Xəbər lenti
28/11/2020 [20:31]:
Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
28/11/2020 [20:22]:
Azərbaycanlı iş adamı ehtiyacı olan 10 şəhid ailəsini evlə təmin edəcək - VİDEO
28/11/2020 [20:11]:
Tahir Əlirzayevin ölüm səbəbi bəlli oldu
28/11/2020 [19:34]:
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
28/11/2020 [19:19]:
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər yaydı - VİDEO
28/11/2020 [18:59]:
DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
28/11/2020 [18:46]:
Ermənipərəst "Regnum" Yaqub Mahmudovun fikrini təhrif etdi - FOTOFAKT
28/11/2020 [18:34]:
“Qərbi Azərbaycandan 250 min didərgin düşən də Qarabağda məskunlaşdırılsın...”
28/11/2020 [18:15]:
"Neftçi" "Zirə" ilə heç-heçə etdi
28/11/2020 [18:12]:
Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi
28/11/2020 [18:05]:
“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” - Erməni ekspert
28/11/2020 [18:04]:
Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir
28/11/2020 [18:00]:
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
28/11/2020 [17:54]:
Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım” - VİDEO
28/11/2020 [17:52]:
Qırmızı Xaç Komitəsi TƏBİB-ə döyüş yaralıları üçün tibbi yardım dəsti ianə edib - FOTO
28/11/2020 [17:48]:
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma - FOTO
28/11/2020 [17:24]:
İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir - VİDEO
28/11/2020 [17:09]:
Füzulidə həlak olanlardan biri baş redaktordur
28/11/2020 [17:08]:
Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı
28/11/2020 [16:53]:
Füzulidə avtomobil minaya düşdü: Beş mülki şəxs həlak oldu - RƏSMİ
28/11/2020 [16:47]:
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb - FOTOLAR
28/11/2020 [16:39]:
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
28/11/2020 [16:38]:
"Həmişə zəng vurub o qızı soruşurdu, əsgərlikdən sonra elçi gedəcəkdim, qismət olmadı" - FOTOLAR
28/11/2020 [16:30]:
Qarabağdakı rus komandir ona verilən tortun üstündəki “zəhəri” nə əcəb görə bilmədi..?
28/11/2020 [16:21]:
Zod qızıl yatağı ilə bağlı İLK RƏSMİ AÇIQLAMA
28/11/2020 [16:12]:
"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb
28/11/2020 [16:09]:
"Mən düşünmürəm ki, bundan sonra Minsk Qrupu fəaliyyətini bərpa edə bilsin..."
28/11/2020 [16:08]:
Rusiyada pandemiya vaxtı epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimələnib
28/11/2020 [16:06]:
“Bundan sonra yeni bir dövlət quracağıq, əvvəlki məmurların heç biri olmayacaq...”
28/11/2020 [15:40]:
Astarada iki nəfər COVID-19 xəstəsi evi tərk edib - FOTO
28/11/2020 [15:36]:
İranda ötən sutkada koronavirusdan 391 nəfər ölüb
28/11/2020 [15:17]:
Koronavirus yayan şəxsə cinayət işi başlanıldı
28/11/2020 [15:13]:
“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTOLAR
28/11/2020 [15:11]:
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib
28/11/2020 [15:05]:
Füzulidə əhaliyə təhlükə yaradan COVID-19 xəstəsinə cinayət işi açılıb
28/11/2020 [15:04]:
“Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
28/11/2020 [15:03]:
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
28/11/2020 [15:02]:
Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"
28/11/2020 [14:53]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı...
28/11/2020 [14:50]:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı...
28/11/2020 [14:44]:
ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib
28/11/2020 [14:44]:
İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28/11/2020 [14:36]:
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
Bütün arxiv bir sırada
21/11/2020 [16:51] - Siyasət - ( 4309 dəfə baxılıb)

"40 nəfərlik "spesnaz"ımz 1500 nəfərlik erməni ordusunu Hadrutda iti qovan kimi qovurdu..."



Sentyabrın 27-dən qəhrəman, igid əsgər və zabitlərimizin Ali Baş Komandanın rəhbərliyi ilə başlamış olduğu əks-hücum əməliyyatı, İkinci Vətən Müharibəsi qısa zaman kəsiyində özünün konkret nəticələrini verməyə başladı. Kifayət qədər, 27 il zaman kəsiyində işğal edilmiş torpaqlarımızda möhkəmlənən, böyük istehkamlar quran, yeraltı mağaralar inşa edən, himayə olunduğu dövlətlər tərəfindən geniş şəkildə silahlandırılan bir orduya qarşı Azərbaycanın Silahlı Qüvvələri öz sözünü dedi. Biz heç də hesab etməyək ki, erməni ordusu zəif idi, sadəcə, onlara qarşı döyüşən Azərbaycan əsgər və zabitləri çox möhtəşəm idi.

Bir həm peşəkarlıq baxımından, həm yüksək döyüş qabiliyyəti baxımından, həm vətənpərvərlik baxımından çox güclüydük. Eyni zamanda, bizi güclü edən zabitlərimizin və müddətdən əlavə xidmət edənlərin (MAXE) Türkiyədə, başqa ölkələrdə ən yüksək səviyyəli ordularda təlim keçməsi, təhsil alması idi. Ordumuzun ən müasir silahlarla, texnika ilə təchiz olunması və heç şübhəsiz ki, Ali Baş Komandanımızın müdrikliyi, yüksək təşkilatçılıq qabiliyyəti, istedadı, həm də Azərbaycan xalqının mütəşəkkilliyi, birliyi, vahidliyi, öz ordusuyla, prezidentiylə, Ali Baş Komandanı ilə bərabər olması idi bizi güclü edən. Amma bu üstünlük ermənilərdə yox idi.

Bunu millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı 44 günlük tarixi İkinci Vətən Müharibəsindən, 10 noyabr Qələbəsindən sonra hələ də Azərbaycan cəmiyyətində açıq qalan sullara cavab axtarılması və izahat verilməsi tələblərinə, xüsusilə, Xocalı, Xocavənd, Əskəran, Xankəndi ilə bağlı məsələlərin necə çözüləcəyinə, idarəçilik məsələlərinin necə tənzimləyəcəyinə münasibətini münasibətini bildirərkən deyib.

“…Əgər orada on min, on beş min erməni varsa, olacaqsa, o zaman Dağlıq Qarabağın hansı statusundan söhbət gedə bilər? Digər tərəfdən, əgər onların çoxluğu yoxdursa, orada sülhməramlı qüvvələrə nə ehtiyac olacaq?…”

“Ölkə Prezidenti Ağdamın işğaldan azad edilməsi ilə bağlı müraciətində də bunları söylədi, qeyd etdi ki, erməni ordusunda on minə yaxın fərarilik var. Çünki onlar dərk edirdilər ki, bu, onların torpağı deyil. Sadəcə, özləri üçün düşünürdülər ki, ucuz ölümə getməyin mənası yoxdur. Amma bizimkilər, Prezidentimiz demişkən, aslan kimi döyüşürdülər, gülə-gülə Şəhid olurdular, yaralı-yaralı döyüşürdülər”-deyən millət vəkilinin sözlərinə görə, bizim 40 nəfərlik xüsusi təyinatlılar 1500 nəfərlik erməni ordusunu Hadrutda iti qovan kimi qovurdu.

“Bizim Müdafi Nazirliyinin yayımlarında da baxırıq, görürük ki, onlar necə qaçırlar. Ona görə belə bir ordunun sahibi olan Xalq doğurdan da xoşbəxtdir. Noyabr ayının 10-da ( ayın 8-də Şuşanı işğaldan azad etdikdən sonra) təbii ki, hər bir Azərbaycan vətəndaşında, eyni zamanda, məndə də sual əmələ gəldi ki, niyə irəliyə getmədik, gedə bilərdik. Prezident də dedi ki, Xankəndinin cəmi 3 kilometrliyindəydik, gedə bilərdik və bir neçə saata Xankəndini yerlə-yeksan etmək olardı.

Lakin gəlin düşünək, biz hələ indiki vəziyyətdə bu dərəcədə beynəlxalq səviyyədə təzyiqlərə, təhdidlərə məruz qalırıqsa, biz oranı tutsaydıq nə olacaqdı? Bu məsələnin bir tərəf. Başqa bir tərəfi- ölkə Prezidenti o qədər ağıllı və müdrik addımlar atdı ki, faktiki olaraq, Minsk qrupunun içərisində parçalanma yarandı. Rusiya ilə maraqlarımıza cavab verən, maraqlarımıza uyğun gələn, artıq üç rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən geriyə qaytarılmasına xidmət edən, Azərbaycanın ərazi bütövlüyünə təminat yaradan, aparılan müharibədə Ermənistanın yanında olmayan, neytral mövqe nümayiş etdirən, sonradan Rusiya prezidenti səviyyəsində “döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində gedirdi” fikri ilə yekunlaşan, möhür vurulan Rusiya ilə bağlanmış olan həmin protokol bizim diplomatik siyasətdə ciddi uğurumuz, Ermənistanın kapitulyasiyası idi.

Ölkə Prezidentinin atmış olduğu addımlar Ermənistanın yanında daha çox olan və Minsk qrupunda böyük fəallıq göstərən Fransanı oyundankənar vəziyyətə saldı. İndi baxın, Fransaya qarşı təkcə biz yox, Minsk qrupu çərçivəsində həm də Rusiya mübarizə aparır. Deməli, diplomatik müstəvidə bu baxımdan Azərbaycana təzyiqlərin qarşısını almaq üçün Rusiya bizim yanımızdadır, bizimlə bərabərdir. Digər bir tərəfdən, əminəm ki, ölkə Prezidenti hər zaman olduğu, şahmatda olduğu kimi, necə deyərlər, 5-10 gedişi əvvəlcədən planlaşdırıb, praqnozlaşdıran bir Prezidentdir. Başqa cür də desək, Qarabağda qalan və ya oradan köçən ermənilərin mütləq əksəriyyəti gələcəkdə heç Ermənistanda da qalmayacaq. Ayağı yer tutan, fiziki imkanları olan gedəcəklər dünyanın ayrı-ayrı ölkələrinə. Çünki onlar üçün, bu yırtıcı, vəhşi, barbar qəbilə üçün vətən deyilən anlayış yoxdur.

Onlar üçün harada yaxşı yaşamaq mümkündürsə, ora vətənindir. Gedib girirlər o cəmiyyətin içərisinə, həm də qurd kimi içəridən yeyirlər o cəmiyyəti…. Ona görə də oraya-Qarabağa kimlər qayıdıb gələcək? O insanlar gələcək ki, onlar tamamilə imkansızdır, onların fiziki, zehni, digər sahələrdə imkanları çox məhduddur. Ermənistan da onları qəbul eləmir və onların Ermənistanda da hətta yaşamaq imkanları yoxdur, onlar ola bilsin ki, qayıtsın. Qayıdacaqlar, bu da olsun on min, on beş min. Onlar dağılacaqlar Dağlıq Qarabağ ərazisinə. Ondan sonra əgər orada on min, on beş min erməni varsa, olacaqsa, o zaman Dağlıq Qarabağın hansı statusundan söhbət gedə bilər? Digər tərəfdən, əgər onların çoxluğu yoxdursa, orada sülhməramlı qüvvələrə nə ehtiyac olacaq? Sülhməramlı qüvvələr onda olur ki, iki döyüşən arasında dayanır. Bir tərəfdə Azərbaycan-azərbaycanlı, o biri tərəfdə erməni. Ancaq indi bir tərəfdə azərbaycanlı, o biri tərəfdə erməni yoxdur. Bu baxımdan düşünürəm ki, vətəndaşlarımız olduqca təmkinli olmalı, bütün bu məsələləri soyuq ağılla təhlil edib nəticə çıxarmalı və möhtəşəm, ümumdünya səviyyəli liderimizə, Prezidentimizə inamı özündə daşımağı bacarmalıdırlar”-deyə, F. Ağamalı bildirib.

Millət vəkili birmənalı şəkildə vurğulayıb ki, biz yenə də Prezidentimizə inanmalıyıq. Yenə də əvvəlkindən daha güclü, bir olmalıyıq. Yumruq kimi birgə olmalıyıq, vahid olmalıyıq ki, heç kimin bizə gücü çatmasın. Həm bütün siyasi partiyalar, siyasi baxışından asılı olmayaraq, bütün siyasi qüvvələr,həm Azərbaycandakı bütün dini konvensiyaların daşıyıcları, xristianıdır, yəhudisidir, katolikidir, provaslavıdır, müsəlmanıdır yenə də bir yerdə olmalıyıq, yenə də birliyimizi davam etdirməliyik. Qardaşlarımız olan talışı da, ləzgisi də, avarı da, kürdü də, rusu da, gürcüsü də bu günə kimi, necə bir idisə, bundan sonra da bir olmalıdır, o birliyi qoruyub-saxlamalıyıq. Çünki Azərbaycan hamımızın vətənidir. Azərbaycan hamımızın evidir.

