Günel Həmidova: “İçimizdə yatan aslanı oyatmışıq...”
Müsahibə
Oxunub: 5073
06 Nov 2020 | 21:53
Günel Həmidova:  “İçimizdə yatan aslanı oyatmışıq...”
Bu gün Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramıdır. Peşəsindən asılı olmayaraq hər birimizin arzusu, amalı qələbə xəbəri eşitməkdir. Bu xəbəri tamaşaçılara çatdırmaq, oxucularla bölüşmək isə ayrı bir dünyadır. Mavi ekrandan tamaşaçıların evinə qonaq gələrək illərdir həsrətində olduğu xəbərin müjdəçisi olmaq xüsusi bir hissdir. Bu gün hər bir televiziya və radio işçiləri qələbə xəbəri ilə bir-birini təbrik edir. 

Bu təbrikə Moderator.az da qoşularaq aparıcı, aktrisa Günel Həmidova ilə söhbətləşirik. Uzun müddətdir ki, film və seriallarımızda baş qəhrəmanları canlandıran müsahibimizi son illər aparıcı kimi daha çox görürük.  

Müsahimiz deyir ki, bu sənət onu başqa bir dünya ilə tanış edib. 

- Bu gün hamımızın bir mövzusu var- Qarabağ. Biz evimizə qayıdırıq.
- Əslində bu mövzu 30 ildir ki, bizimlədir. İndi yaddaşlarımızı bir az da təzələsək  görərik ki, 30 ildir ən ümdə arzumuzun, xoş diləklərimizin içində məhz bugün var olub. Belə ki, bayramlarımızda, əlamətdar günlərimizdə, ən gözəl arzularımız “O gün olsun, bu günü Qarabağda qeyd edək”- lə başlayıb. 30 ili bu arzularla ötüşdürmüşük. İndi biz evimizə qayıdırıq. Bu mövzu hər zaman ürəyimizdə yara bağlayıb. Hər birimiz vətənimizin keşiyində dayanmaq üçün səfərbər olmuşuq. Hamımız bir amal uğrunda mübarizə aparırıq. Artıq içimizdə yatan aslanı oyatmışıq. Bu gün aslan ürəkli oğul və qızlarımız ön, arxa cəbhədə vətənin müdafiəsinə qalxıb. Bu oyanışda ali baş komandanımız cənab İlham Əliyevin yürütdüyü siyasətin müstəsna xidməti var. Biz neçə ildir ki, bu günü gözləyir və bu arzu ilə yaşayırdıq. Çox az qalıb, qısa müddət ərzində obamıza geri dönəcəyik. Bizə bu sevinci yaşadan Azərbaycanın rəşadətli, mərd oğullarına təşəkkür edirəm. Onların sayəsində qısa  zaman ərzində tam qələbə sevinci ilə zəfər gününü qeyd edəcəyik. 
 
- 30 il... Bu illər həyatımızda film kimi gəlib keçdi. Yaşadıqlarımızdan ən çox sizi təsirləndirən nə oldu? 

- 30 il... Janr olaraq bu illərin içərisində kabus, qorxu, cəsurluq, hünər qalibiyyət hər şey vardı. Bu illəri film janrına bölsək qarışıq janrlı film kimi qiymətləndirərdim.   Özümü xoşbəxt hiss edirəm ki, bu şanlı tarixdə yaşadım və bu qələbənin canlı şahidlərindənəm. Torpaqlarımız işğal olunanda çox kiçik idim. Ailəmdə, məktəbdə, ali təhsil aldığım ocaqda böyüklərimizdən 90-cı illərdə xalqımızın başına gətirilən hadisələri eşidərək böyümüşəm. Bu hadisələr əsnasında düşmənimizin kim olduğunu gördük.  Torpağın hər qarışının necə dəyərli, qiymətli olduğunu görərək, vətən həsrətini çəkdik. Bu gün geri aldığımız o torpaqlar heç də bizə asan başa gəlməyib. Onun üçün torpağın hər qarışı bizə əzizdir. Bəzən deyirlər  ki, “Siz Qarabağlı deyilsiniz, torpaqlarınızı itirməmisiniz deyə bizi anlaya bilməzsiniz”. Bu fikirlərlə razı deyiləm. Biz bu gün hamımız Qarabağlıyıq-Şuşalı, Ağdamlı, Zəngilanlı, Laçınlı, Cəbrayıllı, Xocalıdanıq. Yumruq şəklində ali baş komandanın göstərişi ilə birləşmişik. Düşmənə qarşı bir olmalıyıq. Torpağımızın ərazi bütövlüyünü geri qaytarmağa çalışırıq. Onun üçün vətən həsrətinin nə olduğunu bizdən yaxşı heç kim bilməz. Bu elə bir duyğu, sevgidir ki, təkcə ölmək üçün deyil gəzmək, yaşamaq, yaratmaq üçün insana vətən lazımdır. Bu gün bunu daha yaxşı dərk edirik. Yurda olan sevginin heç bir meyarı, ölüsü yoxdur. Vətənin sərhədi var, amma vətənə olan sevginin sərhədi yoxdur.
 Sualınıza gəlincə isə bu hadisələrdə məni ən çox təsirləndirən Çingiz Mustafayevin çəkdikləri kadrlar, köçkün yurddaşlarımızın o acı xatirələrlə bağlı yaşanmışlıqlarıdır. Bu gün Space Televiziyasında “Həyat, sevgi və göz yaşı” verilişimin qonağı 1992-ci ildə vətənindən didərgin düşmüş, 8  günlük erməni vandallarının əsarəti altında olan Dürdanə Ağayeva idi. Onun o 8 gün ərzində başına gələnlər, danışdıqları, əsir düşən Azərbaycan qadınlarının, analarının hamilə gəlinlərin azyaşlı uşaqların o günlərdə yaşadıqları məni dəhşətə gətirdi. Mən o xanımı dinlədikdə elə bildim ki, damarımda qanım donub. O danışırdı mənim üçünsə  zaman dayanmışdı. Bilmədim səhərdir, axşamdır, gözümə qaranlıq çökdü. Gözyaşlarımın içində ağrı, acı, intiqam, hər şey vardı.  Ermənilərin etdiyi bu vəhşiliyi tək Dürdanə xanıma olan qəddarlıq kimi dəyərləndirmirəm. Bunu bütün Azərbaycan qadınlarının, qızlarının, gəlinlərinin ünvanına edilmiş təhqir kimi qiymətləndirirəm. Sadəcə olaraq onların əlinə keçən Dürdanə xanım idi. Onun timsalında bu hərəkət hər bir Azərbaycan xanımına şamil olundu.  O xanıma olunan təhqir, başına açılan oyunlar hər birimizə olunub. Özümü təhqir olunmuş, döyülmüş, söyülmüş  hiss etdim. Çünki Dürdanə xanım onlar üçün bir Azərbaycan qadını idi. Məni ən çox təsirlənirən də elə bu məqamlar oldu. 
Bundan başqa xalqımızın başına gətirilən  soyqırımlar, hansı ki, bu gün də o terror, soyqırım hadisələri davam etməkdədir. Düşmən o qədər qorxaq, cəsarətsiz, zavallıdır ki, həmin qətlimaları özlərinə xas mundar xislətli əməlləri bu gün də davam etdirirlər. Müharibə döyüş meydanına baş verdiyi halda, orda cəsarətsizlik göstərən düşmən sivil insanları hədəf alır. O mundarlar bu gün də öz namərd xislətindən dönmürlər. Yəni bu 30 ildə ağıllanmadılar? Nankor, insana arxadan zərbə vuran, üz-üzə döyüşməyə hünəri çatmyan insanlar bu xislətlərinə hələ də sadiqdirlər. Bir millətin bəxti o vaxt gətirər ki, onun düşməni də mərd olsun. Ən azı gücünü cəbhədə, səngərdə göstərsin. Vay halımıza ki, o qorxaq, namərd və nakişi olsun. Əfsuslar olsun ki,  bu da bizim bəxtimizə düşüb. Kişi kimi döyüşməyi də bacarmırlar. Heç olmasa bir qadın kimi döyüşəydilər. Heç qadın kimi də döyüşə bilmirlər. Döyüş cəbhədə gedir onlar uşaqları hədəf alırlar. 
- Torpaqlar işğaldan azad edildikdən sonrakı proses üçün müxtəlif  təkliflər irəli sürülür. Hətta deyirlər ki, işğaldan sonra ermənilərlə qonşu olub, əvvəlki kimi yaşayacağıq.  Sizcə bu mümkündürmü?

- Üzdəniraq insanlarla birlikdə yaşamağı ağlıma belə gətirə bilmirəm. Bu mümkünsüzdür. Çünki namərd namərddir. Namərd necə dönüb mərd ola bilər? Nakişi necə dönüb kişi ola bilər? Qeyrətsiz necə qeyrətə gələ bilər? Əgər kökdə, genetikada, sadaladığım xüsusiyyətlər yoxdursa heç zaman da olmayacaq. Bu gün ağ bayraq qaldırıb, bizim qulumuz, köləmiz də olsalar bizə yenə xəyanət edəcəklər. Namərd elə namərddir. insan gərək əzəldən mərd doğulsun. Məncə bu mümkünsüzdür. Yenə də son qərarı ali baş komadanımız  verəcək. Biz öz prezidentimizin qərarlarına inanırıq,  sayqı ilə yanaşırıq. Onun bütün söylədikləri artıq aforizmlərə çevrilir. Ali baş komandanımız qeyd edir ki, “Mən nəyi, nə zaman, necə edəcəyimi bilirəm”. Əlbəttə ki, ən doğrusunu o bilir. Bizə isə onun  göstərişlərinə əməl etmək qalır. 

- Sizcə  bu gün televiziyalarımızda vətənpərvər ruhda hazırlanan verilişlərimiz niyə azdır? 

- Son 2 ayı nəzərə alsaq deməzdim ki, televiziyalarımızda vətənpərvər ruhda hazırlanan verilişlərimiz azdır. Bu daha öncədən belə olmalı idi. 30 illik vətən həsrəti çəkən ölkə üçün hər beş verilişdən biri bu ruhda, bu istiqamətə hazırlanmalı idi. Amma bu gün deyərdim ki, verilişlərimizin 10-dan 9-u bu ruhda və bu mövzudadır. Formatı başqa olan verilişlər belə çalışır ki, ən azı bu günlərdə vətənin keşiyində duran insanların yanında olsun. 

- Aktrisalıqla aparıcılıq tamamilə fərqli sahələrdir. Aparıcı həm də media nümayəndəsi deməkdir. Belə ki, araşdırmacı olmalı, danışdığı hər bir sözün məsuliyyətini anlamalıdır. Günel Həmidova bu yöndə öz üzərində nə qədər çalışır?    

- Bir fərd olaraq çox yaxşı araşdırmacıyam. Danışdığım hər sözün ağasıyam. Dostlarım deyir ki,  “Əgər  bu sözü Günel deyirsə ki, 10 faiz doğrudur”. Çünki hər zaman faktlarla danışmışam. Bir şeyi dəqiq bilmirəmsə və o haqda məlumatlı deyiləmsə ondan danışmıram. Bu mənim insan olaraq xüsusiyyətimdir. Bir şeyə yaxından bələd olub sonra o barədə qərar verirəm və fikir mübadiləsi aparıram.  Hətta bu xüsusiyyətimə görə rəfiqələrim deyir ki, hüquq sahəsi sənin kimi bir araşdırmaçını itirib, incəsənət  səni qazanıb.  Kamil bir palançı olmağ üstünlük verirəm, nəinki yalançı  papaqçı olmağı.
- Verilişinizdə insanların iç dünyasına səyahət edirsiniz. Onların həssas dönəmlərindən bəhs edir, tamaşaçılara başqa tərəfdən tanıdırsınız. Siczə bu insanı neqativə kökləmirmi? İnsanların dərdləri və problemləri ilə yüklənmək bir qədər ağır olmalıdır.  

- Verilişimdə qonqların iç dünyasına səyahət edirik, onlarla birlikdə keçmişə dönürük. Məşhurların başqa tərəflərini tamaşaçıara tanıdırıq. Hər insanın bir  keçmişi  var. Bugn  gənclərimizin bir hissəsi yaşantılarına ailəsinə, valideyinlərinə, həyatlarına sanki üsyan edirlər. Məqsədim insanların keçmişini göstərmək  o gənclərə yalnış addım atmamaq üçün yol götərməkdir. Çünki qnaqlarımın da keçmişdə  səhvləri olub, nəticədə  bu səhv qərar onları yoxuşa aparıb. Yəni bizim başımızdan keçib, amandır sizin başınızdan keməsin. Atdığınız hər yanlış addımın sonu  belə ola bilər. Biz yanmışıq, siz yanmayın. Hər efirimiz bir insandan bəhs edən qısametrajlı  kimidir. Bir saata bir ömür sığdırırıq.  Əgər bir həyat yolu varsa o yolun   kədəri,  enişi, yoxuşu, sevinci var.  Kimsə söyləsə bilməz ki həyatı daşsız və  hamar keçib. Bu  uydurma və hekayədir. Bizim də məqsədimiz yaşananlanları dilə gətirməkdir. Təxmini hamıda ömrü hekayələri eynidir. Hər birimiz fərqli yollarla gedirik. O yollarda etdiymiz yanlışlıqlar bizi başqa istiqmaətə yönləndirir. 
Qaldı ki, insanların dərdləri ilə yüklənmək  bəli ağır olur. Mənim də öz həyat yolum var, öhdəsindən gəlməkdə olduğum işlər onlarla paralel olaraq insanların dərdlərini keçmişini dinləyirsən... Verilişlərimdən sonra ağrıcıkəsici, sakitləşdirici dərmanlar qəbul edirəm. Elə verilişlərim olub ki, ndan sonra ürək dərmanı qəbul etmişəm. İnsanların dərdinə o qədər yaxından şərik ola bilirəm ki, onların dərdlərini özümünkü bilirəm. Əslində bu  xüsusiyyətimlə qürur duyuram. İnsanın acısına şərik olmaq hər insana xas deyil. Bu özünəməxsusluqdur. 

Xəyalə Məmmədova 
Oxşar xəbərlər
08:36, Bu gün
Vardanyanın şair bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:57
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
24 Apr 2024 | 09:01
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
24 Apr 2024 | 09:29
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
24 Apr 2024 | 09:15
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
24 Apr 2024 | 09:58
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:57
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
24 Apr 2024 | 09:01
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
24 Apr 2024 | 09:29
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
24 Apr 2024 | 09:15
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
24 Apr 2024 | 09:58
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO