Artıq bir aydan çoxdur ki, Vətən Müharibəsi davam edir. Bu müddət ərzində ordumuzun uğurları, dövlətimizin apardığı azadlıq mübarizəsi ilə bağlı çoxslu sayda mahnılar yazılmaqda, musiqilər səslənməkdədir.
Moderator.az-a
açıqlamasında məlum tendensiyaya diqqət çəkən Xalq artisti Gülyanaq Məmmədova,
bu gün həm ön, həm də arxa cəbhədə baş verənlərin qürurverici olduğunu
vurğulayıb:
“Təbii ki, yeni vətənpərvərlik
mahnılarının yaradılması sahəsində son vaxtlar böyük işlər görülüb və bu gün də
görülməkdədir. Odur ki, görülən işləri qiymətləndirməmək mümkün deyil.
Hazırda davam edən Vətən
Müharibəsi, işğaldakı torpaqların bir qisminin azad edilməsi bizi
ruhlandırmaqda, hədsiz sevindirməkdədir. İnşallah, qələbə bizim olacaq. Itkilərimiz
də var və bunlar bizi sarsıdır. Lakin məşhur misrada deyildiyi kimi, “Torpaq, əgər
uğrunda ölən varsa vətəndir”.
Biz sənətçilər də
mahnılar yazdırır, bu mahnıları sevə-sevə ifa edirik. Xatırladım ki, mən və Gülyaz
xanım sənətə gəldiyimiz gündən vətənpərvərlik ruhunda ən çox mahnı oxuyan müğənnilər
olmuşuq. Bizim bu günə qədər vətənlə bağlı ən azından 49-50 mahnımız mövcuddur.
Müharibə başlayandan bu günə qədər isə ən azı 15 mahnı yazdırmışıq.
Təbii ki, ordumuza dəstək
bizim borcumuzdur. Biz də əsgərlərimizə bu cür dəstək olmaq istəyirik. Allah ordumuzu,
Ali Baş Komandanımızı qorusun. Bu gün bütün xalqımız ordumuzun uğurlarına
sevinir, bu uğurlarla qürur duyur. İnşallah, müharibə ölkəmizin tam qələbəsi ilə
yekunlaşar və xalqımız bu böyük qələbəni bayram edər”.
Seymur ƏLİYEV