Xanım Yadigarlı: “Bu qələbə xalqımızın səbrinin MÜKAFATIDIR”
Oxunub: 5067
17 Nov 2020 | 21:05
Xanım Yadigarlı:  “Bu qələbə xalqımızın səbrinin MÜKAFATIDIR”
Onun üçün ən gözəl xəbər qələbə xəbəridir. Həyatdakı ən ümdə arzularından biri də məhz bu olub. İndi isə işağldan azad olunmuş torpaqlardan reportaj hazırlamaq və sənədli film çəkməyi arzulayır. Bu arzusunun isə bir addımlığındadır. 

Müsahibimiz tanınmış xəbər aparıcısı Xanım Yadigarlıdır. Moderator.az-ın qonağı olan aparıcı sevinc hisslərini bizimlə bölüşdü. 
- Sizcə, Azərbaycan xalqını əsrin xalqı adlandırmaq olarmı?

- Uzun illər bu günü gözləmişik. Bu illər ərzində Qarabağ həsrəti dilimizin duası idi. Ən gözəl günlərimizi bu dua ilə yaşamışıq. Azərbaycan xalqı müdrik, səbrli xalqdır. Bu qələbə xalqımızın səbrinin mükafatıdır. 1988-ci ildə baş verənlərə etiraz əlaməti olaraq xalqımız meydanlara toplaşdı. O zaman xalqımızın əzmini əks etdirən fotolar xarici mediada da tirajlanırdı. Bütün Avropa Azərbaycanın əzminə tamaşa edirdi. Tarix dəyişib, amma həmin Azərbaycanıq. Yenə müqəddəs torpaqlarımızın birliyi, bütövlüyü naminə 2020-ci ildə Ali Baş Komandan və ordumuzun ətrafında birləşdik. Yenə bütün dünya birliyimizə, birliyimizdən doğan qələbəmizə şahid oldu. Münaqişənin hərbi mərhələsinin yaşandığı bu günlərdə çoxlu jurnalist Azərbaycanın müxtəlif bölgələrinə yollandı - Bərdədə, Gəncədə, Tərtərdə oldular. Hansı ki, bu ərazilərdə ermənilər terror aktı törətmiş, qadağan olunmuş silahlardan istifadə etmişdi. Əlləri günahız insanların qanına bulanmışdı. Bu çətin anlarda xalqın dilində bir kəlmə vardı - vətən sağ olsun, Qarabağ qayıtsın. Hadisənin baş verdiyi ərazilərdən birbaşa yayıma çıxan jurnalistlər belə bu xalqın gücünün qarşısında deməyə söz tapmırdılar. Belə bir güclü xalqa ancaq qələbə yaraşar. Xalqımız gələcəyə uzanan bu yolda ancaq qələbəyə layiqdir.
- Yuxu kimi tarixi günlər yaşayırıq. Bu günləri təssəvvürünüzdə necə canlandırırdınız? 

- Əsasən, Qarabağla bağlı arzularımızın reallaşmasını gələcək zamanda görürdük. Bütün fikirlərimiz də, istəklərimiz də gələcək zamanda idi. Bütün bunların göz qırpımında baş verməsi bir möcüzə idi. Münaqişə illərində 1-2 yaşı olan və müharibədən sonra doğulan oğullar Qarabağda şərəf tarixi yazdı. Bizə yuxu kimi gələn hər şey canımıza, qanımıza hopmuş bir reallıq idi. Bu günləri təsəvvürümdə işıqlı bir yol kimi canlandırırdım. Uşaqlıqdan Qarabağın azad olunması xəbərini verməyi arzulamışam. Şükür ki, bu tarixi günlərdə informasiya cəbhəsində çalışmaq, prosesləri birbaşa izləmək bizə nəsib oldu. Bütün arzuların, duaların, yuxuların çin olduğunu görməkdən daha möhtəşəm nə ola bilər? Gözümüzün qarşısında böyük tarix yaşandı. Ən çox evini, bağını, dağını, çayını yuxusunda görüb də, sabahı oyanıb içində ağlayanlar indi o torpaqları görəcək, bağlarının şirin meyvəsini dada biləcəklər, Qarabağ havasını ciyərlərinə çəkəcəklər. O torpaqlarda yenidən mərd oğullarımız, qızlarımız dünyaya gələcək.

- İllərdir ancaq ekran arxasında “İşğal olunub” deyən bir aparıcı üçün, “işağldan azad olundu” sözləri hansı hissləri yaşatdı?  O an gözünüzün qabağından bu 28 il necə gəlib  keçdi?  
- On ildir jurnalistikayadam, bu on ildə hər dəfə torpaqlarımızın işğal tarixini təqdim etmək mənə çox ağır gəlirdi. Belim bükülürdü, 20 yanvar, Xocalı facisənin olduğu günlərdə çox əzab çəkirdim. 10 il ərzində bu xəbərləri təqdim edəndə Allahdan ədalət istəməkdən başqa əlacım olmayıb. Biz xəbər təqdim edəndə kameradan başqa heç kimi görmürük, amma bizim təqdim etdiyimiz o xəbərləri izləyən insanların gözlərindəki kədəri, ürəklərindəki ağrını görməsək belə hiss edirik. İşğal tarixlərini təqdim etdikcə, qan yaddaşımızı xatırlatdıqca Qarabağın azad olunması arzusu bir az da boy atırdı, böyüyürdü. Bütün bunlar hislərdir, sözlərdən daha yüksəkdir. Şükürlər olsun ki, Allah bizə "İşğaldan azad olundu" xəbərini tamaşaçıya çatdırmağı nəsib etdi. Hər bir spiker, jurnalist, media sahəsində çalışan insan üçün bundan böyük sevinc ola bilməz. Qalibiyyət xəbərini verərkən yaşadığımız hisslər əvəzsizdir. İllərdir bu günü xəyal etmişik. Amma deməzdim ki, işimiz bununla tamamalanıb. İşimiz hələ də davam edir. İnformasiya müharibəsi bundan sonra da davam edəcək. Ölkəmizin haqq səsini dünyaya çatdırmaq həm vətəndaş, həm də media nümayəndəsi kimi borcumuzdur.

- Sizcə, bu 28 ildə yaşadıqlarımız böyük bir filmin sujet xətti, ssenarisi deyilmi?
- Çox sevinirəm ki, şanlı zəfərimiz haqqında filmlər çəkiləcək, igidlərimizə heykəllər qoyulacaq, musiqilər bəsdələnəcək. Bu tarixin ab-havası xalq olaraq mədəni irsimizə hopacaq. Vətən savaşında torpağı üçün mübarizə aparan oğullarımızın, qəhrəman yetişdirən valideynlərin taleyi bir sujet xəttidir. Bu qəhrəmanlıqlardan hələ çox danışılacaq. Müharibə vaxtı bölgəyə jurnalist həmkarlarımız ezam olunmuşdu, onlar ən son məlumatları bizə çatdırırdılar. Onlardan ordumuzun bu qəhrəmanlıq tarixini eşidəndə gözlərimiz yaşarırdı. Doğrudan hər bir Azərbaycan əsgəri Qarabağda qəhrəmanlıq göstərdi. Əsgərimizin qanı, canı bahasına azad olunan vətəndən nə qədər yazsaq, azdır. Amma yazmalıyıq. Mən də çox istərəm ki bir jurnalist kimi işğaldan azad olunmuş torpaqlarımızdan sənədli film hazırlayım. Bu mənim arzumdur. Oradan böyük bir reportaj hazırlayım. İndi ən çox bu arzuma tələsirəm. Bu tarixi yaşamqla bərabər yaşatmaq üçün də əlimizdən gələni etməliyik. Çünki düşmənimiz dünyaya yanlış məlumat yayıb, elə yayır da, biz də dayanmayacağıq. Bu qələbə sevinci bütün yaradıcı insanlar üçün ən böyük ilham mənbəyidir. 

- Atanız da döyüşlərdə iştirak edib. O, ön cəbhədə, siz arxa cəbhədə - informasiya cəbhəsində döyüşmüsünüz. Təəssüratlarınızı eşitmək istərdik.

- Vətən müharibəsində kosmopolit fikirlər söyləyən insanları qəbul  etmək çətindir. Çünki belə bir anda vətənin maraqlarından qeyri heç nə ola bilməz.  Mən özüm də hərbçi ailəsində dünyaya göz açmışam. Uşaqlığım atamı gözləməklə keçib.  Atamın kölgəsini  uzaqdan görəndə sevinib üstünə qaçırdım. 

- Təxmini neçə yaşınız vardı o zaman?

- Hardasa 3-4 yaşım olardı. İndi də o günlərim kino lenti kimi xatirimdədir. O hərbi formanın qoxusu xatirimdən silinməz. Bacım dünayaya gələndə atam Qarabağda idi. Bacımın dünyaya gəldiyini görmədi. O dünyaya gələndən bir neçə ay sonra Bakıya gələ bildi. Kiçik idim, atam üçün darıxırdım, ən çox ona sevinirdim ki, atam birinci Qarabağ müharibəsindən sağ-salamat qayıtmışdı. Bu səbəbdən hər zaman  içimdə şəhid anası, şəhid övladlarına qarşı böyük bir həssalıq olub. Şəhidlik mənim üçün ən uca zirvədir. Mən onların yanında hər zaman atadan danışmağa  çəkinmişəm, utanmışam.  Onların ataları bizim torpaqlrımız üçün canlarından keçib, haqları ödənməz. İkinci Qarabağ müharibəsi məni yenə uşaqlığıma qaytardı. Yenə eyni həyəcan, eyni qorxu... Atam döyüş cəbhəsində, mən də informasiya  cəbhəsində vətəndaş borumuzu yerinə yetiririk. Allah  bu dəfə də atamı mənə sağ alamat qaytardı. Bundan böyük sevinc ola bilməz. 

- Sosial şəbəkələrdə “Paşinyan yol çəkmək istədiyi yerdə Rəis love story çəkdi” deyirlər.  Son prosesləri necə qiymətləndirirsiniz?

- Paşinyan Şuşada yallı gedəndə hər birimizin hiddətinin sərhədi yox idi. Çünki hər birimizn səbri, əsəbləri tarıma çəkilmişdi. Çox şükür ki, haqq-ədalət bərpa olundu və biz bunu gördük. Şükür ki, xeyrin şər üzərində qələbəsinin şahidi olduq. Doğma torpaqda Ali Baş Komandanımızı, birinci xanımı görmək çox qürurlu idi. O görüntüləri  böyük fəxrlə, zövqlə izlədik, efirə təqdim etdik, sosial  şəbəkələrdə paylaşdıq. Bu görüntülər bizi bir az da birləşdirdi. Birliyimizi, bir-birimizə nə qədər bağlı olduğumuzu hiss etdik. Əslində, içimizdə hər bir Azərbaycanlıya qarşı sevginin, istiliyin olduğunu hiss etdik. Təki  hər zaman Qarabağ torpağında belə xoşbəxt görüntüləri izləyək, Qarabağ torpağında  fotolar çəkdirərək xoş anlarımızı bölüşək. 

Xəyalə Məmmədova
Oxşar xəbərlər
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir