“Azərbaycanın tarixi qələbəsində YAP-ın özünəməxsus payı var”
Oxunub: 1673
21 Nov 2020 | 15:32
“Azərbaycanın tarixi qələbəsində YAP-ın özünəməxsus payı var”

Bu gün Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 28 il ötür.

 

Moderator.az olaraq Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzovla söhbətimizdə bu illər ərzində partiyanın keçdiyi yol, əldə edilən uğurlar və s. haqqında danışdıq.

 

-Siyavuş bəy, sentyabrın 27-də başlayan Vətən Müharibəsi noyabrın 10-da ordumuzun qalibiyyəti ilə başa çatdı. Bu, bütövlükdə Azərbayan xalqının, Azərbaycan dövlətinin qələbəsi olsa da, bu qələbədə Yeni Azərbaycan Partiyasının da rolu olmamış deyil. Mümkünsə, bu barədə fikirlərinizi bilmək istərdik.

 

-Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq- iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etdi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir.

 

Heç şübhəsiz, Azərbaycanın tarixi qələbəsində, tərəqqi yolunda inamla irəliləməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xüsusi rolu və payı var. Əgər bu partiya qurulmasaydı və Ulu öndər Heydər Əliyev ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək və ölkəmizin  Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırkı inkişaf səviyyəsinə çatması mümkün olmazdı. Bu gün ümummilli liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır.  

 

- Yeni Azərbaycan Partiyasının meydana çıxdığı dövr ölkəmiz üçün kifayət qədər mürəkkəb bir dövr idi. Belə mürəkkəb bir zamanda partiyanı yaratmaq və ayaqda tutmaq ulu öndər Heydər Əliyevin böyük siyasi dühasının təsdiqi sayıla bilərmi?

 

-Təbii. Ümumiyyətlə, müstəqilliyin ilk illərində yaranan xaos və anarxiyanın aradan qaldırılmasında, sabitliyin və inkişafın təmin olunmasında, Azərbaycanın böyük uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolu olub. Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər ümummilli liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Bu, bilavasitə ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər. Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq ulu öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər.

 

-Bəs bu təklif nə zaman səsləndirildi?

 

-1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən ümummilli liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü.

 

Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Məhz bu ərəfədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

 

-O dövrdə AXC-Müsavat koalisiyasının baş verənlərə münasibəti nədən ibarət idi?

 

-Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

 

-Siyavuş bəy, dövlətimizin Vətən Müharibəsində əldə etdiyi qalibiyyət əslində, həm də ümummilli lider Heydər Əliyev siyasi strategiyasının qalibiyyəti hesab edilə bilərmi?

 

-Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan böyük tarixi qələbə qazandı.

 

Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə bütün sahələrdə böyük islahatların həyata keçirilməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də əhəmiyyətli işlər görüldü. Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə məsələsi BMT-nin tribunasında müzakirə olundu, beynəlxalq təşkilatların mühüm qərarlar qəbul etməsinə nail olmaq mümkün oldu.  Bütün bunlar münaqişənin ədalətli həllinə hüquqi və siyasi zəmin yaratmış oldu. Eyni zamanda, ulu öndərimizin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu müasir və güclü Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasını təmin etdi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə öz sözünü döyüş meydanında dedi, öz qüdrətini göstərdi və işğal altında olan torpaqlarımız azad olundu.  

 

-Partiyanın mövcud durumunu necə xarakterizə edərsiniz?

 

-Bu gün partiyamiz öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə yeni uğurlar əldə edir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Partiyamız bu günə qədər qatıldığı bütün seçkilərdə - bələdiyyə, parlament və prezident seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir.

 

Təsadüfi deyil ki, bu gün partiyamızın sıralarında 760 mindən çox insan birləşib və onların mühüm bir hissəsi gənclərdən ibarətdir. Yəni Azərbaycan gəncliyi YAP-ın sıralarında uğurla təmsil olunur, partiyamız isə gənclərə xüsusi diqqət və qayğı göstərir, onların ictimai-siyasi həyatda fəal iştirakına geniş şərait yaradır. Beləliklə, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

 

Beləliklə, öz fəaliyyəti ilə ölkəmizin inkişafına layiqli töhfə verən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası var. Elə partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir.

 

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi