Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
Oxunub: 1581
24 Nov 2020 | 10:16
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi  – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
Moderator.az Kulis.az -a istinadən “Hekayə günü” Səfər Alışarlının tərcüməsində Vasili Şukşinin “Barmaqsız” hekayəsini təqdim edir.

Kənddə hamı deyirdi ki, Sergey Bezmenovun arvadı həyasızdır. Həyasız, dəymədüşər və axmaq. Hamı bunu görür, hamı başa düşürdü. Bircə Sergey bunu görmür və başa düşmürdü. Buna görə hamıdan zəhləsi gedən Sergey qəlbində təəccüblənirdi: axı bunlar niyə onun sərbəstliyini, mütaliəsini görüb qiymətləndirmirlər?! Cəhənnəm olsunlar! Bunlar ki qeybətə başladı, qurtardı... Dayandıra bilməzsən. Onun hazırcavablığından, işvə-nazından bu bədbəxtlərin xəbəri yoxdur axı. Bircə onun yerişini görsünlər barı! Bu, yeriş deyil, təcəlladır, lənət şeytana! İrəliyə hərəkətdir! Yeriyəndə onun bütün əzaları oynayır, cilvəsi nur saçır. Sergey arvadının yerişini xüsusilə sevirdi: ona baxanda uçunurdu, sevgisindən dişləri keyiyirdi. Evdə o, arvadına heyranlıqla baxmaqdan doymur, tez-tez udqunur və həyəcanından tərləyirdi.

- Nədir, noolub? - Klara ondan soruşurdu. - Hı-ı? - Şıltaqcasına Sergeyə dilini göstərirdi və artırmaya gedirdi, sanki qəsdən, necə yeridiyini bir daha nümayiş etdirmək üçün. Sergey onun dalınca götürülürdü.

..Bununla belə, bu ağzıgöyçək utanmazlar onun qeybətini qırırdılar ki, o... Kəntoşlar! Sergey tez-tez göylərə üz tutub şükranlıq edirdi ki, taleyin bu qiymətli hədiyyəsi onun əlində-ovcunda qalsın. Hərdən onu xof basırdı: başına tökülən bu cür xoşbəxtliyə onun haqqı çatırmı, buna layiqdirmi və burada bir anlaşılmazlıq-filan yoxdur ki?! Birdən bu işi qurdalayan olsa, deməzmi, a bala, bu sənlik deyil, sən get babını tap!

Sergey birinci dəfə Klaranı xəstəxanada görmüşdü (o, tibb bacısı işləməyə təzəcə gəlmişdi). Görmüşdü və həmin dəqiqə də narahatlıq hissi keçirmişdi. O əvvəlcə Klaranın yalnız eynəyini, qəşəng, üçbucaq burnunu görmüşdü və dərhal həyəcanlanmışdı. Onun bir-birindən gözəl məziyyətlərini kəşf etməyin sevincini dadmaq hələ irəlidəydi. Hələliksə yalnız parıldayan eynək və irəli çıxmış burun görünürdü, qalan nə vardısa, hamısı yaxşı yığılmış sarışın saçlardan ibarət idi. Ağ xələtin ətəyini yellədə-yellədə o, iti addımlarla koridordan keçib ayaq saxlamadan növbədə sozalanlara: “Sarğıya gələnlər keçsin içəri”, - dedi və balaca kabinetə girib görünməz oldu.

Narahatlıqdan Sergeyin ürəyi sızladı. Sonra Klara incə, həlim barmaqlarını onun yarasına toxunduraraq soruşurdu: “Ağrıtmır?” Onun ətrinin qoxusundan Sergey bihuş olurdu, verilən suallara cavab kimi yalnız başını hərləməklə deyirdi ki, yox, ağrıtmır. Sergey qorxudan süstləşmiş bədənini tərpədə də bilmirdi.

- Nə oldu sizə? - Klara soruşdu.

Özünü tam itirmiş Sergey yenə başını yellədi ki, ağrıtmır. Klara onun lap qulağının üstündə güldü... Elə bil Srgeyin içinə, göbəyindən bir az yuxarıda dağ basdılar... O ağladı, üz-gözü qırışdı. Həqiqətən ağladı. O, nə baş verdiyini anlaya bilmədi, eləcə ağladı. Başını aşağı salaraq üzünü gizlədə-gizlədə dişlərini qıcadı və göz yaşları yaralı əlinə, Klaranın ağappaq barmaqlarının üstünə damcıladı.

- Ağrıtdı?! - qorxmuş Klara soruşdu.

- Əl çək!.. - Sergey güclə deyə bildi. - İşini gör. – O, bu incə, gözəl barmaqları göz yaşından islanmış üzünə sıxıb uyuyardı və heç kim onu onlardan ayıra bilməzdi. Ancaq qorxu onun bədənini qurutmuşdu, bu yandan da ağlamağının xəcalətinə üzülürdü.

- Ağrıtdı sizi, ya nəsə başqa şey oldu? - Klara yenə soruşdu.

- Lazım deyil... Bilirsiniz, lazım deyil... Elə bilməyin ki, biz burada dünyadan bixəbər yaşayırıq, - Sergey hirslə dedi. - Belə götürəndə biz hamımız eyni dövlətdə yaşayırıq.

- Necə, necə?

Beləcə...

On səkkiz gündən sonra onlar evləndilər.

Klara onu “Serıy” adlandırmağa başladı. Əzizləmə mənasında. Demə, Klara bir dəfə ərdə olubmuş, ancaq bəxtinə həbsdə yatmış biri düşdüyündən tezliklə də boşanıblar. Onun birinci ərinin həbsdə yatmasına görə Sergey sinəsini irəli verib qürrələnirdi, özündə dəhşətli güc hiss edirdi. Klara onu tərifləyirdi.

Və xoşbəxtlik fırtınasının içində cövlan edən Sergeyin xarüqələr yaratmaq istədiyi bu vaxtda ağzıgöyçəklər başlayıblar ki, onun arvadı dəymədüşər və təkəbbürlüdür. Sergey onlara nifrət edirdi. Onlar Klaranı tanımırdılar, onun necə... Eh, insanlar! Hamısı xəbisləşib. Bircə nəfər bəxti gətirmiş adam görən kimi paxıllıqdan partdamaya düşürlər.

- Siz heyvanat aləmindən ibrət götürün, - Sergey o cür ağıllılardan birinə tövsiyə edirdi. - Baxın, məsələn, bir iti sirkdə çıxış etməyə götürəndə başqa itlər ona həsəd aparmır ki! Onlar bunu sakit qarşılayırlar, hirslənmirlər. Bəs siz niyə əsəbiləşirsiniz?

- Sənə yazığımız gəlir...

- Özünüzə yazığınız gəlsin! Bildiniz?!

Sergey əsəbiləşirdi, bunun lazımsızlığını və mənasızlığını başa düşdüyündən daha çox əsəbiləşirdi.

- O çərənçi boşboğazlara fikir vermə, - Klara onu sakitləşdirirdi. - Biz yaxşı yaşayırıq, vəssalam. Mən onları vecimə almıram.

Klaraya heyran olmadıqlarına görə Sergey qohum-əqrəba, dost-tanışlarının hamısı ilə söyüşüb savaşdı... İçkini tamam buraxıb paltaryuyan maşın aldı və ağzıgöyçəklərin gözündən iraqda şənbə günləri hamamın ön damçasında ağları yumaqla məşğul olmağa başladı. Sergeyin anası bütün bunların yaxşı, ya pis olduğunu başa düşməkdə çətinlik çəkirdi. Bir tərəfdən baxanda kişinin arvad işi görməyi ayıb idi, o biri tərəfdən... Nə biləsən?..

- Gedib alkaşlarla içkiyə qurşanmır ki! - Klara qaynanasına deyirdi. - Sizə daha nə lazımdır? İşlə məşğuldur.

- Ona yazığın gəlsin, götür özün yu. Bütün həftəni heyvan kimi işləyir, ona dincəlmək lazımdır.

- Bəs mən işləmirəm?

- Sənin işin... sənin işini kişi işinə tay tutmaq olmaz, qızım. Bütün günü əldən düşür, traktor sürmək elə bilirsən asandı? Onun dörd əli yoxdu ki, ikisini də evdə işlədə!

- Ərimlə necə yaşamaq lazım olduğunu mən bilərəm, - Klara bu sözlərə belə cavab verdi. - Siz istəyirsiniz ki, o getsin içkiyə qurşansın?

- Niyə ki?

- Vəssalam. Bunlara yaxşılıq eləyirsən, xoşlarına gəlmir.

- Axı mənim ona yazığım gəlir, oğlumdu axı...

- Bəs içib hasarların dibinə yıxılanda sizin onlara yazığınız gəlmir? Gəlir, eləmi? Vəssalam. Daha bu mövzuda danışmaq lazım deyil. Aydındı?

- İlahi, özün kömək ol! - arvad çaşıb qalırdı. - Söz deməyə peşmansan. Kişini cilovlayıb minib belinə, söz deyəndə də xoşuna gəlmir.

- Yaxşı, mən ona deyəcəm getsin çayxanada qoşulsun o alkaşlara, içib adam cildindən çıxsın. Sizə bu sərf eləyir?

- Nə yapışmısan içməkdən?! - arvad əsəbiləşdi. - O, sənə qədər də elə içən deyildi, nə tutmusan içməkdən?

- Yaxşı, mən ona deyərəm ki, siz onun paltar yumağına icazə vermirsiniz, - Klara elan etdi, hətta yerindən qalxdı, əlindəki tibbi kitabı da kənara qoydu.

Arvad qorxdu.

- Yaxşı, yaxşı! O saat “deyərəm”. Qaçıb gileylənməkdən ötrü ürəyiniz gedir.

- Yaxşı, siz nə təklif edirsiniz? - Klara güclü linzaların arxasından gözlərini qaynanasına zillədi. - Konkret.

- Heç nə. Mən baxıram, sən, əzizim, ərinlə ömür yaşamaq fikrində deyilsən. Əgər, o fikirdə olsaydın, sən onu qoruyardın. Ona yazığın gələrdi. Sən isə, bilmirəm, elə bil istismarçısan, kişini əldən salırsan. Nə çətin işdir sənin üçün su daşımaq?.. O bütün günü traktorda qoldan düşür, evə də gələn kimi başlayır iş görməyə. Bəs bu yazıq nə vaxt dincəlsin?

- Təkrar edirəm: mən onun qayğısına qalıram. Ona nə vaxt, necə yazığım gələcəyini, gəlməyəcəyini də mən bilirəm. Siz burada kişilərin başını buraxırsınız, sonra da qalırsınız onların əlində əsir. Bilmirsiniz neyləyəsiniz.

- İlahi, ilahi! - arvad mızıldandı. - Dad-aman indinin arvadlarının əlindən! Ay-yay!

Sergeyin bu söhbətlərdən xəbəri yoxuydu. Bunları ərinə deməməyə Klaranın ağlı çatırdı.

Su daşımaq, ağları yumaq Sergeyin ən sevimli məşğuliyyətlərindən idi... Arada evə qaçıb arvadının burnundan öpür, onun sanballı əndamının cazibəli cizgilərinə baxmaqdan həzz alırdı. Hərdən ağ xələtini geyinməyi xahiş edirdi Klaradan.

- Niyə axı-ı-ı? - Klara şıltaqcasına nazlanırdı. - Qəribə adamsan e-e!

- Xahiş edirəm, - Sergey israrla deyirdi. - Axı mən onda, birinci dəfə səni ağ xələtdə görmüşdüm. Geyin baxım: mənim bundan ötrü ürəyim gedir, - əlini ürəyinin üstünə qoyurdu. - Xahiş edirəm, Klarnetik. - O, arvadına “Klarnetik” deyirdi. Ya da ucadan çağırmaq lazım olanda: Klarnet! - deyirdi.

Klara xələtini geyinirdi, onlar məzələnirdilər:
- Haran ağrıyır? - Klara soruşurdu.
- Buram, - Sergey ürəyini göstərirdi.
- Çoxdan?
- Artıq... Yetmiş beş gündür!
- İcazə verin, - Klara qulağını Sergeyin sinəsinə sıxırdı. Sergey onun rəngli saçlarının iyini ciyərlərinə çəkirdi. Yenə də həyəcandan və sevincdən onun başı azacıq hərlənirdi. O, “həkimi” qucaqlayıb ora-burasını sıxışdırır və öpməyi xoşladığı qəşəng burunu dodaqları ilə axtarırdı.

- Olma-a-az, - Klara müqavimət göstərirdi, - həkimi... olma-a-az! - Deyəsən, ərinin həmişə eyni tutumda təkrarlanan nəvazişi onu bezdirirdi.

“İlahi, bu xoşbəxtliyə məni necə layiq gördün?! - Sergey həyətə çıxıb paltaryuyan aparatın yanına gedə-gedə fikirləşirdi. - Birdən mən buna tablamaram, ağlım çaşar, başıma hava gələr. Ya da tamam əldən düşüb zəifləyərəm”.

Onun ağlı çaşmadı. Gözlənilməz, ayrı hadisə baş verdi.

Sergeyin əmisi oğlu Slavka tətilə gəldi. Slavka böyük şəhərdə texniki institutda oxuyurdu. Qohum-əqrəba onunla fəxr edirdi və tətilə gələndə Slavkanın atası Nikolay əmi qonaqlıq verirdi. İki dəfə elə olmuşdu, indi Slavka üçüncü kursda idi. Yenə yığışmışdılar, Srgeylə Klaranı da çağırmışdılar.

Əvvəldə hər şey əla gedirdi. Qolları pırpıralı çəhrayı don geymiş Klaranın sinəsində qızıl zəncirdən sallanan medalyon-saat, saçları bahalı mis rəngində bərq vurur, eynəyi parıldayır... Bu eynəyə görə Sergey onu necə sevirdi! Göz gəzdirib hamıya nəzər salandan sonra arvadına baxanda yenə də ürəyi sevincdən atlanırdı: stol arxasında hamıdan seçilirdi, qürurla oturmuşdu, ağıllı, tərbiyəli və sayğılı-sanballı. Slavkanın da Klaranı hamıdan seçərək stol üzərindən məhz onunla danışması Sergeyin xoşuna gəlirdi. Əvvəlcə ordan-burdan danışdılar, sonra birdən maraqlı söhbət alındı və stol arxasında hamı səsini kəsib onları dinləməyə başladı.

- Yaxşı, yaxşı, - hamının onları dinlədiyini qulağı ilə duyan Slavka deyirdi, - biz, texnokratlar, haqqımızda deyildiyi və yazıldığı kimi, quru adamlarıq... Mən bunu dəqiqləşdirmək istərdim: quru yox, konkret. Çünki bizim fikrimizcə, hər şeyin fundamentində cənab Fakt dayanır.

- Bəli, elədir. Ancaq bir çox hallarda faktın arxasında onlardan heç də az konkret olmayan canlı insanlar durur, - hamının onları dinlədiyini qulağı ilə duyan Klara da ona etiraz etdi.

- Heç şübhəsiz! - təmkin dolu təbəssümün içindən texnokrat Slavka atəşi davam etdirdi. - Ancaq həmişə faktın arxasında konkret adamların dayandığını nəzərə alıb buna istinad etsək, onda elm və texnika yerində sayar. Onda biz ölü nöqtədən tərpənə bilmərik!

Klara şüşəsi, misi və qızılı ilə bərq vura-vura buna cavab verdi:

- Deməli, tibb elmi əsasən sizin arxanızca meyit yığışdırmaqla məşğul olmalıdır? - Bunu o çox sərrast dedi, odur ki, stol arxasında tam sakitlik yarandı.

Slavka bir anlığa çaşdı, ancaq özünü toplayıb guruldatdı:

- Bəli, başqa yol yoxdur, - o dedi. - Yalnız qurbanlar bahasına bəşəriyyət təbiətin bütün zənginliklərini mənimsəyə bilər.

- Bu ki şarlatanlıqdır, - ümumi sakitlikdə actaca, nəsə xüsusi bir məna ilə Klara dedi.

Slavka gülmək istədi, ancaq gülüşün saxtalığını özü də əvvəlcədən hiss etdiyindən əsəbiləşən kimi oldu.

- Şarlatanlıq niyə olur? Mənim bildiyimə görə şarlatanlıq tibbə və yalnız tibbə xas olan xüsusiyyətdir.
- Siz icazəsiz abortları nəzərdə tutursunuz?
- Təkcə onları yox...

- Ara həkimliyi ilə məşğul olanları? Həmişəlik yadınızda saxlayın ki, - Klara israrla, hirslə və nəsihətamiz bir tərzlə danışmağa başladı, - hətta soyuqdəymədən burnu axan bir adamı buna müvafiq hüququ olmadan müalicə edən hər kəs potensial cinayətkardır. - Onun nitqində bu “cinayətkar” sözü xüsusi dəqiqlik və kəskinliklə səsləndi. Özü də kənddə cürbəcür otlarla, cövhər və şirələrlə adamları müalicə edən qarıların yanında bu sözlər ikiqat kəskinliklə səsləndi... Hamı Klaraya baxırdı. Sergey başa düşdü ki, bundan sonra onun arvadına hörmət edəcəklər, ondan qorxacaqlar. O, sevinirdi. Özünün bu eynəkli tanrısı önündə dualar oxuya-oxuya qışqırmaq, hamıya demək istəyirdi: “Hə, nə oldu, aldınız payınızı?! Ağzınıza gələni danışırdınız!” Ancaq Sergey qışqırmadı, yenə ağladı. Əsəblərindən özü də baş çıxara bilmirdi. Tez-tez ağlayırdı. O, göz yaşlarını xəlvətcə silib siqaret yandırdı.

Slavka nəsə yenə deyirdi, ancaq daha stol arxasında da danışmağa başlamışdılar: Slavka uduzdu. Kimi Klaraya sual verir, kimi də onunla qədəh toqquşdurmağa çalışırdı. İricüssəli qohumlardan biri, Yeqor dayı əyilib Sergeyin qulağına pıçıldadı:

- Ona necə müraciət etmək olar?
- Nikanorovna. Klavdiya Nikanorovna.
- Klavdiya Nikanorovna! - Yeqor dayı qalın səsilə başqa səsləri kənara itələyə-itələyə dedi. - A Klavdiya Nikanorovna!..

Klavdiya stol arxasındakı bu təpəyə sarı döndü.
- Bəli, mən sizi dinləyirəm. - Aydın, dəqiq, tərbiyəli.
- Siz bizim qohumumuzla evlisiniz, hm-m... Ancaq biz heç toy eləmədik. Bu bizim adət-ənənəyə nəsə bir az uyğun gəlmir...

Klara verilən sualları bir an belə düşünmədən cavablandırırdı. Ümumiyyətlə, Klara sanki öz zirvəsində idi. Hamının diqqət mərkəzində olduğunu duyaraq o, sözləri və təbəssümü sağ, sol bilmədən paylaşır... Hamı heyranlıqla ona baxır, ona baxmaqdan zövq alır, kimisi gizlicə qibtə edir, o isə öz ətrinin dalğalarını, lətafətini və mədəniyyətini hər tərəfə yayır. Yeqor dayının sualına da Klara moruq rəngli dodağını azacıq əyməklə gülümsündü... Baxışlarını texnokrat Slavkanın üzündən sürüşdürüb Yeqor dayıya sözünü bitirməyə imkan vermədən dedi:

- Toy keyfiyyət göstəricisi deyil. Bu, - Klara stol üzərində qolunu qaldırıb barmağındakı qızıl üzüyü göstərdi, - yalnız müəyyən rəmzi məna daşıyır, amma zəmanət vermir. Ailə həyatının möhkəmliyi toyda içilmiş butulkaların sayı ilə ölçülmür.

Bu gün o, sanki qatbaqat açılırdı! Hətta Sergey də öz arvadını indiyədək belə görməmişdi. Yox, o, həqiqətən bu gün zirvələrdə, çox yüksəkdə idi. Köntöylüyü ilə özünü biabır etmiş Yeqor dayı hər tərəfdən qınaq atəşinə tutuldu:
- Aldın payını?! Di get...
- Hə, Yeqor, yoldumu səni?! He-he!..
- Adət-ənənədən yapışıb! Səni adətlə belə yolmalayarlar ha-a... Yaxşısı budur arağın üstündən ağzına bir şey qoy. Al, ye!

Arvadına görə sonsuz sevinc və qürur hissi keçirən Sergey yəqin ki, o gün normadan bir qədər çox içdi. Elə bil onun çiyinləri evin üzbəüz divarlarına toxunmağa çatacaq qədər şişib enləndi; sevinci çox böyük idi, qarşısına çıxan hər kəsi qucaqlamaq, öpmək istəyirdi. O ağlayırdı, oxumaq istəyirdi, gülürdü... Sonra həyətə çıxıb başını əlüzyuyanın altına soxaraq islatdı və evə bitişik damçaya girdi ki, oturub orada siqaret çəksin, həm də baş-gözü qurusun. Hava qaralmağa başlamışdı, həyətdə hərdən yüngül meh diksinirdi. Təmiz havada Sergey tezliklə özünə gəldi və fikirləşməyə başladı. Əslində, fikirləşmirdi, necəsə bütün ruhu və bədəni dincəlirdi. Çox qəribə, möcüzəli bir sakitlik onu öz ağuşuna almışdı: o sanki zamanın rəvan və güclü axarına qoşulub harasa üzürdü. Fikri də çox sadə və aydın idi: “Budur, yaxşı yaşayıram”.

Birdən o, evin pilləkənlərində iki nəfərin tələsik danışığını eşitdi. Onun ürəyi sancdı, arvadının səsini tanımışdı. O, nəfəsini içinə çəkib gözlədi. Hə, bu, Klaranın səsi idi. İkinci isə Slavkanın. Damça çardağının altında taxta arakəsmə vardı, Klara ilə Slavka arakəsməyə çatanda dayandılar. Belə alındı: Sergey bir tərəfdə kürəyini arakəsməyə söykəyib oturmuşdu, onlar isə o biri tərəfdə idi... Daha doğrusu, onlar Sergeyə o qədər yaxın idilər ki, bu məsafədən nəinki kiminsə səsini və ya pıçıltısını, əlləşməsini, hətta özgə ürəyinin döyüntüsünü də eşitmək mümkün idi. Bu yaxınlıq əvvəlcə Sergeyi elə çaşdırdı, qulaqlarını elə batırdı ki, o, sanki çarpayının altında uzanmış adam kimi nə əlini, nə də ayağını tərpədə bildi.

- Körpəciyim mənim! - Klara astadan, nazla və çox tanış nəfəslə deyirdi. - Sən niyə tələsirsən? Tələsmə. Qoy mən səni... - Maç-muç. Nə qədər tanış! Nə qədər oxşar! Nə qədər yaxın... - Canım mənim. Möcüzəm mənim... - Maç-muç. - Şirinim...

Onlar orada qucaqlaşırdılar və arada Sergeyi arakəsmə qarışıq itələyirdilər. Slavka tələm-tələsik nəsə mızıldanırdı, nəsə soruşurdu, Sergey onun sözlərini buraxıb eşitmirdi. Klara astaca gülür və deyirdi:

- Dadlım mənim... Hara, hara?! Ay səni, dəcəl! Burnumdan öp.

“Bu belə olurmuş, - Sergey dəhşətlə, iyrənə-iyrənə və ağrı ilə bunu anlamağa başlayırdı. - Deməli, belə olurmuş!” Adı və mənası olan canlı nə varsa, hamısı uçuruma yuvarlandı və Sergeyin gözləri önündəcə qara bir xəndək yaranmağa başladı. Ad da, məna da yox oldu, yalnız qara xəndək qaldı. “İndi daha fərq etməz”, - Sergey fikirləşdi və xəndəyə tullandı.

- Klarneti-ik, bu mənəm, Serıy, - birdən Sergey avazla dedi. Elə bil nağıl danışırdı və o yerə çatmışdı ki, orada tülkü xoruzun evinə yaxınlaşıb elə deyirdi. - Ay-yay! - Sergey o ahəngdə davam etdi. - İndi mən sizi öldürəcəyə-ə-ə-əm.

Sonrası yuxuda baş verirmiş kimi qarmaqarışıq oldu: Sergeyin gözünə müxtəlif şeylər, adamlar görünürdü. Gah o harasa qaçırdı, gah da adamlar qışqırışırdı. Öz bədəninin ağırlığını, ümumiyyətlə canını hiss etmirdi. Baltanı haradan tapdığı da yadında deyildi. Ancaq bir şey onun yaddaşında möhkəm qalmışdı: Klaranın çəpərin üstündən tullanmağı. Çəpərdən tullananda Klaranın dağılmış saçları sarışın at yalı kimi şahə qalxmışdı... Elə bil alov püskürməsi idi. Və bu uçuş anı Sergeyin yaddaşına möhkəm oturmuşdu. Sonralar öz keçmiş arvadını xatırlayanda hər dəfə onun gözü önündə məhz bu uçuş canlanırdı: həm gülməli, həm də ağlamalı.

