"Ermənistan gələcəkdə nə Türkiyə, nə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməz"
Oxunub: 3156
31 Oct 2020 | 11:05
“Bütün dövlətlər, beynəlxalq birlik artıq yeni status-kvonu nəzərə almağa məcburdur” 
Azərbaycan dövləti on illərdir düşmənin tapdağı altında olan ərazilərimizi nə yolla olursa-olsun, qaytarmaqda israrlıdır və daha səbir etmək niyyəti yoxdur. Qəhrəman ordumuz da onun qarşısına qoyulmuş bu şərəfli vəzifəni icra edir, hər gün yeni-yeni ərazilər azad olunur. Belə bir durumda bəzi paytaxtlar atəşin dayandırılmasına, tərəfləri yenidən masaya qaytarmağa çalışırlar. Amma Azərbaycan xalqının və dövlətinin əsas istəyi və tələbi budur ki, danışıqlar olacaqsa, masada qardaş Türkiyə də olmalıdır.

Bir neçə ay bundan əvvəl belə bir təkliflə çıxış edən Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov “Yeni Müsavat”a budəfəki müsahibəsində xeyli ilginc məqamları açıqladı.

- Eldar bəy, bu gün hamımızın ürəyi qəhrəman ordumuzla bir döyünür. Intizarla yeni qələbələri gözləyirik. Sizcə, böyük qələbə yaxındadırmı, ya müharibə hələ uzun sürəcək?

- Mən əminəm ki, bu müharibənin taleyi artıq həll olunub və Azərbaycanın qələbəsi heç kimdə şübhə doğurmur. İşğal olunmuş torpaqların böyük bir hissəsi artıq azad olunub. Həm cənub, həm şimal, həm şimal-şərq istiqamətində ordumuz hücumdadır. Erməni tərəfinin həm texnika, həm canlı qüvvələrinin böyük bir hissəsi, bəzi hallarda 70-80 faizi artıq məhv edilib. İşğalçı erməni ordusu yalnız bir neçə istiqamətdə müqavimət göstərə bilir. Onların hansısa böyük bir əks-hücum əməliyyatı keçirmək və azad olunmuş torpaqları yenidən zəbt etmək üçün nə texniki, nə insani resursları var. Azərbaycan ordusu bütün aspektlərdə öz üstünlüyünü nümayiş etdirdi, həm hərbi texnologiyalar, həm strateji və operativ-taktiki idarəetmə, həm də mənəvi-psixoloji baxımdan. Hərb elmində mühüm sayılan bütün sahələr üzrə biz öz üstünlüyümüzü nümayiş etdirmişik. İndi Ermənistanın düşdüyü vəziyyət təqribən alman faşizminin 45-ci illərin əvvəllərində düşdüyü vəziyyətdir. Yəni müharibənin taleyi bəllidir, söhbət yalnız ondan gedir ki, kapitulyasiya nə vaxt rəsmiləşəcək və bu müharibəni başlayan cinayətkar rəhbərliyin taleyi necə olacaq. 

- Çox uğurlu və yerində bir müqayisə oldu. Bu gün Nikol Paşinyan Hitler rolunda çıxış edir, onun davranışları, psixoloji durumu da tamamilə faşizm liderini xatırladır. Amma o, “ağrılı güzəştlər”ə hazır olduğunu desə də, erməni xalqının təslimçiliyi qəbul etməyəcəyini bildirdi. Bu, dolayısı ilə ictimai rəyin hazırlanmasıdır, yoxsa başqa məqsəd var?

- Bu yaxınlarda mən də Paşinyanın son hərəkətlərini Hitlerin bunkerdə gizlənib ordan verdiyi əcaib və reallıqdan çox uzaq olan bəyanatları ilə müqayisə edirdim. Fikir verin, əvvəlcə Paşinyan bəyan edir ki, bu problemin diplomatik-siyasi həlli yoxdur, bir neçə gündən sonra çıxış edərkən deyir ki, biz hətta ağrılı güzəştlərə hazırıq. Ermənistan daxilindəki müxalif qüvvələrin dərhal buna reaksiyasından, Paşinyanın istefası tələb olunduqdan sonra isə o, bir gün sonra yenidən çıxıb bəyan etdi ki, mən ictimai nəbzi yoxlayırdım, o bəyanatım ciddi deyildi, biz axıra kimi vuruşmalıyıq. Ondan sonra isə Qarabağdakı cinayətkar rejimin “başçısı” da çıxış etdi ki, Azərbaycan ordusu Şuşanın 5 km-liyindədir, biz Şuşanı itirsək, bütün Qarabağı itirəcəyik. Həmçinin hamıya yalvarır ki, “köməyə gəlin!” Bu bəyanatlar həqiqətən də Hitlerin 45-ci illərin əvvəllərində gizləndiyi bunkerdən verdiyi bəyanatları xatırladır. Bunlar bir-birilə rabitəsi olmayan, bir-birinə zidd bəyanatlar və fikirlər səsləndirirlər. Ona görə də hesab edirəm ki, bizim qəhrəman ordumuz, generallarımız, zabit və əsgərlərimiz müharibənin taleyini həll edib - bütün bu proseslərə çox böyük ustalıqla həm diplomatiya, həm hərb sahəsində rəhbərlik edən Prezident, Ali Baş Komandanın başçılığı altında. Hesab edirəm ki, bütün bu proseslər dünyanın gözü qarşısında baş verdiyinə görə hansı xarici ekspertlərə qulaq asırsan, hətta ermənipərəst mövqeli ekspertlər də etiraf edirlər ki, Azərbaycan ordusu qalib gəlib və Ermənistanın məğlubiyyəti qaçılmazdır.

- Rusiya prezidentinin son açıqlamaları erməniləri sarsıdan bir mövqe oldu, deyə yanaşmalar var. Siz Putinin mövqeyini necə dəyərləndirirsiniz?

- Putinin də mövqeyi elə oldu, hətta İran prezidentinin səlahiyyətli nümayəndəsi bu hadisələrlə bağlı bəyanat verdi. Onun açdığı plan faktiki olaraq Azərbaycan torpaqlarının hamısının işğaldan azad olunmasını nəzərdə tutur. Ermənilərə də bunun əvəzində hansısa böyük güzəştlər də təklif olunmur. Yəni bütün dövlətlər, beynəlxalq ictimaiyyət indi yeni yaranmış status-kvonu nəzərə almağa məcburdur. Azərbaycan Prezidenti dediyi kimi, status-kvo dəyişdi. İndi reallıqlar dəyişib. Əgər əvvəllər Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların azad  olunması müqabilində bizdən çox böyük güzəştlər tələb edilirdisə, indi artıq biz o torpaqları azad etmişik. İndi 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir. Yəni həm Dağlıq Qarabağın ətrafındakı 7 işğal olunmuş rayonlar Azərbaycan torpaqlarıdır, eyni zamanda Dağlıq Qarabağ özü də Azərbaycan torpağıdır. Artıq biz Qarabağı aran və dağlıq hissəyə bölmürük, Qarabağ Azərbaycan torpağıdır və bütün Qarabağın hər bir şəhərində və kəndində Azərbaycan bayrağı dalğalanmalıdır. Hərbi diplomatiya anlayışı var və bu amil beynəlxalq münasibətlərdə çox böyük rol oynayır. Bu mənada hesab edirəm ki, Azərbaycanın ən güclü diplomatları - təbii ki, Prezidenti çıxmaq şərtilə - korpus komandirləri və xüsusi təyinatlı qüvvələrin komandanları, bizim generallarımızdır ki, o torpaqları azad edirlər. Onlar artıq həm Azərbaycan diplomatiyası, həm vasitəçilər, beynəlxalq vasitəçilər üçün yeni diplomatik status-kvo cızırlar. Hamı da yeni status-kvonu qəbul etməyə, nəzərə almağa məcburdur. 

Türkiyə
- Eldar bəy, illər boyunca Türkiyəni Qarabağ məsələsinin tənzimlənməsi prosesinə yaxın qoymayan Rusiya rəhbərliyi indi Ankaranın da həll prosesində iştirakını mümkün saydı. Siz Azərbaycan prezidentinin də dediyi kimi, 2+2 formulunun baş tutacağına inanırsınızmı? Yeri gəlmişkən, bir müddət əvvəl siz Türkiyənin bu məsələlərdə iştirakını zəruri saymışdınız...

“Türkiyənin iştirakı ilə bölgə ilə bağlı yeni böyük razılaşma olmalıdır”

 - Bəli, mən elə sizin qəzetə və saytınıza müsahibələrimdə demişdim ki, Moskva-Bakı-İrəvan üçbucağı bizi qane etmir. Çünki üçbucağın bir tərəfi torpaqlarımızı işğal edən, digəri işğalçı dövlətin hərbi müttəfiqidir. Açıq deyilməsə də, Azərbaycan bu üçbucaqda təklənmiş şəkildədir. Ona görə də bu danışıqlardan müsbət nəticə əldə etmək mümkün deyil. Təklif etmişdim ki, biz bu üçbucağı dördbucaq etməliyik, Türkiyə bura daxil olmalıdır. İndi həmin proses addım-addım baş verir. 2+2 formulu elə mən təklif etdiyim dördbucaq formulasdırır. Mən əminəm ki, bütün ciddi məsələlər məhz bu formatda müzakirə olunacaq. Xarici ekspertlər də burada bir məqamı nəzərə almırlar. Söhbət ondan gedir ki, axı, bizim bölgədə iki ciddi konflikt mövcuddur: birinicisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları. Bu yaxanlarda, müharibədən təqribən bir ay əvvəl Ermənistan rəhbərliyi bədnam Sevr müqaviləsini reklam etməyə başlamışdı ki, biz onu bərpa etməliyik. Vaxtilə Osmanlı Türkiyəsi Birinci Dünya müharibəsində məğlub olandan sonra faktiki olaraq Türkiyənin dünya siyasi xəritəsindən silinməsinə xidmət edən alçaldıcı bir müqavilə - Sevr müqaviləsi hazırlanmışdı.

Türkiyə-Rusiya
- Ermənistana 150 min kv km-lik ərazi vəd olunmuşdu...

- Həm ermənilərə, həm yunanlara böyük bir ərazi verilirdi, Türkiyənin qalan hissəsində də ya Böyük Britaniya, Fransanın direktoriyaları yaradılırdı. Yəni demək olar ki, Türkiyə bir müstəqil dövlət kimi siyasi səhnədən silinirdi. Onda Türkiyənin böyük oğlu Atatürk azadlıq hərəkatına başladı və Sevr müqaviləsi də heç qüvvəyə minmədi, ləğv olundu, onun əvəzinə də Lozanna müqaviləsi imzalandı. İndi təsəvvür edin, Paşinyan müharibədən ay yarım əvvəl bəyanatlar verməyə başlamışdı ki, Sevr müqaviləsini bərpa etməliyik, onu imzalayan dövlətlərin koalisiyasını yığmalıyıq. Bu, faktiki olaraq Türkiyəyə müharibə elan etməyə bərabər bir addım idi. Ermənistanın xarici siyasətinin prioriteti Türkiyəni parçalamaq, Türkiyənin torpaqlarını zəbt eləməkdən ibarətdir. Erməni tərəfi prezident, baş nazir səviyyəsində belə bir ağlasığmaz, bir avantürist bəyanatlarla çıxış etməyə başladılar. Bəllidir ki, Türkiyə-Ermənistan münasibətlərini nizamlamaq üçün vaxtilə Sürix protokolları imzalanmışdı. Yəni ki, dövlətlər arasında müəyyən bir razılığa gəlinsin, sərhədlər açılsın. Həmin o protokollar imzalananda ATƏT-in Minsk Qrupu da orda iştirak edirdi. Çünki başa düşürdülər ki, Türkiyə-Ermənistan münasibətləri ilə Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ münaqişəsinin arasında çox ciddi bağlılıq var. O dövrdə Azərbaycan bu protokollara etiraz etdi və Türkiyə Azərbaycanın mövqeyini nəzərə alıb, onu ratifikasiya etmədi. Bunları xatırlamaqda məqsədim budur ki, əslinə qalsa, bölgədə sülhüm bərqərar olması üçün Türkiyənin rolu qaçılmazdır və vacibdir. Mən hesab ki, buna bir paket kimi baxmaq lazımdır. Biz eyni zamanda Azərbaycan Prezidentinin təklif etdiyi 2+2 formulu - mən vaxtilə bunu dördbucaq adlandırmışdım, eyni yanaşmadır - çərçivəsində kompleks şəklində bütün Cənubi Qafqazın geopolitik problemlərinin bir neçəsini həll edə bilərik. Yəni həm Azərbaycanın ərazi bütövlüyü bərpa oluna, qaçqınlarımız doğma yurd-yuvalarına qayıda bilər, suverenliyimiz bərpa olunar, eyni zamanda Türkiyə ilə Ermənistan arasında sərhədlər açılar. Ermənistan artıq gələcəkdə nə Türkiyə, nə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməz.

