Xəbər lenti
28/11/2020 [20:31]:
Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
28/11/2020 [20:22]:
Azərbaycanlı iş adamı ehtiyacı olan 10 şəhid ailəsini evlə təmin edəcək - VİDEO
28/11/2020 [20:11]:
Tahir Əlirzayevin ölüm səbəbi bəlli oldu
28/11/2020 [19:34]:
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
28/11/2020 [19:19]:
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər yaydı - VİDEO
28/11/2020 [18:59]:
DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
28/11/2020 [18:46]:
Ermənipərəst "Regnum" Yaqub Mahmudovun fikrini təhrif etdi - FOTOFAKT
28/11/2020 [18:34]:
“Qərbi Azərbaycandan 250 min didərgin düşən də Qarabağda məskunlaşdırılsın...”
28/11/2020 [18:15]:
"Neftçi" "Zirə" ilə heç-heçə etdi
28/11/2020 [18:12]:
Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi
28/11/2020 [18:05]:
“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” - Erməni ekspert
28/11/2020 [18:04]:
Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir
28/11/2020 [18:00]:
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
28/11/2020 [17:54]:
Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım” - VİDEO
28/11/2020 [17:52]:
Qırmızı Xaç Komitəsi TƏBİB-ə döyüş yaralıları üçün tibbi yardım dəsti ianə edib - FOTO
28/11/2020 [17:48]:
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma - FOTO
28/11/2020 [17:24]:
İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir - VİDEO
28/11/2020 [17:09]:
Füzulidə həlak olanlardan biri baş redaktordur
28/11/2020 [17:08]:
Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı
28/11/2020 [16:53]:
Füzulidə avtomobil minaya düşdü: Beş mülki şəxs həlak oldu - RƏSMİ
28/11/2020 [16:47]:
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb - FOTOLAR
28/11/2020 [16:39]:
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
28/11/2020 [16:38]:
"Həmişə zəng vurub o qızı soruşurdu, əsgərlikdən sonra elçi gedəcəkdim, qismət olmadı" - FOTOLAR
28/11/2020 [16:30]:
Qarabağdakı rus komandir ona verilən tortun üstündəki “zəhəri” nə əcəb görə bilmədi..?
28/11/2020 [16:21]:
Zod qızıl yatağı ilə bağlı İLK RƏSMİ AÇIQLAMA
28/11/2020 [16:12]:
"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb
28/11/2020 [16:09]:
"Mən düşünmürəm ki, bundan sonra Minsk Qrupu fəaliyyətini bərpa edə bilsin..."
28/11/2020 [16:08]:
Rusiyada pandemiya vaxtı epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimələnib
28/11/2020 [16:06]:
“Bundan sonra yeni bir dövlət quracağıq, əvvəlki məmurların heç biri olmayacaq...”
28/11/2020 [15:40]:
Astarada iki nəfər COVID-19 xəstəsi evi tərk edib - FOTO
28/11/2020 [15:36]:
İranda ötən sutkada koronavirusdan 391 nəfər ölüb
28/11/2020 [15:17]:
Koronavirus yayan şəxsə cinayət işi başlanıldı
28/11/2020 [15:13]:
“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTOLAR
28/11/2020 [15:11]:
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib
28/11/2020 [15:05]:
Füzulidə əhaliyə təhlükə yaradan COVID-19 xəstəsinə cinayət işi açılıb
28/11/2020 [15:04]:
“Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
28/11/2020 [15:03]:
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
28/11/2020 [15:02]:
Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"
28/11/2020 [14:53]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı...
28/11/2020 [14:50]:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı...
28/11/2020 [14:44]:
ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib
28/11/2020 [14:44]:
İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28/11/2020 [14:36]:
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
Bütün arxiv bir sırada
21/11/2020 [14:44] - Cəmiyyət - ( 1036 dəfə baxılıb)

Vahid imtahan modelinə doğru?




"Buraxılışla qəbul imtahanları birləşdirilməli, sadələşdirilmə aparılmalıdır”.

 Milli Məclisdə müzakirəyə çıxarılacaq bu təklif vahid imtahan mexanizminə keçilməsi prosesini gündəmə gətirir. Millət vəkili Aqiyə Naxçıvanlının bu təklifini Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Fatma Yıldırım yüksək qiymətləndirib: "Ölkə olaraq, həm erməni işğalçıları, həm də koronovirusla müharibə şəraitindəyik. Koronovirus bütün dünya, eləcə də bizim üçün gözlənilməz bəla oldu. Gündəlik statistikalara baxsaq, yoluxma hallarının xeyli artdığını görərik. Nəticədə məktəblər bağlandı, daha sonra, distant təhsilə keçildi. Müharibə şəraitilə bağlı ölkədə internet məhdudiyyətinin olmasını nəzərə alaraq, bu təklifi yüksək qiymətləndirirəm. Hazırda mövcud çətinliklərə görə bu dönəm üçün təklifin qəbul edilməsi müsbət hal olardı”. 

Deputat Əziz Ələkbərli də qəbul imtahanlarının sadələşdirilməsinin tərəfdarı olduğunu bildirib: "Ümumiyyətlə, qəbul imtahanlarının son dərəcə sadələşdirilməsinin tərəfdarıyam. İndiki vəziyyətdə abituriyentlərin ali məktəblərə qəbul olunması məsələsi haqda çətinlik və gərginlik yaşanır. Nəticədə məzunlarımızın böyük bir qismi xarici dövlətlərə üz tutur, ölkədən xaricə külli miqdarda kapital axını baş verir. Bu səbəbdən, düşünürəm ki, dünya təcrübəsinə müraciət etmək lazımdır. Hər kəsə eyni dərəcədə ali məktəblərə qəbul olmaq şansı yaradılmalı, təhsil prosesində tələbləri artırmaq lazımdır. Digər ölkələrdəki kimi, universitetə qəbul xeyli asan, orada oxumaq isə çətinləşdirilməlidir. Bu zaman potensialı daha yüksək olan tələbələr ali təhsil alacaqlar. Xüsusilə ödənişli təhsil məhdudiyyəti götürülməlidir. Şəxsi vəsaiti hesabına təhsil almaq istəyən şəxslərə də əlavə imkan yaradılmalıdır. Bunun üçün də, ali məktəblər müəllim kontingentini artırmalı, yaxud da başqa üsullardan istifadə edilməlidir”.

İndi valideynləri və şagirdləri narahat edən bir sual var: buraxılış və qəbul imtahanlarının birləşdirilməsinin mənfi və müsbət tərəfləri nə ola bilər? 

Təkpilləli vahid imtahan modeli?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov qeyd edir ki, Azərbaycan təhsilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə sadələşdirmə aparılması məsələsi uzun illərdən bəri müzakirə predmeti olub: "Razılaşaq və qəbul edək ki, təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə baş tutmayıb ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, bu məsələ öz həllini tapıb. Yəni hər iki imtahanı vahid bir qurum - TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada, əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi üçün imkanları heç də az deyil. Bir də ki, belə bir keçid ölkəmizdə təhsilin hamı üçün əlçatan olması kursunun əsas götürüldüyünü nəzərə almaq, xarici ölkələrlə adambaşına düşən ali təhsillilərin sayına görə rəqabəti gücləndirmək, bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək baxımından əhəmiyyətli ola bilər. Ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər”.
 
N.İsrafilov hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibətini, məzunların bu "imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı üçün 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektiv barədə bəyanatını xatırladır: "Düzdür, bu istiqamətdə müəyyən addımlar da atılmamış deyil. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni model məhz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün təməl artıq hazırdır. Onu da xatırlatmaq yerinə düşər ki, qiymətləndirmənin təhsil prosesinin mühüm tərkib hissəsi olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzərə alınaraq, hələ Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sadəcə olaraq, prosesi sürətləndirmək lazımdır”.
 
Ekspertin fikrincə,  çıxış yolu  buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçməkdədir. Belə ki, bu, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında uzun illərdən bəri davam edən qarşılıqlı ittihamlara son qoymaqla yanaşı, həm də məzunlarımızı əlavə yükdən, vaxt itkisindən və psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər: "Elə götürək, mətbuatda maraqla qarşılanan, Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında Nazirlik və Təhsil İnstitutu əməkdaşlarının iştirakı ilə geniş müzakirə olunan Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Təhsilə yeni baxış” adlı məqaləsinin tezislərini: "Gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axmasının qarşısını almaq üçün qəbul imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin girişində test, yumşaq, çıxışında isə ciddi aparılmalıdır. Başqa sözlə, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdırlar. İndiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Ən azı ona görə ki, təyinat yoxdur. Abituriyentlərə ixtisas seçimi azadlığı verilməlidir. Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün vahid dövlət nişanlı diplomdan imtina edilməli və hər bir özəl məktəb öz diplomunu verməlidir.”
 
Ekspert hesab edir ki, təkpilləli vahid imtahan modelinə keçiddə xeyli ləngimişik. Baxmayaraq ki, dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir: "Deputatın "heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin” çağırışına onu əlavə edə bilərəm ki, təkcə bu tədris ilində deyil, ümumiyyətlə, buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçilməlidir. Yayılan rəsmi məlumatlara əsasən, bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən, birbaşa imtahanın ikinci mərhələsində iştirak edəcəklər”.

İmtahanların sayı artsın

Təhsil eksperti Qoşqar Məhərrəmovun məsələyə münasibətdə fikirləri fərqlidir. Belə ki, imtahanların vahidləşdirilməsi – şagirdlərin həyatını bir imtahana bağladığı üçün çətin ab-hava, psixologiya yaradır. Belə ki, şagirdin həyatı bir imtahandan asılı olmamalıdır: "İmtahanların ikiyə-üçə bölünməsi də bir sadələşdirmədir. Dünya təcrübəsində bu imtahanlar, hətta il boyunca 3-4 dəfə keçirilir ki, şagird istədiyi vaxt özünü sınasın, özünü  hazır hiss edə bildiyi zaman yenidən daxil olsun. Buraxılış imtahanlarının ali məktəb imtahanlarından ayrılması imtahanların birləşdirilməsindən daha yaxşı haldır. Çünki ali məktəbə getmək istəməyənlər buraxılış imtahanlarını verib müəyyən biliklərlə məktəbdən məzun olacaq. Digərləri isə daha yuxarı təhsil almaq üçün ali məktəb imtahanlarına girəcək. Kembric beynəlxalq bakalavr  sisteminin təcrübəsinə nəzər salsaq, onların bəziləri ali məktəbə imtahan götürmürlər. Birbaşa orta məktəbdə keçdikləri rəsmi imtahanlarla ali məktəbi qazanırlar. Bəlkə də bunu eləmək olar. İmtahanları daha çətinləşdirməkdənsə, bu mənada daha da asanlaşdırmaq məqsədəuyğun olar. Həm də Kembric sistemində imtahanlar parçalanmış şəkildədir. İmtahanın bölünməsi şagirdin stressini də bölür. Amma hamısının bir arada olması şagirdin stressini artırır. Ona görə, düşünürəm ki, imtahanların ayrı olmasında fayda var”.
 
İmtahanların sadələşdirilməsinə gəlincə, ekspert hesab edir ki,  məzmun sadələşdirilərsə, imtahan da sadələşdirilə bilər: "Məzmun hazırda əzbərə söykənən bir məzmundur. Müəllimlər də başqa bir sualın hazırlama metodunu bilmədikləri üçün elə əzbərə söykənən suallar hazırlamaq məcburiyyətində qalır. Ona görə də, imtahanlar çox detallı, əzbərləməyi tələb edir”.
 
Ekspertin fikrincə, birləşdirmədən söhbət gedə bilərsə, ikinci mərhələ ləğv oluna bilər: "Buraxılış imtahanını mərhələlərə bölüb universitetə girmək üçün bir imtahan kimi etmək olar. Birinci mərhələyə, deyək ki, orta məktəbi bitirmək istəyənlər, ikinci mərhələyə ali məktəbə qəbul olmaq istəyənlər girəcək. Burda yenə dəyişən heç nə olmayacaq. Bir mərhələ ilə ola bilər ki, peşə məktəblərinə, subbakalavrlara, digər bir imtahanla ali məktəbə daxil olurlar. Bu imtahanların sayını, sadəcə, çoxaltmaq lazımdır ki, şagirdlər istədikləri zaman özlərini sınasınlar.  Necə ki SAT imtahanı var. Uşaqlar hətta ildə 3-4 dəfə özlərini sınayıb, imtahana girir. Özlərini sınayır və SAT balı ilə dünyanın bir çox universitetlərinə müraciət edə bilirlər. DİM də bu təcrübə ilə yaxından tanışdır. SAT imtahanlarının Azərbaycanda keçirildiyi nöqtələrdən biridir. Ona görə, SAT-a bənzər bir imtahan Azərbaycanda da keçirilsə, bunun üçün hüquqi baza hazırlansa və sualların da formatı o şəkildə dəyişdirilsə, hesab edirəm ki, müasir bir yanaşma olar. Şagirdlər daha rahat bir şəkildə ali məktəbə qəbul ola bilərlər. Ali məktəbə qəbulun şərtləri onsuz da asanlaşıb. Uzun illərdir ki, bu prosesdə asanlaşma gedir. Məlumdur ki, universitetlərin qəbul balları düşür müraciət edənlərin sayları universitetlərin təklif etdikləri yerlərə görə daha aşağı səviyyədə olduğuna görə, boş yerlər qalır. Əlbəttə, abituriyentlər fərqli mühit görmək, dil öyrənmək və s. üçün xaricdə oxumağı seçirlər.
Bir çox şagird üçün xaricdə oxumaq daha cazibədar görünür və 10-cu sinifdən etibarən xaricdə ali məktəblərə daxil olmaq üçün YÖS və ya SAT imtahanlarında iştirak edirlər”.
 
Q.Məhərrəmov hesab edir ki, bizim abituriyentlərimiz rahat bir üsulla ali məktəbə daxil olmalıdırlar. Necə ki, nəticəsi maksimum 700 bal olan imtahandan hazırda 200-300 bal toplayıb universitetə daxil olurlar: "Həqiqətən də şagirdlərin məzun olduqları elm səviyyəsi ilə ali məktəbə qəbul səviyyəsi arasında da bir təzad var ki, onlar imtahanın yarısından daha aşağı nəticə alıb universitetə girə bilirlər. Bu, onsuz da yetəri qədər asandır. Sadəcə, imtahanın sayını artırmaq və 10-11-ci siniflərdə tədrisin formatını qruplara görə müəyyən etmək lazımdır ki, orta məktəblərdə tədris fəaliyyəti, praktiki olaraq davam edə bilsin. Əks halda, yüzlərlə şagird  orta məktəbdən ünsiyyətini qoparır. Ya formal olaraq gedir, ya da adını yazdırır. Bu baxımdan, universitetlərin giriş qapısını geniş, çıxış qapısını dar tutmaq lazımdır. Bu, dövrün tələbidir. Eyni zamanda, orta təhsilin son iki ilini yüksək səviyyədə tutub universitetə yönəli bir tədris prosesi orda təşkil etmək lazımdır ki 10-11-ci sinfin varlıq səbəbi, ümumiyyətlə, təhsilin məqsədi orda reallaşmış olsun”.(kaspi.az)

loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Su krantlarından "odlu su" axdı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
Cəmiyyət
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247