"Ay “5-ci kolon”un “şaqqıldaxlı” deputatları, döşlərinizdən o dəmir-dümür taxıblar ki..."
Oxunub: 2735
19 Nov 2020 | 23:14
Azərbaycan erməni işğalından azad olundu. Bu günlərdə ölkə başçısı İlham Əliyevin Azərbayacan bayrağı sancılan Füzuliyə, Cəbrayıla, Xudafərinə səfərləri qələbədən sonrakı yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İşğaldan azad olunan torpaqlarımızın erməni vəhşiliyi, vandallığı ilə dağıdılması faktı dünyaya bir daha nümayiş olunur. Lakin hələ də rayonlarımız -  Azərbaycan əsgərinin daxil olmadığı, diplomatların çözümü ilə həll olunacaq rayonlarda ermənilərin  torpaqlarımızı yandırmaqla nümayiş etdirdiyi vandallığını davam edir. Belə bir şəraitdə ölkə əhalisi regiona sülhün təmin olunması ilə bağl gətirilən sülhməramlıların proseslərə sadəcə müşahidəçi kimi baxmasını birmənalı qarşılamır.
 
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bir çox maraqlı nüanslara diqqət çəkib.

- Hafiz müəllim, bu günlərdə Prezident İlham Əliyevin Cəbrayıla, Xudafərin körpüsünə, Füzuliyə etdiyi səfərlər ictimaiyyət tərəfindən işğaldan azad olunmuş torpaqlara qayıdışın başlanğıcı kimi ruh yüksəkliyi ilə qəbul olundu. Necə hesab edirsiz, bu qayıdış ölkə və dünyaya mesajlarını diqtə etdi?

- Qalib dövlətin, qalib prezidentin işğaldan azad olunmuş bölgələrə getməsi çox təbii prosesdir, biz bunu alqışlayırıq. Cənab Prezident bir daha sübut elədi ki,  Azərbycan öz torpaqlarının sahibidir və heç kəs bu yerlərdə ağalıq edə bilməz və düşmən öz həddini bilməlidir. Bu səfər Azərbaycan xalqının bir daha səfərbər olaraq öz torpaqlarının dirçəlməsinə yönəlik bir hadisənin başlanğıcıdır. İşğaldan azad olunmuş ərazilərimizdə yeni yolların çəkilişi, infrastrukturun qurulması, sənaye mərkəzlərinin yaradılması yeni prosesin başlanmasıdır. Biz Prezidentə mənəvi dəstəklə yanaşı, siyasi dəstək də olmalı, ona arxa durmalıyıq. Mən bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm ki, biz bundan sonra da hamımız bir yerdə olub qələbəmizi Azərbaycanın bütün torpaqlarına yaşatmalı, bayrağımızı Xankındində sancmalıyıq.

Azərbaycan xalqı bu gün milli birliyi əvvəlkindən daha çox qorumalıdır. Azərbaycan dövlətinin milli birliyini sona qədər qorusaq, bütün işğaldan azad olunan, düşmənin xarabazara çevirdiyi torpaqları abadlaşdırıb, uçan binaları yenidn ucaldacağıq. Füzulidə, Cəbrayılda, Zəngilanda və bundan sonra da azad edilmiş bütün torpaqlarda infrastrukturlar yaradılacaqdır və 27-30 il öncə o torpaqlardan qaçqın, didərgin salınmış soydaşlarımız da torpaqlarına qayıdacaq, həmin relyefə uyğun olaraq şəhərlər, kəndlər yenidən qurulacaq. Buna görə də, hamımız cənab Prezidentə minnətdar olmalıyıq, çox böyük işlərə başlayıb, bu işlərin qurulmasında hər birimiz onunla birlikdə müfəssəl əsgər kimi birgə çalışmalıyıq.

- Necə hesab edirsiz, belə bir çətin dönəmdə Azərbaycanın uğurlarını kölgələyən hansı əks-təbliğatla bağlı nüanslara diqqət yönəltmək olar. Konkret olaraq, daha çox Rusiya sülhməramlılarının gəlişi və hazırda fəaliyyətində Azərbaycana qarşı əks addımların olması ilə bağlı sosial mediada yayılan məlumatlarla bağlı önə çəkilən nüansları ortaya çıxaran səbəblər nədir?

- Azərbaycan xalqı torpaqların işğaldan azad olunması prosesində Ali Baş Komandanın ətrafında bir dəmir yumruq kimi birləşdi və düşmənin başını Şuşa qalasında əzdi. Düşmən çökdürüldü. Hazırda Azərbaycanın digər ərazilərinin işğalçılardan təmizlənməsi diplomatik proseslər müstəvisində davam edir. Bununla bağlı üçtərəfli bəyannamə var. Və Qarabağa gətirilən sülhməramlılar bu bəyannaməyə uyğun olaraq hərəkət etməlidir. Lakin bu sülhməramlılarla bağlı müyyən neqativ fikirlər yayılmaqdadır. Düşünürəm ki, əhalini ruhdan salmaq üçün informasiya müharibəsi gedir. Əslində, əhalini ruhdan salmağa yönələn məlumatları yayanlar “5-ci kolon”un idarəçiliyi ilə hərəkət edir.

“5-ci kolon” indi də əhali arasında parçalanma yaratmaq üçün işləyir. Biz Azərbaycan dövlətçiliyinə zərbə vuran hər bir məsələnin üzərinə getməliyik. Məhz o zaman düşmənə öz məqsədlərinə çatmağa imkan vermərik və problemi vaxtında həll edə bilərik. Bu dəqiqə ölkə daxildə çox böyük anti-təbliğat işləri qurublar. Həm “5-ci kolon”un maliyyələşdirdiyi xarici dövlətlərdən yayılan internet kanalları, həm də Azərbaycanın daxilində rus sülhməramlılarını bizim üçün təhükə mənbəyi göstərməklə insanlarda qorxu hissini yaradırlar. Bizim qələbəmizə heç bir kölgə sala bilməzlər. Putin özü də bu günlərdə etdiyi çıxışında Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu açıq elan elədi. Biz də burdan elan edirik ki, tarixdə Ermənistan adında dövlət olmayıb. Biz yayılan neqativ şaiyələrin qarşısını almaqla, Azərbaycan xalqını ruhdan düşməsinə imkan verməməliyik. Azərbaycan xalqının, sadə vətəndaşlarının şəhidliyi, qaziliyi üzərində azad olunan bu torpağın qələbəsinə heç kimin kölgə salmağa ixtiyarı yoxdur. Amma hər halda “5-ci kolon”un rəhbərliyi altında çox böyük təbliğat işləri gedir. Azərbaycan hakimiyyətinin daxilində bu prosesə qoşulanlar var. Xarici kanallara məlumat ötürənlər var. Biz bu prosesdə də çox böyük fədəkarlıq eləməliyik. Bu prosesdə yeganə söz sahibi olan şəxs Ali Baş Komandandır və biz ona inanmalı, onun yanında olmalıyıq. Onun  gördüyü işlərə kölgə salmaq istəyən, onu qaralamaq istəyən qüvvələr var. Bunu şəhidlərin ruhuna təhqir hesab edirəm. “5-ci kolon”un bu gün qələbəni sıfıra endirmək kimi anti-təbliğatı bizim ziyanımıza işləyə bilər. Guya sülhməramlıların orda yerləşdirilməsini bizim torpaqların yenidən işğalı kimi təbliğ edirlər. Təbii ki, bu heç cür mümkün deyil, ola da bilməz. Onu nəzərə almaq lazımdır ki, bu prosesdə qonşu qardaş Türkiyə dövləti də bizimlə bir yerdə addımlayacaq. Türkiyə Millət Məclisi də bu qərarı, təsdiq elədi. Sülhün yaradılmasnda da birgə fəaliyyət göstərəcəyik. Amma bütün hallarda biz dekabrın 1-nə qədər Kəlbəcərin, Laçının, Ağdamın boşaldılmasını gözləməliyik. Ondan sonra digər məsələlərdə də öz qəti fikrimizi bildirəcəyik.  

Amma hələ ki, “5-ci kolon” millətin beynini zəhərləyir.  Təbii ki, hüquq-mühafizə orqanları bunu araşdırmalıdırlar və başında Ramiz Mehdiyev durursa, həbs edilməlidir və onunla birlikdə hakimiyyətdə kök salmış məmur təbəqəsi də var ki, onlar da bu gün cücəriblər. Görürsünüz ki, parlamentdə olan bu qəbildən deputatların da “qarnına sancı” dolub. Biri var, tez-tez deyir ki, ermənilər həmişə burda yaşıyıb, yaşasınlar. Sanki bunu təbliğ etməklə nə olacaq. Yaxşı, ermənilər burda yaşayıbsa, biz də İrəvanda, Zəngəzurda, Vedibasarda - Qərbi Azərbaycanda  yaşamışıq, bunu niyə demirsiz!?. Görürəm ki, cənab Prezidentin iradəsinin əksinə gedənlər var. Biri də,  Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da deyir ki, ermənilərə mədəni muxtariyyat verilməlidir. Hansı ki, prezident deyir ki, heç bir muxtariyyatdan söhbət gedə bilməz. Ay deputatlar, erməninin yaşayışından narahat olanlar, onsuz da onları müdafiə edənlər çoxdur, siz öz hayınıza qalın, bəsdirin!.. “5-ci kolon”un o bəzi “şaqqıldaxlı” deputatları, hansı ki, döşlərindən dəmir-dümür taxıblar, bir yandan susmurlar ki, o torpaqlarda ermənilər yaşayıblar, yenə yaşamalıdırlar. Axı sən öz vətəndaşını, öz tarixini niyə təbliğ etmirsən. Niyə demirsən ki, bizim qədim torpaqlarımızdan azərbaycanlılar qovulub!? Biz bununla razı deyilik, bu, Azərbaycan xalqının ruhuna yaddır. Bütün bunlar milləti ruhdan salmaq üçün ortaya atılmış oyunlardır. Və bunların da qarşısı qəti şəkildə alınmalıdır.

- Xəbərlər verilir ki, artıq Kəlbəcərdən, Laçından, Ağdamdan  çıxarılan ermənilər Xankəndinə yığışır. Və belə xəbərlər də var ki, separatçı erməni xuntanın nümayəndəsi Araik Harutunyanla sülhməramlıların görüşləri, danışıqları xatirə fotolarında da göründüyü kimi rəvan gedir. Əhalimizi narahat edən məqamlardan biri də budur ki, niyə sülhməramlı rəhbəri danışıqlarının nəticəsi olaraq cinayətkar Araik Harutunyanı həbs edib Azərbaycana təhvil verilmir? Niyə sülhməramlılar bu torpaqların yandırılmasının qarşısını almır?

- Sülhməramlılar hələlik burda ikili oyunlar oynayırlar.  Təbii ki, bizim hərbçilərimiz də onların yanında dayanmalıdır. Torpaq bizimdir və heç kim bizim torpaqlarımıza yiyə dura bilməz və nə də bu torpaqların ağrısını, təəssübünü bizim kimi çəkə bilməzlər. O cümlədən də sülhməramlı adı ilə Azərbaycana gətirilən hərbçilərin, hansı ki, bunların əsl məramlarını da dərindən bilmirik. Hər halda ayın 1-nə qədər gözləməliyik. Bizim baş prokurorluğumuz cinayətkar Harutunyana cinayət işi qaldırıb, o da Xankəndindədir, Azərbaycan torpağındadır. Göstəriş verilməli və cinayətkar həbs olunmalıdır. Bunun özü də milləti ruhdan salan bir amildir. Xankəndində yaşayan ermənilər digər rayonlarımızda yaşayan digər xalqlar kimi yaşaya bilərlər. Amma cinayətkarlar həbs olunmalıdır. Harutunyan da elə sülhmıramlıların iştirakı ilə həbs olunub Azərbaycana təhvil verilməlidir. Bu, təkcə sənədlərdə qalmamalıdır. Bu baş versə, ən böyük təbliğat olacaq və əhali arasında bununla bağlı ruh düşkünlüyü aradan qalxacaq. Sülhməramlı rəhbəri gedib cinayətkarla danışıb şəkilləri paylaşır. Yəqin ki, onun köməyi ilə həbsi daha uyğun olar. Yəqin ki, məsələlər dekabrın 1-dən sonra aydın olacaq. Və inanıram ki, Azərbaycanın bütün rayonlarında tam qələbəmizə nail olacağıq. (Versus.Az)
Oxşar xəbərlər
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"