İbrahim
- Ermənistan yarandığı dövrdən bəri namərdlik edib, ermənilər iç üzlərini həmişə göstəriblər. Əminsinizmi ki, Qarabağ işğaldan azad olunandan sonra bu terrorçu ölkə yenidən toparlanıb Azərbaycan ərazilərinə təcavüz etməyəcək? Bunun olmaması üçün nə təklif edirsiniz, bəlkə Ermənistanın orduya sahib olmamasına, yaxud silahlanmasının beynəlxalq nəzarətdə olmasına təkid edilsin?

- Məhz sizin dediyiniz halları istisna etmək üçün Türkiyə bu danışıqlarda iştirak etməlidir. Həm bütün sazişlərin qarantı kimi, Rusiya ilə bərabər. Belə olan halda dediyiniz təhlükələr artıq mümkün olmayacaq. Mən Türkiyəni məhz Cənubi Qafqazın geopolitikasında həlledici rol oynayan dövlət kimi görürəm və bunun da tarixi əsasları var. 

- Yəni Türkiyə yalnız Naxçıvan Muxtar Respublikasının deyil, ümumiyyətlə, Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısı statusunda çıxış etməlidir?

- Vaxtilə Cənubi Qafqaz respublikalarının sərhədləri Qars müqaviləsi əsasında müəyyənləşmişdi. Əvvəlcə Rusiya ilə Türkiyə arasında Moskva müqaviləsi var idi. Ondan sonra Qars müqaviləsi imzalandı, orda Türkiyə, Rusiya bir tərəfdən, Azərbaycan, Ermənistan, Gürcüstan digər tərəfdən... Türkiyənin imzası ilə bu gün həm Azərbaycan, həm Gürcüstan, həm Ermənistanın sərhədləri çəkilib. Türkiyənin imzası və möhürü ilə! Bunu ruslar yaddan çıxartmalı və inkar etməli deyillər. Onlar deyəndə ki, Türkiyə bizim maraq dairəmizə daxil olur, müdaxilə etmək istəyir... Necə yəni sizin maraq dairəniz? Bu bölgənin bütün sərhədləri Türkiyənin imzası, möhürü ilə çəkilib vaxtilə. Türkiyə qarant durub o zaman, ona görə  Cənubi Qafqazın sərhədləri bu şəkildə çəkilib. Ona görə də Türkiyənin rolunu burada kim dana bilər? Hesab edirəm ki, yeni böyük razılaşma olmalıdır və Türkiyə Cənubi Qafqazın geopolitikasının aparıcı dövləti kimi iştirak etməlidir. Buna Türkiyənin daha çox əsasları var, nəinki Rusiyanın. Ona görə ki, Türkiyə Cənubi Qafqaz respublikalarının ikisi ilə yaxın müttəfiqdir, həm Azərbaycan, həm də Gürcüstanla. Rusiyanınsa birgə müttəfiqi var - Ermənistan. O da artıq Qərbə doğru baxır və Rusiyanın təsiri altından çıxmağa imkan axtarır. Ona görə də bu bölgədə söz sahibliyinə əsaslı iddiaları olan yeganə ölkə Türkiyədir. Moskvada kiminsə xoşuna gəldi-gəlmədi, bunu hamı qəbul etməlidir. Bəlkə Qərbdə də çoxlarının xoşuna gəlmir, amma özləri bilər, reallıq var, güclərin balansı var. Bu reallığı da hər kəs qəbul etməyə məcbur olacaq.
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."