Xəbər lenti
23/01/2021 [01:57]:
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
23/01/2021 [01:46]:
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - “Qaraca qız” filminin Xədicəsi...
23/01/2021 [01:04]:
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”
23/01/2021 [00:50]:
“Paşinyanın məşuqəsi Anna Hakopyan Rusiya sərhədindən hansı əsasla keçib..?”
23/01/2021 [00:45]:
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
23/01/2021 [00:07]:
“Yeni mutasiya əvvəlkindən daha ölümcüldür” - Boris Conson
23/01/2021 [00:05]:
Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək
23/01/2021 [00:01]:
Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı
22/01/2021 [23:59]:
Fransada istifadə olunan peyvəndin 130-dan çox əlavə təsiri aşkarlanıb
22/01/2021 [23:31]:
“Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”
22/01/2021 [23:22]:
Sabah Rusiyada ara qarışa bilər - Kreml təhlükə barədə xəbərdarlıq etdi
22/01/2021 [23:01]:
Azad Rəhimov komaya DÜŞDÜ
22/01/2021 [22:59]:
Leyla Əliyevadan valideynlərinin evlilik ildönümü ilə bağlı paylaşım - FOTO
22/01/2021 [22:58]:
Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”
22/01/2021 [22:53]:
Təhsil naziri şagirdlərin dərslərində geriləmələri barədə fikirlərə münasibət bildirdi
22/01/2021 [22:47]:
Qənirə Paşayeva şəhid gizirin ailə üzvlərinə bir daha baş sağlığı verib
22/01/2021 [22:47]:
Ombudsman 2 saylı İstintaq Təcridxanasına baş çəkib
22/01/2021 [22:37]:
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
22/01/2021 [22:35]:
Bill Qeyts peyvənd olundu
22/01/2021 [22:30]:
Azərbaycanda iki Livan əslli erməni terrorçusuna qarşı cinayət işi başlandı
22/01/2021 [22:30]:
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
22/01/2021 [21:42]:
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
22/01/2021 [21:25]:
Cəbhədən “sürətli qaçışla” ad qazanmış fərari erməni könüllülər hökumətlə pul davasına çıxdı
22/01/2021 [21:23]:
“Game of Thrones” serialının daha bir prikveli çəkilir
22/01/2021 [21:19]:
Rusiya yeni "Niva" avtomobilini təqdim etdi...
22/01/2021 [21:15]:
"PAŞA Bank işğaldan azad olunan rayonlarda kiçik sahibkarlığın inkişafına yardımçı olacaq"
22/01/2021 [21:13]:
Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı
22/01/2021 [21:12]:
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
22/01/2021 [21:07]:
Elza Seyidcahan şəhidlərə mahnı bəstələdi - VİDEO
22/01/2021 [21:00]:
İsraillə Livan arasında gərginlik: Ərəb ölkəsinə məxsus pilotsuz təyyarə vurulub
22/01/2021 [20:54]:
Türkiyədə koronavirusu bir dəqiqədə məhv edən dərman hazırlandı
22/01/2021 [20:51]:
İran neft məhsulları ixracında böyük nailiyyətlər qazanıb
22/01/2021 [20:50]:
"Roma"ya texniki məğlubiyyət verildi
22/01/2021 [20:48]:
Lloyd Ostin Pentaqonun yeni rəhbəri oldu
22/01/2021 [20:35]:
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
22/01/2021 [20:34]:
“Ermənistanın iqtisadi xilası üçün yalnız bir yol var, bu da ondan ibarətdir ki...”
22/01/2021 [20:27]:
Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir
22/01/2021 [20:24]:
"Unutmaq lazım deyil ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 5 ölkəsindən biridir"
22/01/2021 [20:23]:
Donald Trampın impiçmenti qətnaməsi Senata göndəriləcək
22/01/2021 [20:21]:
Almaniyada koronavirusun Braziliya ştammı aşkarlanıb
22/01/2021 [20:20]:
Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib
22/01/2021 [20:14]:
"Rusiya tarixən öz verdiyi sözü tutmayan  dövlət kimi yaddaşlarda qalıb...”
22/01/2021 [19:51]:
“Onların kin və nifrətinin hədəfində hər zaman türk xalqları olub”
22/01/2021 [19:37]:
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib - FOTO
22/01/2021 [19:35]:
"Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edilib
22/01/2021 [19:33]:
Cəlilabadda kişi arvadını yatdığı yerdə qətlə yetirib
22/01/2021 [19:30]:
Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub
22/01/2021 [19:28]:
2020-ci ildə ARDNF investisiya portfelini artırıb
22/01/2021 [19:21]:
AKP-çi dən şok: Bayden kürddür, əsli İrəvandandır!
22/01/2021 [19:17]:
"Mənə baxa bilməyən kişiyə ərə getməkdənsə, tək qalaram..."
22/01/2021 [19:01]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [18:57]:
Erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirildi - Həzi Aslanovun müəmmalı ölümü...
22/01/2021 [18:54]:
Hərbçilərin maaşı azaldılıb? - Nazirlik açıqladı
22/01/2021 [18:48]:
"Hərbi qulluqçuların xidmət illərinə görə pensiya təyinatı zamanı ortada olan bəzi haqsızlıqlar aradan qaldırılsın"
22/01/2021 [18:46]:
Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib - FOTO
22/01/2021 [18:43]:
Azərbaycanın strateji valyuta ehityatları 50 milyard dollara yaxınlaşıb
22/01/2021 [18:34]:
Nailə İslamzadəyə ağır itki üz verib
22/01/2021 [18:33]:
Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlanıb
22/01/2021 [18:31]:
Ceyhun Bayramov Gürcüstanın XİN rəhbərini təbrik etdi
22/01/2021 [18:31]:
Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edilib
22/01/2021 [18:22]:
Erməni əsgərlər MN binası önündə aksiya keçirir
22/01/2021 [18:18]:
Könül Xasıyeva onu sevən məmurdan danışdı: “Vəsiyyət edib ki, məzar daşına...“
22/01/2021 [18:15]:
Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi
22/01/2021 [18:06]:
Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşdı
22/01/2021 [18:05]:
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi
22/01/2021 [17:59]:
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
22/01/2021 [17:51]:
Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? - Gözlər Ali Məhkəmədə...
22/01/2021 [17:44]:
Azərbaycanda vəkil koronavirusdan vəfat edib
22/01/2021 [17:43]:
Keçmiş nazir yeni vəzifəyə təyin olundu
22/01/2021 [17:41]:
"Onu 2 il əvvəl məcbur evləndirdilər, öz toy gecəsi mənim yanıma gəlmişdi..." - VİDEO
22/01/2021 [17:36]:
Erməni təxribatı nəticəsində Tərtərdə ziyan dəyən obyektlərin sayı AÇIQLANDI
22/01/2021 [17:34]:
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün konfrans keçirildi
22/01/2021 [17:07]:
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO
22/01/2021 [17:05]:
Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA
22/01/2021 [17:04]:
Rusiyada mitinqöncəsi həbslər: 22 nəfər saxlanıldı
22/01/2021 [17:03]:
Ermənistan təkcə bu il Qarabağdan 13.5 milyon dollarlıq elektrik oğurlamağı planlaşdırmışdı...
22/01/2021 [17:01]:
Tanınmış prodüser aparıcı oldu – VİDEO
22/01/2021 [17:00]:
Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər barədə məlumat yayıb - FOTO
22/01/2021 [16:57]:
"Heydər Əliyev Fondunun yeni layihəsi Böyük Qayıdışı daha da yaxınlaşdırır"
22/01/2021 [16:52]:
"ABŞ Türkiyədə sui-qəsd planları hazırlayır..." - Türkiyə hərbi kəşfiyyatının keçmiş rəisindən sensasion iddia
Bütün arxiv bir sırada
24/11/2020 [11:12] - Cəmiyyət - ( 1177 dəfə baxılıb)

Üç gün mühasirədə qalan yaralı komandir: “Şuşanı almaq, Qarabağın açarını almaq idi”



Özü yaralandığı an heç kimi düşünə bilmədiyini desə də, Vətən müharibəsinin iştirakçısı, “N” saylı hərbi hissənin Tabor komandiri, mayor rütbəli Mənsurun yaralandığı xəbərini alanda, mənim ilk ağlıma gələn üzünü doyunca görə bilmədiyi körpəsi Toğrul, saçını doyunca oxşamadığı xanımı Əsmər oldu, yaşlı ata-anasını isə heç demirəm... Çünki o an bəlkələr insanın beynində cavabsız suallar yaradan bir nəsnəyə çevirilir, çıxılmaz dalanda bir zəng, bir ümid gözləyirsən. Nəysə ki, ayağından və boynundan yaralandığı dəqiqləşəndə, həm ailəsi, övladı, xanımı, həm də yaxın dostları adına Allaha şükr etdik sağ olduğu üçün. Bu günlər isə Ağdamın işğaldan azad ediliyi ərəfədə Cəbrayılda böyük şücaət göstərmiş ağdamlı hərbiçimizlə evində görüşdük, şükr bu günlərə dedik...

Arayış: Mənsur Vidadi oğlu Şükürov 1984-cü il fevralın 25-də Ağdam rayonun Şıxbabalı kəndində anadan olub. 1999-cu ilə qədər Bakdakı Suraxanı rayonu 104 saylı orta məktəbdə, 1999-cu ildən 2002-ci ilədək Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2002-ci ildən 2006-cı ilədək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ilədək Təlim-Tədris Mərkəzində dinləyici kimi iştirak edib. 2007-ci ildən etibarən isə ordu sıralarında xidmətə başlayıb. Mayor rütbəli hərbçi hazırda “N” saylı hərbi hissədə Tabor komandiridir.

Mənsurun hərbiyə marağı hərbçi atasından qaynaqlanır. Kiçik yaşlarındaykən atası, polkovnik-leytenant Vidadi Şükürovun I Qarabağ Müharibəsindəki döyüşlərdən danışdıqları Mənsurun futbolçu olmaq arzusunun üstündən xətt çəkir.  Elə ilk sualımıza cavabında da bunu deyir:

- Atam hərbçi olub. Ona baxmışam, fəxr etmişəm, istəmişəm onun kimi hərbçi olum. Bu gün qürur hissi keçirirəm ki, atamın yolunu davam etdirirəm, Ali Baş Komandanın rəhbərliyilə ordumuz tərəfindən qazanılan qələbədə kiçik də olsa,  mənim də payım var. 

- İllərdir, “Qarabağa dönəcəyik” ifadəsinə ironiya ilə yanaşılırdı, elə öz aramızda da buna inanmayanlar vardı. Artıq döyüşlər bitib, müəyyən qədər bəzi məsələlərdən danışmaq olar. 27 sentyabrı yetişdirən səbəb nə idi, niyə bir il əvvəl yox, bir il sonra yox, məhz indi çözüldü Qarabağın düyünü? 

- Müharibəyə hazırlıq bir günün işi deyil. Ordumuz illərdir, 27 sentyabrda nümayiş etdirdiyi əks-hücum əməliyyatlarına hazılaşıb və məqam yetişəndə düşmənə layiqli cavab verildi. Kənardan döyüş asan gəlir çoxuna. Elə ən çox o ifadəni səsləndirənlər, qələbə sevincini küçələrə axışıb yaşayanlar oldu (gülür).

- İllərin hazırlığı dediniz, 27 sentyabrdan bu yana ordumuzda heç vaxt müşahidə edilməyən böyük ruh yüksəkliyi nəyə bağlıdır?

- Həqiqətən də əməliyyatlar başlayanda orduda olduqca böyük ruh yüksəkliyi vardı. İnanın, nə qədər çətin döyüşlər olsa da, cavanlar əjdaha kimi irəli atılırdı, hamısı döyüşmək istəyirdi. Şəxsən mən öz Taborumdakı cavanları deyirəm. Belə bir deyim var ki, inam qələbənin yarısıdır. Hamı qələbəyə inanırdı. Bu inamı orduya Ali Baş Komandan vermişdi, başqa izahı yoxdur. 

- Buna qədər 2016-cı ildə “Aprel döyüşləri”, bu ilin yayında “Tovuz döyüşləri” başlayanda da xalqda orduya inam vardı, amma təəssüf həmin vaxt yekun nəticə olmadı. Bəs o qırılmanın səbəbi nəydi, niyə sonuna qədər gedilmədi?

- Mən “Aprel döyüşləri”ndə bölük komandiri idim, döyüşlərdə şəxsən iştirak etmişdim. Amma həmin vaxt da ruh yüksəkliyi vardı. Sadəcə, düşmən təxribatının qarşısı alındı, atəşkəs elan olundu. Həmin vaxt döyüşlərin miqyası Vətən müharibəsindəki kimi geniş olmadı.
 

- Vətən müharibəsi başlayanda ilk gündən harada döyüşürdüz, Qarabağın bizə görmək qismət olmayan hansı hissələrində mübarizə aparırdınız?

- Kənd Horadiz, Nüzgar, qarşıdakı xeyli yüksəkliklərdə, Cəbrayılda, sonuncu da düşmən gülləsinə tuş gəldiyim Hadrutda. Oradan o tərəfə kimi getmək qismət olmadı.

- Obrazlı desək, Qarabağa əlisilahlı səfərini yarımçıq qoyan o anla bağlı mümkünsə, qısa da olsa danışmağınızı xahiş edərdik...

- Müharibədə iştirak edən hər bir döyüşçü sonuna kimi getməyi gözə alır. Həmin vaxt mühasirəyə düşdük. 3 günlük mühasirədə çox sayda silahdaşımı itirdim. Bu barədə danışmaq çox çətindir...

Bu an hərbçimizin xanımı Əsmər gözyaşları ilə söhbətə müdaxilə edir:

“Mən bilirdim ki, Mənsur döyüşdən zərərsiz qayıtmayacaq, əmin idim. Yaralanma xəbərini alanda, ağlımdan o qədər cavabsız suallar keçdi bir anın içərisində, izahı mümkün deyil. Bəlkə... ən pisi belə düşündüm, ta ki səsini eşidənə kimi. Çox qorxdum, həm də şükr elədim içimdən. Sözlə ifadə edə bilmərəm. Çox qorxdum, necə vəziyyətdədir, harasından yara alıb bilmirəm, əli-ayağı yerindədirmi, ağlı yerindədirmi bilmirəm, hər şeydən məlumatsızam. Səsini eşidəndən sonra rahatlıq tapdım, şükr etdim ki, hansı vəziyyətdə olsa da, nəfəsi üstündədir. Çox ağırdır, bəzən Şəhid ailələrinə kimsə, necəsə təsəlli verməyə çalışır, inanın təsəllisi olmayan bir şeydir. Hələ mənim yoldaşım yaralanıb mən bu hisləri keçirdim... Çox çətindir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun!”. 

Söhbətə yenidən hərbçimizlə davam edirik. 

- Çətin olduğunu anlayıram, amma istəyərdim azca da olsa, təsvir edəsiniz ki, sadə vətəndaş əsgərinin, zabitinin nə ilə, kim ilə üz-üzə qaldığını təsəvvür etsin. Siz həm də Azərbaycanın ən yeni tarixinin yazılmasında rolu, əməyi olan hərbçimizsiniz! 

- Oktyabrın 8-də Hadrutda mühasirəyə düşdük. Bizi mühasirəyə alan düşmənin xüsusi təyinatlıları idi. 200-300 nəfərlik heyətlə  üstümüzə gəldilər. Onların xüsusi təyinatlı olduğunu da sonradan bildim. Biz Hadrutda dərinliyə girəndə görmüşdülər, sayca az idik, amma itkilərimiz, yaralılarımız oldu. Birinci boynumdan yaralandım, sarğı ilə döyüşə davam etdim, sonra daha bir güllə bud nahiyəmdən, sümüyümdən dəydi. Daha ayağa qalxası olmadım. Döyüşçü dostlarımla 7 yaralı üç gün mühasirədə qalandan sonra oktyabrın 11-də bizə dəstək gəldi. Xəstəxanaya yerləşdirildim və oktyabrın 12-də əməliyyat olundum.


- Bəs yaralı halda mühasirədən çıxmağı necə bacardınız?

- Mühasirədən çıxmağın bir yolu vardı, qarşıdakı kəndə girmək. Elə sürünə-sürünə kəndə girdik. Zabitlərim, əsgərlərim arasında şəhid gedənlər oldu. Allahdan hamısına rəhmət diləyirəm. Günlər əvvəl bir yerdə döyüşdüyüm adamlar barədə keçmiş zamanda danışmaq çox ağırdır (kövrəlir). 

- Yaralandığınız o an ilk nə düşündünüz. Nə idi bu hiss, ev, ailə, uşaq...

- Döyüş elə bir şeydir ki, orada ailəni, uşağı düşünməyə vaxt olmur. Orada yalnız irəliləməyi və bunun üçün sağ qalmağın yollarını düşünürsən. Yaralananda bircə düşündüm ki, qismət bura kimi imiş, yaşama ömrüm burda qırılır. Çünki vurulanda pis yerdə qalmışdım, sağ qalacağıma özüm də ümid etməmişdim. Yaralı halda 3 gün mühasirədə qalmaq özü elə möcüzədir, amma demək ki, yazıya pozu yoxdur.

Söhbət zamanı bəlli olur ki, səhhətindəki problemlə əlaqədar atası Vidadi kişidən oğlunun yaralanmasını gizlədiblər. Çünki həmin gün ürəyi sözünə baxmamış, bir neçə dəfə təcili yardım çağırası olmuşdular. Ata oğlunun yaralanmasını narahat ürəyində hiss etmişdi sanki...

- Atam olanlardan mən evə qayıdandan bir neçə saat əvvəl xəbərdar olub. Onda da yalandan deyiblər ki, bəs Mənsur tankın üstündən yıxılıb, ayağı çatlayıb. Təbii ki, atam inanmayıb, hərbçi adamı belə yalanla aldatmaq mümkün deyil. Deyib, siz nə danışırsız, Mənsur hara, tankın üstündən yıxılmaq hara. Evə gələndə yolda özüm zəng etdim ki, görəndə qəfil pis olmasın. Bir az çətin toparlandı, amma artıq geridə qoyduq çətinliyi. Əsas odur ki, çəkilən əziyyətlərin nəticəsi oldu, Qarabağ azad edildi, minlərlə insan yenidən öz toraqlarına qayıdacaq. 

- Çiyin-çiyinə döyüşdüyün silahdaşlarından şəhid olanların ailələrinə nə demək istəyərsiniz?

- Onlarla telefonla da olsa əlaqə saxlayıram. Sözüm yoxdur, sağalan kimi ilk işim hamsını ziyarət etmək olacaq. Şəhidlərimizin haqqını hansısa sözlə ödəmək, onların ailəsini nə iləsə təsəlli etmək mümkünsüzdür. Amma torpaq uğrunda şəhid olmaq şərəfdir. Bu şərəf də hamıya qismət olmur.

- Bir az da işğaldan azad edilmiş torpaqlarımıza qayıdışla bağlı danışaq. Bir ağdamlı kimi geri qayıtmağı, doğulduğunuz yerdə yaşamağı planlaşdırırsınız?

- 100 faiz qayıdacam, başqa cür mümkünü yoxdur. Qismət olsa, planım odur ki, ailəmlə birlikdə ömrümün sonuna kimi Ağdamda yaşayam. İnşallah, Ağdam, eləcə də işğaldan azad edilmiş digər rayonlarımız əvvəlkindən də gözəl, düşmən bağrı yaran olacaq.

- Bəs, ordu sıralarına yenidən qayıtmağı düşünürsüz, həkim buna icazə verirmi?

- Hələ ki ayağımdakı yaranın sağalmasını gözləyirəm, sümüyün yarısı yoxdur. 5 ay sonra sağalma olmasa, yenidən əməliyyat olunacağam. Ola bilər, bir az müddət çəksin, amma mütləq qayıdacam orduya.


- Balaca Toğrulla bağlı arzularınız nədir. Onu böyüyəndə hansı peşə, sənət sahibi kimi görmək istəyərsiniz?

- Çox istəyərəm futbolçu olsun, mənim vaz keçdiyim arzumu reallaşdırsın.

- Hərbidəki qan-qadanı özünüz çəkirsiniz deyə, onu başqa sahyə yönəltməyi planlaşdırırsınız?

- Qətiyyən, özüm uşaq vaxtı futbolçu olmaq istəmişəm. Bayaq da dediyim kimi,  atamın hərbçi olması fikrimdə dəyişiklik yaradıb. Amma ən böyük arzumdur ki, Toğrul yaxşı futbolçu olsun.

- Birdən o da siniz kimi dedi ki, mən də hərbçi olacam, onda necə?

- Olsun (gülür). Bu seçim onun özünün olacaq. Mən sadəcə, onunla bağlı arzumu dilə gətirdim. Qismət, bəlkə tamamilə fərqli peşə sahibi olacaq. Çünki mən öz istəyimlə hərbçi olmuşam. Yadımdadır, anam Cəmşid Naxçıvanski adına Hərbi Liseydə andiçmədən sonra çox könülüz olmuşdu, razılaşmırdı, təkid edirdi ki, bu sahədən ayrılım. Amma mən dediyimdən dönmədim. İndi oğlum da necə istəyər elə də edər. 

- Bəs bir hərbçi kimi ən böyük arzunuz nədir?

- Ən böyük arzum Şuşaya kimi getmək idi. O da qismət olmadı, Allah erməninin evini yıxsın, yolumu yarımçıq qoydu. Döyüş başlayan günün səhəri idi. Bizimkilər artilleriya ilə hücuma başlayanda, müavinim Vüsala dedim ki, heç nə istəmirəm, yaralansam da, ölsəm də Şuşaya kimi gedim, nə olsa, ordan o tərəfə olsun. Qismətimdə yaralanmaq, şəhid olmaq varsa, Şuşadan sonra olsun. O da qismət olmadı...

- Amma sizin “yarıda kəsildi” dediyiniz yolunu döyüşçü yoldaşlarınız getdi, indi Şuşada Azərbaycan bayrağı dalğalanır. Məncə bu qədər bədbin olmamalısınız.

- Əlbəttə! Sadəcə bilirsiniz, döyüşdə ab-hava başqa cür olur, onu nə qədər təsvir etməyə çalışsan da, alınmır. Döyüşdə yaralı olsan da, dostlarının yanında, onlarla birgə mübarizə aparmaq istəyirsən. Döyüş getdiyi bir vaxtda yaralanıb, kənarda qalmağı həzm etmək də çətindir. Fikrin, ağlın onların yanında qalır, kömək edə bilməmək üzür səni. Elə hey istəyirsən ki, tez sağalıb qayıdasan. Bu günlərə min şükür!

- Böyük qələbədə payı olan biri kimi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz? Məhz bu bəyanatla 3 böyük rayonumuz qansız-qadasız, itkisiz geri qaytarılır. Bunların arasında sizin doğulduğunuz Ağdam da var...

- Ali Baş Komandana halal olsun. Açığı, bunu demək hamımızın haqqıdır, kimsə bunu başqa cür başa düşməsin. Ölkə rəhbərinin qələbə müjdəsilə küçələrə axışan insanları kimsə zorla ora çağırmamışdı, kimsə onlara Prezidentə dəstək olmağı, onunla bağlı şüarlar səsləndirməyi tapşırmamışdı. Hər şey insanların istəyindən irəli gəlirdi. Hamı bu qələbədə böyük əmək sahibi olan Ali Baş Komandana sevgisini əlindən, ürəyindən gəldiyi kimi göstərmək istəyirdi. İlham Əliyev xalqın öz ürəyindən gələn sevgisini sonuna qədər haqq etdi bu qələbə müjdəsilə. Bilirsiniz, ordu öz işini görürdü, amma buna parlalel olaraq, Ali Baş Komandan da Azərbaycana qarşı çıxanlarla siyasi meydanda vururşurdu. Bu qələbə kimlərəsə asan görünə bilər, amma inanın elə deyil. Əvvəllər insanlarda o qədər bədbinlik vardı, hətta öz yaxınlarımızdan “torpaqlar getdi, daha qayıtmaz” düşüncəsində olanlar vardı. Müharibə etmək asan deyil. Döyüş hamıya qıraqdan asan görünür. Elə “niyə müharibə etmir” deməklə olmur müharibə, müharibə etmək üçün siyasi iradə, iqtisadi güc, təminatlı ordun olmalıdır. Bütün bunlar isə bir günə ərsəyə gəlmir. Bir briqadanın 1 saatlıq döyüşü milyonlarla dollardır. Bu kişi də illərdir qarşısına qoyduğu məqsədə çatmaq üçün əlindən gələn bütün mümkün olan variantları etdi. Bu gün bütün dünya “Vətən müharibəsi”ndən, döyüşlərdə istifadə edilən silahlardan danışır. Bu, Azərbaycanın gücüdür. Tarixən torpaqlarımız verilə-verilə gedib, əksəriyyət də deyirdi “Qarabağ da belə getdi”. Amma bu kişinin Ali Baş Komandanlığı ilə ordumuz Qarabağı geri qaytardı, təqvimi dəyişdi, yeni tarix yazdı.


- Ölkə rəhbərinin sərəncamı ilə “Vətən müharibəsi”nin iştirakçılarına orden və medallar veriləcək. Zəhmətin qarşılığını görmək hamıya xoş gəlir, hələ bu ölkənin zəfərilə bağlıdırsa. Bu barədə fikirləriniz maraqlıdır.

- Mənim bu döyüşlərdə nə zəhmətim varsa, hamısını o kişiyə (Ali Baş Komandanı nəzərdə tutur-red.) halal etmişəm, versə də sağ olsun, verməsə də. Mən döyüşə qatılanda medal üçün döyüşməmişəm. Bu gün torpaqlarımız azaddır, bundan böyük sevinc ola bilməz. Biz 30 ildir torpaq deyib zarıyırdıq, dilimiz gödək, boynumuz bükük idi. Hamı bizə üstdən aşağı baxırdı ki, erməni nədir onun əlində aciz qalmısınız. Bizim də səhvimiz o olub ki, ermənini çox böyütmüşük, guya torpaqlarımızı geri ala bilmərik. Vallah elə yüksəkliklər vardı, şəxsən mənim taborumdakı uşaqlar bir güllə belə atmadan, birbaşa güllənin üstünə qaçıb ərazini götürmüşük. Eləcə erməninin üstünə qaçmışıq, biz getdikcə nələri var atıb qaçıblar. Nə olacaqsa, şəhidlərimizin ailələri üçün edilsin, hər şey onların halalıdır. İlham Əliyev kişi kimi dediyini elədi, tarixi dəyişdi, indi hamı dik gəzir, indi hamının sinəsində qürur var. İşğaldan azad edilmiş yerlərə qayıtmaq bilirsiniz nə deməkdir? O yaşlı insanlar ki var illərdir o torpaqlarda ölməyi əhd ediblər, ora qayıdanda bəlkə də sevincdən ürəkləri dayanacaq. Bu, dəhşətli hisdir. Mən özüm Ağdamı yenidən görəcəyim üçün ürəyim titrəyir. Hətta dağıdılmış, xarabalığa çevirilmiş yerlərimizi şəkillərdə görəndə, adamın qürurdan ürəyi dayanır az qala. Ona görə bu günlərimizə min şükr. Bu gün bütün dünya Azərbaycandan danışır. Bu, böyük qələbədir, kimsə bunu unutmasın.

Müharibə gedən regionlara, ölkələrə baxın və müqayisə aparın. 4-5 ilə itirilən torpaqlrımızı 44 günə geri qaytarmaq Vallah asan deyil. Mən arada yoldaşlara deyirəm ki, 44 günə alınan torpaqları piyada qət etməyə çalışsaq, mümkün olmaz. Dediyim yol düzəngah deyil, keçilməz dağlar, təpələrdir. Siz ordudakı şücaətə, əzmə baxın ki, mümkünsüzü bacardı. Əsgər gecə-gündüz yatmırdı, gecə yol, gündüz hücum. Elə bil Allah hamıya güc-qüvvə vermişdi, iradə vermişdi, hamının bir istəyi vardı-qabağa gedək, dayanmaq söhbəti olmasın.


