Əgər yaddan çıxsa lap soyadım da, yurdum, yaddan çıxmaz bir çopur daşın...
Oxunub: 1428
31 Oct 2020 | 15:05
Əgər yaddan çıxsa lap soyadım da, yurdum, yaddan çıxmaz bir çopur daşın...
Həyat döyüş meydanıdır deyirlər. Birmənalı qarşılanmayan bu fikrin əslində həyatın heç də asan olmadığını, arzular, yetmək istədiyin məqamlar uğrunda çaba sərf etmək, çalışmaq, maneələrə qalib gəlmək, dirəniş göstərmək gərəkdiyini isbatlayan bir ifadə olduğunu həyat meydanına atıldığında daha dərin hiss edir insan. Həyatı necə qəbul etməyindən, amalından, əqidəndən asılı olaraq yaşam tərzini, missiyanı xarakter olaraq, öz olaraq gerçək sima bütünlüyünü göstərən güzgüdə iradənin, vicdanın ortaya qoyduğu adamla üz-üzə qalmaq ən məsuliyyətli və məncə ən ruhani halıdı insanın.
Şəxsiyyətin formalaşma aktının öncül amillərindəndir vicdanıyla eyni boyda, eyni rəngdə, eyni çəkidə olmaq...
Bu döyüş meydanı dedikləri həyat, çərçivələrə sığmayan, azad ruhlu, düz amalı, dəyişməz əqidəsi, insanlıq missiyası ilə bəşər adına ucalıq anlamı qatan adamların varlığıilə işıqlanır, gözəlləşir. Mübarizə meydanında məsləkinə, vicdanına sadiq “əsgərlərlə” eyni səngərdə olmaq əslində var olmağın, məğlubedilməzliyin təminatıdır...
Bəlkə də uzaqdan başlamağım müsahibimi təqdim etməkdə(xüsusi təqdimata ehtiyacı olmasa da) çətinlik çəkməyimdən irəli gəlir. Yox ki, yuxarıda yazdıqlarımın onunla bir əlaqəsi yoxdur. Əksinə, tam həmsöhbətimə görə ayarlanmış ifadələrdi və xarakterinin sərgilədiyi döyüşkənlik ruhundan görünən adamın üstüörtülü tanıtımı idi ön söz əvəzi yazdıqlarım.
Azad düşüncəli, ədalətli, prinsipial, məddahlıqdan uzaq, fikirlərini çəkinmədən söyləyə bilən bir söz adamıdı söhbətdaşım. Silahı qılıncdan iti qələmdir, sözünün kəsəri var. Nöqtənin belə “davasını döyən”, sözü uca tutan, bu yolda səhvləri güzəştə getməyən, məsuliyyətli, vicdanıyla eyni boyda, eyni rəngdə, eyni çəkidə olan adamdı qarşımda əyləşib təmkinlə söhbətə başlamağımı gözləyən həmsöhbətim.
Yeri gələndə üsyankar, sərt, məqamında mülayim və kövrək olur. Türk sevdalısıdır, millətinə, elinə-obasına, yurduna-yuvasına bağlılığı, sözə, sənətinə sevgisi ölçüyəgəlməz bir vahiddə birləşir.Müsahibim həm də sinəsi yurd həsətilə göynəyən minlərdən biridi.
Onunla doğum günü, daha doğrusu 50 illik yubileyi ərəfəsində görüşdük. Görüşümüz illərdən bəri gülməyən gözümüzün sevinc yağışı ilə gözəlləşən məqamına düşdü həm də...Ard-arda aldığımız zəfər xəbərlərinin əxz etdiyi qarışıq hislərlə “Kəlbəcər ən böyük yubiley hədiyyəm olar”, deyən Namiq Dəlidağlıyla söhbətimizə başladıq.

Beləcə Namiq Dəlidağlı ilə müsahibəsini təqdim edirik:

-Xoş gördük, Namiq müəllim! Yəqin çoxları kimi sizin də bu ildən gözləntiləriniz varıydı. Dünyanı xofunda saxlayan pandemiya nə kimi planlarınızı ertələməyə məcbur etdi sizi?

-Fərd olaraq hər birimiz cəmiyyətin bir üzvüyük. Ümumi proseslər, baş verən hadisələr hər birimizə özünün mənfi, ya müsbət təsirini göstərir. Əlbəttə, bir çox nəzərdə tutduqlarım və planlarım vardı ki, onları həyata keçirə bilmədim. O cümlədən, bir çox ədəbi tədbirlərimiz, görüşlərimiz, ictimai işlərimiz təxirə düşdü. Və təəsüflər olsun ki, bu koronavirus çox “uzunömürlü oldu”. Ancaq ilin sonuna doğru üstümüzə doğan günəş həllini tapmayan problemləri, təxirə salmağa məcbur olduğum bütün işləri unutdurdu. Qələbəyə doğru cəng başladıq…

- Çaylarda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,
Əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.

Məncə, bu misralar əslində yanğının şəklidi. Eyni zamanda yurda sevginin, bağlılığın təzahürü...

-Bu misralarda bir az pafos da var. Mənə görə məfhum olaraq da, doğulub boya-başa çatdığın məkan kimi də yurd yeri doğmalığı, özəlliyi ilə söz ifadəsini tapmayan ucalıqda durur. Nədənsə o yerlərin çayları, qayası-daşı, çöllərdə quşu, arısı, kəpənəyi, böcəyi daha çox yadımda qalıb. Güman eləyirəm ki, tezliklə yadımdan çıxmayanların hamısını görəcəm...

-Gəlin, işığı sönməyən ümidimizə söykənək və optimist düşüncələrlə söhbətimizə davam edək. Bütün qaranlıqlara işıq qənim olur. Düşünürəm ki, sabaha inamınız var:

...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının bircəcə
məlhəmi var:
onun adı SAVAŞDI –
onun adı QƏLƏBƏ…

-Ümidsiz yaşamaq çətin olur. Növbəli ümidlər, inamlar adamı bu gündən sabaha ötürür. 28 ildir ki, mən də hamı kimi ümidlə yaşamışam. Açığını deyim ki, ruhdan düşdüyüm, narahat olduğum anlar olub. Ancaq işğal edilmiş yurd yerlərimizə dönəcəymə həmişə inanmışam. Və bu gün inamımın nəticəsini görürəm.
O SAVAŞ başlayıb, O QƏLƏBƏYƏ az qalıb.

-Bəli, biz o möhtəşəm QƏLƏBƏnin bir addımlığındayıq…Sentyabrın 27-dən başlanan uğurlu, zəfər dolu döyüşlər bunu deməyə imkan verir. 28 ildir yurd həsrətiylə göynəyən biri kimi son hadisələrin hisslərinizə təsirini və ümumən prosesə münasibətinizi bilmək maraqlı olardı.

-Artıq bir aydan çoxdur ki, Azərbaycanın yeni və şanlı tarixinin gündəliyi yazılır. Müqəddəs yurd yerlərimiz murdar erməni quldurlarından təmizlənir. Bu şəxsən mənim ömrümün ən şərəfli dönəmidi. İllərdir ki bu günü gözləmişik və nə xoş bizim halımıza ki, bu müqəddəs savaşın hazırda şahidiyik. İtkilərimiz var, şəhid veririk. Ancaq istədiyimizi əldə etmək üçün digər alternativ variantımız yoxdur. Bir millət olaraq varlığımızı təsdiq etməyin məqamıdır. Tarix boyu bir xain toplumun yersiz torpaq iddiasının, ərazi istəyinin acısını çəkmişik. Hümanizm, insanlıq göstərən millətimiz düşmənimiz tərəfindən ən dəhşətli əməllərin qurbanına çevrilib. Körpələrimizin gözü çıxarılıb, başı kəsilib, hamilə qadınlarımızın qarnı yarılıb, hələ dünyaya göz açmayan körpələri süngülərə keçirilib, tonqallara atılıb. Xocalıda törədilən vəhşiliyin Gəncədə, Bərdədə, Goranboyda, Tərtərdə davamını gördük. Günahsız fidanlarımız şərəfsiz, quldur ermənilər tərəfindən qətlə yetirildilər. Bütün bunları sadaladıqca dəhşətə gəlirəm, adına insan deyilən bu məxluqların nə qədər qəddar, alçaq, nadan olduğunu düşünürəm. Yenicə azad olunan yurd yerlərimizə efirdən baxıram. İlahi, cənnət məkanlarımızı, ev-eşiyimizi bu şərəfsizlər nə günlərə salıb, oralarda necə vəhşiliklər törədiblər. Daş üstündə daş qalmayıb. Heç bir haqqı və ixtiyarı olmayan bu toplumun bizə vurduğu ziyanın, maddi-mənəvi zərərlərin sayı hesaba gəlməz.

-Səhhətinizdə problem olmasına baxmayaraq, bu günlərdə yaralı şəhərin ağrılarını yaxından duymaq istəyinizi boğa bilmədiniz, Gəncəyə üz tutdunuz, erməni terrorundan ziyan çəkən digər bölgələrimizdə oldunuz...

