“Türkiyənin Azərbaycana verdiyi dəstəyin önəmini sözlə ifadə etmək mümkün deyil”
Oxunub: 5076
07 Nov 2020 | 10:18
“Türkiyənin Azərbaycana verdiyi dəstəyin önəmini sözlə ifadə etmək mümkün deyil”

“Çətin ki, ermənilər bu gün başlarına gələnlərdən həmişəlik dərs çıxarsınlar”

 

“Erməni milli xəstəliyə onlara reallıqla barışmağa imkan vermir”

 

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi ordumuzun uğurlu əməliyyatları, bir-birindən önəmli zəfərləri ilə davam etməkdədir.

 

Moderator.az olaraq milllət vəkili Nəsib Məhəməliyevlə söhbətimizdə Azərbaycan ordusunun uğurları ilə yanaşı, siyasi-diplomatik müstəvidə baş verənlər, gələcəkdə atılması gərəkən addımlar və s. kimi məsələləri müzakirə etməyə çalışdıq.

 

-Nəsib bəy, son günlərin ən aktual məsələlərindən biri ermənilərin Şuşa meşələrində kütləvi yanğınlar həyata keçirməsidir. Meşələrin ümumbəşəri sərvət olduğunu nəzərə alsaq, ermənilərin bu əməlini bütövlükdə bəşəriyyətə qarşı həyata keçirilən cinayət kimi xarakterizə etmək mümkündürmü?

 

-Təbii. Ermənilərin ümumiyyətlə Azərbaycana qarşı apardığı siyasət cinayət xarakteri daşıyır. Bu, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə -  həm 1949-cu ilin Cenevrə konvensiyasına, 1954-cü ilin Haaqa konvensiyasına ziddir.

 

Meşələrin kütləvi şəkildə məhv edilməsi, yeraltı və yerüstü sərvətlərin talanması, qanunsuz istismar olunması, işğal edilmiş ərazilərə xarici şirkətləri dəvət edərək heç bir hüquqi əsas olmadan sərvətlərimizin, o cümlədən Kəlbəcərin qızıl yataqlarının mənimsənilməsi və s.  təbii ki, beynəlxalq konvensiyalara ziddir. Cəbhəyə aidiyyatı olmayan şəhərlərin – Gəncənin, Bərdənin, Naftalanın, Goranboyun, Tərtərin, Mingəçevirin, Abşeronun bombalanması da beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Insanlarımıza qarşı işğalçı dövlət qadağan edilmiş kimyəvi silahlardan –fosfor bombalarından da istifadə edir ki, bu da yolverilməzdir.

 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prokurorluğu hər bir fakt üzrə cinayət işi açıb və sübutlar toplayıb. Bu materiallar ölkəmizdəki beynəlxalq təşkilatların, o cümlədən diplomatik nümayəndələrin iştirakı ilə bütün dünyaya təqdim olunub.

 

Ermənistanın hərbi-siyasi rəhbərliyi müharibədən sonra həm Cenevrə, həm də Haaqa konvensiyalarının müddəalarına zidd olan əməllərinə görə hökmən cavab verəcək.

 

-Gələcəkdə işğal etdiyi rayonlarda törətdiyi dağıntı və talanlara görə Ermənistana qarşı hər hansı təzminat tələbi irəli sürülə bilərmi?

 

-Növbəti mərhələdə Azərbacan bir dövlət olaraq münaqişə yaranandan bu günə qədər işğal altında olan rayonlarda yerləşən tarixi-mədəni və dini abidələrin, o cümlədən məscidlərin, muzeylərin dağılmasına, yaşayış məntəqələrinin viran edilməsinə görə mütləq beynəlxalq məhkəməyə müraciət edəcək və Ermənistan hökmən məhkəmə qarşısında cavab verəcək. Ermənistana qarşı belə bir iddia qaldırılacaq və ondan kompensasiya tələb olunacaq. Bu məsələ BMT-nin Baş Assambleyasının 2001-ci il qətnaməsində öz əksini tapıb. Bu kompensasiyanın ödənilməsinin forması da müəyyənləşdirilməlidir. Digər bir qətnaməyə görə, işğal edilmiş rayonların sakinləri də fərdi şəkildə məhkəməyə kompensasiya ilə bağlı müraciət edə biləcəklər.

 

-Nəsib müəllim, torpaqlarımız işğalda qaldığı illər ərzində oradakı srəvətlərimizin talanmasında Ermənistanla yanaşı, bir sıra xarici şirkətlər də iştirak edib. Müharibə başa çatandan sonra bu şirkətlərin də müəyyənləşdirilməsi və onların beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi təmin oluna bilərmi?

 

-Bu şirkətlərin beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi tamamilə mümkündür. Çünki işğaldakı ərazilərimizdə aparılan işlər beynəlxalq qanunlara ziddir.

 

BMT-nin Təhlükəsizlik Şurasının işğaldakı torpaqlarımızla bağlı 4 qətnaməsi mövcuddur. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsbit olunub. Ermənilərin ora xarici şirkətləri cəlb etməsi üçün heç bir hüquqi əsas yoxdur. Beynəlxalq birlik Azərbaycanın inzibati sərhəddini təsdiq edib. 1992-ci ildə biz BMT-yə bu sərhədlər çərçivəsində üzv olmuşuq. Bu isə o deməkdir ki, hər hansı bir şirkət o torpaqlarda müəyyən bir iş görmək üçün hökmən Azərbaycan dövlətinin rəsmi icazəsini almalı idi. Belə bir icazə isə yoxdur. Buna görə də orada görülən bütün işlər qanunsuzdur. Biz bir dövlət olaraq beynəlxalq məhkəmə qarşısında bütün bu məsələləri qaldıracağıq.

 

-Ermənilərin işğaldakı torpaqlarımızda böyük dağıntılar törətdiyi məlumdur. Sizcə bu gün ölkəmizin iqtisadi gücü, maliyyə imkanları işğaldan azad edilən və azad ediləcək rayonlarda dağıdılmış infrastrukturun qısa zamanda yenidən bərpa edilməsinə, orada həyatın yenidən canlandırılmasına imkan verirmi?

 

-Bu sualın ən gözəl cavabını cənab prezident verib. O, qeyd etdi ki, biz dağıdılmış, xarabalığa çevrilmiş yerləri qısa zamanda cənnətə döndərəcəyik. Buna kimsənin şübhəsi olmasın. Hətta müharibə gedə-gedə cənab prezident bununla bağlı xüsusi sərəncam verdi. Həmin ərazilərə komendantlar təyin olundu. Aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına o yerlərdə infrastruktur layihələrin icrası ilə bağlı tapşırıqlar verildi. Heç kimdə zərrə qədər də olsun şübhə olmasın ki, müharibə qurtarandan sonra qısa zamanda dövlət olaraq dağıdılan rayonlarımızı yüksək səviyyədə bərpa edəcəyik. Bunun üçün Azərbaycanın gərəkli iqtisadi imkanları mövcuddur. Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib. Beynəlxalq maliyyə institutları da adətən bu tip layihələrdə yaxından iştirak edir. Burada hər hansı problemli məsələ yoxdur.

 

-Nəsib müəllim, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları keçirdiyi bəllidir. Sizcə Azərbvaycanın diplomatik müstəvidəki fəaliyyəti ordumuzun fəaliyyəti, əldə etdiyi uğurlara nə dərəcədə adekvatdır? Ordumuzun uğurları diplomatiya cəbhəsində də təkrarlanırmı?

 

-Şübhəsiz. Müharibə sadəcə döyüş meydanında aparılmır. Müharibə həm diplomatik, həm informasiya, həm iqtisadi, həm də sosial səviyyədə aparılır. Müharibəyə bütün müstəvilərdə hazır olmaq lazımdır. Proseslər göstərir ki, cənab İlham Əliyev 2003-cü ildən -  hakimiyyətə gəldiyi gündən müharibəyə hazırlaşıb. Güclü ordunun yaradılması, onun müasir silahlarla təmin olunması, ayrı-ayrı ölkələrdən qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi, diplomatik münasibətlərin genişləndirilməsi və s. kimi addımlar buna nümunədir.

 

Bəzi beynəlxalq təşkilatlar növbətçi frazalarla məsələni bitmiş hesab edirdilər.  Qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirdilər. Hətta post-sovet ölkələri arasında analoji münaqişələrdən söz düşəndə, Azərbaycanı ayrıca qeyd edirdilər. Ukrayna, Moldova kimi dövlətlərin ərazi bütövlüyü bu beynəlxalq təşkilatlar tərəfindən tanınsa da, Azərbaycana münasibətdə fərqli mövqe tuturdular. Problemin həlli ilə məşğul olması gərəkən ATƏT-in Minsk qrupu bu müddət ərzində məsələni uzatmaq, status-kvonu saxlamağa səy göstərdi. Bu isə təbii ki, Azərbaycanı qane edə bilməzdi. Ölkəmizin diplomatik müstəvidə əldə etdiyi uğurlar döyüş meydanında da özünü göstərdi. Bunsuz mümkün deyildi. Çünki bunların hamısı bir-birinə sıx bağlı olan məsələlərdir. İqtisadiyyat, diplomatiya, hərbi güc və sosial məsələlərin birliyi uğurun əldə edilməsində əsas şərtdir. Mən sosial amil dedikdə xalqımızın vətənpərvərlik hislərini – torpağa, bayrağa olan sevgisini, dövlət başçısına verdiyi dəstəyi, ordu ilə sərgilədiyi həmrəyliyi nəzərdə tuturam. Ölkəmizdə siyasi əqidəsindən asılı olmayaraq, bütün şəxslər Vətən Müharibəsi başlayan gündən prezidentin ətrafında yumruq kimi birləşdi. Nəzərə almalıyıq ki, bu bölgədə böyük güclərin geosiyasi maraqları çox güclüdür, onların hər birinin müəyyən marağı var, onların hər biri atəşkəsin əldə edilməsini, hərbi əməliyyatların dayandırılmasını tələb edirdi. Lakin cənab prezident onların hər birinin cavabını layiqincə verdi.

 

Müharibə kompleks şəkildə aparılır. Bunun nəticəsi isə artıq özünü göstərməkdədir. Bir sıra yaşayış məntəqələrimiz düşməndən azad edilib. Inşallah, yaxın günlərdə digər torpaqlarımızın da azad edilməsinə nail olacağıq.

 

-Bugünlərdə Ermənistanın Ədliyyə Nazirliyi gülünc açıqlama ilə çıxış edib. Bildirib ki, yaxın vaxtlarda dustaqların orduya cəlb edilməsi, hərbi əməliyyatlarda iştirakı nəzərdə tutulur. Sizcə cəbhədə böyük itkilər verən düşmənin son çıxış yolu kimi dustaqlara üz tutması onun çarəsizliyinin bariz nümunəsi hesab edilə bilərmi?

 

-Bu, ilk növbədə Ermənistanın insan resurslarının tükəndiyindən xəbər verir. Nəzərə almaq lazımdır ki, Ermənistanda koronavirus da böyük miqyasda yayılıb. Gün ərzində 2500-3000 min nəfər şəxs bu xəstəliyə tutulur. Bu, Ermənistan kimi azsaylı ölkə üçün çox böyük göstəricidir. Düşmən cəbhədə də böyük itkilər verir. Ermənistanda ordudan yayınma halları da çoxdur. Ona görə də rəsmi İrəvan çarəsizlikdən bu cür addımlar atır.

 

Ermənistan müdafiə olunan tərəf olmasına baxmayaraq, Azərbaycan ordusu ilə müqayisədə 3-4 dəfə çox itki verib. Ermənistan ordusundakı itkilər dəhşətli dərəcədə çoxdur və bunu beynəlxalq ekspertlər də təsdiq edir. Biz görürük ki, düşmən artıq azyaşlı uşaqları belə hərbi əməliyyatlara cəlb edir. Qadın batalyonunun yaradılması da insan resursunun azlığı ilə bağlıdır. Bu arada onu da qeyd edim ki, uşaqların hərbi əməliyyatlara cəlb edilməsi Cenevrə konvensiyasına ziddir və cinayət məsuliyyət yaradır.

 

Erməni milli xəstəliyi onlara reallıqla barışmağa imkan vermir. İndi düşmən son çıxış yolu kimi həbsxanadakı şəxsləri orduya cəlb etməklə onları faktiki olaraq ölümə göndərir. Çünki Azərbaycan ordusunun düşmən üzərindəki üstülüyü kifayət qədər böyükdür və onun hücumları Ermənistan üçün bundan sonra da qarşısıalınmaz olacaq.

 

-Müharibənin ilk günündən etibarən Azərbaycana həm mənəvi, həm siyasi, həm də diplomatik baxımdan ən çox dəstək verən Türkiyə dövləti oldu.  Bilmək istərdik ki, sizcə Vətən Müharibəsinin davam etdiyi hazırkı dövrdə Türkiyənin ölkəmizə verdiyi bu dəstək bizim üçün nə dərəcədə əhəmiyyətlidir?

 

-Türkiyənin Azərbaycana verdiyi dəstəyin əhəmiyyətini heç bir sözlə ifadə etmək mümkün deyil. Türkiyə bizə qardaş dövlətdir və münaqişənin ilk günündən açıq şəkildə, prezident, XİN rəhbəri, Müdafiə Naziri, Parlament səviyyəsində Azərbaycanın yanında olduqlarını qeyd etdilər.

 

Bölgədə marağı olan üçüncü, dördüncü dövlətlərin neytrallaşdırılmasında Türkiyənin əhəmiyyəti çox böyükdür. Onların birmənalı şəkildə Azərbaycana verdiyi dəstək ölkəmizin gücünü daha da artırdı. Azərbaycanın Türkiyədən satın aldığı “Bayraktar” dronları ordumuzun gücünə güc qatdı. Hesab edirəm ki, bu yerdə “Bir millət, iki dövlət” prinsipi yüzdəyüz özünü doğrultdu. Gələcəkdə də Türkiyənin Azərbaycanın yanında olacağına heç bir şübhə ola bilməz. Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bu, birmənalıdır.

 

-Bu gün Ermənistanın son 30 ildə həyata keçirdiyi qətliyamlara, işğal və talanlara cavab olaraq hesab verdiyi, Azərbaycan ordusunun hücumları qarşısında böyük itkilərə məruz qaldığı göz önündədir. Sizcə baş verənlər Ermənistan üçün tarixi dərs olacaqmı? Ermənistanın hazırda başına gələnlərdən, verdiyi itkilərdən həmişəlik ibrət alması mümkündürmü?

 

-Bu, həqiqətən də çox çətin sualdır. Bir neçə rayon azad ediləndən sonra Azərbaycan ordusu qarşısında erməni ordusunun acizliyi düşmənin özü üçün də bəlli oldu. Ermənistan əsgərlərinin sadəcə xarici görünüşünə, paltarlarına, ərzaq və silah təchizatına, sıra intizamına nəzər salanda belə aydın olur ki, bu ordu müasir ordu quruculuğundan çox-çox uzaqdır. Normal məntiqlə yanaşsaq, düşmən ilkin məğlubiyyətindən sonra bu gerçəyi dərk etməli, silahı yerə qoymalı və probemin diplomatik yolla həllinə çalışmalı idi. Ancaq bu baş vermədi. Əksinə, ağır məğlubiyyətləri fonunda Paşinyan bəyanat verdi ki, problemin diplomatik həlli yoxdur. Bu o deməkdir ki, biz ölsək də Qarabağdan əl çəkməyəcəyik.

 

Ermənilər son 100 ildə “böyük millət” olmaları, guya vaxtiylə böyük torpaqlara sahib olduqları, “dənizdən-dənizə” yol aldıqları ilə bağlı o qədər çox yalan uydurub, yalan üzərinə o qədər kitablar, əsərlər yazıb, o qədər miflər düzəldib ki, sonda özləri öz yalanlarına inanmağa başlayıblar. Bu xəstəliyin adı tibdə velikomaniyadır. Reallıqda isə bu, erməni xəstəliyidir. Dünyada ikinci belə xəstə millət yoxdur. Ona görə də ermənilərin bu gün başlarına gələnlərdən dərs çıxaracağına şübhə ilə yanaşıram.

 

Biz özümüzü ona kökləməliyik ki, müharibə bitəndə, onlarla sülh şəraitində yaşayanda belə ermənilər Azərbaycana, türk xalqına qarşı düşmənçilik ideyalarından heç vaxt əl çəkməyəcəklər. Onların bundan əl çəkməsi üçün  Ermənistan ilk növbədə öz konstitusiyasını dəyişdirməlidir. Dünyanın heç bir ölkəsinin konstitusiyasında qonşu dövlətin torpaqlarına iddia yer almayıb. Ermənistanın konstitusiyasında isə bu cür iddialar mövcuddur. Hansı ki, bu faktın özü Ermənistanın bugünkü və gələcək planları haqqında çox şeyi deyir.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
10 May 2024 | 23:47
Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
10 May 2024 | 23:46
Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub
10 May 2024 | 23:35
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
10 May 2024 | 22:51
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
10 May 2024 | 22:35
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 22:31
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
10 May 2024 | 22:24
Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşıb
10 May 2024 | 22:23
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
10 May 2024 | 22:19
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
10 May 2024 | 22:16
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
10 May 2024 | 22:12
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
10 May 2024 | 21:50
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
10 May 2024 | 20:53
Qazaxda təbii fəlakət fəsadlar törədib
10 May 2024 | 20:50
​İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olundu
10 May 2024 | 20:39
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
10 May 2024 | 20:36
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
10 May 2024 | 20:31
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
10 May 2024 | 20:13
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
10 May 2024 | 20:12
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
10 May 2024 | 20:11
Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
10 May 2024 | 20:09
Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA
10 May 2024 | 19:52
Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib
10 May 2024 | 19:51
Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
10 May 2024 | 19:50
İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB+ FOTO
10 May 2024 | 19:47
Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır
10 May 2024 | 19:40
Putin Mişustini Baş nazir təyin edib
10 May 2024 | 19:39
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
10 May 2024 | 19:06
Azay Quliyev seçicilərilə görüş keçirib - FOTO
10 May 2024 | 19:06
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
10 May 2024 | 19:03
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
10 May 2024 | 18:56
"Zelenski ilə söhbətdən sonra məndə belə təəssürat yaranıb ki, o, səmimi-qəlbdən sülhə can atır..."
10 May 2024 | 18:40
Pakistan Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
10 May 2024 | 18:39
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB
10 May 2024 | 18:35
Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"
10 May 2024 | 18:32
Prezident: “Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar”
10 May 2024 | 18:31
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 18:30
Azərbaycan Prezidenti: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
10 May 2024 | 18:29
İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
10 May 2024 | 18:26
Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"
10 May 2024 | 18:25
Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq"
10 May 2024 | 18:23
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
10 May 2024 | 18:05
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
10 May 2024 | 18:00
ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub - FOTO
10 May 2024 | 17:55
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
10 May 2024 | 17:50
Mişustin yenidən Rusiyanın baş naziri oldu
10 May 2024 | 17:45
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL + FOTO
10 May 2024 | 17:40
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
10 May 2024 | 17:40
Heydər Əliyevin anadan olmasının 101 illik ildönümü ilə əlaqədar tarixi-sosial çarx çəkilib- VİDEO 
10 May 2024 | 17:37
Putin “İ” üzərində nöqtələri qoydumu?
10 May 2024 | 17:35
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşdü
10 May 2024 | 17:30
İranda bir bəy iki xanımla evlənib - VİDEO
10 May 2024 | 17:25
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
10 May 2024 | 17:22
İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
10 May 2024 | 17:20
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
10 May 2024 | 17:15
Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR
10 May 2024 | 17:12
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
10 May 2024 | 17:10
Real Madrid prezidenti Arda Güləri öpməkdən doya bilmədi - VİDEO
10 May 2024 | 17:05
Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO
10 May 2024 | 17:00
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
10 May 2024 | 16:56
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
10 May 2024 | 16:52
İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
10 May 2024 | 16:50
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
10 May 2024 | 16:48
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 16:45
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
10 May 2024 | 16:42
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
10 May 2024 | 16:40
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
10 May 2024 | 16:36
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
10 May 2024 | 16:32
İranda toy mərasimi yasa çevrildi - VİDEO
10 May 2024 | 16:27
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
10 May 2024 | 16:24
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
10 May 2024 | 16:20
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
10 May 2024 | 16:16
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
10 May 2024 | 16:12
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
10 May 2024 | 16:08
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
10 May 2024 | 16:02
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
10 May 2024 | 15:59
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
10 May 2024 | 15:55
“Heydər xalqım deyəcək…” - VİDEO
10 May 2024 | 15:53
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
10 May 2024 | 15:50
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
10 May 2024 | 15:45
Şuşaya qayıdış belə başladı - VİDEO
10 May 2024 | 15:43
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
10 May 2024 | 15:38
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
10 May 2024 | 15:34
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
10 May 2024 | 15:30
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
10 May 2024 | 15:27
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
10 May 2024 | 15:25
Bakıda avtomobil gənc qızı vurub
10 May 2024 | 15:20
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
10 May 2024 | 15:15
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
10 May 2024 | 15:13
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
10 May 2024 | 15:10
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10 May 2024 | 15:08
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
10 May 2024 | 15:04
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
10 May 2024 | 14:58
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
10 May 2024 | 14:56
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
10 May 2024 | 14:53
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
10 May 2024 | 14:48
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
10 May 2024 | 14:43
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
10 May 2024 | 14:41
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
GÜNLÜK
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
10 May 2024 | 11:24
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10 May 2024 | 10:01
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
10 May 2024 | 07:54
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
10 May 2024 | 09:55
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 | 10:16
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10 May 2024 | 08:36
Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
10 May 2024 | 07:58
Sumqayıtda 17 yaşlı qız itkin düşüb
10 May 2024 | 09:42
“Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və digər dövlətlər qazanır...”
10 May 2024 | 09:29
Onlar sevgi zolağındadırlar: May ayında aşiq olacaq BÜRCLƏR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
AYLIQ
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
10 May 2024 | 11:24
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10 May 2024 | 10:01
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
10 May 2024 | 07:54
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
10 May 2024 | 09:55
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 | 10:16
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10 May 2024 | 08:36
Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
10 May 2024 | 07:58
Sumqayıtda 17 yaşlı qız itkin düşüb
10 May 2024 | 09:42
“Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və digər dövlətlər qazanır...”
10 May 2024 | 09:29
Onlar sevgi zolağındadırlar: May ayında aşiq olacaq BÜRCLƏR