bakıdan, digər yerlərdən gedən bütün azərbaycanlıları, hətta göndərişlə gedənləri belə geri qaytarırdılar. Amma Ermənistandan gələnlər orada asanlıqla işlə təmin olunur və yerləşdirilirdi. Məqsədləri də orada ermənilərin sayının çoxalmasına nail olmaq olub.

- Bəs bu ayrı-seçkiliyə görə, sovet rəhbərliyinin reaksiyası olurdumu?

- Nə sovet hökuməti, yaxud hansısa nazirlik, komitə Xankəndinə zəng edib demirdi ki, sən niyə erməni dilində rəsmi dövlət idarəsində iş aparırsan?

- Bəs ermənilərə belə bir cəsarəti kim vermişdi?

- Kreml onların arxasında dayanırdı. O vaxt hətta Qafqazda yeganə beynəlxalq əhəmiyyətli aeroport ancaq İrəvanda idi. Tbilisidə, Bakıda belə bir əhəmiyyətli aeroport yox idi.

- Sovetlərdə erməni sevgisi haradan qaynaqlanırdı?

- Mikoyanlardan, Şaumyanlardan, Baqramyanlardan qaynaqlanırdı. Mikoyan “26”ları satıb özü qaçıb getmədi? Həzi Aslanovu öldürdülər ki, çox qabağa getməsin, bütün titulları özləri alsın. Bundan sonra Baqramyan marşal adı aldı.

- Ermənilərin Qafqaza gəlişi hansı dövrə təsadüf edir?

- Biz tələbə olanda ermənilərin bu əraziyə yeni gəlməsi ilə bağlı faktlar daha çox qabarmışdı. Amma sonradan sovet ailəsi adı altında millətlərin adı o qədər də diqqət çəkmirdi. Hətta bir dövr pasportlardan milli kimliklərin silinməsi ilə bağlı fikirlər də mövcud idi. Təklif vardı ki, bütün pasportlarda sovet vətəndaşı qeyd olunacaq. Amma buna etirazlar oldu deyə reallaşmadı. Hətta Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə gələnə qədər Azərbaycanda bir dildən, rus dilindən istifadə olunurdu. O gələndən sonra Azərbaycan dilindən geniş istifadə olunmağa başladı. Həmin dövrlər yaxşı yadımdadır. Ermənilər Qarabağa gəlmələrinin 150 illiyi ilə bağlı bayram tədbirləri keçirirdilər. Bununla bağlı bir abidə də qoymuşdular. Həmin abidədə 3 dildə yazı qeyd olunmuşdu. Azərbaycan, rus, erməni dilində yazılmışdı ki, ermənilərin Azərbaycana gəlmələrinin 150 iliyi münasibəti ilə... Qarabağda vəziyyət dəyişəndən sonra ermənilər o abidəni gizlətdilər və tapılmadı. Tarixdən anlayışı olan hər kəs bilir ki, İrəvan və indiki Ermənistan ərazisi heç vaxt erməni torpağı olmayıb. Hamıya bəllidir ki, ermənilər hər bir tarixi faktı saxtalaşdırır. Hətta o dövr İrəvanda da belə bir gülməli abidə qoymuşdular ki, ermənilərin bu ərazilərə gəlməsinin 2500 illiyi münasibəti ilə... İddia edirdilər ki, bu daşı onlar qazıntılar zamanı İrəvan ərazisindən tapıblar. Sonradan Urartu dövlətinin ərazisinin məhz indiki Ermənistan ərazisinə təsadüf etməsi ilə bağlı uydurmalar səsləndirməyə başladılar. Onlar o qədər yalan danışırlar ki, sonra yalanlarına özləri də inanmağa başladılar. Bütün tarixçilər də vurğulayırlar ki, ermənilər hər zaman uydurmalarla yaşayıblar. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycan nümayəndə heyəti olaraq 2018-ci biz İrəvanda keçirilən tədbirdə iştirak etdik. Açığı, həmin tədbirdə iştirak etmək istəmirdik. Çünki ermənilərlə hər zaman tədbirlərdə qarşıdurma baş verir. İrəvanda tədbirdən sonra ermənilər bizi guya muzey dedikləri bir yerə apardılar. Orada kiçik bir yerdə xalça asmışdılar. Bildirdilər ki, guya bu xalça 4 min illik tarixi olan erməni xalçasısıdır. Bütün nümayəndə heyəti sözsüz ki, bu gülünc təqdimata istehza ilə yanaşdı. Hətta bir gürcü məndən soruşdu ki, 4 min il bundan qabaq erməni olub ki, xalçası da olsun?!

- Ermənilərin Qarabağa iddiaları hansı dövrdə güclənməyə başladı?

- Qeyd etməliyəm ki, 1950-60-cı illərdə də hər zaman bu məsələ qaldırılırdı. Hətta Mircəfər Bağırovun dövründə dəfələrlə bu iddianı günəmə gətirmişdilər. Moskvada olan Mikoyanlar hər zaman fürsət düşdükcə Qarabağ məsələsini qabardırdılar. Dərdləri də o idi ki, Qarabağ Ermənistana verilsin. Axı bu necə ola bilərdi? Çünki bu, sırf Azərbaycan tarixidir, Azərbaycan ərazisidir. Onu da vurğulayaq ki, o dövrlər Qarabağın və digər ərazilərin ermənilərə verilməsinə maneə olan şəxslərdən biri də Mircəfər Bağırov olub. Ermənilər nə qədər çalışsalar da Stalin buna razılıq vermədi. Sonradan Xruşovun dövründə də, ermənilər bu məsələni qaldırdılar. O zaman buna nail ola bilmədilər. Brejnevin dövründə isə onların əli-qolu bağlandı. Çünki Ulu Öndər Heydər Əliyev dövlətin başına keçdikdən sonra ermənilər öz yerlərinə çəkildilər. Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra yavaş-yavaş ağıllı, bilikli, savadlı adamları sıxışdırmağa başladılar. Çünki Qorbaçov siyasətdən kənar, Raisanın yaylığının altında böyümüş bir adam idi. Arvadının sözü ilə oturub-duran adama nə deyəsən? Qarabağı da ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi. O, Stavrapolda işləyərkən ermənilərlə “dost”laşmışdı. O dövr Andropov da da ora gedirdi. Kremlin bütün sanatoriyaları o ərazilərdə idi. Ermənilərlə də münasibət görünür, o vaxt yaranıb. Hətta Qorbaçovun köməkçisi Aqanbekyan Fransada çıxışında bildirmişdi ki, Qarabağ məsələsi gündəmdədir.

- Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindəki fəaliyyətini necə xatırlayırsınız?

- O dövr Ulu Öndər Heydər Əliyevi ən ağır sahələrə rəhbər göndərirdilər. Bilirdilər ki, yalnız o, bu işlərin öhdəsindən gələ biləcək. Siyasi büroda da Ulu Öndər Heydər Əliyev kimi güclü bir lider mövcud deyildi. Onun rəhbərliyə seçilməməsinin səbəbi isə Qramikov oldu. O bildirdi ki, yaşı çoxdur, ona görə gəlin, Qorbaçovu seçək. Qorbaçov da ali sovetin sədrliyindən sonra onu işdən azad etdi. Qramikov memuarında yazıb ki, həyatımda bir dəfə səhv etdim, o da Qorbaçovu rəhbərliyə gətirdim. Hətta sonradan Ulu Öndər öz xatirələrində də bunu qeyd etmişdi. Tixanov da Heydər Əliyevə bildirmişdi ki, biz sənin haqqında müsbət düşünürdük, amma bəzi yoldaşlar buna razı olmadılar.

- Eləcə də ermənilər Heydər Əliyevin sovet rəhbərliyində olmasına qisqanclıqla yanaşırdı.

- Ulu öndər Heydər Əliyev 1982-ci ilin noyabrında vəzifədə olana qədər ermənilərdən heç bir səs çıxmırdı. Heydər Əliyev vəzifədən gedən kimi ermənilər məsələ qaldırdılar ki, biz Qarabağ erməniləri olaraq ayrılmaq və Ermənistanın tərəfinə keçmək istəyirik. Hətta İrəvanda, Ermənistanda olan azərbaycanlıları az qala bir günün içində yük vaqonları ilə ölkədən çıxarmağa başladılar.

- Bəs Ermənistandan çıxarılan azərbaycanlıların Xankəndində, Qarabağda yerləşdirilməsinə kimlər mane oldu?

- O vaxt Bakıda birinci katib işləyən Fuad Musayev də dedi ki, Ermənistandan gələnləri Qarabağda yerləşdirək. Çünki gələnləri Abşeron otelində və digər yerlərdə yerləşdirmişdilər. Razılıq o idi ki, onlar həmin bölgəyə daha yaxın bir ərazidən gəldikləri üçün çətinlik olmayacaq. 200 mindən artıq azərbaycanlı əhalinin orada yerləşdirilməsi nəzərdə tutulurdu. O vaxt respublikaya rəhbərlik edən Kamran Bağırov dedi ki, Moskva buna icazə verməz. Həmin azərbaycanlılar Qarabağda yerləşdirilsəydi, orada azərbaycanlıların sayı artacaqdı.

Ardı var...

loading...
Zahid Oruc: "Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..."
53 kiloqramlıq qadın çəkisindən 4 dəfə ağır olan adamı nokaut etdi - MARAQLI... + VİDEO
"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO
Balqabaq ilə idman edən məşhur modelin başına iş gəldi - FOTOLAR...+ VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”
Araşdırma
Qarabağdakı 15 işləyən mədəndən 2-i hələ də ermənilərin əlindədir...-FOTOLAR
Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO
Siyasət
Türk dronları ABŞ-ın gündəmində - Bayden hökuməti üçün xarici siyasət sınağı...
Siyasət
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Seymur Əliyev
Bayraq: Bizi biz edən dəyər...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247