30 ilə yaxındır ki, işğal alktında qalan torpaqlarımızın ordumuz tərəfindən azad edilməsi ölkəmizi sadəcə hərbi-siyasi deyil, həm də iqtisadi baxımdan yeni perspektivlərlə üz-üzə qoyub. Mütəxəssislər hesab hedir ki, Qarabağın azad edilməsi ölkə iqtsiadiyyatında ciddi inkişafa yol açacaq.
Maraqlıdır, bəs bu yeni
situasiya ölkəmizin bank sektoruna necə təsir göstərəcək?
Moderator.az-a açıqlama
verən bank-maliyyə məsələləri üzər mütəxəssis Əkrəm Həsənov məsələ ilə bağlı
maraqlı fikirlər səsləndirib:
“Bank filiallarının, bank
şəbəkələrinin sayı artacaq. Bank müştərilərinin sayı baxımından isə təbii ki,
artım olmayacaq. İşğaldan azad edilən torpöaqlarımıza qaçqın və məcburi köçkünlərimiz
qayıdacaq. Bu baxımdan da banklar regionalrda filiallar açmaq üçün müəyyən xərclər
çəkməli olacaq. Hansı ki, əsər bankların buna imkanı yoxdur. Yəqin ki, əvvəlcə
3-4 iri bankarılmız orada filial şəbəkəsi açacaq. İlk dövrlər bank sistemimizin filial şəbəkəsi
genişlənəcək. Ancaq əmanət və kredit baxımından artım olmayacaq. Çünki söhbət
eyni müştərilərdən gedir. Başqa bir məsələ ki, həmin regionlarda həm sahibkarlar,
həm də vətəndaşlar üçün müəyyən dövlət proqramları olacaq. Bu baxımdan həmin
regionlarda fəaliyyət banklar üçün gəlirli və maraqlı ola bilər”.
Seymur ƏLİYEV