- Qələbəni tam olaraq, yaşaya bilməyənlər də var. Bir vaxtlar “Daha Qarabağ getdi”deyənlər, indi də “döyüşlər dayandırılmasaydı, hərbçilərimiz bütün torpaqları silah gücünə geri alacaqdı” düşüncəsindədirlər. Razılaşırsınız bu fikirlə?

- Bilirsiniz, Şuşa açar idi, Şuşa alınmaz qala idi. Şuşanı aldıq, açarı aldıq. Çox gözəl taktika il gedirdik, erməni Ağdamda mühasirədə qalmışdı, hamısı qırılacaqdı. Kəlbəcəri daha çox itki versəydik belə, alacaqdıq. Xankəndinə gələndə, Xankəndi Şuşanın ayağının altındadır. Şuşadan daş atanda gedib Xankəndinə düşür. Xankəndini almaq iki vur iki idi. Çətinlik Laçınla Kəlbəcərdə olacaqdı. Şuşanı alan igidlər, oranı da alacaqdı. Şuşaya gedən 2-3 yol vardı ki, erməni onu bağlamışdı. Erməninin ağlına gəlməzdi ki, ordumuz Şuşaya haradan daxil olar. Şuşa ordumuz tərəfindən geri alınanda ermənilər hələ də şokdaydı. Ona görə necə deyim, bir az dardüşüncəli, əli silah tutmayan, döyüş nədir bilməyən insanlardır ki, deyir niyə axıra kimi getmədik. Ordumuz getdi, sonunu da Ali Baş Komandan öz siyasətilə tamamladı. Bu heç kimə asan gəlməsin. Bunu deyənlər, siz Prezidentdən ağıllısız? Axı o özü də dedi ki, nəyi, necə, nə vaxt etməyi yaxşı bilir. Ona görə yaxşı olar ki, hamı öz işilə məşğul olsun. İndiyə kimi bu torpaqlar erməni işğalında idi. Ona görə bu günlərə yarımçıq yox, ürəkdən sevinmək lazımdır. Ən çox itkini elə bəyanatla geri qaytarılacaq torpaqlarda verəcəkdik. O torpaqlar elə Şuşaya qədər verilən itkilərin hesabına geri qaytarılır. O yerlərə çatana kimi igid oğullarımız can qoyub. Bəziləri var, görürsən hətta efirdə də deyir ki, gərək axıra kimi gedəydik, eləsinin əlinə silahı verib sərhəddən o tərəfə yola salmaq lazımdır, getsin yüz metr torpaq alsın, görüm necə alır. Təkrar çıxsa da, qıraqdan döyüş asan gəlir. İki gün yatmayanda üçüncü günü leş kimi qalır adam. 44 gün yatmamaq bilirsiniz nə deməkdir? Azərbayca Ali Baş Komandanın rəhbərliyilə Qarabağ müharibəsinin axırına kimi getdi. Bundan sonrası azadlıqdır. 

Cənab mayorla Ağdamda qonağı olmaq ümidilə sağollaşırıq...

- İnşallah hamımız bir yerdə Ağdamı, Cəbrayılı, Kəlbəcəri, Hadrutu gəzərik. Dağların arasında yerləşən Hadrut çox gözəl yerdir. Oranın havası nəyə desəniz dəyər, dağların arasından axan sular gözyaşı kimi dupdurudur. Biz dərinlikdə olanda, günlərlə Hadrutun dağ armudu, dağ alması ilə qidalandıq. Bu hər şeyə dəyərdi inanın. Baxmayaraq ki, o yerlərdə döyüşmüşəm, indi özümə də çox maraqlı gəlir gedib görmək...(modern.az)

loading...
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
"Unutmaq lazım deyil ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 5 ölkəsindən biridir"
N.Tusi adına Klinika

Cəmiyyət
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
Cəmiyyət
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”
Cəmiyyət
Şahbaz Quliyevin anası dünyasını dəyişdi...
Cəmiyyət
Məşhur türk sənətçisi bizim şairin sözlərinə mahnı bəstələdi - VİDEO
Cəmiyyət
“Belə musiqi mədəniyyətimiz olan sahədə Afət kimilər nə edirsə, düz edir...”

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}