Xəbər lenti
28/11/2020 [20:31]:
Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
28/11/2020 [20:22]:
Azərbaycanlı iş adamı ehtiyacı olan 10 şəhid ailəsini evlə təmin edəcək - VİDEO
28/11/2020 [20:11]:
Tahir Əlirzayevin ölüm səbəbi bəlli oldu
28/11/2020 [19:34]:
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
28/11/2020 [19:19]:
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər yaydı - VİDEO
28/11/2020 [18:59]:
DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
28/11/2020 [18:46]:
Ermənipərəst "Regnum" Yaqub Mahmudovun fikrini təhrif etdi - FOTOFAKT
28/11/2020 [18:34]:
“Qərbi Azərbaycandan 250 min didərgin düşən də Qarabağda məskunlaşdırılsın...”
28/11/2020 [18:15]:
"Neftçi" "Zirə" ilə heç-heçə etdi
28/11/2020 [18:12]:
Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi
28/11/2020 [18:05]:
“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” - Erməni ekspert
28/11/2020 [18:04]:
Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir
28/11/2020 [18:00]:
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
28/11/2020 [17:54]:
Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım” - VİDEO
28/11/2020 [17:52]:
Qırmızı Xaç Komitəsi TƏBİB-ə döyüş yaralıları üçün tibbi yardım dəsti ianə edib - FOTO
28/11/2020 [17:48]:
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma - FOTO
28/11/2020 [17:24]:
İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir - VİDEO
28/11/2020 [17:09]:
Füzulidə həlak olanlardan biri baş redaktordur
28/11/2020 [17:08]:
Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı
28/11/2020 [16:53]:
Füzulidə avtomobil minaya düşdü: Beş mülki şəxs həlak oldu - RƏSMİ
28/11/2020 [16:47]:
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb - FOTOLAR
28/11/2020 [16:39]:
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
28/11/2020 [16:38]:
"Həmişə zəng vurub o qızı soruşurdu, əsgərlikdən sonra elçi gedəcəkdim, qismət olmadı" - FOTOLAR
28/11/2020 [16:30]:
Qarabağdakı rus komandir ona verilən tortun üstündəki “zəhəri” nə əcəb görə bilmədi..?
28/11/2020 [16:21]:
Zod qızıl yatağı ilə bağlı İLK RƏSMİ AÇIQLAMA
28/11/2020 [16:12]:
"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb
28/11/2020 [16:09]:
"Mən düşünmürəm ki, bundan sonra Minsk Qrupu fəaliyyətini bərpa edə bilsin..."
28/11/2020 [16:08]:
Rusiyada pandemiya vaxtı epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimələnib
28/11/2020 [16:06]:
“Bundan sonra yeni bir dövlət quracağıq, əvvəlki məmurların heç biri olmayacaq...”
28/11/2020 [15:40]:
Astarada iki nəfər COVID-19 xəstəsi evi tərk edib - FOTO
28/11/2020 [15:36]:
İranda ötən sutkada koronavirusdan 391 nəfər ölüb
28/11/2020 [15:17]:
Koronavirus yayan şəxsə cinayət işi başlanıldı
28/11/2020 [15:13]:
“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTOLAR
28/11/2020 [15:11]:
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib
28/11/2020 [15:05]:
Füzulidə əhaliyə təhlükə yaradan COVID-19 xəstəsinə cinayət işi açılıb
28/11/2020 [15:04]:
“Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
28/11/2020 [15:03]:
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
28/11/2020 [15:02]:
Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"
28/11/2020 [14:53]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı...
28/11/2020 [14:50]:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı...
28/11/2020 [14:44]:
ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib
28/11/2020 [14:44]:
İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28/11/2020 [14:36]:
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
Bütün arxiv bir sırada
20/11/2020 [13:23] - Maraqlı - ( 1073 dəfə baxılıb)

Qəmli gözlərin süitasi



(Hikmət Hacızadəyə)

“Yaddaş ləpirləri” silsiləsindən

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Belə bir kədər yüklü GÖZLƏRlə rastlaşdım o gün…

***

“Mən həmişə ağdərililərin də, qaradərililərin də zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Mən bütün insanların birlikdə, harmoniyada yaşayacaqları və bərabər imkanlara malik olacaqları demokratik, azad bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam. Bu xəyalları gercəkləşdirmək mənim həyatımın mənasını təşkil edir. Və əgər lazım gələrsə, mən onlar uğrunda ölməyə belə hazıram”.

Böyük azadlıq carçısı Nelson Mandelanın sözləridir. Bu sözlərin arxasında 29 illik həbsxana həyatı, bu həyatın içində dəmir insan iradəsi, bu iradənin qarşısında məqsədyönlü uzun mübarizə yolu və bu mübarizənin sonunda azad ölkənin məğrur prezidenti dayanır.

CAR-ın prezidenti kimi Mandela andını bu sözlərlə bitirir: “Bu gözəl ölkə bir də heç zaman, heç vaxt insanların bir-birinə işgəncə verdiyi, bütün dünyada nifrətlə anılan bir yer olmayacaq.”

***

…2004-cü ilin fevralında Bakının soyuq qışından ayrılıb dünyanın o başına – isti Afrikanın yayına gedirdim. Demokratiya Uğrunda Dünya Hərəkatı dünyanın dörd bir tərəfindən yüzlərlə demokratiya fəalını Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən Üçüncü Assambleyasına toplamışdı. Başqa bir dünyaya düşmüşdüm: ekvatorun o üzü, xəritənin dibi, fərqli adamlar, ağaclar və dalğalar ölkəsi.

Səfər hazırlığı günlərində xeyli məlumat toplamışdım bu ölkə barədə. Onun xalqları, xüsusilə zulusların məşəqqətli taleyi, tarixin ən üzüqara rejimlərindən olan aparteid və onun onilliklər boyu yerli xalqları ölkənin yalnız 12 faiz ərazisini təşkil edən xüsusi rezervasiyalarda (Şimali Amerikada, Cənubi Afrikada və Avstraliyada imperialistlərin yerli tayfaları zorla yerləşdirdikləri pis yerlər – lüğətlərdən götürmüşəm) yaşamağa məhkum edən seqreqasiya (zəncilərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamalarına, ağların olduğu yerə gəlmələrinə icazə verilməməsindən və s. ibarət irqçilik siyasəti – bu da lüğətlərdəndir) siyasəti və başqa səthi bilgilərim vardı.

Bu ölkədə hər üç nəfərdən birinin “SPİD” olmasından da xəbərdar idim. Qarşılaşdığım hər üç adamdan birinin QİÇS daşıyıcısı olduğunu təsəvvür edəndə indi də qarışıq hisslər bürüyür canımı. Hər halda vərdiş etmədiyim mənzərəydi.

Elə ilk gündən tədbir iştirakçıları şəhərə tək çıxmamaq, qiymətli əşyaları hətta otel otaqlarındakı seyflərdə saxlamamaq və s. barədə zəruri xəbərdarlıq almışdılar. Deyilənləri ciddiyə almayanlar şəhərdən ya telefonsuz, ya da fotoaparatsız, gah gözünün altı “bandajlı”, gah da ayağını çəkə-çəkə, biri pencəksiz, digəri papaqsız qayıdırdı.

Bəli, bura demokratiyanın yenicə qurulmağa başladığı “hirsli” qara insanlar ölkəsiydi. Mən heç vaxt bu qədər aqressiv insanı belə cəm görməmişdim. Onlar onilliklərin, yüzilliklərin acısını, ağrısını, hirsini ağlardan belə çıxarırdılar. CAR küçə cinayətlərinin sayına görə dünyada liderdir. Mənə inanmayanlar gələn yay futbol üzrə dünya çempionatını gözləsin…

***

– Gedək çimək! Şıxov plyajı deyil e, Hind okeanıdı, dalğaların hündürlüyünə bax! – deyəndə onun GÖZLƏRİ atəş saçırdı.

– Sabah çimərik, gəl gedək şəhəri gəzək, – dedim.

– Nu, ladno, poydyom, ne boişsya?

Cavaba ehtiyac qalmadı, piyada düşdük şəhərin canına. Yaşıllığı bol, küçələri təmiz, binaları gözəl, dükanları dolu, insanları sərbəst – kişiləri arxayın, qadınları mehriban.

“Bəs deyirlər, burda adamı soyurlar?” Həmsöhbətimin informasiya ilə zəngin, hərdən fəlsəfi, hərdən də məzəli söhbətinə qulaq kəsilərək Durbanın dərinliklərinə necə gəldiyimdən xəbər tutmadım. Çoxmərtəbəli evlərin sıralandığı uzun küçə ilə gedirdik. Sanki epidemiya səbəbindən boşaldılıbmış kimi bu böyüklükdə küçədə ins-cins yox idi. Avtobus dayanacağının yaxınlığında meyvə-tərəvəz satan kök qadından savayı.

– Manqo alım, yeyək?

– Pis olmaz, – dedim.

Dostum “Təzə bazar”da armudun qiymətini soruşurmuş kimi barmağını manqoya uzadıb qara və yekəpər qadına müraciət elədi, təbii ki, bakılı dilində: “How much this one?”.

İlahi, bu nə səs idi çıxdı qadından!.. Sifətindən bədheybətlik yağan satıcı bizə baxıb xortdan görürmüş kimi başını tutub qaçdı. Meyvə arabasını da qoyub, çox güman ki, bizi Afrika cəngəlliklərindəki ləhcələrin biriylə söyə-söyə binanın tinində qeyb oldu. Küçənin vahiməli sükutu çox çəkmədi. Binaların arasından qara-qura uşaqlar ikibir, üçbir çıxıb bizə doğru gəlməyə başladılar. Hər şey aydındır, pis yerdə axşamladıq…

– Belə yerdə bilirsən Koroğlu nə deyib? – silahdaşım dilləndi.

– Deyirsən, qaçaq? Bu uşaqlarla ayaqlaşa bilmərik. Ağsaqqalsan da, dur qabağa.

– Pulun hamısını götürmüsən özünlə? Qorxma, mən onlarla danışaram.

– Sən danışarsan ey, onlar danışmayacaq. Döyüb biabır edəcəklər bizi.

Bütün pis variantları gözümüzün qabağına gətirib artıq iyirmi nəfərə çatmış dəstənin qabağına rus tanklarının qarşısına çıxırmış kimi çıxdıq. Qərara gəldim ki, döyüşsüz təslim olum, nə istəyirlərsə verim, təki otelə sifəti “bandajlı” qayıtmayım. Alınmasa, gərək sifətimi qoruyam, başqa yerə nə qədər istəyirlər, döşəsinlər, daha öldürməyəcəklər ki.

Yəqin dostumun da qərarı beləymiş. Amma ümid üzülməz, elə “soyulmağa” hazırlaşırdıq ki, tindən uzun bir avtobus burulub dayanacaqda saxladı. İnanmaram ki, qədim Yunanıstanın olimpiya qaçağanları bizimlə ayaqlaşa bilərdilər…

Bir neçə dəqiqədən sonra avtobus sürücüsünün atasına rəhmət diləyirdik.

GÖZLƏR sevincdən çiçəkləmişdilər.

– Belə bir quldurxanada Mandela, Qandi kimi humanistlər necə yetişib?

Ağsaqqal demokrat dostum mənim bu ritorik sualıma yol boyu çox maraqlı cavablar verdi. O, insanların əsrlərlə apardığı azadlıq mücadiləsi, əzilən xalqlar, onların liderləri, demokratiya, liberalizm və onun tarixi, ümumiyyətlə, bəşəriyyətin inkişafında əsl demokrat şəxsiyyətlərin rolunu özünəməxsus jestlərlə ərz eləyirdi.

Otelə çatanda zarafatından da qalmadı:

– Sən bildin də o arvad bizi görən kimi niyə qaçdı?

– Yoox, niyə qaçdı ki?..

– Sifətimizə baxan kimi bilmişdi ki, Azərbaycandan gəlmişik, – GÖZLƏR şeytanvari gülürdü.

Növbəti günün axşamı dostumdan daha orijinal təklif gəldi. Yerli xuliqanlara və dünənki qara uşaqlara etiraz əlaməti olaraq kazinoya, özü də piyada getməyə qərar verdik. Oteldə hamı yaxınlıqdakı kazinonun əzəmətindən danışırdı. Biz də gedib baxmağı, hələ bir şansımızı sınamağı da düşünürdük.

Bu dəfə həqiqətən qorxmurduq, çox da qaranlıq düşmüşdü. Yaxın deyilən yol bir kilometrdən çox uzandı. Və biz dostumun “demokratiyanın uzun və məşəqqətli yollarına” bənzətdiyi məsafəni qəhrəmancasına qət etdik. “Şəhər uşağı” olmasına rəğmən yol yoldaşım qətiyyən qorxaq deyilmiş.

Kazino deyilən yer bizim Əl Oyunları Sarayımız boyda iki ayrı nəhəng zaldan ibarət idi. Birində siqaret çəkənlər, digərində çəkməyənlər şanslarını yoxlayırdılar. Sözləşdik ki, adama maksimum 50-60 dollarlıq (udsaq da, uduzsaq da, olanı budu) jeton alıb bəxtimizi sınayaq.

Kazinodaşım “ruletkanı” seçdi.

– Buna böyük pul lazımdır, tez uduzub çıxacaqsan, – deyib oyun avtomatları olan cərgəyə keçdim.

Bəxtim gətirirdi. Amma ayrılmağımızdan 15 dəqiqə keçməmiş kazinodaşım qayıtdı. Uduzmuşdu.

– Hakimiyyəti də belə tez uduzdunuz ey! – Yerində, amma amansız və çox pis zarafat elədim.

– Neyləyək, ay brat, belə oldu də, – Əlini yellədi.

Özünü laqeyd aparmağa çalışdı, amma GÖZLƏRindəki pərtlik gözümü deşirdi. Avtomatdan tökülən jetonların səsindən xüsusi zövq ala-ala udluq pula aldığım “Amstel”dən içir, “Marlboro”dan dərin qullab vururdum.

– “Udmusan, dur, sonra uduzacaqsan”, – Qulağıma çox məxfi bir söz deyirmiş kimi pıçıldadı, sonra əllərinin ikisini də cinsinin ciblərinə dürtüb, çiyinlərini çəkə-çəkə oyun avtomatları arasında gözdən itdi. Bir xeyli sonra qayıdanda mənim tamam “müflis” olduğumu görüb acı-acı güldü:

– Dedim axı, uzatma! – Məndən fərqli olaraq amansız və pis zarafat eləmədi.

***

1996-cı il idi. “İnam” Plüralizm Mərkəzi fəaliyyətinə təzə-təzə güc verirdi, çoxsaylı layihələr, tədbirlər, səfərlər…

Bir gün məni heyrətləndirəcək dərəcədə çox telefon pulu gəldi, gözüm kəlləmə çıxmışdı. Dollar hesabıyla 80 dollaracan pul idi. Ola bilməz axı! Bizim aylıq telefon xərcimiz 20-25 dollar civarında olurdu.

Getdim ATS-ə yoxlatdırdım, mənə danışdığımız telefonların nömrələri olan siyahı verdilər. ABS-ın hansı şəhəriyləsə 56 dollarlıq danışılıb. Mümkün deyil! İşdəkiləri, ofisə gedib-gələnləri bir-birinə vurdum. Heç kim “boynuna almadı”.

“Aztelekom”, Rabitə Nazirliyi, çoxsaylı məmurlar ordusu ilə günlərlə çənə vurdum. Komissiya göndərdilər, gəlib kabelləri yoxladı. Kimin əməli olduğunu ayırd edə bilmədilər. Qonşuların bizim kabelə qoşulub istifadə etmə ehtimalını da nəzərdən keçirdilər.

Heç nəyə yaramayıb çıxıb getdilər. Mənim məhkəməylə hədələrimin də xeyri olmadı. Qışqırıb-bağırıb sakitləşdim və gedib pulu ödədim. Əvvəldən də zəhləm gedən qonşuya daha heç salam da vermirdim. Şübhələnməyə ondan yaxşı obyekt yox idi.

Baiskarı iki aydan sonra tapdım. Nyu-Yorkdan, Kolumbiya Universitetindən bildiriş gəlmişdi. Mister Hikmət Hacızadə bu universitetdə insan hüquqları və din mövzusunda tədqiqat aparacaqmış.

– Tapdım! – Ofisdəkilərə sanki çoxdan gözlədiyim şad xəbəri deyirdim. Əlbəttə, onun 11 səhifəlik anketini Nyu-Yorka faksla göndərmişdik, özü də çatdığına əmin olmaq üçün bir neçə dəfə.

Bilmirdim sevinim, ya pərt olum – iki hissin arasında qalmışdım. Amma hər halda növbəti gündən əvvəldən də xoşum gəlməyən qonşuma salam verməyə başladım.

Nyu-Yorka gedən dostum isə yerə-göyə sığmırdı, GÖZLƏRİNDƏ sevinc Luis Armstronqun “What a Wonderful World” mahnısını oxuyurdu.

***

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Mən belə bir qəm yüklü GÖZLƏRlə rastlaşdım o gün…

Məhkəmənin qarşısında səkidə oturub siqaretin acısını sümürürdü ciyərinə. Kədər GÖZLƏRinin ən dərin və hündür yerində bardaş qurub uzun müddətə gələn çağırılmayan qonaq kimi ərklə oturmuşdu. Bir anda bu GÖZLƏRin Durbanda bərq vurmasını, Nyu-York ərəfəsində çiçəkləməsini xatırladım və beləcə bu yazı əmələ gəldi.

Hamı kimi o da məhkəmənin qərarını gözləyirdi. Oğlu da özü kimi uzun, çox uzun yolun yolçusuymuş. Bu yolun məhkəmə aşırımını keçirmiş o gün…

Eh, yoluna hələ nə qədər dağ, çay, dərə çıxacaq, neçə qaçaq-quldur, qurd-canavar görəcəksən…

Cəmi bir neçə həftə əvvəl FACE-klubda bir qrup gənclə son illər ən çox sevdiyim filmə – Almaniya istehsalı olan “Başqaların həyatına” (“The life of others”) baxırdım. Rəşad Şirinov çağırmışdı. Emin Milliylə də o tanış elədi məni. Yəqin Adnan da oradaydı. Mən bu filmə yox (onu dəfələrlə görmüşdüm), filmə gəncliyimizin reaksiyasına baxmağa getmişdim. Onlar da filmin qəhrəmanı kimi başqalarının həyatına biganəyə oxşamırdılar. Sevinmişdim, kommunist xofundan uzaq, sərbəst gəncliyimiz var deyə…

Əlbəttə, zaman bütün bağlı qapıları açır, məhbuslar da beləcə azadlığa çıxır. Mustafa Cəmilov 17 il məhbəs həyatından sonra Krım tatarlarının lideri kimi Ukrayna Radasında oturmadımı, Mandela 29 illik zindan yolu keçib prezident kürsüsünə qalxmadımı?! Bu, uzun, çox uzun yolu oğluna sən tanıtmadınmı?

…Elə bu sözləri də sən yazmamışdınmı 10 il əvvəl: “Taleyini öz əlinə almaq, öz həyatında kəskin dönüş yaratmaq keçmiş sovet adamı üçün böyük sarsıntı, postsovet Azərbaycanında həyata qədəm qoymuş gənc üçünsə adi bir hərəkətdir”.

Oğlun azad olacaq, əlbəttə. Onda GÖZLƏRində ən hündür yerdə bardaş qurub oturan Kədərin gözləri Sevincin al şəfəqlərindən kor olacaq və Durbanda bizi görüb qorxan satıcı qadın kimi başını tutub qaçacaq.

…Bax onda, GÖZLƏRin bir də çiçəkləyəndə “İnam”ın 56 dollarını qaytararsan, faksımız xarab olub.

Vahid Qazi,
19 İyul, 2009

loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Su krantlarından "odlu su" axdı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
Cəmiyyət
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247