Xəbər lenti
28/11/2020 [17:09]:
Füzulidə həlak olanlardan biri baş redaktordur
28/11/2020 [17:08]:
Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı
28/11/2020 [16:53]:
Baş Prokurorluqdan üzücü xəbər: Füzulidə beş mülki şəxs minaya düşərək həlak olub...
28/11/2020 [16:47]:
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb - FOTOLAR
28/11/2020 [16:39]:
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
28/11/2020 [16:38]:
"Həmişə zəng vurub o qızı soruşurdu, əsgərlikdən sonra elçi gedəcəkdim, qismət olmadı" - FOTOLAR
28/11/2020 [16:30]:
Qarabağdakı rus komandir ona verilən tortun üstündəki “zəhəri” nə əcəb görə bilmədi..?
28/11/2020 [16:21]:
Zod qızıl yatağı ilə bağlı İLK RƏSMİ AÇIQLAMA
28/11/2020 [16:12]:
"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb
28/11/2020 [16:09]:
Arvadını amansızlıqla öldürən kişinin məhkəməsi başlayır
28/11/2020 [16:08]:
Rusiyada pandemiya vaxtı epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimələnib
28/11/2020 [16:06]:
“Bundan sonra yeni bir dövlət quracağıq, əvvəlki məmurların heç biri olmayacaq...”
28/11/2020 [15:40]:
Astarada iki nəfər COVID-19 xəstəsi evi tərk edib - FOTO
28/11/2020 [15:36]:
İranda ötən sutkada koronavirusdan 391 nəfər ölüb
28/11/2020 [15:17]:
Koronavirus yayan şəxsə cinayət işi başlanıldı
28/11/2020 [15:13]:
“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTOLAR
28/11/2020 [15:11]:
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib
28/11/2020 [15:05]:
Füzulidə əhaliyə təhlükə yaradan COVID-19 xəstəsinə cinayət işi açılıb
28/11/2020 [15:04]:
“Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
28/11/2020 [15:03]:
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
28/11/2020 [15:02]:
Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"
28/11/2020 [14:53]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı...
28/11/2020 [14:50]:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı...
28/11/2020 [14:44]:
ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib
28/11/2020 [14:44]:
İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28/11/2020 [14:36]:
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
28/11/2020 [10:53]:
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
28/11/2020 [10:46]:
M.Ə.Rəsulzadə: “Türkiyənin dostları” - Nəsiman Yaqublunun təqdimatında
28/11/2020 [10:41]:
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
28/11/2020 [10:37]:
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [09:32]:
“Hazırda Ukraynanın, ya da Moldovanın Rusiyanı qarşısına alacağı real deyil”
28/11/2020 [09:26]:
Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb
28/11/2020 [09:25]:
Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı
28/11/2020 [09:25]:
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
28/11/2020 [09:22]:
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
28/11/2020 [07:56]:
Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO
28/11/2020 [07:12]:
Vandalizm və ermənizm...
28/11/2020 [01:24]:
Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
28/11/2020 [01:22]:
Moskvada son sutkada koronavirusdan 76 nəfər ölüb
28/11/2020 [01:00]:
Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir
28/11/2020 [00:58]:
Maradonanın karyerası ərzində qazancı məlum oldu
28/11/2020 [00:37]:
"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."
28/11/2020 [00:31]:
Ağdam yolu minalardan təmizlənir - FOTO
Bütün arxiv bir sırada
12/10/2013 [10:46] - Siyasət - ( 2747 dəfə baxılıb)

Müxalifət “narıncı inqilab” anonsu verdi



“9 oktyabrda Azərbaycanda ən ağır cinayət törədildi”; Cəmil Həsənlinin seçki komandası 9 oktyabr seçkisinin nəticələrini ləğv etdirmək istəyir; “Bu rejimə xalqımız özü son qoyacaq”; “ ATƏT-in seçki hesabatı 2003-cü ildə Ukraynada ”narıncı inqilab"a gətirib çıxarmış hesabatlardan daha sərtdir“

Oktyabrın 11-də Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşü keçirildi. Tədbirdə ilk çıxış edən Cəmil Həsənli seçki günü fədakarlıq edən bütün Milli Şura üzvlərinə öz təşəkkürünü bildirdi: “Biz deyirdik ki, bu hakimiyyət ölkədə seçki keçirmək istəmir. İqtidar sadəcə, seçki görüntüsü yaratmaq niyyətində idi. Hakimiyyətin saxtakarlığı ATƏT tərəfindən də təsdiq olundu. Onların ilkin rəyi bu seçkilərin saxtalaşdırıldığını deməyə tam imkan verir. Beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mənzərəsini açıq-aydın ortaya qoydu. Bilirsiniz ki, seçki dəyərləndirilməsi baxımından özünə hörmət edən ölkələrin hamısı ATƏT-in bu sənədinə istinad edəcək. Xarici media seçkinin total saxtalaşdırıldığı ilə bağlı reportajlar verdi. Ayın 9-u Azərbaycanda seçki yox, hakimiyyətin mənimsənilməsi baş verdi. Bu, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir. Bizim və ATƏT-in, ABŞ Dövlət Departamentinin rəyinə görə, həmin gün Azərbaycanda ən ağır cinayət törədildi”.

