Xəbər lenti
05/12/2020 [02:13]:
"Son illərdə heç kim Əliyev kimi öz xalqı və ölkəsi üçün milli maraqları reallaşdırmayıb”
05/12/2020 [02:06]:
"Təkcə mən yox, hamı təəccüblənir ki, Azərbaycan bu qədər az itkilər hesabına qələbəyə nail olub”
05/12/2020 [00:13]:
Çinin COVID-19-la mübarizədə uğur qazanmasının səbəbi nədir?
05/12/2020 [00:00]:
"Əgər “F-16”-lar Azərbaycandadırsa, bu, üstünlüyü təmin etmək üçün yetərlidir" -VİDEO
04/12/2020 [23:41]:
İmişlidə ağır qəza - 7 nəfər yaralandı
04/12/2020 [23:36]:
Hamını qorxuya salan koronavirusun özü də bunlardan qorxurmuş... - MARAQLI
04/12/2020 [23:31]:
Bakıdakı bir çox məşhur binada bayraq proyeksiyası əks olunub - FOTO
04/12/2020 [23:28]:
"Stepanakert alayı darmadağın ediləndən sonra döyüş qabiliyyətli bölmələrimiz yox idi"
04/12/2020 [23:11]:
Nazirlik Füzulidə bərpa olunacaq idman obyektlərinin siyahısını tərtib etdi - FOTO
04/12/2020 [23:09]:
Samuxda evdə partlayış olub: Xəsarət alanlar var
04/12/2020 [22:28]:
Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
04/12/2020 [22:27]:
“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”
04/12/2020 [22:05]:
Naxçıvan dəhlizi Cənubi Qafqazda dəngələri necə dəyişə bilər?
04/12/2020 [21:59]:
"Əgər bu gün Harutyunyan, Balasanyan kimi erməni caniləri orada iş başındadırlarsa..."
04/12/2020 [21:55]:
Universitet müəllimi koronavirusdan vəfat etdi
04/12/2020 [21:53]:
Rusiyada bir ailənin üç üzvü ölü tapılıb
04/12/2020 [21:31]:
2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT
04/12/2020 [21:18]:
Soyuqda bikini ilə velosiped sürən qadının əsl məqsədi baxın nə imiş...+ FOTOLAR
04/12/2020 [21:13]:
"Əslən Qarabağlı deyiləm, amma biz bu gün hamımız Qarabağlıyıq, çünki..." - Xalq artisti
04/12/2020 [21:05]:
Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
04/12/2020 [21:04]:
Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO
04/12/2020 [20:58]:
Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA
04/12/2020 [20:55]:
Kəlbəcərin Xudavəng monastrında ibadət etmək istəyən udilərin erməni keşişlərlə mübahisəsi yarandı - VİDEO
04/12/2020 [20:51]:
Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi
04/12/2020 [20:44]:
ABŞ-dakı prezident seçkilərinin taleyini dəyişdirən görüntülər ortaya çıxdı - VİDEO
04/12/2020 [20:25]:
Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ
04/12/2020 [20:14]:
Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı
04/12/2020 [19:54]:
Koronavirusa qarşı sürpriz kəşf - Virusu 30 dəqiqə ərzində tamamilə məhv edir...
04/12/2020 [19:42]:
İlham Əliyev fərman imzaladı
04/12/2020 [19:38]:
Rusiyalı yutuber canlı yayımda sevgilisini öldürdü - AĞLASIĞMAZ... + VİDEO
04/12/2020 [19:37]:
"Müasir olsa da, keçmiş olsa da, Müsavat ideyaları hər bir azərbaycanlı üçün çox cəlbedicidir"
04/12/2020 [19:24]:
Türkiyədə Rusiya jurnalistləri həbs edildi - Səbəbi bəlli deyil...
04/12/2020 [19:24]:
44 günlük Zəfərimizdə pay sahibi olanlar...
04/12/2020 [19:05]:
"Dünyanın ən yaxşı müəllimi" mükafatına layiq görülən adam 1 milyon dollar qazandı + VİDEO
04/12/2020 [19:05]:
Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi
04/12/2020 [19:03]:
“Zəfər muzeyinin yaradılması ordumuzun qələbəsinin əbədiləşdirilməsi baxımından son dərəcə önəmlidir”
04/12/2020 [18:50]:
Ceyhun Bayramov və Yekaterina Zaxariyeva arasında telefon danışığı olub
04/12/2020 [18:47]:
Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib
04/12/2020 [18:42]:
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
04/12/2020 [18:34]:
MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi
04/12/2020 [18:17]:
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
04/12/2020 [18:13]:
Moskvada əhalinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb
04/12/2020 [18:12]:
Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO
04/12/2020 [17:56]:
“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar...“
04/12/2020 [17:50]:
ATƏT-ə yeni baş katib təyin olundu
04/12/2020 [17:49]:
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO
04/12/2020 [17:34]:
1 dəqiqəlik sükutun hüznlü tarixi – Azərbaycan ildə iki dəfə 1 dəqiqəlik sükuta qərq olurdu, gələn il üç dəfə olacaq
04/12/2020 [17:22]:
Dənizçilər anım dəqiqəsinə qoşuldu - VİDEO
04/12/2020 [17:17]:
Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR
04/12/2020 [17:11]:
Azərbaycan Fransaya nota verdi
04/12/2020 [16:53]:
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - FOTO
04/12/2020 [16:50]:
Sabiq icra başçısı vəfat edib
04/12/2020 [16:45]:
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub
04/12/2020 [16:43]:
“Qarabağda Rusiya hərbi bazası qurulmayacaq,  amma...”-Hərbi ekspert
04/12/2020 [16:43]:
Qisas qiyamətə qalmadı...
04/12/2020 [16:36]:
Güllə atılırdı, əsgərimiz başını əymədən hücuma keçirdi - Qazi
04/12/2020 [16:28]:
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
04/12/2020 [16:23]:
Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ
04/12/2020 [16:22]:
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04/12/2020 [16:20]:
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
04/12/2020 [16:16]:
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
04/12/2020 [16:08]:
Türkiyə Prezidenti: "Gələn həftə Azərbaycana səfər edəcəyəm"
04/12/2020 [16:07]:
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"
04/12/2020 [16:03]:
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
04/12/2020 [16:01]:
“30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir”
04/12/2020 [15:54]:
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
04/12/2020 [15:50]:
İşığı-ziyası ilə məlhəm olan adam...
04/12/2020 [15:43]:
"Demirəm ki, Nobel versələr, imtina eləyərəm, amma deyim ki, bu barədə gecələr yata bilmirəm, belə söhbət yoxdur"
04/12/2020 [15:40]:
İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
04/12/2020 [15:37]:
Ankarada Vətən müharibəsi şəhidləri yad edilib - FOTO
04/12/2020 [15:35]:
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB
04/12/2020 [15:34]:
“Mən şəhid olmasam, oğlum olar” - VİDEO
04/12/2020 [15:32]:
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
04/12/2020 [15:30]:
““Vətən Müharibəsi Qəhrəmanı” adının Prezident İlham Əliyevə verilməsini təklif edirəm”
04/12/2020 [15:26]:
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!
04/12/2020 [15:24]:
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [15:22]:
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK
04/12/2020 [15:17]:
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
04/12/2020 [15:06]:
Mehriban Əliyeva: "Onlar bizim qəlbimizdə daim yaşayacaq"
04/12/2020 [14:57]:
“Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib
Bütün arxiv bir sırada
30/10/2020 [16:41] - Cəmiyyət - ( 1249 dəfə baxılıb)

