Xəbər lenti
23/01/2021 [01:57]:
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
23/01/2021 [01:46]:
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - “Qaraca qız” filminin Xədicəsi...
23/01/2021 [01:04]:
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”
23/01/2021 [00:50]:
“Paşinyanın məşuqəsi Anna Hakopyan Rusiya sərhədindən hansı əsasla keçib..?”
23/01/2021 [00:45]:
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
23/01/2021 [00:07]:
“Yeni mutasiya əvvəlkindən daha ölümcüldür” - Boris Conson
23/01/2021 [00:05]:
Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək
23/01/2021 [00:01]:
Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı
22/01/2021 [23:59]:
Fransada istifadə olunan peyvəndin 130-dan çox əlavə təsiri aşkarlanıb
22/01/2021 [23:31]:
“Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”
22/01/2021 [23:22]:
Sabah Rusiyada ara qarışa bilər - Kreml təhlükə barədə xəbərdarlıq etdi
22/01/2021 [23:01]:
Azad Rəhimov komaya DÜŞDÜ
22/01/2021 [22:59]:
Leyla Əliyevadan valideynlərinin evlilik ildönümü ilə bağlı paylaşım - FOTO
22/01/2021 [22:58]:
Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”
22/01/2021 [22:53]:
Təhsil naziri şagirdlərin dərslərində geriləmələri barədə fikirlərə münasibət bildirdi
22/01/2021 [22:47]:
Qənirə Paşayeva şəhid gizirin ailə üzvlərinə bir daha baş sağlığı verib
22/01/2021 [22:47]:
Ombudsman 2 saylı İstintaq Təcridxanasına baş çəkib
22/01/2021 [22:37]:
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
22/01/2021 [22:35]:
Bill Qeyts peyvənd olundu
22/01/2021 [22:30]:
Azərbaycanda iki Livan əslli erməni terrorçusuna qarşı cinayət işi başlandı
22/01/2021 [22:30]:
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
22/01/2021 [21:42]:
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
22/01/2021 [21:25]:
Cəbhədən “sürətli qaçışla” ad qazanmış fərari erməni könüllülər hökumətlə pul davasına çıxdı
22/01/2021 [21:23]:
“Game of Thrones” serialının daha bir prikveli çəkilir
22/01/2021 [21:19]:
Rusiya yeni "Niva" avtomobilini təqdim etdi...
22/01/2021 [21:15]:
"PAŞA Bank işğaldan azad olunan rayonlarda kiçik sahibkarlığın inkişafına yardımçı olacaq"
22/01/2021 [21:13]:
Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı
22/01/2021 [21:12]:
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
22/01/2021 [21:07]:
Elza Seyidcahan şəhidlərə mahnı bəstələdi - VİDEO
22/01/2021 [21:00]:
İsraillə Livan arasında gərginlik: Ərəb ölkəsinə məxsus pilotsuz təyyarə vurulub
22/01/2021 [20:54]:
Türkiyədə koronavirusu bir dəqiqədə məhv edən dərman hazırlandı
22/01/2021 [20:51]:
İran neft məhsulları ixracında böyük nailiyyətlər qazanıb
22/01/2021 [20:50]:
"Roma"ya texniki məğlubiyyət verildi
22/01/2021 [20:48]:
Lloyd Ostin Pentaqonun yeni rəhbəri oldu
22/01/2021 [20:35]:
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
22/01/2021 [20:34]:
“Ermənistanın iqtisadi xilası üçün yalnız bir yol var, bu da ondan ibarətdir ki...”
22/01/2021 [20:27]:
Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir
22/01/2021 [20:24]:
"Unutmaq lazım deyil ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 5 ölkəsindən biridir"
22/01/2021 [20:23]:
Donald Trampın impiçmenti qətnaməsi Senata göndəriləcək
22/01/2021 [20:21]:
Almaniyada koronavirusun Braziliya ştammı aşkarlanıb
22/01/2021 [20:20]:
Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib
22/01/2021 [20:14]:
"Rusiya tarixən öz verdiyi sözü tutmayan  dövlət kimi yaddaşlarda qalıb...”
22/01/2021 [19:51]:
“Onların kin və nifrətinin hədəfində hər zaman türk xalqları olub”
22/01/2021 [19:37]:
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib - FOTO
22/01/2021 [19:35]:
"Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edilib
22/01/2021 [19:33]:
Cəlilabadda kişi arvadını yatdığı yerdə qətlə yetirib
22/01/2021 [19:30]:
Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub
22/01/2021 [19:28]:
2020-ci ildə ARDNF investisiya portfelini artırıb
22/01/2021 [19:21]:
AKP-çi dən şok: Bayden kürddür, əsli İrəvandandır!
22/01/2021 [19:17]:
"Mənə baxa bilməyən kişiyə ərə getməkdənsə, tək qalaram..."
22/01/2021 [19:01]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [18:57]:
Erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirildi - Həzi Aslanovun müəmmalı ölümü...
22/01/2021 [18:54]:
Hərbçilərin maaşı azaldılıb? - Nazirlik açıqladı
22/01/2021 [18:48]:
"Hərbi qulluqçuların xidmət illərinə görə pensiya təyinatı zamanı ortada olan bəzi haqsızlıqlar aradan qaldırılsın"
22/01/2021 [18:46]:
Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib - FOTO
22/01/2021 [18:43]:
Azərbaycanın strateji valyuta ehityatları 50 milyard dollara yaxınlaşıb
22/01/2021 [18:34]:
Nailə İslamzadəyə ağır itki üz verib
22/01/2021 [18:33]:
Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlanıb
22/01/2021 [18:31]:
Ceyhun Bayramov Gürcüstanın XİN rəhbərini təbrik etdi
22/01/2021 [18:31]:
Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edilib
22/01/2021 [18:22]:
Erməni əsgərlər MN binası önündə aksiya keçirir
22/01/2021 [18:18]:
Könül Xasıyeva onu sevən məmurdan danışdı: “Vəsiyyət edib ki, məzar daşına...“
22/01/2021 [18:15]:
Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi
22/01/2021 [18:06]:
Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşdı
22/01/2021 [18:05]:
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi
22/01/2021 [17:59]:
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
22/01/2021 [17:51]:
Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? - Gözlər Ali Məhkəmədə...
22/01/2021 [17:44]:
Azərbaycanda vəkil koronavirusdan vəfat edib
22/01/2021 [17:43]:
Keçmiş nazir yeni vəzifəyə təyin olundu
22/01/2021 [17:41]:
"Onu 2 il əvvəl məcbur evləndirdilər, öz toy gecəsi mənim yanıma gəlmişdi..." - VİDEO
22/01/2021 [17:36]:
Erməni təxribatı nəticəsində Tərtərdə ziyan dəyən obyektlərin sayı AÇIQLANDI
22/01/2021 [17:34]:
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün konfrans keçirildi
22/01/2021 [17:07]:
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO
22/01/2021 [17:05]:
Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA
22/01/2021 [17:04]:
Rusiyada mitinqöncəsi həbslər: 22 nəfər saxlanıldı
22/01/2021 [17:03]:
Ermənistan təkcə bu il Qarabağdan 13.5 milyon dollarlıq elektrik oğurlamağı planlaşdırmışdı...
22/01/2021 [17:01]:
Tanınmış prodüser aparıcı oldu – VİDEO
22/01/2021 [17:00]:
Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər barədə məlumat yayıb - FOTO
22/01/2021 [16:57]:
"Heydər Əliyev Fondunun yeni layihəsi Böyük Qayıdışı daha da yaxınlaşdırır"
22/01/2021 [16:52]:
"ABŞ Türkiyədə sui-qəsd planları hazırlayır..." - Türkiyə hərbi kəşfiyyatının keçmiş rəisindən sensasion iddia
Bütün arxiv bir sırada
24/11/2020 [11:11] - Cəmiyyət - ( 1043 dəfə baxılıb)

Əziz Mirəhmədovun kitabşünaslıq görüşləri



ƏZİZ MİRƏHMƏDOV - 100 

Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2002) görkəmli Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, mətnşünası və kitabşünasıdır. 1943-1948-ci illərdə ADU-nun baş müəllimi, 1949-1951-ci illərin əvvəllərində “Azərnəşr”də baş redaktor vəzifəsində çalışmışdır. Əsasən o, “Azərnəşr”də klassik ədəbiyyatın redaktəsi məsələlələri ilə məşğul olmuşdur. 1959-cu ildə SSR Yazıçılar İttifaqının üzvü seçilir, 1959-1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, 1960-1963-cü illərdə Azərbaycan KP MK-da Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini, 1963-1964-cü illərdə orada ideologiya üzrə şöbə müdirinin birinci müavini, 1976-cı ildə filologiya elmləri doktoru, 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-1981-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini və 1981-1985-ci illərdə direktor, 1982-ci ildə Azərbaycan SSR Elm xadimi, 1964-2002-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu mətnşünaslıq şöbəsinin müdiri vəzifələrində şərəflə çalışmışdır. 
Əziz Mirəhmədov elmi fəaliyyətə 1940-cı ilin əvvəllərində çap olunan kitablara, əsərlərə dair resenziyalar yazaraq başlamışdır. İlk məqalələri Mir Cəlalın hekayələri, Süleyman Rəhimovun “Medalyon” povesti, Süleyman Rüstəmin şeirləri, Məmməd Rahimin lirikası, Ə.Dəmirçizadənin “Dədə Qorqud” tamaşası, Əli Nəzminin satiralarına həsr olunmuşdur. 
Artıq keçən əsrin 50-ci illəri Əziz Mirəhmədovun tədqiqatlarının daha da genişləndiyi dövr kimi xarakterizə oluna bilər. Bu illərdə o, bir neçə sanballı, iri həcmli monoqrafiyalar yazaraq oxuculara təqdim etmişdir: “Mirzə Fətəli Axundov” (1953), “Abdulla Şaiq” (1956), “M.Ə.Sabir” (1958), “Məhəmməd Hadi” (1962) və s. Təbii ki, bu monoqrafiyalar əhatəli elmi araşdırmaların nəticəsi kimi qeyd oluna bilər. 
Əziz Mirəhmədov Respublika EA Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanan üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin aparıcı müəlliflərindən və elmi redaktorlarından biri olmuş, bu cild üçün “Dövrün tarixi, mədəni xülasəsi (1900-1917-ci illər)”, “Mətbuat”, “XX əsrin əvvəllərində ədəbi hərəkat”, “Tənqid realizmi” fəsillərini, “M.Ə.Sabir”, “Mirzəli Möcüz”, “Məhəmməd Hadi” oçerklərinin müəyyən bir hissəsini yazmışdır. 
Ə.Mirəhmədovun ən sanballı əsərlərindən biri “Azərbaycan Molla Nəsrəddini” kitabıdır. Görkəmli alim bu kitabında “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədquluzadənin 1902-1907-ci illər arasındakı publisist və jurnalist fəaliyyətini, sosial-siyasi tarixi şəraitlə əlaqələndirmiş “Molla Nəsrəddin” redaktorunun ədəbi həyatda və ictimai-siyasi mübarizədəki mövqeyini zəngin tədqiqat materialı əsasında şərh etmişdir. 
İlk məqaləsi 1935-ci ildə dərc edilən alimin sonralar 450-dən çox elmi-tənqidi və publisist əsərləri, müəllifi olduğu 17 monoqrafiyası (2002-ci ilə qədər) çap edilərək işıq üzü görmüşdür.  Alimin elm, mədəniyyət, mətbuat aləmində daha geniş tanınmasında onun kitab və kitabçılıq işi, ümumiyyətlə, kitabşünaslıq səhəsindəki tədiqatları xüsusi rol oynamışdır. 
Ə.Mirəhmədov elmi fəaliyyətində kitab və kitabçılıq işinin öyrənilməsinə böyük əhəmiyyət verərək elə kitabşünaslığa dair öz nəzəri, elmi fikirlərini bu istiqamətdə başlamışdır. Belə ki, o, öz elmi əsərlərini əlyazma kitablarının meydana gəlməsi, istehsalı və yayılmasına yönəltmişdir. Onun kitab və kitabçılıq işinin bir çox aspektlərinə dair qiymətli fikirləri ilk böyük elmi məqaləsində öz əksini tapmışdır. Ə.Mirəhmədovun bu məqaləsi “Azərbaycan kitabı” adlı biblioqrafiyanın I cildində dərc edilmiş “Müqəddimə”dir. Giriş məqaləsi kimi yazılmış bu elmi əsər 34 səhifə həcmindədir. O, bu yazısında kitabın bəzi funksiyalarına öz münasibətini müəyyən dərəcədə bildirmişdir. Məsələn, Ə.Mirəhmədov yazır: “Kitab mədəni irsin, xalqın mənəvi sərvətinin qiymətli bir hissəsi, siyasi-ideoloji mübarizənin qüdrətli vasitəsidir. Kitablar bizim müdrik babalarımızın yadigarı, tarixin canlı şahidləridir”. 