Cəmil Həsənli bildirdi ki, MSK rəhbəri Məzahir Pənahov qanun qarşısında cavab verəcək: “O, seçkinin saxtalaşdırılması və hakimiyyətin mənimsənilməsində iştirak edib. Bu prosesdə iştirak edən hər kəs qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaq”.
C.Həsənli ATƏT-in ümumi rəyindən razı qaldığını bircə seçicilərin seçkidə iştirak etmə fəallığı ilə bağlı yayılan rəqəmin düzgün olmadığını qeyd etdi: “Seçicilərdən 20 faizi fəallıqla iştirak ediblər və onların əksəriyyəti də Milli Şuranın namizədinə səs veriblər”.

“Sizi təbrik edirəm, cənab prezident”

Söz Müsavat başqanı İsa Qəmbərə verildi. O, çıxışına “Sizi təbrik edirəm, cənab prezident”, deyə başladı: “Seçkinin saxtalaşdırılmasına görə beynəlxalq birliyinin münasibətləri davam edəcək. Biz bu qələbəni demokratik düşərgənin bir araya gəlməsi nəticəsində əldə etdik. Sizlərin, fədakar insanların fəaliyyəti nəticəsində biz bu qələbəyə nail olduq. Qəhrəman gənclərimiz böyük uğura imza atdılar. Ziyalılarımız qətiyyətli addımları ilə yadda qaldılar. Müşahidələrimiz əsasında deyə bilərik ki, seçkiyə gələn insanların çoxu Cəmil Həsənliyə səs verib. Bizim ilkin rəyimizdə bu faktlar yerini tapıb. ATƏT-in rəyi də ölkədə seçkinin necə saxtalaşdırıldığını ortaya qoydu. İş davam etməlidir. Seçkinin saxtalaşdırıldığı ilə bağlı əlimizdə kifayət qədər sübutlar var. Bunları toplayıb seçkinin nəticələrinin ləğvinə çalışmalıyıq. Xalqımızla, vətəndaşımızla işimizi davam etdirməliyik. Çünki bu rejimə xalqımız özü son qoyacaq və Əliyev rejimini tarixin arxivinə göndərəcək. Yaxın müddətdə hədəflərimiz bu olmalıdır. Əminəm ki, birgə fəaliyyətimiz və qətiyyətimizlə biz buna nail olacağıq”.

“Yeni bir xalq hərəkatının əsasını qoyduq”

Növbəti çıxışçı AXCP sədri Əli Kərimli qeyd etdi ki, Milli Şura, Cəmil Həsənli və xalq bu seçkidən qələbə ilə çıxıb: “Bizlər, xalqımız bu seçki kampaniyası ilə yeni bir xalq hərəkatının əsasını qoyduq. Bu xalq hərəkatı Azərbaycana demokratiyanı gətirəcək. ATƏT-in seçki hesabatı 2003-cü ildə Ukraynada "Narıncı inqilab"a gətirib çıxarmış hesabatlardan daha sərtdir. Bunu Azərbaycan xalqı bilməlidir. Bizim mübarizəmiz ATƏT-ə və ya beynəlxalq birliyə dayanmayıb. Hakimiyyət hazırda elə bir fon yaradıb ki, guya hamı satqındır. Və bunlar pulları ilə onları satın alıblar. Əslində dünyanın əsl demokratları gerçəkliyi bilir. İlham Əliyevin qələbəsinin heç bir hüquqi əsası yoxdur. Seçki total şəkildə saxtalaşdırılıb. 12 oktyabra təyin olunmuş mitinq çox önəmlidir. Biz bu mitinqdə xalqımızla açıq danışmalıyıq. Tez toparlanıb, tez təşkilatlansaq haqq elədiyimiz qələbəyə tez nail olacağıq".
AXP lideri Pənah Hüseyn çıxışına Cəmil Həsənlini təbrik etməklə başladı: “Seçkidə iştirak olmasaydı bizim bu qələbəmiz olmayacaqdı. Çox çətin və mürəkkəb bir şəraitdə bir nəfər şəxs Azərbaycandakı siyasi vəziyyəti dəyişdirə bildi. Cəmil Həsənli öz mövqeyi və çıxışları ilə müxalifətin siyasi tarixində yadda qalan dərin izlər qoydu”.
P.Hüseyn qeyd etdi ki, buraya toplaşanlar xalqımız qarşısında bu imtahandan alnı açıq çıxıblar: “Cəmil müəllimin seçki komandası çox böyük işlər gördü. Biz ruhdan düşməmişik. Prosesi ciddi şəkildə dəyərləndirəcəyik. Mübarizə böyük coşqu ilə davam edəcək”.

