“Sədamın Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı...”
Oxunub: 13220
20 Nov 2020 | 17:54
“Sədamın Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı...”
“İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb və orada dördüncü nəsil LTE baza stansiyaları quraşdırılır”

Uzun müddətdir ki, mətbuatdadır. Tamaşaçılar onu aparıcı kimi tanıyıb və ciddi xəbər aparıcısı kimi sevgi ilə qəbul edib. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi vəzifəsini icra edən Günel Gözəlova Moderator.az  saytının  qonağıdır. Onunla  ordumuzun tarixi qələbəsindən danışdıq. Günel Gözəlova bu bayram günlərində təəssüratlarını bizimlə bölüşdü. 
- Günel xanım, söhbətimizə ritorik sualla başlamaq istərdim. Şuşa əhatə dairəsindədirmi? 
 
- Ritorik deyəndə ki, siz mənə hər bir Azərbaycanlının bu gün eşitmək istədiyi, ancaq cavab vermək üçün ən gözəl, ən özəl sözü, ifadəni tapa bilmədiyi sualı ünvanlayırsız. Mən sizə Şuşanın artıq erməni nəfəsindən təmizləndiyi gün, Azərbaycan bayrağını Şuşaya Şanlı Ordumuzun sancdığı gün və nəhayət Ali Baş Komandanım, Prezidentim, cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dediyi gün nə etdiyimi, nə yaşadığımı deyəcəm. Çünki indi belə, bu suala cavabda sizə deyəcəyim sözləri, sadəcə xoşbəxtliyimi bildirəcək ifadəni tapa bilmərəm, tapsam belə o olmayacaq. 8 noyabr  saat 12:50 radələri... Bu tarixi heç vaxt unutmayacam. Televiziya vasitəsilə Ali Baş Komandanı izləmək imkanım yox idi, maşında idim və onun Şuşadan qələbə xəbərini eşitmək ümidi ilə bütün diqqətimi radioya yönləndirmişdim və o an, o cümləni eşitdiyim an, dəlicəsinə bağıra-bağıra, ağlaya-ağlaya pəncərəni açıb, mənə baxan, mənim gördüyüm hər kəsi təbrik edirdim. Uşaq kimi qışqırırdım, qətiyyən heç nə düşünmədən. O an anladığım bir şey vardı, mən artıq qalib xalqın nümayəndəsiyəm. Artıq dünyanın heç bir yerində mənə erməni dığaları ilə bacarmadığımızı deməyəcəkdilər və nəhayət Qarabağın nəfəsi olan tarixi torpağımız Şuşamızı ermənilər “Şuşi mern e” -deyib təqdim etməyəcəkdilər. Bir sözlə Şuşa ürəyimizdədir,  30 ilə yaxındır da belə idi, Pənahabad olduğu dövrdə də belə idi. Şuşa Qafqazın sənət məbədi olaraq həmişə Azərbaycanın tarixinin incisi olub. Bizim isə sevimlisi, nəfəsi...    

- Ordumuz Azərbaycan tarixində yeni bir  səhifə açdı. Qalib xalqın vətəndaşı olaraq təəssürtlarınzı eşitmək istərdik.   
 
- Bu sualınıza bircə cümlə ilə cavab verəcəm. İlllərlə bu ifadəni Ümumilli Liderimiz Heydər Əliyevin dilindən eşidib, fəxrlə təkrarlamışıq, ancaq onda qəbimizdə bir Qarabağ nisgili, Qarabağ yarası vardı. İndi isə mən inadla, qürurla təkrar edəcəm onun sözlərini: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”
- Uzun müddət sizi efirdə görmüşük və  tamaşaçıların şüur altına məhz insanları  yeni  xəbərlərlə məlumatlandıran aparıcı Günel Gözəlova kimi həkk olunmusunuz. Bir aparıcının ən böyük arsuzu isə qələbə xəbərini tamaşaçılarla bölüşməkdir. Bu günlərdə qələbə xəbəri təqdim edən aparıcıların yerində olmağı necə, istərdinizmi?  
 
- 17 ilə yaxın xüsusi günlərdə, efir vasitəsilə, “Qarabağ Azərbaycanındır, biz öz torpaqlarımızı yağı düşməndən azad etdik” deməyi arzu etdim. Ən əsası isə sədamın Qarabağdan, Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı. Ancaq bilirsiz nəyə görə arzum real oldu deyə xoşbəxtəm? Bu sevinc jurnalistika  sahəsində  çiyin-çiyinə çalışdığım, həmvətənlərim, həmkarlarıma nəsib oldu, öz dilimdən tamaşıçıma çatdıra bilmədiyim sözləri, arzularımı canım həmkarlarım deyə bildi.  Sevgi ilə, sevinclə, ucadan “Qarabağ Azərbaycandır!” başlığı altında azad etdiyimiz torpaqlarını adını çəkdilər. Mən bəxtəvər olmayım, kim olsun!? Mən jurnalistəm, aparıcıyam, harada olmağımdan asılı olmayaraq peşəm məni daim izləyəcək. Odur ki, harada Azərbaycanlı jurnalist öndədir, xoşbəxtdirsə, o yerdə mən də bəxtəvərəm.
- Müharibə zamanı döyüş bölgəsindən videolar yayılmağa başladı. Bu da əsgərlərimizin yerini düşmən tərəfindən təsbit edilməsi demək idi. Sözügedən mövzu ilə bağlı  Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Naziliyi olaraq bunun qarşısını almaq üçün hansı tədbirlər görüldü?   

- Bəli, dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, eyni zamanda Respublikanın bir sıra aidiyyəti qurumları vətəndaşlara müraciət etdi. Ancaq təəssüf ki, bir çox hallarda vətəndaşlar torpaqlarımızın qələbəsinin sevincinin sehrinə düşüb, Azərbaycan Ordusunun apardığı əməliyyatları barədə çox sayda foto və videolar, qəhrəman əsgərlərimizin şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Ancaq hamı anlamalıdır ki, nəinki dünən, bu gün də  düşmənə hərbi sirr verməmək üçün bu addımlari atmamaq lazımdır, maksimum diqqətli olmalıyıq. Biz qələbə qazana bilərik, ancaq erməni özünü hələ də türkün düşməni sayır, axı biz bunu daim erməni ictimaiyyətinin öz dilindən eşidirik! Məhz bu səbəbdən diqqətli olmalıyıq, xüsusilə kiber mühitdə.   
Sentyabrın 27-dən başlayaraq Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda, insidentlər həmçinin kibermühitdə də baş verməyə başladı. Belə ki, ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilirdı. Siz də bilirsiz ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyırdı. Biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi olaraq ilk günlərdən bugünə qədər 10-larla erməni təxribatının üstünü açıb və sizlərin, KİV-in vasitəsilə cəmiyyəti xəbərdar etməklə yanaşı, həm də maarifləndirmişik. Müxtəlif  vasitələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Eyni zamanada mincom.gov.az  və  cert.az rəsmi saytları vasitəsi ilə daim kiberinsidentlər, düşmən tələləri haqda məlumatları yayıb, bu tələlərə düşməməyin yollarını izah edib. Fürsətdən istifadə edib bir daha, nazirlik adından oxuculara səslənirəm. Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın, güclü parollardan istifadə edin. “Wi-Fi” şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin. Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi Qarabağda nə kimi layihələr reallaşdırmağı düşünür? Bununla bağlı ilkin təklifləriniz varmı? 
  
- Mən bu gün böyük sevinc hissi ilə bildirmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlamışıq və orada dördüncü nəsil  LTE baza stansiyaları quraşdırılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı və bütün qurumlarının əməkdaşları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmin idilər və şükür ki, bu real oldu! Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini müasir nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə təmin etməyə hazırdır. Hamımız bilirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində çoxsaylı sosial-iqtisadi obyektlər məhv edilib və ölkə iqtisadiyyatına ciddi ziyan dəyib. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və telekommunikasiya infrastrukturu da  böyük həcmdə zərərlə üzləşib. Belə ki, avtomobil və dəmir yollarına, körpülərə, aeroportlara, rabitə xətlərinə, kabel kanalizasiya qurğularına ziyan dəyib.  İşğaldan öncə Ağdamda 32, Cəbrayılda 26, Füzulidə 32, Xocavənddə 62, Xocalıda 3, Kəlbəcərdə 29, Qubadlıda 24, Laçında 40, Şuşada 12, Zəngilanda 24, Xankəndidə 3, Qazaxın işğal olunmuş ərazilərində 3, Tərtərin işğal altında olan hissəsində 5 poçt şöbəsi, olmaqla ümumilikdə 295 poçt şöbəsi fəaliyyət göstərib.

- Həmçinin Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.  

- İnşallah bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.Təbii ki, bütün bunlar olacaq, anacq əsas o ki, bü gün Ali Baş Komandanımız, Prezident İlham Əliyevin qətiyyəti və Şanlı Azərbaycan Ordusunun gücü sayəsində bi bir tarix yazdıq, onun adı Qələbədir!

- Müharibə zamanı  internetdə məhdudiyyətlər oldu. Bəzi sosial şəbəkə istifadəçiləri  mahiyyətinə varmadan  sizə müraciət etdilər. İstərdik son olaraq bu məsələ ilə bağlı fikirlərinizi də öyrənək. 
 
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi​ vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi. Və bu məhdudiyyət “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının​ Qanununa, “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”a əsasən həyata keçirildi. Mən vətəndaşlarımızı qınamıram, bəziləri bizim xüsusi maarifləndirici xəbərdarlıqlarımıza görə, ziyanlı tətbiqlər yükləmək istəmədikləri üçün,  müvafiq qurum olaraq elə bizə müraciət edib, müəyyən şəbəkələr üzərindən məhdudiyyətin aradan qaldırılmasını xahiş edirdilər. Hamı nəsə etmək istəyirdi. Bəziləri öz fəaliyyət sahələrində, bəziləri evində,  hərə bir formada vətən sevgisini, qələbə istəyini, düşmənə nifrətini dünyaya sərgiləmək istəyirdi. Müsir dövrdə də ən əsas vasitə internetdir. Mən əminəm ki, Vətən müharibəsinin başladığı gündən damarında  azərbaycanlı qanı axan hər kəs, siyasi mövqeyindən, statusundan asılı olmayaraq, hər kəs bütöv Azərbaycan uğrunda zərrə qədər də olsa nəsə etmək istəyirdi və edirdi. Təbii ki, bütün Azərbaycan xalqı əvvəlcə Ali Baş Komandanımıza, eyni  zamanada  bizim firavan yaşamağımız üçün canından keçən Azərbaycan əsgərinə inanırdı. Bir şeydən əmin olmaq istəyirəm ki, bilərəkdən heç bir azərbaycanlı düşmən dəyirmanına su tökməz, özümüzə xəyanət etməzdi! 

Xəyalə Rəis
Oxşar xəbərlər
12:31, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
“Əgər kimsə öz çılpaq bədəni ilə diqqət çəkmək istəyirsə...”
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:46
"Putin "seçkilərinin" nəticələri: rusiyalıların başlıca qorxusu" - " The New York Times" 
18 Mar 2024 | 13:08
BDU-nun professoru VƏFAT ETDİ - FOTO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
16 Mar 2024 | 16:52
Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü - YENİLƏNİB
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:46
"Putin "seçkilərinin" nəticələri: rusiyalıların başlıca qorxusu" - " The New York Times" 
18 Mar 2024 | 13:08
BDU-nun professoru VƏFAT ETDİ - FOTO