\"Indi biz kiminsə ağzından çıxacaq sözü gözləmirik, kimlərsə bizim açıqlamalarımızı gözləyir\"
Oxunub: 5051
05 Nov 2020 | 23:52
\
Hərbi jurnalist Mirzə Hüseynovun Moderator.az-a müsahibəsini təqdim edirik:

- Mirzə, hərbi jurnalistika sahəsindəsiz. Öncə onu bilmək istərdim ki, bu sahənin təhsilini almısız?

- Bildiyim qədər Azərbaycanda jurnalistika sahəsində hərbi jurnalistika fakültəsi yoxdur.Hərbi jurnalist kimi formalaşmaq üçün, gərək sırf bu sahə üzrə çalışasan və təcrübə toplayasan.Təcrübə əsasdır.Bir neçə jurnalı, qəzeti və ya kitabı oxumaqla,  peşəkar  hərbi jurnalist olmaq mümkünsüzdür.
- Bəs təcrübəni necə topladınız?

- İlk növbədə qeyd edim ki, mən hələ uşaq yaşlarından hərb sahəsi ilə maraqlanmışam.Bu sahədə əsas olan maraq və istəkdir. Ilk təcrübəm təbii ki hərbi xidmətdir.Ardınca jurnalistika təhsili və s. 2014 cü ildə Azad Azərbaycan televiziyasında "Komando" hərbi analitik proqramının aparıcısı kimi fəaliyyətə başladım. Qısa müddət sonra verilişin redaktoru, prodüseri, ssenari müəllifi kimi öhdəlikləri də, öz üzərimə götürdüm. Demək olar ki, ölkəmizin qoşun növləri üzrə, xüsusi ilə Müdafiə Nazirliyinin hərbi hissələri, birlik və birləşmələri, müxtəlif təyinatlı bölmələrinin hər birində olmuşam. Silah və texnika ilə vizual olaraq əyani şəkildə tanış olmuşam. Peşəkar hərbçilərimizin və zabitlərimizin hansı ki, onların arasında generallar və milli qəhramanlarımız da var, onların şərhlərinə diqqətlə qulaq asmışam, bilmədiyim şeylər haqqında suallarımı ünvanlamışam. Zaman keçdikcə biliklərimi daha dərindən sinxronlaşdırmağı və analiz etməyi öyrəndim. Aprel döyüşləri və ondan sonraki dövr mənim üçün böyük təcrübə oldu.

- Siz də mənimlə razılaşarsız ki, bu sahədə olan jurnalist öncə bəzi şeyləri sirr saxlamağı bacarmalıdır...

- Bilirsiniz, hərbi sirr dövlət sirri qədər önəm daşıyır. Təbii ki, mənimdə bilib paylaşa bilmədiyim, hərbi sirr statusu daşıyan müəyyən şeylər var. Mən ilk növbədə bunu Azərbaycan Ordusunun təhlükəsizliyi üçün, ikincisi qaydalara əməl etmək üçün, üçüncü isə vətəndaş məsuliyyəti hesab edərək, paylaşmıram, kiminləsə bölüşmürəm və ya ipucu vermirəm. Bu hər birimizin vətəndaşlıq borcudur. Xüsusi ilə hazırki vəziyyətdə. Bildiyiniz kimi dünən DTX  bununla bağlı xəbərdarlıq mətni yayımladı.
- Sizcə indiki dövrdə buna nə dərəcədə əməl olunur?

- Deyə bilərəm ki, son  7 gündə  bu məsələ barədə gücləndirmə var. Xalqımızın sevincini, vətənpərvərlik hisslərini, hazırki psixoloji atmosferi dövlət qurumları da çox gözəl anlayır.Məhz buna görə ilkin olaraq həmin şəxslərə xəbərdarlıq edilir. Daha sonra belə hal təkrarlansa, dövlət sirrini yayma maddəsi ilə həmin şəxslərə qarşı cinayət işi açılacaq və məsuliyyətə cəlb olunacaqlar. Ona görə fürsətdən istifadə edib bir daha vətəndaşlarımızdan şəxsən xahiş edirəm ki, belə məsələlərdə diqqətli olsunlar. Yaxınları, qohumları, onlara döyüş bölgəsindən foto, video materiallar yollasalar da və ya telefonda şifahi məlumat versələr də, bu materialları və məlumatları heç bir sosial şəbəkədə və real həyatda heç kimlə, hətta ən yaxın dostları, qohumları ilə belə paylaşmasınlar.Unutmasınlar ki, belə paylaşımlarla cəbhədə döyüşən hərbiçilərimizin həyatını təhlükə qarşısında qoyur. Onlar üçün böyük problemlər yaradır. Yerlərini dəyişməli olurlar, plan dəyişdirməli olurlar və s.

- Mirzə, hər birimiz kimi siz də 27 sentyabrdan bu günə qədər tarixə canlı şahidlik edirsiz.. İstərdim fikirlərinizi bizimlə də bölüşəsiz..
- Bilirsiz, bu gün Azərbaycan xalqı bəlkə də, heç vaxt yaşamayacağı tarixi günləri yaşayır.Biz xoşbəxt insanlarıq ki, bu günləri canlı görürük, bu xəbərləri eşidirik, bi sevinci yaşayırıq.Bu qələbə bizim üçün çox böyük əhəmiyyət daşıyır.Həm siyasi, həm mənəvi, hərbi, iqtisadi bir sözlə bir çox sahələrdə üzümüzə böyük qapılar açacaq bir fəaliyyət həyata keçirilir.Torpaqlarımız azad olunur, ölkəmiz dünyaya necə güclü dövlət olduğunu və haqqımızı heç kimə yedirməyəcəyimizi, həmçinin ən əsas olan heç bir ölkənin və ya super gücün vassalı olmadığımızı sübüt edirik və edəcəyikdə. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün bir yumruq kimi birləşmişik.Təsəvvür edin qatı müxalifətçilər belə bu gün prezidentimizi və hazırki hökuməti tam olaraq dəstəkləyir və bunu açıq olaraq bəyan edir. Bu tarixi andır. Bu yatmış xalqın qəflət yuxusundan oyanmasıdır. Azəri türklərinin necə əzmli,vətənpərvər, qətiyyətli və mübariz olmasının nümunəsidir. Indi biz kiminsə ağzından çıxacaq sözü gözləmirik, kimlərsə bizim qərarlarımızı və açıqlamalarımızı gözləyir.Ümumiyyətlə yadda saxlayın güclü ordu hər bir dövlətin qarantıdır və biz bunu döyüş meydanında sübut etdik.

- Ümumiyyətlə jurnalistlər necə, cəbhədə özlərini lazimi qaydalara uyğun apara bilirlərmi?

- Jurnalistlər müvafiq icazə sənədlərini əldə etdikdən sonra cəbhədə çəkilişlər apara və reportajlar hazırlaya bilərlər.Ilk gündən indiyədək açıq döyüşün getdiyi heç bir mövqeyə, jurnalistlər buraxılmayıb.Bu addım onların təhlükəsizliyi üçün atılan addımdır.Bundan əlavə cəbhədən xəbərlər hazırlayan və cəbhə xəttində olan jurnalistlərin 95 faizi hərbi jurnalist deyil, xəbər müxbirləridir.Bu səbəbdən onların fəaliyyəti üçün bir qədər daha təhlükəsiz ərazidə şərait yaradılıb.Məsələn Tər-tər , Füzuli, Ağdam və s. kimi. Doğrudur, düşmən hər gün adını sadaladığımız əraziləri ağır artileriyadan və yaylım atəşli reaktiv sistemlərdən (YARS) həmçinin raketlərdən atəşə tutur.Jurnalistlərimiz həmin bölgədə ağır şərtlər altında çalışır və öz həyatlarını təhlükəyə atırlar.Bu böyük fədakarlıqdır.Lakin birdə var ki, açıq döyüşdə hərbi jurnalist kimi "stringer" fəaliyyəti aparasan.Bunun üçün həm təcrübə lazımdır, həm fiziki hazırlıq, həm hərbi təhsil, həm də soyuqqanlılıq. Əsl hərbi jurnalist əməliyyatların getdiyi ən son nöqtələrdə olur, reportajlar hazırlayır və onların reportajlarını milyonlarla insan izləyir çünki, onun hazırladığı materiallar bəlkə də qızıldan da qiymətlidir.Düşünürəm ki, 2 ci Qarabağ müharibəsindən sonra Azərbaycanda müasir fikirli, peşəkar hərbi jurnalistlər yetişəcək.Onu da qeyd edək ki, hazırki vəziyyətdə düşmənin mülki əhalini, hərbi tibbi yardım avtomobillərini atəşə tutmasını nəzərə alsaq, dövlətin bu sahədəki tətbiq etdiyi məhdudiyyəti və jurnalistlərin fəaliyyətinin bir qədər daha geridə təşkil edilməsi təqdirə layiqdir. Məsələn "Euronews" kanalının əməkdaşları stringer fəaliyyəti üçün azad olunmuş Talış kəndinə gəlmişdilər. Onlar yol ilə hərəkət edərkən, düşmən jurnalistlərin avtomobilinə "Kornet" tipli raket atmışdı. Xoşbəxtlikdən raket hədəfdən yayınmışdı. Lakin partlayışdan sonra avtomobilə ciddi ziyan dəymişdi. Avtomobilin üzərindəki (press) fərqləndirici nişanların olmasına baxmayaraq düşmən onlara "Kornet" tipli  tank əleyhinə raket atmışdı.
- Mirzə, hal-hazırda fəaliyyətinizi harada davam etdirirsiz?

- Hazırda çalışdığım yer  çox təəssüf ki, media qurumu deyil.Öz ixtisasım üzrə çalışmıram, amma təbi ki təklif gəlsə çalışmaq istəyərəm. Düşünürəm, hər kəs sevdiyi işi icra etmək və həmin sahədə çalışmaq istər. Məsələn, hal hazırda davam edən vətən müharibəmizdə (stringer) hərbi jurnalist  kimi iştirak etmək istərdim, lakin təəssüf ki, bu mümkün deyil. Qismət olsa təbi ki, yenidən media sahəsində fəaliyyətimi davam etdirəcəm.

- Amma sizi hami hərbi jurnalist kimi tanıyır və başqa bir sahədə olduğunuzu mən də indi öyrəndim...

- Bilirsiz, hazirda çalışdığım sahə müvəqqəti xarakter daşıyır.Yəqin ki, televiziya, radio, və ya hər hansı bir KİV  -dən təklif gəlsə məmnuniyyətlə bu təklifi dəyərləndirərəm.Televiziyaya və digər KİV qurumlarına kənardan işə düzəlmək təəssüf ki, ölkəmizdə müşkül məsələdir.

-"Komando" verilişinin çəkilişlərində nə vaxtsa təhlükəli vəziyyətlə üzləşmisiz?

- Bəli iki dəfə belə ekstrimal vəziyyətə düşmüşük. Dörd ildən artıq müddətdə bir çox bölmələrdə və döyüş mövqelərində olmuşuq. Belə deyək Qazaxın Məzəm kəndindəki ən təhlükəli mövqelərdən tutmuş, Lələtəpəyə qədər bütün postları gəzmişik. Əsgərlərimizlə görüşüb, onların əməyini və qəhrəmanlığını işiqlandırmağa çalışmışıq. Iki dəfə ekstrimal vəziyyətə düşmüşük, lakin qorxulu bir şey olmayıb. Olduğumuz mövqedən atəşə məruz qalmışıq, atəşkəs pozuntusunun canlı şahidi olmuşuq. Düşmənlə təmas xəttinin ən son nöqtəsində olmuşuq 120-170 metr məsafədə. Müəyyən qədər təhkükəli hallar baş verib, amma şəxsən mən həmin an sadəcə xoş adrenalin yaşamışam. Elə mənimlə çəkilişdə olan operatorlarda. Əziz Əzizov, Əli Hüseynov və s. Hazırda da, icazə versələr, ən qaynar nöqtədən reportajlar hazırlaya bilərəm..
Oxşar xəbərlər
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:10
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...