Həmin axşam hər şey birdən qurtardı... Adamlar da birdən yoxa çıxdı. Sergey, əlində balta, tək qaldı. O, baş verənləri böyük ürək ağrısı ilə yavaş-yavaş dərk etməyə başladı. Getdikcə güclənən ağrı nəfəsini kəsirdi. “Bu nədir, hə? Nə deməkdir?! Niyə belə olur, hə?” - Sergey özünə sual verirdi. Sol əlini şüvülün üstünə qoyub balta ilə barmaqlarını vurdu. Orta və şəhadət barmaqları sıçrayıb kənara düşdü. Sergey baltanı tullayıb xəstəxanaya yollandı. İndi heç olmasa harasa getmək lazım idi. Əlini köynəyinin ətəyinə bükdü.

O vaxtdan kənddə onu hamı “Barmaqsız” deyə çağırmağa başladı.

Klara elə həmin gecə çıxıb getdi; sonradan onun pasport və əmək kitabçasını da arxasınca harasa göndərdilər... Slavka da kənddən getdi və daha tətilə gəlmədi. Sergey əvvəlkitək traktorunu sürur, şikəst əli ilə əvvəlkindən pis idarə etmir traktorunu. Klara haqqında heç vaxt heç kimlə danışmır. Yalnız bir dəfə ona görə kişilərlə ağızlaşdı.

- Sənə deyirdilər, Sergey: həyasızdır o...
- Nə həyasız, e-ey? - birdən Sergey coşdu. – Həyasızlığın məsələyə nə dəxili var?
- Bəs necəydi? Yaxşıydı?
- Yaxşı-pisin bura dəxili yoxdu! Məsələ həyasızlıqda deyil.
- Bəs nədədi?
- Heç nədə! Bilmirəm nədədi... Ancaq həyasızlıqda deyil. Axı nəsə başqa sözlər də var... Yox, elə bunlar yapışıb: həyasız, həyasız! Bəlkə, əksinə, yaxşıymış, xeyirxahıymış: əmioğlumun könlünü oxşamaq istəyirmiş.

- Sergey, sən onu necə?.. Sevirdin?.. Bəs birdən indi qayıdıb gəlsə, bağışlayarsan? - maraqla ondan soruşdular.
Segey susdu. Cavab vermədi.
Onda kişilər özləri başladılar müzakirə etməyə.
- O, axmaq-zaddı, təzədən qayıdıb gələ?
- Niyə ki?! Fikirləşər ki, Sergey onu sevirdi...

- Sevirdi, sevirdi. Sergey sevirdi, o isə sevmirdi. O, pozğun adamıydı, birinə qane olmaz. Bir adam ki, cavanlıqdan pis yola düşdü, qurtardı getdi, çətin düzələr. İstər kişi olsun, istər arvad, eyni şeydi, fərq etməz. Arvad, bir də görürsən, heç istəmir, ancaq özündən asılı olmadan eləyir.
- Ağacın ki içini qurd yedi, sonra zəif meh də onu laxladacaq.
- Bunların başını çox buraxıblar! - həmişə sözün kəsərlisini deməklə başqalarından seçilən Kostya Bibikov əsəbiliklə donquldandı. - İvan baba deyir: indi bir arvadların, bir də inəklərin işi yaxşı gedir, atlarla kişilərin vəziyyəti isə ağırdır. Düz deyir. Özbaşına buraxılıblar, onlar da ağıllarına gələni eləyirlər. İqnaxa Juravlyovun arvadı neylədi? İçdi kefləndi, kişini rüsvay elədi. Sonra yenə onun üstünə düşdülər ki, niyə qoyurdun çox içsin?! Eləcə!..

- Cavanlar isə tamam yollarını azıb. Baxırsan qız uşağıdı, ancaq o da gedi-ir... Tfu!
Sergey bir qıraqda oturmuşdu, daha söhbətə qarışmırdı. Dişində tutduğu ot çöpünü dodaqları arasında oynada-oynada harasa uzağa baxırdı. Fikirləşirdi ki, neyləmək olar, görünür, həyatda bunu da dadmaq lazımmış. Ancaq əgər bir də belə fırtına qopsaydı, o yenə də qollarını geniş açıb onun qarşılamağa çıxardı. Çünki hər necə də olsa, həmin günlər onun üçün bir bayram idi. Əlbəttə, bayramdan sonra səhərin başağrısı da mütləq olur. Orası elədir. Ancaq bayram olmuşdumu? Olmuşdu. Vəssalam, qurtardı getdi.
Oxşar xəbərlər
15:35, Bu gün
"Bu, xalqımız üçün əvəzolunmaz böyük bir xoşbəxtlikdir" - Tamam Cəfərova
15:30, Bu gün
“Bakcell” maraqlı paylaşım edib
15:25, Bu gün
Parlamentin növbəti iclasının vaxtı və gündəliyi - SİYAHI
15:20, Bu gün
Sumqayıtda yeddi yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi - FOTO/VİDEO
15:15, Bu gün
Paşinyanın 8 kənd etirafı: Sülh İrəvanın öhdəliklərinə əməl etməsindən asılıdır - ŞƏRH + FOTO
15:10, Bu gün
Azərbaycan - İngiltərə oyununun hakimləri açıqlandı
15:06, Bu gün
Azərbaycanda bu kanala lisenziya VERİLDİ
15:01, Bu gün
"ABŞ İsrailin Rafahda hərbi əməliyyata başlamayacağına bel bağlayır" - Sallivan
14:55, Bu gün
Putinin qələbəsindən sonra... – TƏHLİL
14:50, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir”
14:45, Bu gün
Ermənilərin son ümidi: Qərb və Rusiya Qarabağa görə yenə bir araya gələcək?
14:40, Bu gün
AYNA taksi sürücülərinə xəbərdarlıq etdi - FOTO
14:35, Bu gün
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
14:30, Bu gün
Riki Martinlə duet oxumaq istəyən Roza: "Mənə 25 000 AZN ödəyib duet oxuyublar" - VİDEO
14:25, Bu gün
Bəşəriyyətin mənəvi dəyəri...
14:20, Bu gün
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” - Xalq artistindən etiraz
14:15, Bu gün
Bayram günlərində bölgələrdə qar yağacaq
14:10, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirildi - VİDEO
14:04, Bu gün
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
14:00, Bu gün
Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
13:55, Bu gün
Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı
13:50, Bu gün
Folklorşünas: “Novruz ölülərin də bayramıdır” - MÜSAHİBƏ + FOTO
13:45, Bu gün
NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat
13:40, Bu gün
Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
13:35, Bu gün
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
13:30, Bu gün
Bakıda bankdan oğurluq edilməsinin qarşısı alındı - FOTO/VİDEO
13:25, Bu gün
Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb
13:22, Bu gün
Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
13:20, Bu gün
Mingəçevirdə 200 min manatlıq dələduzluğun üstü açılıb
13:16, Bu gün
Yazın ilk gününün hava proqnozu AÇIQLANDI
13:13, Bu gün
Paşinyan aktiv tiktoker olmaq qərarına gəldi
13:11, Bu gün
3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ! 
13:08, Bu gün
Bu partiyanın rayon şöbəsinin sədri narkotikə görə SAXLANILDI - FOTO
13:05, Bu gün
"Rusiya Ukraynada "sanitar zona" yaratmağa məcbur olacaq" - Putin
13:00, Bu gün
İran hökuməti onlarla yeni zindan tikir - FOTO
12:55, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
12:53, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
12:50, Bu gün
“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:46, Bu gün
“Xəritədə işğal altında olan bölgələri cücərtmirdim, indi isə...” - qeyri-adi səmənilər cücərdən qadın - FOTO + ÖZƏL
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
Niyə başqalarının özəl həyatına müdaxilə edirik?
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
18 Mar 2024 | 17:25
"İsrail Qəzzada aclığa təhrik edir və əsl qətliam törədir" - Jozep Borrel
18 Mar 2024 | 16:04
"Cənab Kim savaş axtarır, ABŞ tezliklə qərar verməlidir" - "The New York Times"
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
18 Mar 2024 | 17:25
"İsrail Qəzzada aclığa təhrik edir və əsl qətliam törədir" - Jozep Borrel
18 Mar 2024 | 16:04
"Cənab Kim savaş axtarır, ABŞ tezliklə qərar verməlidir" - "The New York Times"