Cənubi Qafqazda Azərbaycanın uğurlarının yeni geosiyasi şifrələri...



Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərə qlobal güc mərkəzlərinin təsir imkanları zəifləməkdə davam edir. Azərbaycanın yaratdığı yeni geosiyasi şərtlər regional güc balansını dəyişməklə yanaşı, qlobal güclərin Cənubi Qafqazda 28 illik formalaşan qeyri-obyektiv siyasətinə düzəlişlər etmək zərurətini yaradır. Cənubi Qafqazda yeni geosiyasi düzəni yaradan səbəblərdən biri dünyanın qlobal nizamında baş verən mövqe savaşlarının müxtəlif qütblərdə yaratdığı dalğalnmaların təsiridirsə, digər tərəfdən Azərbaycanın bu təsirləri neytrallaşdıran resurslarla milli maraqları önə çəkən siyasi iradəyə sahib olmasıdır. Regionda yaranan əlverişli geosiyasi vəziyyətə hazırlaşmaq, milli maraqları önə çəkmək kimi “ağıllı gücdən” istifadə imkanlarına sahib olmaq üçün Azərbaycanın qarşısında Cənubi Qafqazın super gücünə çevirilmək vəzifəsi dayanırdı. Bu gün Azərbaycan regionda baş verən proseslərdə birmənalı şəkildə əsas aktorlardan biridir. Bu bir tərəfdən müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi regional və qlobal layihələr onu Cənubi Qafqazın super dövlətinə çevirirdisə, digər tərəfdən ölkənin inkişafı imperialist güclər üçün yeni arzuolunmaz vəziyyət yaradırdı. Bu yazıda məqsəd oxucuya Azərbaycanın həyata keçirdiyi layihələrin statistikasını çatdırmaq deyil, bu gün baş verən vətən savaşında xalqın, ordunun, Ali Baş Komandanın yaratdığı birlik və harmoniyanın möhtəşəm uğurlara yol açan səbəblərini, ilk anda o qədər də dərk olunmayan tərəflərini izah etməkdir. Vətən savaşında əldə etdiyimiz uğurlar - neft müqvilələri və ən əsası marşrutun seçilməsi (marşrutun seçilməsi ilə bağlı Azərbaycana böyük təzyiqlər olmuşdu), Bakı- Tbilisi-Qars dəmir yolunun çəkilməsi, TANAP, TAP- qaz boru kəmərlərinin, Azerspace-1, Azerspace-2, telekommunikasiya peyki və "Azerisky" yeri müşahidə peykləri və digər qlobal və regional layihələrdən başlayır.

Vətən savaşında qələbənin əldə olunmasının siyasi-iqtisadi-hərbi və geosiyasi əsaslarını Azərbaycan 30 ilə yaxın bir müddətdə çətin və gərgin şərtlər altında geostrateji manevr etməklə və təmkin göstərəməklə yaratmışdır. Məhz bu gün qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini bütövlükdə hiss etmək üçün yaradılan iqtisadi və geostrateji Azərbaycan “Bir millət iki dövlət” ideyasını təkcə mənəvi-psixoloji məqsədlər üçün istifadə etmədi, həmdə qardaş Türkiyəni “dəmir xətlərlə” fiziki olaraq özünə birləşdirdi. Bütün bu görülən tədbirlərin

nəticəsi olaraq qardaş Türkiyə dövləti Cənubi Qafqazda geosiyasi proseslərdə aktiv rol ala bildi. Məhz bu reallıqlar müstəvisində Azərbaycanın siyasi iradəsi və şanlı ordusu yeni tarix yazır. Məsələ ondadır ki, BMT –nın qəbul etdiyi qətnamələrin 30 ilə yaxın bir müddətdə icrasını həyata keçirə bilməyən dövlətlərin işini Azərbaycan ordusu təkbaşına görməkdədir.