“Deməli, hələ mübarizə davam edir. Deməli, hələ müharibə davam edir. Başqa bir müstəvidə, diplomatik, siyasi müstəvidə…”

“Fərqi yoxdur, kimlər Azərbaycanın qanunlarını qəbul edirsə, onun bayrağı qarşısında diz çökürsə, onun himni çalınanda əlini ürəyinin üstünə qoyub ayağa qalxırsa, Azərbaycanın çox layiqli vətəndaşlarıdır. Hər bir azərbaycanlı dövlətin təbii ki, himayəsi altındadır, diqqəti içərisindədir. Bu baxımdan düşünürəm ki, artıq burada da vətəndaşlarımız xüsusi narahatçılıq keçirməli deyil. Baxın görün, bir daha təkrar edirəm, Fransanın bizə qarşı nələri var. Bunlar qondarma respublikanın legitimliyini tanımaq üçün təkcə Paris bələdiyyəsinə deyil, artıq Senata qanun layihəsi təqdim ediblər. İndi görün bunlar nələrlə bizim üzərimizə gəlirlər. Deməli, hələ mübarizə davam edir. Deməli, hələ müharibə davam edir. Başqa bir müstəvidə, diplomatik, siyasi müstəvidə.

Cəmiyyətimiz bu birliyi, bu bütövlüyü saxlamalıdır və bir daha təkrar edirəm, ola bilsin ki, ayrı-ayrı siyasət dəlalları var, ola bilsin ki, Fransanın, başqa ölkələrin erməni diasporunun təsiri altında olan ayrı-ayrı azərbaycanlı vətəndaşlar var, azərbaycanlılar var. İstərdim ki, Vətənini sevən hər kəs onların bu və ya digər youtube kanallarında söylədikləri fikirlərə, bu və ya digər sosial şəbəkələrdə yazdıqları uydurmalara cavab versinlər, onları “cəhənnəmə” göndərsinlər, onların təsiri altına düşməsinlər. Əksinə, bilsinlər ki, bunlar ermənilərə xidmət edirlər və necə ki, 44 gün ərzində bu mübarizəmizi apardıq, bundan sonra da aparmalıyıq”-deyən F. Ağamalı həmçinin bildirib ki, artıq Ermənistanın silahlı qüvvələri Qarabağda yoxdur, mövcud deyil və bundan sonra ola da bilməz.

“…Bütün işğal olunmuş ərazilərimizdə, Xankəndində də, Ağdərədə də, Xocavəndə də, Xocalıda da, Əskəranda da Azərbaycanın üçrəngli bayrağı qaldırılacaq, onlar da qanuni ərazilərimiz kimi, tam mənada Azərbaycanın yuridikasiyasına keçəcək, Azərbaycanın ərazisi kimi təsbit olunacaq, suverenliyimiz təmin olunacaq…”

“Ermənistanın həm hərbi texnikası, həm onun əsgərləri, həm də əsgələrin daşıdığı yüngül silahlar, yüngül atıcı silahlar, yəni, avtomatı, pulemyotu və ilaxır, oralar-Qarabağdakı ərazilər tamamilə silahsızlaşdırılır və Azərbaycan Ordusu, Silahlı Qüvvələri noyabrın 20-də olduğu kimi, girir o ərazilərə, oraları tamamilə nəzarət altına götürür. Eyni zamanda, mümkündür ki, bu xain qəbilə, yırtıcı ermənilər orada ayrı-ayrı yerləri minalayıblar, minaları basdırıblar onun qəbirstanlığına, onun bulağının başına, haradakı insanlar çox gedə bilən var ora, yolun qırağına və sairə. Həmin ərazilər minalardan təmizlənməlidir. Açılmayan, partlamayan mərmilərdən təmizlənməlidir ki, insanlar sonradan böyük fəlakətlə üz-üzə gəlməsinlər. Düşünürəm ki, dövlətimiz bunu təkcə Azərbaycanın imkanları ilə etməyəcək, həm də digər xarici ölkələrə müraciət edəcək ki, tezliklə, qısa zaman kəsiyində minalanmış sahələr tamamilə təmizlənsin. Belə olandan sonra artıq hər yerdə Azərbaycan ordusu dislokasiya olunur və olunacaq- Ağdamdan başlamış Laçın koridoruna, yuxarıda Kəlbəcərə qədər. Necə ki, bir neçə gün bundan qabaq Müdafiə Nazirliyinin rəsmisi dedi ki, biz Ermənistanla sərhəd olan bütün bölgələrdə özümüzün silahlı qüvvələrimizi, həm də sərhəd qoşunlarını yerləşdirəcəyik.

Beləliklə, yenidən Azərbaycana qarşı hər hansı bir təxribat törətməyə, xəta verməyə çalışan olsa, ölkə Prezidentinin dediyi kimi, yerlə-yeksan olunacaq. Onlar layiqli cavabını alacaqlar. Çünki ola bilməz ki, əldə etmiş olduğumuz Qələbə hər hansı bir şəkildə zədələnmiş olsun. Bu baxımdan da, vətəndaşlarımız tam arxayın ola bilərlər. Bu gün ölkə miqyasında işğal olunmuş torpaqların hamısında, eyni zamanda, Xankəndində, ermənilərin yaşadığı Xocavənddə, Əskəranda, digər yerlərdə hansı ki, ermənilər qalır, yaşayır, onlar təsbit olunur, onların hamısının üzərində Azərbaycanın birmənalı şəkildə nəzarəti qalır. Orada gedən bütün proseslər izlənilir peyk vasitəsilə. Müdafiə Nazirliyinin son dərəcə ciddi, ən müasir texnologiyası ilə onların izlənməsi imkanları var.

O aparat ki, vaxtilə erməni quldurlarına, faşistlərinə faciə törədirdi, onların texnikasını yerlə-yeksan edirdi, canlı qüvvəni məhv edirdi, indi həmin aparat faktiki olaraq ermənilərin hərəkətlərini və davranışlarını, hərəkət trayektoriyasını izləyir. Yəni, sərhədlərimiz çərçivəsində heç bir nigarançılığımız yoxdur. Yaxın zaman kəsiyində, tam məsuliyyətlə deyirəm, bütün işğal olunmuş ərazilərimizdə, Xankəndində də, Ağdərədə də, Xocavəndə də, Xocalıda da, Əskəranda da Azərbaycanın üçrəngli bayrağı qaldırılacaq, onlar da qanuni ərazilərimiz kimi, tam mənada Azərbaycanın yuridikasiyasına keçəcək, Azərbaycanın ərazisi kimi təsbit olunacaq, suverenliyimiz təmin olunacaq. İnzibati ərazi kimi, Azərbaycanın indiki inzibati quruluşu necədirsə, onun içərisində olacaq. Olacaq Xankəndi şəhəri. Olacaq Əsgəran rayonu. Olacaq Ağdərə rayonu. Olacaq Xocavənd rayonu və sairə. Bu şəkildə, deməli, Azərbaycanın idarəçilik sisteminə daxil ediləcək və Azərbaycan dövləti tərəfindən nəzarətə alınacaq.

“…”Rus ordusu Azərbaycanda qalacaq, Azərbaycanda yenidən faciələr törədəcək, neyləyəcək” kimi fikirləri unutmaq lazımdır. Bəli, vaxtilə həm Qorbaçov-Yeltsin Rusiyası dövründə sovet-rus qoşunlarının Azərbaycana qarşı törətmiş olduğu faciələr yaddaşımızdadır. Onlar o zaman olub. O zamanı indikiyə daşımaq lazım deyil…”

Odur ki, nigarançılıq üçün, əsəbilik üçün, narahatçılıq üçün heç bir əsas yoxdur. Hər şey çox yüksək səviyyədə gedir. Eyni zamanda, “rus ordusu Azərbaycanda qalacaq, Azərbaycanda nə bilim yenidən faciələr törədəcək, neyləyəcək” kimi fikirləri də unutmaq lazımdır. Bəli, vaxtilə həm Qorbaçov-Yeltsin Rusiyası dövründə sovet-rus qoşunlarının Azərbaycana qarşı törətmiş olduğu faciələr yaddaşımızdadır. O zaman olub. O zamanı indikiyə daşımaq lazım deyil. O zamanı yadda saxlayırıq, ona necə deyərlər tarixi qiymət veririk, ancaq heç bir halda onu 2020-ci ilə daşımalı deyilik.2020-ci ildə fərqli situaiya var, fərqli bir geopolitik vəziyyət var.

Bunu yaradan Ordumuz, Ali Baş Komandanımız oldu. Yeni reallıq yaratdı, yaradıldı. Ali Baş Komandanımız yeni reallığın memarı kimi, yaradıcısı, qurucusu kimi bunu gerçəkləşdirdi. Ona görə bunları nəzərə alanda, tamamilə çox sakit şəkildə arxayın olaraq dövlətimizə, Prezidentimizə arxalanaraq, ona inamımızı saxlayaraq, ordumuzu yenə sevərək, yenə bir olmalıyıq, birgə olmalıyıq və içərimizə soxulmaq istəyən, bizi parçalamağa çalışanlara qarşı da qətiyyətli mövqeyimizi nümayiş etdirməliyik”-deyə, F. Ağamalı sonda sözlərinə əlavə edib.


Etikxeber.az

loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Su krantlarından "odlu su" axdı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
Cəmiyyət
“Ağdamdakı məscidin minarəsinə çıxanda göz yaşlarımı saxlaya bilmədim, “biz 30 ildə nələri itirmişik, ilahi”dedim” - FOTOLAR
Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247