-Müharibənin müəyyən qanunları var. Dinc əhali, uşaq, qadın, qoca hədəf seçilməməli, onlara atəş aşılmamalıdır. Ancaq vandal xislətli alçaq erməni toplumu bizə qarşı təkcə torpaq iddiasında deyil. Onların çirkin niyyəti bizi bir millət olaraq məhv etməyə hesablanıb. Cəbhə bölgəsində-döyüş meydanında uduzduğunu görən xain düşmən dinc əhalimizi raket atəşinə tutur, onlarla günahsız vətəndaşımızı qətlə yetirir.
Bu günlərdə Goranboyda, Mingəçevirdə, Gəncədə oldum. Qaniçən toplumun Gəncədə törətdikləri vəhşilik məni dəhşətə gətirdi. Qadağan olunmuş ağır silahlardan atılan atəş qədim Gəncəmizin sinəsinə dağ çəkib. Xeyli sayda dinc əhalimiz ölüb və yaralanıb. Onların arasında uşaqlar da var. Doğmalarını itirən, uçqunlar altında oyuncaqlarını axtaran uşağı görmək məni çox sarsıtdı. Üstündən bir neçə gün keçməsinə baxmayaraq hələ də özümə gəlməmişəm.

Bütün bunlara dünya ictimaiyyətinin göz yumması qəbul edilməzdir. Terrorçuya "dur" demək əvəzinə, təəssüf ki, dövlət səviyyəsində terroru dəstəkləyən ermənistanı müdafiə edən ölkələr də var. Və bu müharibədə vətəndaş olaraq hər birimizin payımız, görəcəyimiz işimiz var. Yaşından-başından, tutduğu vəzifəsindən, lap elə səhhətindən asılı olmayaraq hər birimiz canla-başla bu qaynar nöqtənin episentrində özümüzü hiss etməli, yeri gələndə yolumuzu cəbhə bölgələrindən də salmalıyıq. Bu Vətən müharibəsi hamımızın evinə, ocağının başında hiss edilməlidir.

-Müzəffər ordumuzun alçaq düşməndən necə qisas aldığının şahidiyik. Döyüşlər davam edir və şəhidlərimizin qanı yerdə qalmır. İnşallah, Kəlbəcərimizə, Laçınımıza…Qarabağımıza qovuşmaq diləyilə, istəyirəm söhbətimizin məcrasını başqa səmtə yönəldəm. İşiniz ədalətlilik və daimi operativlik tələb edir. Vaxtla ayaqlaşmaq, ədalətlilik prinsiplərinə sadiq qalmaq nə dərəcədə mümkün olur?

-Vaxtdan gileyli olmayan adam görmədim. Eyni vaxt hər kəsin payına düşür. Saatlar bölünən vaxtı nəzərdə tuturam. Ancaq vaxtdan necə istifadə etmək hər kəsin qabiliyyət və bacarığından asılıdı. Vaxtla düzgün, elə vaxtında işləməyi bacarıram. Vədələşdiyim yerə vaxtında getməyi, öhdəmə götürdüyüm işi vaxtında bitirməyi çox sevirəm və buna mütləq əməl edirəm. İndiyə kimi bu barədə elə problemim olmayıb. Ədalətlilik prinsipinə gəlincə, bu peşəmin və əqidəmin tələb etdiyi bir meyardır ki, vicdanıma söykənir. Ona sadiq qalmamaq vicdanından əl çəkməkdir.

-Rəhbəri olduğunuz 5 yaşlı Sumqayitfakt.Az, 4 yaşlı Manevr.az, 1 yaşlı Dalidag.az saytları çoxluq içindən boyu görünən saytlardı. İşin içində olduğumdan çətinliklərdən xəbərim var. Problemləri aradan qaldırmaq, çətinlikləri dəf etmək birbaşa sizin üzərinizə düşür ki, bu da güc, enerji, üstəlik madiyyat tələb edir.

-Problemin adını çəkirsinizsə, bu ad varsa, həmişə problemin içindəsən. Arzudan arzu doğan kimi, problemdən də problem doğur. Bir problemin orasını-burasını yamayıb düzəldincə təzəsi özünü yetirir. Maliyyə problemimiz istədiyimiz hədəfə çatmağa və işimizi daha da yaxşı qurmağa mane olur. İşimizin öhtəsindən tam gəlməyimiz üçün əməkdaşlarımızın sayını artıra, bir çox işlərimizi vaxtında həyata keçirə bilmirik. “Hər şey yaxşı olacaq”, deyib ümidin ətəyindən yapışmışıq... Yəni bütün çətinliklərə rəğmən, çalışırıq, varıq, sabah da olmaq üçün çaba göstəririk…

-İşin ərsəyə gəlmə prosesini görməyənlər hər şeyin asan başa gəldiyini düşünür. Müstəsna gəliriniz olduğunu düşünənlər də var yəqin ki?