Əziz Mirəhmədov həmçinin “Müqəddimə”də yazı və yazı materialları, əlifba, kitab istehsalı, əlyazma və çap kitabının yaranma tarixi, ümumdünya konktekstində Azərbaycan kitabının yaranma və inkişaf tarixini əhatəli şəkildə araşdırır və maraqlı elmi mülahizələr irəli sürür.       
Əziz Mirəhmədovun kitabşünaslıq sahəsindəki böyük rolunu prof.B.V.Allahverdiyev belə dəyərləndirir: “Oktyabr çevrilişinə qədərki dövrdə Azərbaycan əlyazma və çap kitablarının yaranması və inkişafı, Azərbaycan sovet kitab mədəniyyətinin aktual problemləri, milli mətbuatın inkişafında C.Məmmədquluzadənin rolu, klassik yazıçı və şairlərimizin əsərlərinin toplanması, öyrənilməsi və nəşri, habelə bir sıra digər kitabşünaslıq problemləri görkəmli ədəbiyyatşünas və kitabşünas Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru Ə.Mirəhmədovun elmi yaradıcılığında xüsusi yer tutur. Onun Azərbaycan kitab mədəniyyəti ilə əlaqədar olan elmi tədqiqatları müasir kitabşünaslığın inkişafına güclü təkan və elmi istiqamət vermişdir”. 
“Mükəmməl mətn olmayan yerdə mükəmməl elm də yoxdur” (Əziz Mirəhmədov). Azərbaycanda yazı, yazılı abidələr, əlyazma kitabının yaranması, inkişafı, istehsalı, tərtibatı və yayılması sahəsindəki fəaliyyətini genişləndirən Ə.Mirəhmədovun “Из истории Азербайджанской дореволюционной книги” adlı iri həcmli elmi məqaləsində kitab tarixi, kitab nəşri, kitabın istehsalı və yayılması, kitabın seriyalı nəşrləri, kitab və oxucu, kitab  və mütaliə, kitabın tərtibatı və s. kimi kitabşünaslıq problemlərini işıqlandıran nüfuzlu elmi məcmuədə  - “Книга: Исследования и материалы” dərc etdirmişdir. 
Görkəmli Azərbaycan kitabşünas alimi Ə.Mirəhmədov ilk dəfə keçmiş Ümumittifaq, başqa sözlə (keçmiş) sovet oxucusunu Azərbaycan kitab və kitabçılıq işinin mühüm inkişaf nailiyyəti ilə tanış etmiş, beynəlxalq aləmdə Azərbaycan yazı, əlyazma kitabı, onların inkişaf xüsusiyyətləri, yayılması, kitab çapının meydana gəlməsi, mətbəə və nəşriyyatların yaranması və fəaliyyəti, görkəmli Azərbaycan kitabşünaslarının elmi yaradıcılıqlarını təhlil və şərh etməklə böyük kitabşünas alim kimi nüfuz qazanmışdır. 
“Из истории Азербайджанской дореволюционной книги” adlı iri həcmli elmi məqaləsində alim qeyd edir ki, bütün bu çətinliklərə baxmayaraq Azərbaycan xalqı öz yazısını, kitab mədəniyyətini inkişaf etdirmişdir. O, göstərir ki, hələ XI əsrdə “Kitabi Dədə Qorqud”la bərabər Xətib Təbrizinin, Bəhməniyar İbn Mərzbanın “Məraitül-möcudat”, “Məbədüt-təbiət”, “Əlbehcət vəs-səadət” əsərləri və onların əlyazmaları, Xaqaninin “Töhfətül-İraqeyin”, Nizaminin “Xəmsə”si və əlyazmaları, yüzlərlə digər sahələrə dair Azərbaycan kitabının əlyazmaları olmuş və bu kitablar dünyanın bir çox ölkələrinin qədim muzey və kitabxanalarına gedib çıxmış və indi də həmin kitab xəzinələrini bəzəyir. Öz dərin məzmunu, elmi, bədii əhəmiyyəti ilə dünya oxucularını heyran edir. 
Əziz Mirəhmədov “Kitab mədəniyyətimiz yeni mərhələdə” adlı məqaləsində Azərbaycan Böyük Oktyabr sosialist inqilabına qədərki dövrdə mətbəələrin yaranması, naşirlərin kitabın nəşri və yayılması sahəsindəki fəaliyyətlərini təhlil edir, Azərbaycanın görkəmli yazıçı və şairlərinin – A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabinin və digərlərinin kitab nəşr etmək, mətbuat, nəşriyyat açmaq, kitab tərtib etmək kimi kitab və kitabçılıq işi sahəsindəki xidmətlərini ilk dəfə geniş şəkildə öyrənmiş, ümumiləşdirmiş və çox böyük elmi əhəmiyyəti olan mülahizələr irəli sürmüşdür. Həmçinin o, nəşriyyat sahəsində fəallıq göstərən Orucov qardaşları, N.Vəzirov, İ.Aşurbəyli, Ə.Müznib, M.Mikaylov, M.Mirbağırov və b. kitab və kitabçılıq işi sahəsindəki fəaliyyətlərini də ümumiləşdirmiş, maraqlı, yeni və əhəmiyyətli fikirlər söyləmişdir. 
Beləliklə də, Ə.Mirəhmədov Azərbaycan kitab mədəniyyəti və nəşriyyatlarının fəaliyyətinə dair qiymətli əsərlər yazmış, Azərbaycan kitabşünaslığını əhəmiyyətli dərəcədə inkişaf etdirmişdir. 
Ümumiyyətlə, Ə.Mirəhmədov sırf filoloji problemlərlə bərabər, Azərbaycan mənəvi mədəniyyəti ilə - incəsənət, dövri mətbuat, məxəzşünaslıq, kitab tarixi, bədii-estetik fikirdə sosioloji fikrin münasibətləri ilə də yaxından maraqlanan, çox vaxt bu iki predmeti sintez halında öyərnən görkəmli ədəbiyyatşünasdır.
Əziz Mirəhmədovun xidmətlərindən söhbət açarkən onun kitabın tipologiyası, yəni kitabın növlərə, tiplərə və nəşr tiplərinə bölünməsi probleminə münasibəti də şərh etməyimizi zəruri hesab edirəm. Alim ilk dəfə Azərbaycanda kitabın növlərə və tiplərə bölünməsi haqqında elmi mülahizə irəli sürmüşdür. O, “Azərbaycan kitabı” adlı biblioqrafik göstəricinin müqəddimə hissəsində “Əlyazma kitabının ən çox yayılmış növləri divan, külliyyat, şərh, təzkirə, cüng, risalə, tarix, dərslik, zeyc və s. idi” elmi fikrini burada qeyd etmişdir. Bu tipoloji məlumatın bəsit formada olmasına baxmayaraq, ölkəmizdə ilk dəfə Ə.Mirəhmədov tərəfindən bu bölgünün verildiyi elm aləminə məlum olmuş, sonralar isə bir çox tədqiqatçılar tərəfindən bu tipoloji problem geniş şəkildə öyrənilmiş, nəşr növləri, tipləri, tipoloji əlamətlər müəyyənləşdirilmişdir.
Tədqiqatlar nəticəsində məlum olur ki, kitab, mütaliə, oxucu problemi də Ə.Mirəhmədovun yaradıcılığında xüsusi yer tutur. Onun bu mühüm kitabşünaslıq problemlərində də fikir və mülahizələri tutarlı və elmidir. 
Göründüyü kimi, Ə.Mirəhmədovun elmi-filoloji fəaliyyətinin mühüm bir hissəsini kitabşünaslıq təşkil edir. Alim kitabşünaslıq fəaliyyətini 70-ci illərdə daha da genişləndirmiş, kitabşünaslığın mühüm sahələrindən biri olan kitab tarixi, kitab nəşri tarixi, ümumiyyətlə, kitab mədəniyyəti və mətbuat tarixi üzrə qiymətli əsərlər yazmışdır. Bu mənada alimin “Azərbaycan kitabı” adlı çoxcildli biblioqrafiyanın II cildində müqəddimə əvəzi yazdığı “Azərbaycan sovet kitab mədəniyyəti 1920-1940-cı illərdə” adlı elmi məqaləsi və Hacı Həsənovla birlikdə yazdığı “Sovet Azərbaycanının kitab mədəniyyəti” (1975) Azərbaycan və rus dillərindəki monoqrafik oçerki xüsusi əhəmiyyətə malikdir. 
Bu əsaslı elmi əsərlərindən aydın olur ki, artıq Ə.Mirəhmədovun yaradıcılığı kitabşünaslıq sahəsində geniş diapazona malikdir və görkəmli Azərbaycan kitabşünas-alim kimi tanınmışdır. Bunu alimin “Böyük Sovet Ensiklopediyası”nda və “Kitabşünaslıq: ensiklopedik lüğət”də, habelə “Книга” adlı ensiklopediyada nəşr etdirdiyi iri həcmli elmi məqalələri (kitab tarixi, kitab nəşri, kitab mədəniyyəti və kitabşünaslıq, biblioqrafiyaşünaslıq, habelə kitab ticarətinə aid) təsdiq edir. 
Ə.Mirəhmədovun 1983-cü ildə “Maarif” nəşriyyatında çap edilmiş “Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX – XX əsrlər)” adlı irihəcmli kitabında kitab və kitabçılıq işinə dair bir sıra qiymətli əsərləri də: “Kitab mədəniyyətimiz yeni mərhələdə”, “İstedad və mədəniyyət”, “N.A.Nekrasov irsinin Azərbaycanda yayılması tarixindən”, “Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri” və s. toplanmışdır. 
Ə.Mirəhmədov tərəfindən ilk dəfə olaraq Avropa ölkələrində Şərq ölkələri üçün birinci növbədə dini ədəbiyyatın çap edilməsi elm aləminə aşkarlanır. Şərq üçün kitab nəşrinə əsas etibarilə xristian dini missionerlərinin başçılıq etmələri, xüsusilə ən çox “İncil” tərcüməsinin çap olunması da təsadüfi deyildir. O “Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX – XX əsrlər)” adlı monoqrafiyasında yazır: Vatikan, Vena (“Əncüməni-kütübi-müqəddəs”) və Londonda (“Kitabi-müqəddəsə şirkəti”) Şərq üçün “kütübi səmavi” çap edən cəmiyyətlər təşkil olunmuşdur ki, bunların uzun zaman davam edən fəaliyyəti nəticəsində müəslman Şərqi üçün milyon nüsxələr, müxtəlif formatlarda, hətta zərrəbinlə oxunan normativ Quran və başqa dini kitablar çap edilmişdir. Bununla bərabər o belə hesab edir ki, Şərq dillərində ərəb, latın və s. kitab nəşrinin başlanması, bir tərəfdən obyektiv surətdə, Şərqdə mətbuatın inkişafı üçün bir hazırlıq olmuş, digər tərəfdən Şərq ədəbiyyatının Qərbdə yayılması və öyrənilməsinə kömək etmişdir.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, Ə.Mirəhmədovun ədəbiyyatşünaslıq mövqeyi elm aləminə tanıdılmış, lakin onun kitabşünaslıq və mətnşünaslıq sahəsindəki xidmətləri demək olar ki, öyrənilməmiş, Azərbaycan və dünya kitabşünaslığında onun rolu və yeri müəyyən edilməmişdir. Əlbəttə, bu görkəmli alimin kitabşünaslıq sahəsindəki elmi fəaliyyəti tədqiqatlara cəlb edilməli, elmi əsərlər, monoqrafiyalar yazılmalıdır.  

Tarix üzrə fəlsəfə doktoru 
Leyla Abasova 

loading...
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
"Unutmaq lazım deyil ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 5 ölkəsindən biridir"
N.Tusi adına Klinika

Cəmiyyət
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
Cəmiyyət
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”
Cəmiyyət
Şahbaz Quliyevin anası dünyasını dəyişdi...
Cəmiyyət
Məşhur türk sənətçisi bizim şairin sözlərinə mahnı bəstələdi - VİDEO
Cəmiyyət
“Belə musiqi mədəniyyətimiz olan sahədə Afət kimilər nə edirsə, düz edir...”

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}