Heç şübhəsiz ki, dövlət başçısından xalqın yalnız və yalnız ali məqsədlər üçün umduğu ən böyük gözləntilərdən biri o idi ki, idarə etdiyi toplumun hiss və ideyalarını strateji məqsədə yönəldə bilsin. Məhz bu baxımdan Ali Baş Komandanın strateq keyfiyyəti təkcə ordu quruculuğunu yeni dövrün tələblərinə uyğunlaşdıraraq savaş meydanında heyrət doğuran nəticələr əldə etməsi ilə dəyərləndirilmir, həm də informasiya müharibəsində düşmənin və ona havadarlıq edən qüvvələrin saxta və riyakar təbliğatına vurduğu zərbələrlə ölçülür. Uzun müddət səbrli, təmkinli davranan Azərbaycan lideri artıq müqəddəs işimizə əngəl törədən səbəblərin ünvanını açıq şəkildə göstərir. Ali Baş Komandan Axərbaycana qarşı informasiya savaşı aparan erməni lobbisi və beynəlxalq güclərin təbliğatını zəngin diplomat məharəti və strateq keyfiyyəti ilə susdurur. Dağlıq Qarabağ probleminin həlli yollarını, buna əngəl olan səbəblərin dəqiq ünvanını da göstərməklə Ali Baş Komandan Azərbaycanın əslində kiminlə üz-üzə durduğuna açıq mətnlə işarə vurur. Oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində Ali Baş Komandan açıq faktlarla qeyd edir ki, “... biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.

Göründüyü kimi, Ali Baş Komandanın xalqın birliyindən güc alan ritorikası artıq sərhəd tanımır. Onun Minsk qrupunun həmsədr ölkələrinin tərəf tutmasını ifşa edən fikirləri artıq dünya mətbuatının nüfuzlu tribunalarından eşidilir. Türkiyənin mənəvi və siyasi dəstəyindən Azərbaycanı məhrum etməklə meydanda tək qoymağı qarşısına məqsəd qoyan qüvvələrə səsələnərək qeyd edir ki, “əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib”.

Qlobal güclərin və beynəlxalq təşkilatların keçmiş SSRİ ekvatoriyasına daxil olan dövlətlərdə yaranan münaqişələrə Azərbaycanın işğal olunmuş əraziləri ilə müqayisədə birmənalı və sərt reaksiyaları həmin dövlətlər tərəfindən münaqişədən əziyyət çəkən dövlətlərə qarşı açıq-aydın ikili standartların görünən tərəfidir. Məsələnin görünməyən tərəflərindən biri ATƏT-in müşahidə

missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq apardığı zaman bu gün işğaldan azad edilən torpaqlarda yerlə bir edilən yaşayış məntəqələrini, tarixi, dini abidələri, ekoloji terrora məruz qalan meşələri, istismar olunan təbii sərvətləri və ən əsası işğal etdiyi torpaqlarda 28 illik dövr ərzində dayanmadan qurduqları müdafiə istehkamlarını görməzdən gələrək Ermənistanın vandal cinayətinə qarşı heç bir sanksiya tətbiq edilmədi. Dağlıq Qarabağ probleminin həlli istiqamətində mandat almış dövlətlərin işğala məruz qalanla işğalçı arasında görüntü naminə bərabərlik, həqiqətdə isə işğalçını mükafatlandıran mövqeləri Azərbaycan xalqını 28 ildə məyus edib, sarsıtsa da, ancaq onun haqlı mübarizəsində milli ruhunu sarsıda bilmədi. Bu gün Azərbaycan ordusu işğaldan azad etdiyi hər qarış torpaqda qəhramanlıq tarixi yazaraq, savaş meydanında terror yuvalarını darmadağın edir. Erməni əsgəri Azərbyacan əsgəri qaşısında diz çökür, vurulan zərbələr önündə qurduqları terror istehkamlarında belə özlərini xilas edə bilmirlər.