-Eşitdiyimə görə, bəzi saytları “saxlayanlar”, yəni sponsoru var. Ancaq bizə bu rast gəlməyib. Özümüz-özümüzü saxlayırıq. Ona görə də kiməsə hesabat vermək zorunda deyiləm. Nə düşünürlər, düşünsünlər...

-Oxunaqlı olmaq, reytinqi saxlamaq üçün nə edirsiz? Bunun üçün xüsusi bir proqramınız və ya strategiyanız var?

-Bunun üçün xüsusi nələrsə lazım deyil. Ancaq çalışmaq, işini bilmək kifayət edir. Strategiyamız operativlik və dəqiqlikdir.

-Saytlarınıza daha da oxunaqlı olmağı arzu edir, kollektivinizə uğurlar diləyirəm. Gələcəkdə saytların ümumi quruluşunda, iş prinsipində, tərtibatında və sairə dəyişiklik etmək fikriniz varmı?

-İnkişaf etməyin yolu yenilikdən keçir. Bir az əvvəl saytlarımızın yaşlarını qeyd etdiniz: 5;4;1- hələ “uşaqlıq” dövrünü “yaşayırlar”. İllər ötdükcə ehtiyac duyulduğu halda əlbəttə, zamanın tələbinə və istəyimizə uyğun olaraq lazımi dəyişilklikləri edəcəyik.

-İşinizin çoxluğuna və ağırlığına rəğmən, üç il öncə “DƏLİDAĞ” Ədəbi Birliyini yaratdınız. Üstəlik, ədəbi və ictimai birliklərin çoxluq təşkil etdiyi bir məqamda. Məqsəd, məram nə idi? Az müddətdə birliyin xeyli üzv qazanması müəyyən mənada məqsədə çatmaq kimi qəbul oluna bilərmi?

-Bu bir yenilik deyil. Gördüyüm işlərin davamıdı. Məqsəd isə bəllidi: Sözə xidmət etmək. Normal ədəbi nümunələri oxucuların ixtiyarına vermək...Həm də vaxtı ilə Kəlbəcərdə fəaliyyət göstərən “Dəlidağın nəğmələri” Ədəbi Birliyini yeni adda yaşatmaq. Ancaq təkcə Kəlbəcər ədəbi mühitinin nümayəndələrinə deyil, bütün istedadlı yaradıcı insanlarımıza “Dəlidağ”-ın səhifələrində yer verdik. Dediyiniz kimi, istəyimizə nail olduq. Kifayər qədər üzvlərimiz var. Formallıqdan uzağıq, yalnız kağız üzərində və ya göstəri üçün hərəkət etmirik, fəaliyyətimiz göz önündədi. Adda yox, əməldə işimizi həyata keçiririk.

-Sizinlə doğum gününüz, daha doğrusu, yubileyiniz ərəfəsində görüşürük. Ömür Allahdandı, yaşamaq sizdən. “Yaşadım, yaşayıram”-deyə bilirsiz?

-Doğum günüm sentyabrın 29-da keçib. Ancaq bu il yubiley ilim olduğuna görə möhürlü kağızın küncünə qeyd edilən vaxtda-noyabrın 1-də yubileyimi qeyd edəcəm. "Edəcəm" deyəndə, virus əl-qolumuzu bağlayıb. Yada salacam. Həm də cəbhədə uğurlarımız olmaqla bərabər, şəhidlərimiz də var. Yubiley və ya hər hansı bir şadyanalıq keçirmək məqamı deyil. İnşallah, qələbəmizdən sonra yubiley, doğum günü məsələsinə baxarıq. Yaşamağa gəldikdə isə, nə deyim…Bu uzun söhbətdi, Tanrıya şükür…

-Bundan sonrakı illərinizin gözəl və mənalı keçməsi diləyilə sizi təbrik edir, sevgi dolu həyat, sağlıqlı uzun ömür arzulyıram. Qalan ömrünüz də şeirli və Kəlbəcərli olsun.

-Kəlbəcərli olacağına inanıram, şeirli olmağına isə yox. Kəlbəcər nağıllar aləmidi. Bundan sonra orda ancaq nağıllar uydurmaq gərəkdi. İlahi, o günü görsəm, bəxtəvərəm ki…(Manevr.az)
Oxşar xəbərlər
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