Xəbər lenti
28/11/2020 [07:56]:
Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO
28/11/2020 [07:12]:
Vandalizm və ermənizm...
28/11/2020 [01:24]:
Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
28/11/2020 [01:22]:
Moskvada son sutkada koronavirusdan 76 nəfər ölüb
28/11/2020 [01:00]:
Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir
28/11/2020 [00:58]:
Maradonanın karyerası ərzində qazancı məlum oldu
28/11/2020 [00:37]:
"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."
28/11/2020 [00:31]:
Ağdam yolu minalardan təmizlənir - FOTO
28/11/2020 [00:22]:
Avropada quş qripinə yoluxma aşkarlandı
28/11/2020 [00:05]:
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
28/11/2020 [00:04]:
Bu gündən noyabrın 30-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
28/11/2020 [00:00]:
Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi - FOTO
27/11/2020 [23:51]:
Azərbaycanlı əsgər rusiyalı sülhməramlılarına dilimizi öyrədir - VİDEO
27/11/2020 [23:25]:
Tərtər çayı daşaraq sahibkarlara "divan tutdu", rəsmilərsə əcaib cavabla kifayətləndi - VİDEO
27/11/2020 [23:09]:
Biləsuvarda şəhid dəfn edilib
27/11/2020 [23:04]:
İcevana gedən qatar yola düşür...
27/11/2020 [22:55]:
Bakıda “təcili yardım” BÖHRANI – 103 cavab vermir, xəstələr ölümə məhkumdur...
27/11/2020 [22:52]:
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
27/11/2020 [22:50]:
Ermənilərin Qarabağda törətdikləri ekoloji terror ərəb mətbuatında gündəmə gətirilib
27/11/2020 [22:44]:
Ermənistan Rusiyanı günahlandırmaqda haqlıdır...
27/11/2020 [22:40]:
"Çin infeksiyanı bilə-bilə bütün dünyaya yaydı, amma bu gün Çində yoluxma yoxdur, çünki..."
27/11/2020 [22:18]:
Bu həkimlər də yanvaradək əlavə maaş alacaqlar
27/11/2020 [22:01]:
Su krantlarından "odlu su" axdı - VİDEO
27/11/2020 [21:52]:
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ + FOTO
27/11/2020 [21:49]:
Paşinyan Moskvaya gedir
27/11/2020 [21:47]:
Xalq artistinin qardaşı özünü maşının altına atdı - FOTO
27/11/2020 [21:40]:
Yaralansa da döyüşü davam etdirib, düşmən hərbçilərini əsir götürüb - Şəhid mayorumuzun döyüş yolu...
27/11/2020 [21:33]:
5 min illik balina skleti tapıldı - MARAQLI
27/11/2020 [21:25]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
27/11/2020 [21:12]:
Azərbaycanın iki gimnastı Avropa Çempionatının finalına yüksəlib
27/11/2020 [21:10]:
Bir ay ərzində hamilə buraxdığı 6 qadınla poz verdi...+ FOTO
27/11/2020 [21:06]:
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
27/11/2020 [20:56]:
Rusiyada müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb - FOTO
27/11/2020 [20:48]:
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
27/11/2020 [20:43]:
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
27/11/2020 [20:38]:
Qalib əsgər Cavid Hüseynov... -Qənirə Paşayeva şəhidimizdən yazdı...
27/11/2020 [20:31]:
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
27/11/2020 [20:00]:
Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı
27/11/2020 [19:53]:
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
27/11/2020 [19:41]:
Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
27/11/2020 [19:40]:
Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya təqdim etdi
27/11/2020 [19:38]:
Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən - FÜZULİ...
27/11/2020 [19:38]:
Ərdoğan Albayrağın yerinə onu təyin etdi
27/11/2020 [19:33]:
"Erməni Azərbaycanın 7 rayonu əlində ola-ola Dağlıq Qarabağa müstəqil dövlət statusu ala bilmədisə..."
27/11/2020 [19:27]:
Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
27/11/2020 [19:20]:
İranda nüvə alimi öldürülüb - YENİLƏNİB
27/11/2020 [19:18]:
Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib
27/11/2020 [19:02]:
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirildi
27/11/2020 [18:51]:
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [18:45]:
General Movses Akopyan: “Paşinyanın psixi problemləri var”
27/11/2020 [18:38]:
Vasif Talıbov yaralı hərbçilərlə görüşdü
27/11/2020 [18:36]:
Ahmet Davutoğlu koronavirusa yoluxub
27/11/2020 [18:35]:
Qəhrəman atanın qəhrəman oğlu
27/11/2020 [18:34]:
Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir
27/11/2020 [18:29]:
TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı
27/11/2020 [18:27]:
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
27/11/2020 [18:18]:
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr...
27/11/2020 [18:12]:
Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanıldı
27/11/2020 [18:06]:
“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”
27/11/2020 [18:00]:
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
27/11/2020 [17:54]:
Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO
27/11/2020 [17:45]:
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
27/11/2020 [17:40]:
Lukaşenko prezidentlikdən gedəcəyini açıqladı
27/11/2020 [17:39]:
Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM
27/11/2020 [17:37]:
Vilayət Eyvazov onu "Qoratdel"ə rəis TƏYİN ETDİ - FOTO
27/11/2020 [17:36]:
Dünəndən bu günə Qarabağ müharibəsi - Azərbaycan Ordusunun gücü
27/11/2020 [17:33]:
Qənirə Paşayeva son 5 gündə yüzdən çox vətəndaşımızın "online" şəkildə müraciətlərini, qayğılarını dinləyib
27/11/2020 [17:29]:
“Hər şeyi məhv ediblər, torpağı minalayıblar” - Fred Asifin qardaşı Ağdama getməyindən danışdı
27/11/2020 [17:28]:
Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [17:22]:
"Nə ləhcəsini, nə də oranın adətlərinin hansısa birini dəyişdi"
27/11/2020 [17:17]:
Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı
27/11/2020 [17:15]:
“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” - Sofiyevanın ziddiyyətli ifadələri...
27/11/2020 [17:12]:
Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı - VİDEO
27/11/2020 [16:47]:
"Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır..."
27/11/2020 [16:41]:
“Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27/11/2020 [16:39]:
Millət vəkili əsgərin təhsil problemini nəzarətə götürən təhsil nazirinə təşəkkür etdi
27/11/2020 [16:29]:
Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq
27/11/2020 [16:29]:
"Təəssüf ki, dünyaya bəla kəsilən qəfil virus onun da həyatını yarımçıq dayandırdı"
27/11/2020 [16:28]:
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb - FOTO
27/11/2020 [16:26]:
“Ermənilərlə yenidən yanaşı yaşamaq çox çətin olacaq...” -Şuşanın sabiq polis rəisi
Bütün arxiv bir sırada
30/10/2020 [15:10] - Cəmiyyət - ( 874 dəfə baxılıb)

"Ermənistan dövləti yalnız adamlarla deyil, abidələrlə də müharibə aparır..."



Ermənistanın hələ öz dövlət müstəqilliyini elan etməmişdən qabaq Azərbaycana qarşı başlatdığı təcavüzkarlıq siyasəti, müstəqillik illərində, necə deyərlər, yalnız siyasi-nəzəri görüş olmaqda qalmadı, gerçək müstəvi üzərində qanlı praktikaya keçdi. 

Öncələr daha çox sosial-məişət, incəsənət aləmində Azərbaycan mədəniyyət örnəklərinin “erməniləşdirilmə”sinin  şahidi olurduqsa, həmin o “qanlı praktika” dövründə erməni üzü daha çox dağıntılar, yoxetmə, özününküləşdirmə kimi vandallıqlarla müşahidə olundu. – Yalnız “Sarı gəlin”imiz, dolmamız, lavaşımız, qara zurna, kaman və tütəyimiz... deyil, Azərbaycanlıların tarix boyu yaratdığı, yaşatdığı və 90-cı illərdə işğala məruz qalan hər daş, hər tikili... erməniləşdirməyə (yaxud ermənicə dağıdılmağa) məruz qaldı..! Minbir bəhanə və “bəzəmə” ilə müharibə cinayətlərindən yayınma cəhdlərində bulunsa da, Ermənistan dövlətinin işğal bölgəsindəki maddi mədəniyyət abidələri ilə davranışı tam bir insanlıq suçudur! Yalnız yerli, milli, respublika əhəmiyyətli abidələrin deyil, dünya mədəniyyət incilərinin də erməni vandallığından öz nəsibini alması, bizim necə bir zehniyyətlə - daha doğrusu, zehniyyətsizliklə üz-üzə qaldığımızı bir daha göstərir. Biz ermənilərin təkcə hərbçilərlə deyil, dinc əhali ilə, körpələrlə, qoca qadınlarla da elanolunmamış müharibə apardığını bilirik; lakin dünya bunu anlamalıdır ki ermənilər yalnız diri azərbaycanlılarla deyil, bizim ölülərlə də müharibə edir. Cəsədlər üzərində eksperimentlər aparılmasını, ölülərin təhqir edilməsini, qəbristanlıqların dağıdılmasını başqa cür necə izah etmək olar?!

Bütün bunlar azmış kimi, hər kəsin bildiyi beynəlxalq hüququn məşhur “işğalçı işğalın nəticələrindən öz xeyrinə istifadə edə bilməz” prinsipi Ermənistan tərəfindən hər gün (işğal bölgəsinin hər yerində) pozulur. İşğal altındakı torpaqların altında, üstündə ələ keçən hər şeyi talamağı ( –şəxsi mülklərə, işğalçı ordunun təminatına və işğalçı dövlətin nəfinə daşımağı) XXI yüzildə ancaq ermənilər özlərinə yaraşdırır... Bu, dünya mültikulturalizm çağırışları ilə, sivilizasiyalararası dialoqla necə uzlaşdırıla, necə izah edilə bilər? Beynəlxalq ictimaiyyət mədəniyyət, maarif və elm sahələrində əməkdaşlığı dünya sülhü və təhlükəsizliyi təşviq etmək üçün önəmli bir yol hesab edərkən, Ermənistan tam yolsuzluğu seçib... Belə bir yolsuz, hüquqtanımaz zehniyyətlə mədəni mübadilə – məsələn, sülh mədəniyyətini təşviq etmək – mümkündürmü? İlkin olaraq, nifrət nitqindən imtina etməyi belə bacarmayan, mədəniyyət düşməni Ermənistan hakimiyyətinin qəbul etdiyi, anladığı bir dil, bir üslub var: silah dili, müharibə üslubu..!  

Beləliklə, işğalçı Ermənistanın istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə, o sırada, mədəniyyət müəssisələrini dağıtması yaxud təyinatını tamamən dəyişdirməsi, “erməniləşdirmə”si... humanitar təfəkkürlə bir araya sığmır. – Ermənistan dövlətinin “xarakter”i başqa mədəniyyətlərə qarşı dözümsüzdür. Təsadüfi deyil ki Azərbaycan Prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanı “Failed state” – uğurusz dövlət adlandırıb.

İnsan cəmiyyətinin böyük bir mədəni irsə malik olduğu XX yüzil sonları-XXI yüzil başlarında da, yenə işğalçılıq, soyqırım aktı törətmək, hərbi cinayətlər etmək, özlüyündə, bəşər mədəniyyətinə qarşı çıxmaqdır. Əlbəttə, bu hərbi cinayətlər tam haqsız yerə edilib, dinc insanların – körpələrin, qadınların, qocaların qanı tökülüb, minlərlə cavan ömürlük şikəst edilib...

Biz hələ onu demirik ki, Ermənistan faktiki monoetnik dövlətdir və onunla həmhüdud dövlətlərin heç birində belə etnik mənzərə – daha doğrusu, mənzərəsizlik yoxdur; hətta, dünyanın başqa bir coğrafiyasında da, hazırda monoetnik dövlət təsəvvür etmək çətindir. Üstəlik, həmin o monoetnik dövlətin (havadarlarının hərbi-siyasi dəstəyi ilə) işğala məruz qoyduğu tərəf, etnik mənzərə baxımından bölgənin ən zəngin ölkəsidir! – Vicdanı olan heç kəs inkar edə bilməz ki məhz Azərbaycan Respublikası sivilizasiyalar və mədəniyyətlərarası dialoqun əsas ünvanlarından biridir... Ölkəmizdə insanlar dini, milli mənsubiyyətdən asılı olmayaraq min illər boyu sərbəst yaşayıb, yaşayır və yaşayacaq; burada, heç bir abdiə dini, milli məzmununa görə mənfi münasibət görmür, tam əksinə, dövlət tərəfindən qorunur, gərəksə, təmir-bərpa işləri aparılır. (Bunun “qarşılığında”, dünyaca məşhur Azərbaycan sənətkarları BÜLBÜL, NATƏVAN və Üzeyir bəy Hacıbəylinin Şuşadakı bürünc büstlərinin Ermənistan silahlı qüvvələri tərəfindən gülləbaran edildiyi dünyanın bildiyi  bir acı gerçəkdir...) Bu sətirlərin yazıldığı günlərdə ölkəmizin musəvi və provslav dinigörüşlü vətəndaşlarının sinaqoq və kilsələrdə Azərbaycan ordusunun qələbəsi üçün dualar etməsi də, ölkəmizdə sivilizasiyalar və dinlərarası dialoqun, həmrəyliyinin səviyyəsini göstərməkdədir. Bu gözəl mənzərə önündə bir də, qarşı tərəfi təsəvvür edin: qriqorian məzhəbindən kənar dini abidələr ya barmaq sayı qədər qalıb (ona da məcbur olublar) ya da dağıdılıb və ibadət yeri kimi deyil, heyvan saxlama məntəqəsi kimi istifadə edilir... Belə bir ortamda, nəinki başqa din mənsubları Ermənistan silahlı qüvvələri üçün dua edər, hətta, heç qriqorian məzhəbi mənsublarının da duası Tanrı qatında qəbul görməz!

Gəlin Ermənistanın bədnam işğalçılıq paktikasının mədəniyyət planındakı acı gerçəkliyinin statistikasına diqqət yetirək. – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ən yeni rəsmi açıqlamasına görə:

- işğal edilmiş ərazilərdə viran edilmiş yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən

4,6 milyon kitab fondu olan 927 kitabxana,

808 mədəniyyət sarayı, klub və mədəniyyət evi,

85 musiqi və rəssamlıq məktəbi 

işğaldan və işğalçılardan “nəsibini” alıb...

Bununla yanaşı,

100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı,

4 rəsm qalereyası,

4 teatr müəssisəsi,

2 konsert müəssisəsi,

8 mədəniyyət və istirahət parkı,

işğaladək dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən

Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII yüzillər),

Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII yüzil),

Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV yüzil),

Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən olan

Azıx mağarası,

Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu və b... erməni vandalizminin acı zərbələrinə məruz qalıb; onlardan bir çoxu günü bugün də işğal altında saxlanılır və həmin abidələrlə işğalçı hərbçilərin istəyinə uyğun davranılır.

Müzəffər ordumuz 27 sentyabrdan bəri bir çox əraziləri işğaldan qurtardığı, bir çox məntəqəni də nəzarət altına götürdüyü üçün hazırda işğalçı yalnız Ermənistan silahlı qüvvələrinin tam nəzarəti altında qalmış abidələrə zərər vermə imkanına malikdir; lakin biz tam əminik ki çox yaxın günlərdə torpaqlarımızın hamısını dövlətimizin tam nəzarətinə qaytarıb, oradakı bütün maddi mədəniyyət abidələrini də vandallıqdan qurtaracağıq. Beləliklə, abidələrimiz, toponimlərimiz öz həqiqi adlarına, məzmun və mahiyyətlərinə qovuşacaq; tarixi bəlgələr əsasında, mütəxəssis rəyi ilə gərəkən təmir-bərpa prosesi həyata keçiriləcək, dünya mədəniyyətsevərlərinin, araşdırmaçı-yazarların, turistlərin və b.-nın sıx-sıx ziyarət etməsinə, öyrənib öyrətməsinə münbit ortam yaranacaq...

Onu da qeyd edək ki Ermənistanın Azərbaycan mədəni irsinə vandallığı yalnız işğal altındakı Qarabağ torpaqlarında baş verməyib, Ermənistan Respublikasının hüdudları içindəki bütün maddi-mədəniyyət abidələrimiz də ağır müdaxilələrə məruz qalıb yaxud dağıdılıb.

İşğalçı dövlətin ərazisində çox sayda tarixi-memarlıq abidəmiz – karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olub.

XX yüzilin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid mövcud olub və onların hamısı yalnız dini ibadət yeri olması ilə deyil, memarlıq əsəri olması ilə seçilib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən İrəvan xanının sarayı və unikal Sərdar (Abbas Mirzə) məscidi məhv edilib.

Bugün Ermənistan Respublikası hüdudları içində Azərbaycanlılara məxsus iki tarixi-memarlıq abidəsi qorunsa da, erməni hiyləgərliyi bu iki abidədən də yan keçməyib – İrəvandakı ünlü Göy məscidi “fars məscidi”, İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi “serifikatlaşdırıblar”.

Ermənistan ərazisindəki qəbristanlıqlarımız vandalcasına dağıdılıb. Azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, bizə məxsus toponimlərə qarşı da vandallıq edən ermənilər, tarix boyu azərbaycanlıların yaşadığı 703 yaşayış məntəqəsinin adını rəsmən dəyişdirib, erməniləşdirib.

Hazırda əsas hədəfimiz Ermənistanın işğalına və terroruna son verərək, BMT tərəfindən tanınmış ərazilərimizdəki abidələrimizi qoruma altına almaq, onları bərpa etmək olsa da, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisindəki abidələrimizə də yönəltməkdə fayda var. Sadə bir məntiqi sual ortaya çıxır: tarix boyu öz dədə-baba torpaqlarında yaşamış azərbaycanlılar necə ola bilər ki Ermənistan Respublikasının hüdudları içində qalmış ərazidə bir ədəd belə abidə yaratmamış olsun? – 102 il öncəyədək mövcud olan abidələrimiz bir yana, bəs 1988-ci ilədək qorunub-saxlanmış abidələrimiz ötən illər ərzində hara qeyb olub?! – Monoetnik bir dövlətin ərazisindəki bütün qeyb olmaların məsuliyyətini məhz ermənilər və Ermənistan dövləti daşıyır!

Onu da unutmuruq ki Ermənistanın Azərbaycana qarşı elanolunmamış müharibəsi nəticəsində həyatını itirmiş neçə sənət adamı, mədəniyyət xadimi və gələcəyi parlaq istedadlar vardı... Uzaq 1919-cu ilin soyuq fevral ayının 5-də, erməni polkovnikinin başçılığı ilə “Küllü” təpə deyilən yerdə belinə odlu samovar bağlanaraq, beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülən Aşıq Nəcəf... nə birinci, nə də sonuncu şəhid edilən mədəniyyət xadimi olmayıb, təəssüf ki!

Təsəllimiz odur ki hazırda dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur yeri olan qüdrətli müstəqil dövlətimiz var və müzəffər ordumuz işğal altındakı torpaqlarımızı işğaldan azad etməkdədir!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə PAŞAYEVA
Milli Məclisinin Mədəniyyət komitəsinin sədri

loading...
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Su krantlarından "odlu su" axdı - VİDEO
5 min illik balina skleti tapıldı - MARAQLI
Bir ay ərzində hamilə buraxdığı 6 qadınla poz verdi...+ FOTO
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Cəmiyyət
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
Cəmiyyət
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
Siyasət
"Bayrağımız Xankəndində dalğalanandan sonra erməni təxribatlarının qarşısı alınacaq"

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247