28 illik işğal dövründə Ermənistanın siyasi və hərbi hakimiyyəti Azərbaycan ordusu haqqında 1990-cı illərin hərbi-siyasi atmosferinin yaratdığı stereotiplərdən xilas ola bilmədi. Azərbaycan ordusunun gücünə dəyər vermədən sarsıdıcı zərbə alan Ermənistanın siyasi və hərbi hakimiyyəti müharibəni Türklərlə aparıdıqları haqqında heç bir əsası olmayan uydurma xəbərləri onlara havadarlıq edən dövlətlərin mətbuatına çıxardılar. Ali Baş Komandanın Türk hərbçilərinin Azərbaycanda olması ilə bağlı yayılan dezinformasiyalarla bağlı qeyd etdi ki, “Odur ki, gözlənilən bu böyük qələbəyə indi sağdan-soldan çamur atmağa cəhdlər edilir. Guya Azərbaycana Türkiyə hərbi dəstək verir, hansısa mifik muzdlu dəstələrdən israrla bəhs olunur. Halbuki silah-sursatdan tutmuş, muzdlu-terrorçuların göndərilməsinədək gerçək hərbi köməyin Ermənistana edildiyi gün kimi ortadadır”.

Digər müsahibəsində Ali Baş Komandan Türkiyənin Azərbaycana Ermənistanın himayədarları tərəfindən qıcıqla qarşılanan dəstəyinə diqqət ayırıb: “Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm. Hər dəfə soruşurlar ki, Türkiyə “F-16”ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın... “F-16”lar təlimə gəlib və yerdədir. Əgər, bizə qarşı kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz”.

“F-16” larla bağlı Ali Baş Komandanın dediyi fikirlər işğal olunmuş ərazilərə üçüncü dövətin müdaxiləsinə qarşı açıq mətnlə işarədir.

ABŞ-da geostrateq, “ərazi mübadiləsi planı”nın müəllifi kimi tanınan Pol Qoblun Azərbaycan ordusunun uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməyin düzgün yanaşma olamdığı qənaətini bölüşür. “Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini

dəyişdirməyin mümkün olduğunu bilirlər və bu şansı itirmək niyyətində deyillər”.

Bu bir aylıq vətən savaşında Azərbaycan xalqı hiss etdi ki, Qarabağa dair kənardan heç bir xoş niyyətli təşəbbüs yoxdur və olmayacaq. Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslərdə və dünyanın münasibətlər sistemində Azərbaycan öz yerini tutub və dünya təhlükəsizlik sisteminin bir hissəsidir. Azərbaycanda baş verə biləcək hər hansı bir hadisə, xüsusilə də Qarabağla bağlı hər hansı olay dünyanın nizamına təsir etməsi şübhə doğurmur. Şübhə doğurmayan başqa bir məsələ Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsində regionun inkişafının yenidən dizayn edilməsi və Cənubi Qafqazda vahid iradənin olması reallığıdır. Artıq bu reallıq yeni dünya nizamında Türkiyə-Azərbaycan mövcudluğunu diktə etməkdədir.

Məhəmməd Cəbrayılov
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru

loading...
"Təkcə mən yox, hamı təəccüblənir ki, Azərbaycan bu qədər az itkilər hesabına qələbəyə nail olub”
Naxçıvan dəhlizi Cənubi Qafqazda dəngələri necə dəyişə bilər?
Soyuqda bikini ilə velosiped sürən qadının əsl məqsədi baxın nə imiş...+ FOTOLAR
ABŞ-dakı prezident seçkilərinin taleyini dəyişdirən görüntülər ortaya çıxdı - VİDEO
Koronavirusa qarşı sürpriz kəşf - Virusu 30 dəqiqə ərzində tamamilə məhv edir...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
"Stepanakert alayı darmadağın ediləndən sonra döyüş qabiliyyətli bölmələrimiz yox idi"
Hadisə
Türkiyədə Rusiya jurnalistləri həbs edildi - Səbəbi bəlli deyil...
Gündəm
“Zəfər muzeyinin yaradılması ordumuzun qələbəsinin əbədiləşdirilməsi baxımından son dərəcə önəmlidir”
Siyasət
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
Cəmiyyət
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO

Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Anarı biabır elədim ki, əgər qisasın var idisə, heç dəfn mərasiminə də gəlməyəydin...”
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247