Xəbər lenti
03/12/2020 [17:37]:
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər - FOTO/VİDEO
03/12/2020 [17:33]:
Vətən uğrunda şəhid olan daha bir müəllim
03/12/2020 [17:29]:
Rusiya XİN: Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub
03/12/2020 [17:25]:
COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmə riskini kəskin şəkildə artıran amil açıqlanıb
03/12/2020 [17:20]:
“Rusiya ATƏT ölkələrindən Qarabağla bağlı razılaşmalara böyük dəstək gözləyir”
03/12/2020 [17:04]:
“Azərsu” Tovuzun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəyin Tərsyer kəndlərində içməli su çəkir
03/12/2020 [17:01]:
ADPU-nun Elmi Şurasının onlayn iclası keçirilib
03/12/2020 [16:56]:
“Hərbçilərimizə qayğı üçün dövlət proqramları hazırlanacaq”
03/12/2020 [16:54]:
Şəhidimizin zəfər payı - Vətən və el yolunda canını fəda edən Elyar...
03/12/2020 [16:35]:
Ceyhun Bayramov: “30 ildir davam edən silahlı münaqişəyə son qoyuldu”
03/12/2020 [16:33]:
Koreya Azərbaycana səyyar COVID-19 müayinə köşkləri ianə edib
03/12/2020 [16:31]:
Türkiyənin sabiq müdafiə naziri vəfat edib
03/12/2020 [16:30]:
Vətən müharibəsinin Qəhrəman şəhərləri – milli birliyə minnətdarlıq
03/12/2020 [16:24]:
Əlil adam əsgər və zabitlərin ayaqqabısını pulsuz rəngləyir- FOTOLAR
03/12/2020 [16:16]:
İrəvanda etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər
03/12/2020 [16:15]:
Azərbaycanda hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edildi - FOTO
03/12/2020 [15:49]:
Azərbaycanda indiyədək 1 781 218 koronavirus testi aparılıb
03/12/2020 [15:48]:
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
03/12/2020 [15:46]:
Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü: 4189 yeni yoluxma - FOTO
03/12/2020 [15:46]:
Ailənin yeganə övladı olan ölümsüz qəhrəmanın əbədiyyətə qədər davam edəcək ömür dastanı...
03/12/2020 [15:41]:
Parlament sədri: "Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır!"
03/12/2020 [15:40]:
Qanunsuz ağac kəsimi ilə bağlı şikayət yerində araşdırılıb
03/12/2020 [15:35]:
O səni sevirdi...
03/12/2020 [15:31]:
Bakıdan Kiyevə çarter reysləri açılır
03/12/2020 [15:28]:
Ölkəmizdə hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edilib - FOTOLAR
03/12/2020 [15:26]:
UNEC brendi Gürcüstanda da tanındı
03/12/2020 [15:23]:
“Gecə ilə hamı küçəyə çıxmışdı, siz zəfəri Azərbaycanda, biz isə Türkiyədə qeyd edirdik”
03/12/2020 [15:22]:
“Rusiya və Türkiyə Cənubi Qafqazda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılaşmanın zamini kimi mühüm rol oynayırlar”
03/12/2020 [15:21]:
Daha bir vəkil COVID-19-dan vəfat etdi
03/12/2020 [15:18]:
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
03/12/2020 [15:17]:
Şəhidlərin xatirəsini yad etmək üçün sabah saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək
03/12/2020 [15:16]:
“Mehman şəhid olanda əsgəri ağlayıb deyirdi ki...” - Şəhid mayorun iş yoldaşı...
03/12/2020 [15:13]:
Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq
03/12/2020 [15:10]:
ATƏT sədri Qarabağla bağlı danışıqları Minsk qrupu çərçivəsində davam etdirməyə çağırdı
03/12/2020 [14:47]:
"Bundan sonra bir millət iki dövlətin bayramları da, matəm günləri də bir olmalıdır..."
03/12/2020 [14:45]:
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
03/12/2020 [14:44]:
MN: Vətən müharibəsində həlak olmuş 103 hərbçinin DNT yolu ilə şəxsiyyəti müəyyənləşdirilir
03/12/2020 [14:43]:
Kəlbəcər və Laçına komendantlar təyin edilib
03/12/2020 [14:42]:
MN: Vətən müharibəsində həlak olan hərbçilərin adı, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə məlumat ictimaiyyətə açıqlanacaq
03/12/2020 [14:40]:
İtkin düşən hərbçilərimizin sayı elan edildi - Təcili
03/12/2020 [14:29]:
Azərbaycanın Vətən müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı - RƏSMİ
03/12/2020 [14:29]:
Türkiyədə oteldə silahlı insident nəticəsində 5 nəfər yaralanıb
03/12/2020 [14:27]:
"Əsirlikdə olan Dilqəmin, Şahbazın qapısını öz əllərimlə açacam" - VİDEO
03/12/2020 [14:17]:
“8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır”
03/12/2020 [14:03]:
Trampdan Baydenə “xoş gəldin" hədiyyəsi: Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi...
03/12/2020 [13:59]:
“RİA Novosti”dən ikiüzlülük: Separatçıya “DQR”-də Rusiya bazası qurulması haqda sual...
03/12/2020 [13:55]:
Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb
03/12/2020 [13:53]:
Buş, Klinton və Obama kamera qarşısında peyvənd olunacaqlar
03/12/2020 [13:52]:
Sabahın hava proqnozu
03/12/2020 [13:46]:
Azərbaycanda Zəfər Gününün tarixi Atatürkə sonsuz ehtirama görə dəyişdirildi - RƏSMİ
03/12/2020 [13:42]:
Türk əsgəri şəhid oldu
03/12/2020 [13:40]:
Paşinyan daha bir məmuru işdən çıxardı
03/12/2020 [13:38]:
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub - FOTO
03/12/2020 [13:21]:
Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir
03/12/2020 [13:17]:
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
03/12/2020 [13:16]:
Zəngilanda yol qəzası olub, ölən var
03/12/2020 [12:55]:
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntüləri - VİDEO
03/12/2020 [12:53]:
AAYDA-nin qəhrəmanlarının bəzilərini siz də tanıyın... - VİDEO
03/12/2020 [12:48]:
100-dən çox əsgəri əməliyyat edən həkim: “Gözlərini açan kimi..."
03/12/2020 [12:47]:
Ülvi Mehdiyev ASAN əməkdaşları ilə görüşüb
03/12/2020 [12:46]:
Bakıda hərbi parada hazırlıq işləri görülür - VİDEO
03/12/2020 [12:45]:
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
03/12/2020 [12:40]:
"Öncə elə bildim gürcüdür, amma sonra məlum oldu ki, ermənidir, izah etməyə çalışdı ki..."
03/12/2020 [12:38]:
"Bilgisiz, cahil insanlarımızı da bu prosesə qoşmaq çox asanlaşıb"
03/12/2020 [12:33]:
Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
03/12/2020 [12:31]:
“Laçının işğaldan azad olunması Azərbaycanın tarixi Qələbəsinin təsdiqi və post-müharibə dövrünün başlanğıcıdır”
03/12/2020 [12:29]:
“Bu addım ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir”
03/12/2020 [12:25]:
Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub
03/12/2020 [12:24]:
Ucarda müalicə aldıqları ünvanı tərk edən 2 nəfər aşkarlandı
03/12/2020 [12:21]:
"Camaatın işi-gücü yoxdur oturub sizin şəkillərinizi seçəcək?" - Azərtaşdan yeni layihə
03/12/2020 [12:10]:
İrina Vlax: "Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir"
03/12/2020 [12:07]:
Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib
03/12/2020 [12:01]:
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
03/12/2020 [12:00]:
Dilqəmlə Şahbaz koronavirusa yoluxub? - AÇIQLAMA
03/12/2020 [11:59]:
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
03/12/2020 [11:55]:
Qarabağ Regional Ədliyyə İdarəsinə daxil olan ərazilərimiz açıqlandı - RƏSMİ
03/12/2020 [11:53]:
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
03/12/2020 [11:46]:
Avropa Trampın yenidən prezident seçilməməsinə sevinir
03/12/2020 [11:39]:
“Bu texnologiya rus sülhməramlılar və ya ermənilərin təxribatına imkan verməyəcək...” 
03/12/2020 [11:31]:
Əsir götürülmüş əsgərin anası: "Övladımın həsrətinə dözə bilmirəm"
Bütün arxiv bir sırada
31/10/2020 [20:14] - Araşdırma - ( 1539 dəfə baxılıb)

Beynəlxalq münasibətlər sistemində “erməni məsələsi”

“Erməni məsələsi”nin gündəmə gəlməsinin başlıca səbəbləri


Erməni məsələsini ortaya atan imperialist dövlətlərin başlıca məqsədi Osmanlı imperiyasını parçalamaq və onun əraizlərinə sahib olmaq idi. Əslində, bu məsələ XIX əsrin əvvəllərində daha ciddi xarakter aldı. Niyə məhz ermənilər?

Bu suala cavab vermək üçün erməni mentalitetini öyrənmək lazımdır. Çünki imperalist dövlətlər erməni məsələsinin üzərində dayanmaq üçün erməni mentalitetini dərindən öyrənmişdilər. Buna qədər isə Balkan xalqlarından istifadə etməyə çalışdılar. Amma Balkan xalqları bu istiqamətdə onların maraqlarına tam cavab vermədi. Ermənilər isə cavab verirdi. Həmin anbdan başlayaraq tarixə “erməni vəhşiliyi” kimi düşən erməni-terror hərəkatı həyata vəsiqə aldı. Bu terror hərəkatı o zaman dünyanın iri gücləri tərəfindən nizamlandırılır və silahlandırılırdı. Bu güclərin başında Böyük Britaniya və Rusiya imperatorluqları gəlirdi.

Əslində, XVIII əsrin sonlarından başlayaraq XX əsrin əvvəllərində Osmanlı imperiyasına  qarşı gedən proseslər “Şərq məsələsi”nin tərkib hissəsi idi. “Şərq məsələsi”nin tarixi daha qədimlərə, “xaç yürüşləri” dövrünə gedir. “Malazgirt” (1071) savaşında Səlcuq türklərinin qələbəsi xristian dünyasına göstərdi ki, artıq dünyada haqqa, ədalətə söykənən islamın qabağında ərəblər deyil, türklər dayanıblar. Bu zamandan başlayaraq Avropada Şərqə qarşı planlar işə düşdü. Bu planların önündə də Roma papaları gedirdi. Onların həyata keçirdikləri projelər əsasında Şərqdə mövcud olan bütün Türk dövlətləri sıradan çıxarıldı. Osmanlı imperiyası yalqız qaldı. Qərb bütün gücünü Osmanlı imperiyasına qarşı yönəltdi. Bu zaman “Şərq məsələsi” bütün çılpaqlığı ilə yenidən gündəmə gəldi. Bu məsələnin mahiyyətində zəifləmiş Osmanlı imperiyasının ərazilərinin bölünməsi dayanırdı. Bu illərdə avropalıların sırasına güclənməkdə olan Rusiya imperiyası da qoşulmuşdu.  Tarixdən bəllidir ki, I Pyotrun ən ali məqsədi İstanbula sahib olmaq idi. Bunun üçün də Osmanlı imperiyasında xristian təbəələri dəstəkləyirdi. Beləliklə, Osmanlı imperiyasına qarşı böyük bir koalisiya yarandı. Bu koalisiyaya Rusiya, Avstriya, Böyük Britaniya, Fransa daxil idi. Bir qədər sonra onlara İtaliya və Almaniya da qoşuldu. Yaranan əlverişli vəziyyətlə əlaqədar bu dövlətlərin sırasında Rusiya daha aktiv rol aldı.

XX əsrin əvvəllərində Osmanı imperiyasına qarşı yönələn “Şərq siayasəti”nin başında isə “erməni məsələsi” dururdu. Bundan bir qədər Balkan xalqlarından uğurla istifadə edən Qərb dövlətləri və Rusiya indi ermənilərdən istifadə etməklə Osmanlı imperiyasına son zərbəni vurmaq istəyirdilər. Bununla da bütün planlar həyata keçirdi. Böyük bir maneə aradan qalxır, İstanbul ələ keçirilir və Türk dünyası bütünlüklə süqut edirdi.

“Erməni məsələsi”nin ortaya çıxmasında İngiltərənin xüsusi rolu vardır. İngiltərənin adıni elə-belə çəkmədik. Məsələ ondadır ki, Şərq dünyasında XIX əsrə qədər etnik zəmində ciddi bir problem olmamışdı. Bu problem XIX əsrdə Çarlıq Rusiyası və İngiltərə tərəfindən həyata keçirilməyə başlandı. Ermənilər məsələsində aktivləşən İngiltərə tezliklə bu qozu  Rusiyanın əlindən ala bildi. XVI yüzildən başlayaraq Osmanlı dövlətində missioner okullar fəaliyyət göstərməyə başlamışdır. Ingiltərə bu yolla Osmanlı imperiyasında qeyri-müsəlmanlarla bağlantı yaradır və onları bəhanə edərək dövlətin iç işlərinə qarışmaq fürsəti əldə edirdi. Bəllidir ki, bölgədə ermənilərlə ilk dəfə ilişgilər yaradan və onları öz maraqları üçün istıfadə edən dövlət isə Çarlıq Rusiyası olmuşdur. Rusiya Balkanlarda serb və slavyanlardan istifadə etdikləri kimi, Şərqi Anadoluda da ermənilərdən istifadə etməklə isti dənizlərə çıxmağa çalışırdı. İngiltərə bunu dəqiqləşdirdiyindən Rusiyanın əlindən bu qozu almaq üçün “Erməni məsələsi”ndə yerini öz yerini möhkəmlətməyə çalışmışdır. Beləliklə, iki imperialist dövlətin nüfuz mücadiləsi nəticəsində “Erməni məsələsi” ortaya çıxmışdır. Əslində, hər iki dövlətin məqsədi müstəqil erməni dövləti yaratmaq deyil, onları öz maraq dairələrinə salmaq idi.

 

Erməni “millətçiləri” və törətdikləri vəhşiliklər

 

Bu zamandan başlayaraq yalançı erməni tarixi uyduruldu. “Böyük Ermənistan”, “Kiçik Ermənistan” ifadələri yarandı. Bundan yararlanan erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində “Böyük Ermənistan”adlı dövlətin mövcud olması iddia edilməyə başlandı, bu uydurma “dövlətin” ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək fantastik həddə çatdırıldı. Təbii ki, bu iddianın heç bir elmi əsası yoxdur və ağ yalandır. Bunu tarixi mənbələr sübut edir. “Böyük Ermənistan” anlayışı maraqlar xatirinə elmi dairəyə gətirilmişdir. Ermənilər də bundan maksimum yararlanmağa çalışmışdır. Bu mənada Rusiya konsulu Mayevskinin yazdıqları reallığı daha yaxşı əks etdiririr. O, yazır: “Bölgədə ermənilərin son bir əsrdə apardığı mübarizədə xarici güclərə daha baha qiymətə satılmaq əsas məqsədləri olmuşdur. Belə olmasaydı tarixin müxtəlif dönəmlərində eyni coğrafiyada yaşadığımız və hər zaman xüsusi diqqət altında yaşayan bu azğınlaşmış millət hər imkanda öz satqınlıq missiyasını uğurla yerinə yetirməzdi. Bir çox məqamlarda onların yüksək pafosla çıxış etdikləri “milli” idealların da xarici qüvvələrin yerli dövlətlərə qarşı planının tərkib hissəsi olduğu faktlarla sübut olunmuşdur. Tarixi Azərbaycan torpaqlarında yaranmış Ermənistan Respublikasının Azərbaycanla Türkiyəni ayıran strateji yerdə yerləşməsi, hal-hazırda bu dövlətin sadəcə mülk kimi idarə olunması, onların daşıdığı milli idealların sadəcə qul psixologiyasının tərkib hissəsi olduğunu bəlli edir. Buna sübutlardan biri kimi 1895-1896-cı illərdə Osmanlıda ermənilərin törətdiyi vəhşiliklər zamanı ölkədə fəaliyyət göstərən  xarici diplomatların etirafları “Erməni məsələsi”nin qaynaq mənbələrini açıq şəkildə göstərir. Osmanlıda “sadiq millət” adını alan ermənilər Osmanlı zəifləməyə başlayanda öz mahiyyətlərini aydın şəkildə ifadə etməyə başladılar. 1895-1896-cı illərdə yaranmış qarışıqlıqdan istifadə edən ermənilər xarici marağı ifadə edən və onların dəstəyi ilə amansız qırğınlar törətməyə başladılar. Hələ XIX əsrin 90-cı illərində sonradan baş verəcək qırğınlar haqqında Osmanlıda fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri raportlarında həyəcan təbilini çalırdılar. İstanbulda 1891-ci ilin əvvəlində erməni məsələsini təsvir edən fransız səfiri Kambon raportunda bildirirdi: “Londonda ermənilər yaxşı sığınacaq tapdılar: Qladston hökuməti narazı erməniləri topladı, onları qruplaşdırdı, intizam, qayda-qanun öyrətdi və öz köməyini vəd etdi. Həmin vaxtdan təbliğat komitəsi Londonda bərqarar oldu və burada müvafiq təlqin-inandırma işləri görüldü. Erməni əhalisi içərisinə olduqca sadə iki ideyanı yürütmək zəruri idi: “millətçilik və azadlıq ideyası”. Bunların yayılması ilə komitələr məşğul oldu və beləliklə bir neçə illər ərzində gizli cəmiyyətlər bütün Ermənistanda yayıldı: Türkiyə inzibati üsul-idarəsinin qüsur və çatışmazlıqları təbliğ edilir, erməni xalqında isə millətçilik və istiqlaliyyət ideyaları oyadılır”. Osmanlı imperiyasında yaşayan ermənilərin “oyadılmasında” ABŞ missionerləri də mühüm rol oynayırdılar. Onların hesabına xaricdə təhsil alan erməni ziyalıları ticarət və kommersiya işlərində vəziyyətlərini daha da möhkəmləndirir və Osmanlı imperiyasının iç işlərində ciddi bir qüvvəyə çevrilirdilər.

Göründüyü kimi, məqsədlərini həyata keçirmək üçün Böyük Britaniya, ABŞ və Rusiya imperatorluqları “erməni kartı”nı uğurla işə saldılar. Bəllidir ki, Rusiyanın Qafqazlara enməsi, Böyük Pyotrun vəsiyyətinə görə, Hindistana, Aralıq dənizininə, İstanbula sahib olmaq üçün yerinə yetiriləcək bir hərəkətin başlanğıcıydı. Rusiyanın yüzillər boyunca Anadolu ilə İran və Azərbaycanı istila etmək istəməsi Hindistan ilə Boğazları əldə etməyə çalışmasıyla bağlı idi. Bu yolda ermənilərdən yararlanmağa çalışırdı. Başlanğıcda İngiltərənin birbaşa dəstəyi ilə ortaya çıxan silahlı erməni üsyanları Avropadakı gəlmə erməni aydınları arasında “Ermənistan” və “Hınçak” kimi siyası partiyaların yaranmasına yol açdı. Öncə amacı Osmanlı imperiyasındakı erməniləri qurtarmaqdan ibarət olan Daşnaksutyun Osmanlı imperiyası ərazilərinə silahlı terroristlər göndərməklə qənaətlənirdi. Sonradan Rusiya tərəfindən dəstəklənən Daşnaksutyun Osmanlı imperiyasında uğursuzluğa uğradıqdan sonra Qafqazda müstəqil bir erməni dövləti yaratmağa cəhd etdi. Bunun üçün də onlar qarşılarına məqsəd qoydular ki, Qafqazda türkləri və gürcüləri tamamilə aradan qaldırıb çoxluq təşkil edən “erməni xalqı” yaratsınlar.  Bu məsələ dərinliyi ilə gürcü sosialistlərindən Karibinin “Qızıl kitab” adli əsərində öz əksini tapmışdır: ”Erməni inqilabçılarının, özəlliklə Daşnaksutyun Partiyasının ortaya çıxışından öncə Qafqaz bölgəsində barış və hüzur hökm sürürdü. Ermənilər, türklər və gürcülər yüzillərcə bir yerdə yaşadılar. Bu yüzillərdə milliyət düşmanlığından qaynaqlanan bir olay olmamışdır. Müsəlmanlarda, doğrudur qan düşmanlığı vardır. Lakin bu milliyətlə ilgili deyildir. Daşnaklar gəldilər və gələcəkdə Ermənistan üçün, yalnız ermənilərin yaşadığı bir yurd yaratmaq istədilər. Bu zamandan başlayaraq Qafqaz kəndlərinə milli düşmanlıq və nifrət duyğuları doldu. Ermənilər silah işlətdiklərinə görə, türklər də onlara cavab verdilər”.

Osmanlı imperiyası və Qafqazlara istiqamətlənən nizamlı erməni terroristləri bütün bölgəni qana boyadılar. Silahsız türklər onlara ciddi müqavimət göstərə bilmirdi. Həmin vaxtlarda da erməni terroristləri dünyanın iri güclərinin məqsədlərini həyata keçirmək üçün əla bir vasitə idi. O zaman Qafqaz Genel Valisi və ermeni tərəfdaşlığı ilə tanınan knyaz Vorontsof-Daşkof erməni vəhşiliklərinin mahiyyətini çox yaxşı bilirdi. Sadəcə olaraq bu vəhşiliklər o həddə çatdı ki, onun özü gördüyü insan vəhşiliklərindən dəhşətə gəlmişdi. Dünyada belə vəhşiliklər törədə biləcək bir xalqı ağlına belə gətirə bilməzdi.

Bu vəhşiliklər həmin dövrdə onun şahidi olmuş, Azərbaycanın görkəmli yazıçısı Məmməd Səid Ordubadinin qələmindən təsirli boyalarla çıxmışdır. Onun 1911-ci ildə Bakı milyonerlərindən Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap etdirdiyi “Qanlı sənələr” adlı kitabında 1905-ci ilin qanlı faciələrini ətraflı şərh etmişdir. O yazır:”Gəncədə 1905-ci il noyabrın 8-də daşnaklar Bəhmənli sakinlərini, bir iranlı biçarəni, Ooşaçinar məhəlləsində Molla Cəmilli sakinlərini və başqalarını öldürmüşdülər. Naxçıvan faciəsində daşnaklar bir əkinçini namaz qılan vaxt qətlə yetirmişdilər. Bakıda, Şuşada, Cəbrayılda, Cavanşirdə və Zəngəzurdakı qətl-qarətlər də daşnakların əməllərinin nəticəsidir. Hamazasb, Aram bek, Baqrat, Asqırat və başqa əliqanlı cəlladlar bu işlərə başçılıq etmişlər. 1905-ci il kütləvi soyqırımını həyata keçirmək üçün ermənilər uzun illər ərzində silahlanmış könüllülər toplamış, sonra isə mütəşəkkil surətdə eyni vaxtda müxtəlif yerlərdə azərbaycanlı türklərini kütləvi surətdə qırmağa başlamışlar. Onlar muxtariyyat adı altında Azərbaycan, Gürcüstan, Türkiyə torpaqları hesabına “Böyük Ermənistan” yaratmağa cəhd edirdilər. Belə bir xəyal ilə sərxoş olmuş daşnaklar heç bir çirkin əməldən, terrordan, vəhşilikdən çəkinmirdilər. Onlar bir tərəfdən güclü təbliğat aparır, Azərbaycan türklərinə qarşı düşmənçilik hissini qızışdırır, digər tərəfdən müasir silahlarla təchiz olunmuş könüllü qoşun dəstələri hazırlayırdılar. Nəhayət, daşnaklar 1905-ci ilin fevralın 2-də Bakının Quba meydanında Ağa Rəzi adlı bir azərbaycanlını qətlə yetirdilər. Fevralın 6-da onlar başqa bir müsəlman azərbaycanlı türkünü öldürdülər. Fevralın 7-də yenə hər tərəfdə atışma başlanıb, ermənilər ümumi hərbi qiyama başladıqlarından müsəlmanlar da açıq-açığa tüfəng-tapança götürüb, hərbə girişməkdə idilər. Damlardan, pəncərələrdən müsəlmanların və gəlib keçən bütün tayfaların üzərinə ardı-arası kəsilmədən atəş açlırdı. Bu vaxtda Bakının və zavodların elə bir yeri qalmamışdı ki, iğtişaş sirayət etməsin. Müharibə fevralın 6-dan 10-a qədər tam şiddətlə davam etdiyindən erməni və müsəlmandan tələfat min nəfər olmasa da, mal və zəruri əmlaka dəyən zərər milyonları keçməkdə idi. Hökumət bu mərəkələri sakitləşdirməyə çıxdısa da, elə bir ciddi iş görmədiyi hamımıza məlumdur. M.S.Orubadi sözünə davam edədrək yazır: ”Bu qətllər elə bir bomba idi ki, cümlə Qafqaza buradan atəş açıldı”. Ermənilər rastlarına çıxan əlsiz-ayaqsız müsəlmanları qırıb kəsirdilər. Bakıdan sonra 1905-ci ilin martın 5-də gündüz saat üç radələrində Naxçıvanda üç nəfər cəhrili Şeyx Mahmud kəndinin yanından keçərkən ermənilər tərəfindən ağır yaralanır, mayın 7-də isə Tumbul kəndində bir azərbaycanlı öldürülür. Mayın 9-da Əliabad kəndi yaxınlığında Hacı Əli Bayramzadə adlı hörmətli bir kişi yeddi güllə yarası ilə qətlə yetirilir. Mayın 11-də ermənilər şəhəri atəşə tutur. 2 saat yarım ərzində şəhərdə güllə səsi, alov və tüstüdən başqa bir şey nəzərə çapmırdı. M.S.Ordubadi müxtəlif sənədlərə əsaslanaraq göstərir ki, Naxçıvanda erməni fitnəsi yerli əhalinin qeyrəti sayəsində aradan qaldırılmış, düşmənlər məğlub edildikdən sonra kazak ordu hissəsi komandirinin əmri ilə rus əsgərləri ermənilərlə birlikdə azərbaycanlıların dükanlarını yandırmış, mallarını talan etmiş, yeni fitnəkarlıqlar törətmişlər. Noyabrin 26-sı gecəsində baş vermiş bu hadisə Naxçıvanda müsibət gecəsi olmuşdur. Noyabrın 30-da Cəhri kəndi kazaklar və ermənilər tərəfindən yandırılır. Ayın otuzunda Cəhri kəndinin ermənilər və kazaklar tərəfindən yandırılması camatı çox pərişan etdi. Bir gün İrəvan general-qubernatoru cənab Paskeviç şəhərə təşrif gətirməklə, cammat yığışıb dərdlərini deyib çarə istədilər. Və Cəhri faciəsini də ortaya qoyub şikayət etdilər. Qubernator isə “eyb etməz, mən işə yaxşı baxaram”-deməklə camaatı dağıtdı. Müxtəsər iki gün cənab qubernator keyfə məşğul olub, Cəhri kəndi tamam yanıb qurtarandan sonra qubernator Cəhriyə yollandı. Dekabrın ikisində qubernator gedən vaxt camaat yığılıb şəhərin ikinci hissəsinə kazaklar tərəfindən od vurulduğunu deyib kazakların götürülməsini tələb etdilərsə də, “yaxşı, demişik “mera” (tədbir) götürsünlər, gedib Cəhriyə, qayıdıb işlərə əncam verəcəyəm”-cavabını verib aradan çıxdı.  Müsəlmanları bu hala qoyan hökumətin belə “meralları” (tədbirləri) deyilmi? Müsəlmanlar qayıdıb kazaklardan ərizə yazıb, qubernator qayıdanda təqdim etmək həvəsində olduqları halda, qubernator gecə saat on birdə qayıdıb, müsəlmanların xəbəri olmasın deyə, ahəstə, vaqon ilə İrəvana yollanmışdı. Budur bürokrat idarəsinin müsəlmanlar üzünə açdıqları qəmli hadisə pərdələri. Məlum olduğu kimi, o zaman İrəvan şəhərində və ətrafında ta qədimlərdən əsasən Azərbaycan türkləri yaşayırdı. Onlar da silahsız idilər. Onlarda cəmi 20 tüfəng, az miqdarda fişəng var idi. Ermənilər İrəvan ətrafında onlarla müsəlman yaşayan kəndləri yandırır, xalqa divan tuturdular. Qırxbulaq mahalında, Gözəcik, Pulluca, Kötüklü, Qoşabulaq və s. kəndlər yerlə yeksan olunur. M.S.Ordubadi daha sonra 1905-ci il iyunun 13-dən Cəbrayıl bölgəsində ermənilər tərəfindən müsəlmanların kütləvi surətdə öldürülməsini şərh edərək yazır ki, Divanlı, Qacar, Ağbulaq və s. kəndlərini yandırırlar. 50 nəfər azərbaycanlı qətlə yetirilir. 1906-cı il iyulun 12-də Şuşada çar hakim dairələrinin ikibaşlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər törədirlər. Gəncə və Qazaxda baş verən hadisələrdən bəhs edən M.S.Ordubadi yazır ki, ermənilərin əsas hədəfi müsəlmanları Gəncə ərazisindən köçürüb, yerində Ermənistan təşkil etmək idi. Cavanşir bölgəsində Tərtər və Xaçın dərələrində müsəlman kəndlərinin dağıdılması həmin planın bir hissəsi idi. M.S.Ordubadiyə göndərilən məktubların birində oxuyuruq: ”Ermənilər hamilə qadınların qarınlarını xəncər ilə parçalayanda məsum cocuqların qanlı başları eşikə çıxırmış”. Burada M.S.Ordubadinin kiçik bir qeydi maraqlıdır. O, yazır ki, bu hadisələrin təsviri olan səhifələrdə bəzi cümlələri oxuya bilmədim. Guya ki, ora su töküldüyü üçün sözlər oxunmurmuş. Lakin müəllif buna açıqlama verir ki, bunlar su deyil, məktubu yazan müxbirin göz yaşları imiş. Mən isə oxucuları yenidən ağlatmamaq üçün o səhifələri yazmıram. Hələ tarixdə heç bir xalq başqa xalqın qadınlarına belə zülm etməmişdir. Bir ananın əvvəlcə dörd körpəsini öldürürlər, uşaqlar əl-ayaq çaldıqda ananı göz yaşları içində qətlə yetirirlər. M.S.Ordubadi yazlr:”Budurmu erməni mədəniyyəti? Bu rəftarı xəbisanə ilə istiqlaliyyət havasında olan bir millətin axırı nə olacaqdır, xəyalındayam”. 1905-1906-cı illərdə bilavasitə Daşnaksutyun Partiyasının fitnəkarlığı ilə törədilən və çar dairələri tərəfindən aşkar surətdə qızışdırılmaqla erməni terroristləri tərəfindən həyata keçirilən milli qırğın xeyli günahsız müsəlman azərbaycanlının ölümünə, saysız-hesabsız məhrumiyyətlərə və əzablara səbəb olmuşdur.

Ermənilərin törətdikləri vəhşiliklər o dövrdə bunun şahidi olmuş Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın yazdığı “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində də ətraflı təsvir olunmuşdur. Bu əsərdə rusların ermənilərə necə havadar çıxmaları da verilir. Onun əsərində Lalayevin Bakıda törətdiyi qətliamlar dəqiqiliyi ilə təqdim olunur. Nəvvab göstərir ki, Lalayevin dəstələri küçədən gəlib-keçən bütün müsəlmanları qətlə yetirirdilər. Daha sonra yazır ki, qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Nəvvabın əsərində maraqlı bir məqam vardır. O da bundan ibarətdir ki, Bakı lotularından olan Ağakərimin dəstəsi Lalayevi tutub cəzalandırsa da, onun ailəsinə toxunmur. Bu əxlaqı yalnız Türk əks etdirə bilərdi. Belə deyirlər ki, Lalyevin xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb, mehribanlıq göstərib və gətirib Hacə Zeynalabdinin qızlar məktəbində yaxşı əmin adamlara tapşırıblar. Nəvvabın təqdim etdiyi materiallardan bəlli olur ki, ermənilərin arxasında duran Rusiya onları uzun illər boyu yaxşı silahlandırmışdı. Eyni zamanda ona da toxunur ki, müsəlmanlar erməni vəhşiliklərinin qarşısnı almaq üçün əllərinə keçən silahlardan istifadə edərək onlara layiqli cavablar verirlər. Sonra ruhanilər və keşişlər ortaya girərək barışıq yaradırlar. Lakin barışıq yenə də ermənilər tərəfindən pozulur. Barışın pozulmasında Rusiya məmurları aktiv rol oynayırlar. 

Erməniləri əllərində alət edən iri dövlətlər onlara həyata keçirmək üçün lahiyələr hazırlayırdılar. Əsrin əvvəlində isə həyata keçirilən bütün bu cür məqsədlərdə, projelərdə ermənilər yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrindən olan Məhəmmədzadə Mirzəbala bununla bağlı özünün “Ermeniler ve İran” adlı əsərində belə yazırdı:” Amerikada “Erməni Milli İttifaqı”nın (The Armenian National Union of America) “1919 Yilinda Ermenistan Haqqında” (The Case of Armenia) adıyla yayınladığı bir əsərdə yuxarıdakı projenin qərarı bulunduğu kimi, Böyük Ermənistan xəritəsi də çəkilmışdı. Bu “Böyük Ermənistan”  xəritəsində Ermənistan Trabzon və Samsundan Qaradənizə və İskəndərun körfəzindən Aralıq dənizinə çıxdığı kimi, Azərbaycanın Xəzər dənizinə yanaşır və Gəncə şəhəri yaxınından başlayaraq Kür çayı ilə Xəzər Dənizinə uzanan çızginin güneyindəki Ləngər, Muğan, Mil, Qarabağ, Zəngəzur, Gəncə qəzasının dağlıq qismini, Naxçıvan ilə Ordubadı, İran Azərbaycanından isə Astara, Ərdəbil, Qaradağ, Təbriz, Xoy, Maku, Səlmas və Urmiya tərəflərini içinə alır”.

İri güclərin əllərində alət olan ermənilər 1918-1920-ci illərdə də Cənubi Qafqazda milli qırğınlarda, siyasi gərginliyin yaradılmasında əsas rol oynadılar. Həmin dövrdə ermənilərin başlıca hədəfi Azərbaycan Xalq Cumhuriyyəti olmuşdur. Onlar üçün başlıca məqsəd türklərin qətliamı və bu dövlətin varlığına sona qoymaq idi. Bu məsələyə toxunan erməni əsilli S.Kasyan daşnakların hakimiyyətə gəlməsindən bir il sonra yaranan mənzərəni özünün yazmış olduğu “Hanı çıxış yolu?” məqaləsində belə təsvir edir: ”Hesab edin ki, dünyada heç bir xalq Ermənistanda yaşayan xalq kimi acınacaqlı, çətin günlər yaşamır. Daşnaklar bütün ölkəni zəhərləyir, onun bütün həyati mənbələrini məhv edirlər. Onun azadlıq cəhdlərini darmadağın edirlər. Onlara haqq qazandırmaq üçün mətbuat dəridən-qabıqdan çıxmışdır. Ermənistanda yaşamaq çox alçaldıcıdır, əsl cəhənnəmdir”. “Ermənistan Demokratik Respublikası”nda yaşayanlar acından, soyuqdan, epidemiyalardan qırılırdı. Onların sayı 240 mini ötürdü. Dəqiq məlumatlara görə, 1919-cu ildə “Ermənistan”dan qaçqın düşənlərin sayı 263 min 393 nəfər olmuşdur. 1922-1936-cı illərə qədər isə “Ermənistan” Zaqafqaziya Federasiyasının tərkibində olaraq, heç bir xüsusi iqtisadi potensialı olmadan, Azərbaycanın iqtisadi imkanları hesabına yaşamışdır. Bu illərdə erməni kadrlar Azərbaycanın dövlət strukturlarında yerləşdirilmiş və minlərlə Azərbaycan türkünün, orada yaşayan digər xalqların nümayəndələrinin repressiya olunmasında, qətlə yetirilməsində başlıca rol oynamışlar. Sovet imperiyası dönəmində də ermənilərə “xüsusi qayğı göstərilirdi”. Sovet dövründə yazılmış erməni müəlliflərinin əsərlərində ermənilərin XVIII əsr tarixi “milli-azadlıq hərəkatı” kimi qələmə verilir, “XVIII yüzilliyin çoxəsrlik erməni xalqının tarixində, xüsusilə onun azadlıq mübarizəsi dövründə önəmli yer tutduğunu”, “çox böyük əraziyə malik dövlətlərinin olduğunu” iddia edirlər. Sovet dövlətinin onlara qayğı göstərməsi isə birbaşa gələcəyə yönəlmişdi. Söhbət bu ərazinin qədim sakinləri olan türklərə qarşı aparılan ideoloji müharibədən gedir. Sovetlər dönəmində Kommunist Partiyasına soxulan və mühüm vəzifə postlarını tutan erməni daşnakları gələcək üçün strateji planlar fikirləşirdilər. Ötən əsrin 80-ci illərində Ermənistanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yüzbaşyan idi. Yüzbaşyan erməni terror təşkilatları ilə birbaşa əlaqədə idi. Bunu ustalıqla gizlədə bilmişdi. O zaman bütün Türk dünyasında baş verən terror aktlarında onun birbaşa əli var idi. Eyni zamanda göstərdiyi fəaliyyət ilə xaricdə öldürülən Türkiyə diplomatlarının qətlində də iştirakçı idi. Ermənistanda yaşayan daşnak caniləri onun əli ilə ABŞ-a və digər Avropa ölkələrinə yaşamaq üçün mühacirətə göndərilirdi. Onlar böyük bir terror şəbəkəsinin fəalları idilər. Coxlu qətllər törədən cinayətkarlar idilər. Bundan başqa Yüzbaşyanın əli ilə daşnaklar Sovet İttifaqından qiymətli numizmatik materialları, bahalı xalçaları xaricə daşıyırdılar. O zaman bunların çıxarılması qadağan idi. Onun vaxtında Ermənistanda erməni terror təşkilatı olan “ASALA” sərbəst şəkildə fəaliyyət göstərirdi. Onun özü də “ASALA”nın üzvü idi. Ermənistanda çıxarılan numizmatik materialları, bahalı xalçaları “ASALA” xarici ölkələrda satır və gələcək planlarını həyata keçirmək üçün maliyyə rıçaqlarını gücləndırir, Avropa və ABŞ-da erməni diaporasını maliyyələşdirirdi. SSRİ-də nəşr olunan kitablarda göstərilir ki, Yüzbaşyan öz əməllərini ustalıqla SSRİ rəhbərliyindən gizlədə bilib. Amma bu inandırıcı görünmür. Sonralar Azərbaycan, o cümlədən Qafqazda baş verən olaylar bir daha bunu təsdiq etdi. 

“Erməni məsələsi” indi də iri güclərin maraq dairəsində davam etməkdədir. Bu gün Türkiyəyə bu yöndə edilən basqılar, yəni “erməni soyqırımını”nı tanıtmaq, ölkəmiz müstəqillik əldə etdikdən sonra və müstəqilliyə qədər baş verən proseslərdə ermənilərin iştirakı bunun tərkib hissəsidir. Dünya ermənilən törətdikləri vəhşiliklərə əsrin əvvəllərində də susdu, indi də susur. Çünk bu onların Türk dünyasına qarşı projelərinin tərkib hissəsi olmuşdur. Əsrin əvvəllərində Azərbaycan torpaqlarının hesabına bir “Ermənistan” yaratdılar. Əsrin sonunda da Azərbaycan ərazilərinin parçalanmasına, “Dağlıq Qarabağ Respublikası” elan olunmasına dəstəkçi oldular. Bir daha qeyd edək ki, tarix faktlar ermənilərin iddialarının tamamilə yalan olduğunu ortaya qoyur. Əksinə, erməni daşnaklarının milli qırğın törətmələrinə qədər onlar bu bölgədə çox yaxşı yaşamışlar. Biz yuxarıda Kambonun raportundan, Mayevskinin xatirələrindən söhbət açdıq. Belə faktlar minlərlədir. Beləliklə Kambonun raportu da göstərir ki, erməni məsələsi bilavasitə xarici marağı ifadə edən faktor idi. Bu məsələnin meydana çıxması heç  də onların daxili istək və maraqlarından doğmurdu. Bu zaman əsas qırğınların törədildiyi Van və Ərzurumda Çar Rusiyasının baş konsulu olmuş Mayevski erməni vəhşiliyini gözləri ilə görmüş və öz xatirələrində bu haqda geniş bəhs etmişdir. Mayevski  qeyd edirdi ki, Osmanlıda digər xalqlara, xüsusən də, ermənilərə həddindən artıq imtiyazlar verilmişdi. Bir çox məqamlarda ölkədə baş verən üsyanların səbəbi də onların səfalət halında yaşaması deyil, Osmanlı hökumətinin həddindən artıq liberal yanaşması nəticəsində yaranan özbaşınalıq və qudurğanlıq idi. Baş verən iğtişaşlarda Avropa Osmanlı hökumətini ittiham edirdi. Onları xristianları sıxışdırmaqda günahlandırırdılar. Əslində isə iğtişaşların kökündə heç də Osmanlının xristianları sıxışdırılması məsələsi deyil, dini və milli məsələlərə həddindən artıq liberal münasibət göstərdiyinə görə baş veriridi. Xristian məktəbləri demək olar ki, heç bir nəzarətə tabe deyildi. Türklərin idarəetmədə buraxdığı bu boşluqlar onlar arasında iğtişaşa meylliliyi artırırdı. Şərqdə xristianlar iğtişaşların əsasında həmişə bir ideyanı – xarici dövlətlərin işə qarşımasına bəhanə üçün anarxiya yaratmaq ideyasını ortaya qoyurdular.” 1890-cı ilin əvvəlində Avropadan təlimatlanan Hnçaq, Daşnak və Ermənistan cəmiyyətinin üzvlərindən ibarət fəal təbliğatçılar qrupları meydana gəlməyə başlamışdı. “Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların “mənfur” hakimiyyətinə qarşı qəzəb, kin-küdurət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illuziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt ərzində onların yaratdığı illuziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…” Bunun ardınca, xarici dəstək və erməni mənfur siması 1895-1896-cı illərdə türk kəndlərinə basqınlara və kütləvi qətllərə səbəb oldu. Qızışdırılan erməni terroristləri nəinki türklərin, o cümlədən, Osmanlıda xüsusi imtiyazla yaşayan ermənilərin də həyat tərzini pozdu. Hökumətə qarşı isə üsyanlara görə Avropa dövlətləri tərəfindən təzyiqlər davam edir, üsyanların baş verməsində əsas günahkar kimi Osmanlı hökuməti göstərilirdi. Beləliklə, bir tərəfdən ermənilər qızışdırılır, onlara hər cür maddi dəstək verilir, digər tərəfdən də bu üsyanlardan Osmlanlı dövlətinə qarşı təzyiq kimi istifadə olunurdu.

1895-ci il iyulun 11-də Osmanlı hökuməti təzyiqlərdən geri çəkilməli oldu. Xarici dövlətlərin tələblərini ödəmək və inqilabçı erməni dərnəkləri ilə barışmaq üçün siyasi cinayətlərə görə, həbs olunanlara ümumi amnistiya elan olundu. Bu əslində vəziyyəti yaxşılaşdırmadı. Əksinə, quldurların azadlığa çıxması ilə qırğın təhlükəsi daha da artdı. 1895-1896-cı illər qırğınının canlı şahidi Mayevski xatirələrində yazırdı: “Türkləri hər hansı bir vəhşiliklə ittiham edirlər etsinlər, lakin mən bir şeyi deyəcəyəm: Türkiyənin müxtəlif şəhərlərində ermənilər və müsəlmanlar arasındakı toqquşmalar barədə şəxsən mənim bildiklərim məni belə bir qənaətə gətirir ki, qanlı işlər hər yerdə məhz ermənilərin özlərinin təşəbbüsü ilə başlanmışdır. Məsələn, Trabzon qırğını həmin şəhərin küçələrində iki türk generalı Bağır paşa və Həmdi paşa yaralandığından sonra başlamışdı. Çox kasıb şəraitdə yaşayan minlərlə erməni görmüşəm….. Lakin o qədər məşhur məşum “türk vəhşiliyinə” heç yerdə rast gəlməmişəm….” Erməni qırğınlarının əvəzində Avropada belə bir təəssürat yaradılırdı ki, guya Osmanlıda xristian əhali sıxışdırılır, onlara amansız divan tutulur və qeyri-müsəlman əhalinin Osmanlıda yaşaması mümkünsüzdür. Bu əslində çoxdandı ki, hazırlanan dövləti parçalamaq siyasətinin tərkib hissəsi idi. Bu oyunun əsas təşkilatçılarından biri ingilislər idi. İngilis təşkilatçılarının bu oyunu qurmaqda əsas məqsədi Osmanlını Çar Rusiyası ilə yeni müharibəyə sürükləmək idi. Bu planın baş tutmayacağını anlayan ingilislər özlərinin erməni siyasətini 1895-ci ilin noyabr ayından dəyişməyə başladılar. Mayevski erməni məsələsinin şişirdilməsində yerli ingilislərin rolundan bəhs edərkən yazırdı: “Mən əsla demək istəmirəm ki, ingilis konsulları erməni hərəkatının rəhbərləridirlər. İngilis konsulluğu erməni inqilabçılarının Türkiyənin başqa hissələrində onların işlərinin  gedişi barəsində yaxşı sorğu kontorunda olduğu kimi məlumat almaq üçün məntəqə idi….” Lakin ingilislər bu addımların Yeni Rus-Türk müharibəsi üçün səbəb olmayacağını anladıqdan sonra ermənilərə qarşı münasibət dəyişdi. Beləliklə, 1895-ci ilin sonunda İngilis hökuməti erməni sevdalısı olan konsul Alvartı mayor Vilyamsla əvəzlədilər. Bu, ingilis hökumətinin erməni məsələsinə yeni münasibətinin açıq göstərcisi oldu. İngilis yardımının kəsilməsi erməniləri çaş-baş salmaqla yanaşı, onları pulsuz qoydu. O dövr erməni inqilabçıları qəzəblə bir faktı ifadə edirdilər: “ İngilislər ermənilərin bir funt qanını, bir funt Van samanından da ucuz qiymətləndirirdilər”.

Pulsuz və köməksiz qalmış ermənilərin etiraf etdiyi bu fakt  sonrakı 100 ildə onların işləmə və fəaliyyət mexanizminin əsasını açır. İngilislərin uğurla istifadə etdiyi ermənilər sonra işlərinə yaramadığı üçün bir kənara atıldı. Həmin dövrdə Çar Rusiyasının bölgədəki səfiri gözü ilə gördüklərini ifadə edir. Bu gün yaşadığımız bir sıra problemlərin gerçək səbəblərini səfir Mayevski öz dili ilə bildirir, mənfur erməni siyasətinin mahiyyətini açıqlayır: “Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən diqqətlə, düşünülmüş şəkildə, səylə qaçırlar. Onlarda hər şey faktların şişirdilməsi əsasında qurulmuşdur. Onlar bütün fəaliyyətlərini uydurmalar, ağlasığmaz, görünməmiş, eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslandırmışdılar ki, başqalarında ermənilərə rəğbət, türklərə qarşı isə nifrət hissi yaransın. Lakin bütün bunlar ermənilərə qarşı maraq və rəğbət əvəzinə, yalnız nifrət hissi doğurur.”

 

Ermənilər tarixi də saxtalaşdırdılar

 

Ermənilər müstəqil dövlətə sahib olduqdan sonra bu bölgədə özlərinin qədimliyini əsaslandırmaq üçün saxta tarix yaratmağa girişdilər. Bu yöndə də onların köməyinə Qərb dünyası və ABŞ, Rusiya, ardınca da Sovet İttifaqı gəldi. Həmin ölkələrin elmi dairələrində minlərlə elmi əsrlər meydana çıxdı ki, “Böyük Ermənistan”, “Kiçik Ermənistan” ifadələrini işlətməklə ermənilərin qədim xalq olduqlarını ictimai rəyə yeritməyə başladılar. Amma tarixi mənbələr sübut edir ki, “Böyük Ermənistan”, “Erməni yaylası” coğrafi anlayışları sonradan uydurulmuşdur. Erməni saxtakarları və onların yedəyində gedən bəzi “tarixçilər” heç bir ilk mənbəyə əsaslanmadan “Böyük Ermənistan” anlayışının e.ə. III əsrin sonlarında meydana gəldiyini iddia edirlər. Onlar sübut etməyə çalışırlar ki, guya, “Böyük Ermənistan” anlayışı iki mənada-coğrafi və siyasi mənalarda işlənmişdir; coğrafi anlayış kimi bu ifadə guya e.ə. 220-ci ildən məlumdur. Saxtakarlar e.ə. 220-ci ili böyük fəxarətlə ona görə “Böyük Ermənistan” anlayışının “doğum günü” elan edirlər ki, həmin ildə Selevki hökmdarı III Antiox Ararat çarlığını işğal etmiş və onu Ermənistanın “əsas vilayəti” olan Van gölü hövzəsi ilə “birləşdirmişdir”. Əcəb məntiqdir! 220-ci ildə Selevki hökmdarı “erməni çarlığını” işğal edir, üstəlik Van gölü hövzəsini də ələ keçirir və bu da “Velikaya Armeniya”nın yaradılması kimi qələmə verilir. Başqa sözlə, Ermənistan ərazisi başdan-başa işğal edilərək selevkilərin hakimiyyəti altına keçir ki, bu da erməni saxtakarlıqları tərəfindən “Böyük Ermənistan”ın yarandığı gün kimi qələmə verilir. Yeri gəlmişkən, tarixi saxtalaşdıranlar “Böyük Ermənistan” anlayışının yaşını 20 il artırmaq xatirinə Selevki hökmdarı III Antioxun “Ararat çarlığını” işğal etməsinin tarixini də 20 il “qədimləşdirmişlər”. Əslində isə, yəqinliklə təsdiq etmək olar ki, Selevki hökmdarı III Antioxun Armeniya ərazilərini tutması e.ə. 220-ci ilə aid deyil! Məlumdur ki, Selevki hökmdarı III Antiox e.ə. 223-cü ildə hakimiyyətə gəlmiş və ilk növbədə Mada (Midiya) satrapı Molonun və onun qardaşı, Parsa satrapı Aleksandrın təhlükəli üsyanlarını yatırmış, sonra Molonun üsyanına yardım göstərdiyi üçün Atropatenaya hücum etmişdi. Antioxun Atropatena şahı Artabazanla müharibəsi sülhlə bitmişdi. Yeri gəlmişkən qeyd edək ki, Atropatena ərazisi Hirkan (Kaspi) dənizindən Rioni (Fasis) çayının yuxarılarınadək uzanırdı, yəni Armeniya və İberiyanı da əhatə edirdi. Polibinin yazdığına görə, “...Artabazanın vilayəti Midiya ilə yanaşı olub, ondan yalnız aralıq dağlarla ayrılır; onun Fasiddən (Fasis-D.Ə.) yuxarıda olan bəzi hissələri Pontun üzərində yüksəlir və vilayət Hirkan dənizinə qədər çatır. Vilayətdə döyüşkən, əsasən at belində vuruşan və ümumiyyətlə, müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan xalq yaşayır. Bu çarlıq hələ farsların dövründən qalmışdır, belə ki, İskəndər onu gözdən qaçırmışdı”. Beləliklə, heç bir mənbədə, elmə məlum olan kitablarda III Antioxun işğallarından sonra “Belikaya Armeniya (Böyük Ermənistan)” coğrafi anlayışının meydana gəlməsindən söhbət getmir. Bunlar Rusiya və Qərb dairələrinin dəstəyi ilə erməni saxtakarlıqları tərəfindən elmi dövriyəyə buraxılmışdır.

Maraqlı məqamlardan biri də “Erməni yaylası” ilə bağlıdir. Sonradan saxtalaşdırılaraq “Ermənistan (“Armeniya”) adlandırılan tarixi “Armina”nın ərazisini cənubundan şimalınadək başdan-başa keçən Ksenofont özünün “Anabasis” əsərində bu dağlıq ğlkəni bir dəfə də olsun “Erməni yaylası” (“Armyanskoe naqorye”) adlandırmır. Başqa ilk mənbələrdə, o cümlədən Roma-yunan mənbələrində də “Erməni yaylası” (“Armayanskoye naqorye”) coğrafi anlayışına təsadüf olunmur. Lakin erməni və ermənipərəst tarixçilər özlərinin torpaq iddialarını təkcə uydurma “Velikaya Armeniya” anlayışının kağız üzərində şişirdilmiş əraziləri hesabına “əsaslandırmaqla” kifayətlənmirlər. Tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil etdilər. Üzdəniraq tədqiqatçılar, əsasən də coğrafiyaşünaslar bununla daha geniş ərazilərin, hətta Şərqi Anadoludakı dağların da guya ən qədim zamanlardan ermənilərə məxsus olduğunu beyinlərə yeritməyə başladılar. Antik müəlliflərin Anadolunun şərqindəki dağlıq əraziyə tətbiq etdiyi bütün ümumiləşdirici coğrafi terminlər XIX əsrdə elmi ədəbiyyatda, o cümlədən Avropa elmi ədəbiyyatında işlənməkdə davam edirdi. Lakin XIX əsrdə vəziyyət dəyişməyə başladı. Məsələn, 1843-cü ildə baş vermiş zəlzələnin nəticələrinin geoloji tədqiqi ilə əlaqədar Ağrıdağ bölgəsinə səfər edən M.Vaqner “Ermənistanın dağları” (almanca Hochland Armenien) ifadəsini işlədir. K.Ritterin 1874-cü ildə rus dilinə tərcümə olunmuş əsərində həm “Tavr silsiləsi” (Tavrskiy sep”), həm də “Ermənistan yüksəklikləri” (“Vozvışennosti Armenii”) ifadəsi paralel işlənir. Bu cür misalların sayını artırmaq mümkündür. XIX əsrdə avropalı geoloqlar və geomorfoloqlar etnik sərhədləri təyin edərkən (hərçənd bu onların səlahiyyətində olmayan iş idi) oronimlərə (dağ adlarına) və digər təbii amillərə əsaslanan yanlış nəzəriyyədən çıxış edirdilər.

Anadolunun şərqindəki yaylanın erməni etnosunun adı ilə adlandırılması bəzən, yanlış olaraq, XIX əsrdə bu yerlərə səyahət edən tədqiqatçıların guya o dövrdə beynəlxalq diplomatiyanın diqqət mərkəzində olan “erməni məsələsi”nin təsirindən yan keçə bilmədikləri ilə əsaslandırılır. Əslində “erməni məsələsi”nə nə o zaman, nə də ondan sonra beynəlxalq ictimai fikri narahat edəcək və bölgənin siyasi mənzərəsinə təsir göstərəcək bir amil deyildi. Lakin Rusiya imperiyası və digər böyük dövlətlər, sadəcə olaraq, özlərinin xarici siyasətində Osmanlı imperiyasını aradan götürüb boğazlara yiyələnmək üçün “erməni kartından” istifadə etmək xətti götürmüşdülər. Bu isə, əlbəttə, “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçilərinin ürəyindən idi. Göstərilən amil, heç şübhəsiz, erməni və ermənipərəst tarixçilərin, coğrafiyaşünasların, habelə onlarla həmrəy olan Rusiya və Avropa müəlliflərinin elmi axtarişlarına müəyyən təsir göstərmişdi. Bu məsələdə Rusiyada və Avropanın bəzi siyasi dairələrində Osmanlı imperiyasına və türklərə qarşı hökm sürən nifrət psixologiyası və ermənilərlə bağlı “Xristian həmrəyliyi” siyasəti də az rol oynamamışdı. “Xristian həmrəyliyi”nin kökündə isə türklərə nifrət dayanırdı. Bununla bağlı Jorj de Malevil özünün “1915-ci ildə erməni faciəsi” əsərində yazır ki, aparılan təbliğat ona gətirib çıxardı ki, ermənilər birmənalı olaraq belə bir fikrə gəlib çıxıblar ki, türklər onların barışmaz düşmənləridir və onlara yalnız niftət etmək, onları məhv etmək lazımdır.

Beləliklə, coğrafi məkan kimi yazılan “Ermıni yaylası” “İran yaylası”, “Kürdüstan yaylası” adları Rusiya və Avropa tarixçiləri tərəfindən elmi dövriyyəyə gətirilmişdir. Bu ərazilər qadim mənbələrdə tamamilə ayrı bir adla adlandırılmışdır. E.Ə. XXI əsrin mixi kitabələrində Van gölündən qərbdə yerləşən dağlıq ərazi Tabra (və ya Tibar) adı ilə ifadə olunurdu. III Saımanasarın (e.ə. 859-824) və II Sarqonun (e.ə. 722-705) kitabələrində bu yer Tabal kimi göstərilir və müasir Kappadokiyada (Aşşur mənbələrində Katpatuka) lokalizə olunur. Sonralar antik müəlliflər bu coğrafi termini “Tavr” formasında yazmışlar. Bu termini ilk dəfə tətbiq edənlərdən  biri, Strabon bu dağlıq ərazi haqqında dəqiq məlumata malik olmadığından gah Tavrın “Armeniyanın cənub hüdudlarını təşkil etdiyini”, gah da Midiya və Armeniyanın “Tavrın mərkəzində” yerləşdiyini yazır. Əsərin digər yerində isə Tavr dağlarından fərqli olaraq o, “Armeniya dağları” ifadəsini də işlədir. Lakin o, Sofena və “Kiçik Armeniya” çarlıqlarını Tavr dağlarında deyil, “Antitavr” (“Tavr arxası”) adlandırdığı məkanda yerləşdirir. Plutarxın “Likull” əsərində də paytaxt Tiqranakertin Antitavrda yerləşdiyi göstərilir. Yeri gəlmişkən, Tavrın Pariadr adlanan silsiləsi “Kiçik Armeniya” kimi tanınan coğrafi ərazini Kappadokiyadan ayırırdı. Coğrafi termin kimi Anadolunun şərqindəki dağlıq əraziyə verilən “Tavr” adı sonralar unuduldu və yalnız antik müəlliflərin əsərlərinə müraciət edən səyyahların və tarixçilərin yazılarında xatırlandı. Birinci Dünya müharibəsindən (1914-1918) sonra bu coğrafi ərazi və hətta onunla həmsərhəd ərazilər öncə rusdilli dövrü mətbuatda, tədricən də Qərbi Avropanın elmi ədəbiyyatında “Armayanckoye naqorye” (Armenischen Hochlandes, Armenian upland, Armenien plateau) adı altında ictimai-siyasi şüura təlqin olunmağa başladı. Bunun arxasında, heş şübhəsiz, Türkiyəyə və bölgənin türk əhalisinə qarşı Çar Rusiyasi və Sovet hərbi-siyasi dairələrinin gələcəyə hesablanan siyasi ambisiyalarından doğan məkrli siyasət dururdu. “Kapitalist” Türkiyəsinə qarşı ideoloji mübarizədə Anadolunun ermənilər yaşayan məskənləri daim Sovet rejiminin gündəmində olduğundan, “Erməni yaylası” coğrafi anlamı daşımaqla bərabər, gələcək siyasi məqsədlərə hesablanmışdı. Beləliklə, dayanmadan dövriyəyə buraxılan “Böyük Ermənisatan” təbliğatı, tarixi və coğrafi adların saxtalaşdırılması bir-birini əvəz edən erməni nəsillərinin yaddaşında bu yerlərin qədim zamanlardan ermənilərin adı ilə bağlı olması, daha doğrusu, “ermənilərə məxsus olması” barədə yanlış təsəvvürlər yaranmasına yol açdı. Beləcə qərbdə Ərzincandan başlayıb şərqdə Ərdəbilə qədər, şimalda Trialetidən tutmuş cənubda Urmiya gölünün şimalına qədər uzanan və təqribən 400 min kv.km ərazini əhatə edən geniş coğrafi arealı ancaq bir etnosun, özü də nə qədim tarixi, nə də qədim mədəni kökləri ilə bu yerlərə bağlı olmayan gəlmə bir etnosun-ermənilərin adına calamaqla tarixi ədalətsizliyin təməli qoyuldu. Əsrlər boyu bu coğrafiyanın aborigen əhalisi olan, bu bölgədə yaşayan və indi də yaşamaqda davam edən, tarixi –mənəvi dəyərləri ilə ən qədim zamanlardan bu yerlərlə bilavasitə bağlı olan etnik qurumların və xalqların qondarma “Erməni yaylası” adı altında ümumiləşdirilməsi tarix elmində olduğu kimi, coğrafiyaşünaslıqda da görünməmiş bir saxtakarlıqdır. “Erməni yaylası” fikrinə münasibət bildirən qədim dünya üzrə mütəxəssis İ.M.Dyakonov yazırdı ki, bizim eradan əvvəl III minillikdə “Erməni yaylası” ilə bağlı əlimizdə tutarlı dəlillər yoxdur, onun haqqında çox az məlumatlar vardır. Bu ərazilər isə Kür-Araz mədəniyyətinə daxil olan ərazilərdir. Bu mədəniyyət də Cənubi Qafqazda çox yaxşı öyrənilib. Göründüyü kimi, qədim dünya üzrə mütəxəssis dolayısıyla “Erməni yaylası”nın olmadığını bildirir. Təbii ki, onun münasibətini başa düşmək olar. Tamamilə inkar edə bilmir. Çünki Sovetlər İttifaqında bunu danmaq bütün imtiyazlardan məhrum olmaq və sonra da həbsə atılmaq demək idi. Qeyd etmək lazımdır ki, müasir Türkiyənin elmi dairələrində, düzgün olaraq, uydurma “Erməni yaylası” söz birləşməsinə və onun Avropa dillərindəki tərcümələrinə deyil, bölgənin tarixi adlarından biri olan “Anadolu” –“Şərq” termininin işlədilməsinə üstünlük verirlər. Yuxarıdakı faktlardan aydın olur ki,“Erməni məsələsi” adı altında tarixdə ən böyük saxtakarlıqların əsasi qoyuldu. Bunun birbaşa məsuliyyəti Rusiya, Avropa, ABŞ və Rusiyanı əvəzləmiş Sovetlər İttifaqının üzərinə düşür. Türk dünyasına qarşı yaranan nifrətin mənbəyində onların erməni “millətçilərini” yönəldən siyasətləri dayanır.

Ermənilərin necə və nə cür yaranmaları barədə ən inandırıcı tarix faktlardan biri də onların şudra və qaraçılardan gəlmə versiyasıdır. Yaradılan bu qondarma xalq qarşıq nigahlardan əmələ gəlmişdir. Onların genində 17 xalqın geni olduğu vurğulanır. Amma erməniliyin mərkəzində şudra və qaraçı  xarakteri dayanır. Bəllidir ki, Hindistanda tarixən kasta rejimi olmuşdur. Sonuncu kasta şudralar idi.  İndi onlara dalitlər deyirlər. Bunlar murda hedab olunudular. İndi də dalitlərə münasibət eynidir. Onları heç bir dövlət işlərinə yaxın buraxmır və təqib edirdilər. Bu təqibdən qaçan şudralar eradan əvvəl VIII-IX əsrlərdə Mesopotamiya, Urartu, indiki İran və digər ərazilərə köç etdilər. Sonradan, eramızın ortalarında bu ərazilərə qarası köçləri də oldu. Bunlar arasında çox yaxınlıq olduğundan daha çox qarışdılar. Yerli xalqlardan da bunlara qarışdı. Amma bunların murdar xarakteri o xalqları da ağuşuna aldı. Sonradan xristianlığı qəbul edən bu şudra və qaraçılardan əmələ gələn, özünə erməni adını götürən bu xalq bütün imperiyaların siyasətində mühüm rol oynamağa başladılar. Hansı imperiya güclüdür, ona üz tutdular. Bu istiqamətdə daha çox qadınlarını qabağa verirdilər. Bu gün onların xarakterində çadralıq və qarçılıq özünü göstərir. Dünyada görünməyən vəhşiliklər törədən ermənilərin mentaliteti təbii ki, şudra mentailitetidir. Bunların genində olan şudra elementi daima qisasçılıq hissi ilə yaşayır. Böyük ərazilərə sahib olub insanlıqdan qisa almaq istəyirlər. Dünyada terrorla yaşayan bu şudralar bəşəriyyət üçün böyük təhlükədir. Onlarda həm də qarası mentaliteti vardır. Oğrudurlar və oğurladıqlarını da öz adlarına çıxır, sonra da saxtakarlıqla əsaslandırırlar. Onların murdar mentaliteti və oğru olmaları barədə dahilərin çoxlu fikirləri vardır. Onlar İrəvana yerləşdiriləndən sonra burada bir qaraçı məhləsi də yaratmışdılar. Onların məşhur tarixçisi Patkanyan özü də etiraf edirdi ki, mənim əslim qaraçı nəslidir. 

 

 

Sonuc

 

Sonucda qeyd edək ki, beynəlxalq güclərin “erməni siyasət”i indi də başqa üsullarla davam etdirilir. Bu gün qardaş Türkiyəyə təzyiq etməklə qondarma “erməni soyqırımı”nı ona qəbul etdirib, Türkiyəyə qarşı həmişəlik “Domokl qılıncı”na sahib olmaq istəyirlər. Onlar  əsrin əvvəllərində Osmanlı ərazilərində erməni terroristlərinin törətdiyi vəhşiliklərinə göz yumurlar. Onlar Türkiyədə PKK tərəfindən axıdılan qanlara, Azərbaycanda erməni vəhşiliklərinə, “Xocalı soyqırımı”na göz yumdular. Buna hansı ədalət prizmasından baxmaq olar? Bu onların daima həyat keçirdiyi bir siyasətdir və tarix boyu da keçirmişlər. Tarix ondan ibarət deyildir ki, onu təkcə öyrənəsən. Tarix odur ki, ondan nəticə çıxarasan. Bu gün Azərbaycan bu nəticəni çıxararaq öz ərazi bütövlüyünü bərpa etmək üçün antiterror əməliyyatlarını aparır. Qəhrəman Azərbaycan Ordusu tezliklər Qələbə bayrağını Şuşaya, Xankəndinə sancacaqdır. Əslində,  bu həm də İrəvana bayraq sancmaq deməkdir. Ermənilər Qafqaza gəlmədir. Bunu dünyanın əksəriyyət tarixçiləri də yazırlar. Onları bura köçürüb, bizim ərazilərimizdə yerləşdirib, ərazilərimizdən onlara “dövlət” yaradıblar. Bu qondaram millət elə bilirdi ki, Rusiyanın hərbi yardımı və Avropanın ideoloji təbliğatı ilə işğal etdiyi ərazilərimizi özünküləşdirəcək, ərazilərimizdə ikinci “erməni dövləti” yaradacaqdır. Buna görə də Şuşada andiçmə mərasimi keçirir, Cıdır düzündə də atdanıb-düşürdülər. Ərazilərimizi murdarlayırdlar. Arzuları ürəklərində qaldı. İndi Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi siçana dönüblər. Rusiyaya, Avropaya yalvarırlar. Eyni zamanda, murdarlıqlarını davam etdirib, dinc əhalimizə qarşı qadağan olunan silahları atırlar. Onlar tarix boyu sübut ediblər ki, uşaq qatilidirlər. İndi də Tərtəri, Gəncəni, Bərdəni, Naftalanı, Ağcabədini raket atəşinə tutarkən bunu bir daha ortaya qoydular. Təəssüf ki, bunlar dünyanın iri dövlətlərinin gözləri qarşında baş verir. Amma bu şudra və qaraçılar qanmırlar ki, zaman ayrı zamandır. Hesab vermənin zamanı gəlib çatıbdır. Bu gün Azərbaycan tək deyildir. Onun haqq savaşında onunla birgə olan neçə-neçə dövlətlər vardır. Onlar hesablaya bilmədilər ki, bu gün ayrı bir, dünyada gücü çevrilən qardaş Türkiyə vardır. İndi də qapı-qapı düşüblər. Amma nəticəsi olmayacaqdır. Çünki bəşəriyyətin ləkəsi olan bu terrorçular cəzalandırılmalıdırlar. Tarixi ərazilərimizdən rədd olub getməlidirlər. Qarşıda bizi Göyçə, Zəngəzur, İrəvan gözləyir. Sonra da Təbriz... Bütöv Azərbaycan!!! Yeni bir dönəm başlayıbdır!!! Dünyaya ədalət gətirəcək Türk dönəmi!!! Tarix prosesləri bu dönəmə doğru fırladır. Çünki bütün xalqlar ancaq Türk ədaləti altında rahat nəfəs alıblar. Lakin həmin dönəmdə terroru özünə peşə seçən şudra və qaraçı yığnağı olan ermənilərə yer olmayacaqdır!!!

 

Dilavər Əzimli, tarixçi alim

 

loading...
Trampdan Baydenə “xoş gəldin" hədiyyəsi: Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi...
Azərbaycanda Zəfər Gününün tarixi Atatürkə sonsuz ehtirama görə dəyişdirildi - RƏSMİ
“Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir”
"Bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə də dalğalanmalıdır, buna görə də..."
"Bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Maraqlı
“Gecə ilə hamı küçəyə çıxmışdı, siz zəfəri Azərbaycanda, biz isə Türkiyədə qeyd edirdik”
Cəmiyyət
“Mehman şəhid olanda əsgəri ağlayıb deyirdi ki...” - Şəhid mayorun iş yoldaşı...
Cəmiyyət
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
Cəmiyyət
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
Cəmiyyət
Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...

Yazar
İlham İsmayıl
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247