“Arzuladığımız qələbə əldə edildi”

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, ziyalı Hacıbaba Əzimov isə 9 oktyabrı Azərbaycan xalqının azadlıq uğrunda, demokratiya uğrunda çox mühüm bir gün kimi qiymətləndirdi: “Bizim çoxumuzun arzuladığı qələbə əldə edildi. Milli Şura açıq-aşkar seçkidən qələbə ilə çıxdı. Milli Şuranın təşkilatçılığı, onun vahid namizədi Cəmil Həsənli böyük təşkilatçı olduğunu göstərməklə yanaşı, Azərbaycanı idarə etməyə layiq olduğunu da sübut etdi”.
H.Əzimov rəhbərlik etdiyi partiyanın seçkidə fəal iştirak etdiyini, onun üzvlərinin bir çox qanun pozuntularını aşkarladığını qeyd etdi.

“Parasız, pulsuz, qoçu dəstələrsiz...”

AMDP (Boz Qurd Partiyası) sədri İsgəndər Həmidov da çıxışına Cəmil Həsənlini təbrik etməklə başladı: “Bu hakimiyyət illərdir iddia edir ki, ölkədə müxalifət yoxdur. Müxalifət kürsü davası aparır. Milli Şuranın, Cəmil Həsənlinin timsalında biz onlara göstərdik ki, Azərbaycan müxalifəti var və gec-tez qələbə çalacaq”.
İ.Həmidov bildirdi ki, yeni xalq hərəkatı çox böyük və uğurlu başlanğıc götürüb: “Bizim bir hədəfimiz var. O da ki xalqa qənim kəsilən mövcud rejimi dəyişməkdir. Biz Əliyevlər rejiminə qarşı qalib gələcəyik. Xalqımızla birlikdə bu rejimdən birdəfəlik xilas olacağıq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, seçkinin saxta olmayan bir nəticəsi Cəmil Həsənlinin simasında Azərbaycan xalqına çox böyük bir lider qazandırılmasıdır: “Səsverməyə gələnlərlə yanaşı, Cəmil bəyə dəstək verən, seçki yolu ilə nəyinsə dəyişiləcəyinə inanmadıqlarını bildirənlər də kifayət qədər idi. ATƏT və ABŞ Dövlət Departamenti bizim dönə-dönə dilə gətirdiyimiz seçki saxtakarlığını tanıdı. Bu beynəlxalq ictimaiyyətin Əliyevlər hakimiyyətinə münasibətini ifadə edir. Biz Milli Şura olaraq Əliyev hakimiyyətinin legitimliyini sarsıtdıq. Özümüzdə bir inamsızlıq formalaşmışdı. Biz hakimiyyətə göstərdik ki, parasız, pulsuz, qoçu dəstələrsiz də nəyəsə nail olmaq olur”.
F.Qəhrəmanlı bildirdi ki, Milli Şura adından dünya dövlətlərinə müraciətlər ünvanlanmalıdır: “Həmin müraciətlərdə göstərməlidir ki, keçirilmiş seçki saxtalaşdırılıb. Hakimiyyət qəsb edilib”.
Sonda çıxış edən Müsavat başqanının müavini Gülağa Aslanlı Milli Şuranın seçkidə şübhəsiz, qalib gəldiyini vurğuladı: “ATƏT-in yaydığı hesabatda deyilirdi ki, məntəqələrin 58 faizində səslərin sayılması çox pis olub. Seçki Məcəlləsində açıq şəkildə yazılıb ki, məntəqələrin 2/5-nin nəticəsi şübhəli olarsa seçkinin nəticələri ləğv olunmalıdır. ATƏT-in hesabatı göstərir ki, seçkinin ləğv olunmasına bütün hüquqi əsaslar var”.
Tədbir Cəmil Həsənlinin digər səlahiyyətli nümayəndələri və vəkillərinin çıxışı ilə başa çatdı.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
Cəmiyyət
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Ermənilər Laçın şəhərinin onların idarəçiliyində qalacağını iddia etdi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247