Sabahdan Xankəndi-Laçın-Gorus yolu daxa0 ermənilər üçün açılacaq?..
12032
16 Nov 2020 | 21:19

Sabahdan Xankəndi-Laçın-Gorus yolu daxa0 ermənilər üçün açılacaq?..

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rustam Muradovun verdiyi məlumata görə, sabah 17 noyabr saat 10:00-danxa0 Xankəndi-Laçın-Gorus avtomobil yoluxa0 ermənilər,xa0 o cümlədən qondarma separatçı-terrrorçu erməni rəhbərliyi üçün etibarlı şəkildə işə başlayacaq.xa0

Moderator.az xəbər verir ki,xa0 Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Araik Arutyunyan bu barədə “Facebook” səhifəsində açıqlama verib.xa0

Separatçı rəhbər söyləyib ki, əldə edilən razılığa əsasən Ağdərə-Kəlbəcər-Göyçə magistral yolu da ən azı 25 noyabradək Laçın yolu ilə paralel işləyəcək.

xa0"Rusiya sülhməramlı qüvvələrinin komandanlığı “Artsax Respublikası”nın rəsmiləri ilə əməkdaşlıq edərək Artsax əhalisi ilə xarici aləm arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərir, artıq vətəndaşlarımız özlərini təhlükəsiz hiss edə və evlərinə qayıda bilərlər..." -deyəxa0 Gəncəyə ballistik raket atılması barədə əmr verdiyini həyasızcasına etiraf edən, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş,xa0 xa0qondarma separatçı-terrorçu rejimin rəhbəri söyləyib.

Sultan Laçınxa0

Link kopyalandı!
Son xəbərlər