Xəbər lenti
27/01/2021 [07:27]:
İnsanı depressiyadan çıxara bilən 7 VASİTƏ...
27/01/2021 [01:18]:
Kraldan xəyanətdə suçlayaraq həbsxanaya atdırdığı məşuqəsinə maraqlı hədiyyə...
27/01/2021 [00:24]:
Polisdən qaçan etirazçı dünyanın gündəm mövzusuna çevrildi - VİDEO
26/01/2021 [23:56]:
Putinlə Bayden arasında telefon danışığı olub - YENİLƏNİB
26/01/2021 [23:55]:
Evdən qəribə səslər eşidən adam divardan çıxanları görüncə şok yaşadı - FOTO
26/01/2021 [23:54]:
Kreml Gəlincikdəki sarayın kimə məxsus olduğunu açıqladı
26/01/2021 [23:31]:
Milyarder cütlük peyvənd vurdurmaq üçün baxın hansı yola əl atdı... - MARAQLI
26/01/2021 [23:26]:
Qırğızıstanın eks-baş naziri saxlanılıb
26/01/2021 [23:02]:
Putinlə Bayden arasında telefon danışığı olub
26/01/2021 [22:51]:
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib
26/01/2021 [22:50]:
"Sevan gölünü qidalandıran su mənbələri Azərbaycanın nəzarətindədir..."
26/01/2021 [22:17]:
Paşinyanın diplomatik pasportu oğurlanıb
26/01/2021 [22:09]:
Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi
26/01/2021 [22:02]:
ABŞ-ın yeni dövlət katibi məlum oldu
26/01/2021 [21:49]:
Savaşda iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı...
26/01/2021 [21:46]:
"Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"
26/01/2021 [21:46]:
Zeynəblə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi...
26/01/2021 [21:10]:
Bu şəxslərə 4 400 manat veriləcək
26/01/2021 [21:07]:
“Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik”
26/01/2021 [21:01]:
Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?
26/01/2021 [20:30]:
““KQB” zindanından  təmiz çıxmaq mümkün idimi?” – Etibar Məmmədov cavab verir
26/01/2021 [20:20]:
Vəfat edən şəxslə olan xoş xatirələri smartfonda izləmək mümkün olacaq
26/01/2021 [20:17]:
Dünyaca məşhur fotoqraf ermənilərin Natəvanın Ağdamdakı qəbrini təhqir etməsindən yazdı - FOTO
26/01/2021 [20:16]:
AŞPA-ya yeni baş katib seçilib
26/01/2021 [20:06]:
Kompromisdən imtina və maksimalizmin erməni cəmiyyətinə dağıdıcı təsiri...
26/01/2021 [19:46]:
Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
26/01/2021 [19:43]:
İran Rusiyanın koronavirus peyvəndini alacaq
26/01/2021 [19:13]:
Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi
26/01/2021 [19:09]:
Estoniyada yeni hökumətin tərkibi təsdiq olunub
26/01/2021 [19:07]:
BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib
26/01/2021 [18:50]:
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
26/01/2021 [18:49]:
“Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır”
26/01/2021 [18:48]:
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilk iclasına toplaşdı
26/01/2021 [18:45]:
Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi
26/01/2021 [18:43]:
“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
26/01/2021 [18:41]:
Rusiyaya ixrac olunan pomidora tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı növbəti görüş keçirilib
26/01/2021 [18:34]:
“Bircə dəfə məndən soruşmadılar ki, Ay Firuzə xanım, siz nədən narazısınız...?”
26/01/2021 [18:28]:
Bakıda 37 yaşlı qadının intihar etməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA
26/01/2021 [18:17]:
“Azəristiliktəchizat”ın “Azəriqaz”a nə qədər borcu qalıb? - RƏSMİ
26/01/2021 [18:16]:
İlham Əliyev ona “Şərəf” ordeni verdi - SƏRƏNCAM
26/01/2021 [18:13]:
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
26/01/2021 [18:11]:
Sarkisyan xəstəxanadan buraxıldı
26/01/2021 [18:09]:
Rusiya baş nazirinin keçmiş müavini vəfat edib
26/01/2021 [18:03]:
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər - VİDEO
26/01/2021 [17:34]:
Azərbaycanda "Qırmızı kitab"ın yeni nəşri hazırlanır
26/01/2021 [17:33]:
Azərbaycanda Dağıstan turunun ovlanmasına qadağa qoyuldu
26/01/2021 [17:33]:
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26/01/2021 [17:31]:
Bakıda bəzi binalar plana düşdü - SÖKÜLƏCƏK + FOTO
26/01/2021 [17:29]:
Vüqar Səfərli ev dustaqlığına buraxılmayıb
26/01/2021 [17:26]:
“Bakının razılığı olmadan həmsədrlər Qarabağa gedə bilməzlər”- Fəzail Ağamalı
26/01/2021 [17:25]:
“Onlar itkin düşən ermənilərin tapılmasına elə can yandırır ki, sanki bizimkilər insan deyildi”
26/01/2021 [17:24]:
Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı AÇIQLAMA
26/01/2021 [17:23]:
Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi - FOTO/VİDEO
26/01/2021 [16:53]:
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub
26/01/2021 [16:50]:
Lavrov: “Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq”
26/01/2021 [16:46]:
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - FOTO
26/01/2021 [16:44]:
Milli Məclisin Mədəniyyət Komitəsinin onlayn iclası keçirilib
26/01/2021 [16:41]:
Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir
26/01/2021 [16:40]:
“Yaralı olsam da müalicədən imtina edib döyüşə yollandım...” - FOTO + VİDEO
26/01/2021 [16:38]:
Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
26/01/2021 [16:19]:
Millət vəkili qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə görüşüb
26/01/2021 [15:45]:
AŞPA-nın Qarabağ qətnaməsi: hədəf, məqsəd... - Zülfüqarov
26/01/2021 [15:43]:
Ermənistan Qarabağda ölən daha 65 hərbçisinin adını açıqladı - SİYAHI...
26/01/2021 [15:42]:
Azərbaycanda daha iki məhsula aksiz dərəcəsi tətbiq edilə bilər
26/01/2021 [15:40]:
"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."
26/01/2021 [15:38]:
“Putin hansı çıxış yolunu seçəcək?”- Sülhəddin Əkbər cavab verir...
26/01/2021 [15:35]:
Bakıda daha bir İNTİHAR - Gənc oğlan özünü öldürdü
26/01/2021 [15:24]:
Xırdalanda dağıntılar altında qalan uşağın meyiti tapılıb - VİDEO
26/01/2021 [15:01]:
Rəşad Nəbiyev: “Nazirlikdə qısa zamanda korporativləşmələr vacibdir”
26/01/2021 [15:00]:
Azərbaycan vətəndaşlarını qanunsuz olaraq Avropaya aparan şəxslər tutuldu
26/01/2021 [14:59]:
Prezident Ramin Quluzadəyə öz yanında vəzifə verdi
26/01/2021 [14:58]:
“Rusiyanın 100 şəhərində mitinqlərin təşkil olunması təkcə Navalnının xidməti deyil...”
26/01/2021 [14:57]:
“Bu nazirliyin başına ciddi bir adam gətirilməli idi və gətirildi”
26/01/2021 [14:36]:
Cavad Zərif: “Dağlıq Qarabağda münaqişəyə son verilməsinə görə çox şadam”
26/01/2021 [14:34]:
Prezident: “Müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır”
26/01/2021 [14:34]:
Dövlət başçısı: “Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun və heç vaxt heç kim bizə qarşı təxribat törətməyə belə cəhd etməsin”
26/01/2021 [14:31]:
Prezident: ““Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”
26/01/2021 [14:30]:
Prezident: "Laçın və ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək"
26/01/2021 [14:28]:
Dövlət başçısı: “Xəzərdə ən böyük donanmaya sahibik”
26/01/2021 [14:28]:
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”
Bütün arxiv bir sırada
25/11/2020 [18:09] - Cəmiyyət - ( 961 dəfə baxılıb)

"Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir"




“Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Tarixi-mədəni, dini abidələrimiz necə qorunursa, digər millətlərə və dinlərə xas olan dəyərlər də həmin qaydada mühafizə edilir. Lakin bütün bunların əksinə olaraq Azərbaycanın işğal altında olan torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətlərini isbatlayan dəhşətli mənzərə ortaya çıxır. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində İslam dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Artıq heç kim üçün sirr deyil ki, işğal edilmiş torpaqlarımızda bu kimi vandalizm hərəkətləri bilavasitə Ermənistanın keçmiş və indiki rəhbərliyinin göstərişi ilə törədilib. Bu gün artıq sosial şəbəkələrdə müxtəlif dillərdə yayımlanan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Kəlbəcər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur.

Bütün bu faktlar və sübutlar ortada ola-ola bu gün Ermənistan həyasızcasına dünyaya car çəkir ki, guya Azərbaycan işğaldan azad etdiyi ərazilərində erməni kilsələrini və digər xristian məbədlərini dağıdır. Təəssüf ki, ermənilərin 30 il ərzində işğalda saxladıqları Azərbaycan ərazilərində tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, xüsusilə məscidlərimizi təhqir etmələrinə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar iftiraya, yalana, böhtana əsaslanan erməni təbliğatına bir çox hallarda uyur, hətta utanıb-qızarmadan Azərbaycan dövlətindən işğaldan yenicə azad edilmiş Kəlbəcərdə mövcud olan xristian məbədlərinin qorunmasına təminat verməsini istəyirlər. Müzəffər Ali Baş Komandanımız noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində belələrinə bir daha qətiyyətli və tarixi ədalətə söykənən mesajını çatdırdı: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban

kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var.”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda vaxtilə təqribən 403 tarixi-dini abidə mövcud olmuşdur: “Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan məhz İslam dini abidələri, yəni məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan İslam dininə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub”.

“Ermənilər daha bir vandalizm nümunəsi və əxlaqsızlıq nümayiş etdirərək Ağdamda, Zəngilanda, Qubadlıda məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara və ümumilikdə İslam dünyasına qarşı öz nifrətlərini, təhqiramiz hərəkətlərini nümayiş etdiriblər” deyən Vüqar Rəhimzadə əlavə edib ki, düşmən tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılaraq erməniləşdirilməsi prosesi beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılmalıdır: “Lakin çox təəssüflər olsun ki, biz bu gün bunun əksini müşahidə etməkdəyik. Beynəlxalq birlik nəinki ermənilərin tarixi və dini abidələrimizə əsl barbarlara xas olan qeyri-insani münasibətini qınamır, əksinə işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki xristian məbədlərinin taleyindən ciddi narahatlıqlarını ifadə edirlər.”

Baş redaktor bu məqamda diqqəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində dövlətimizin başçısının Ağdam məscidinin qarşısındakı çıxışında söylədiyi bu fikirlərə yönəltmişdir: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?”.

Vüqar Rəhimzadə qeyd edib ki, dini və tarixi abidələrə münasibətdə ermənilərin həyata keçirdikləri vandalizm aktlarının qarşısı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qəti şəkildə alınmalıdır: “Bir müddət öncə işğaldan azad olunmuş Qubadlı rayonunun Məmər kəndində yerləşən məscidin yerlə-yeksan edilməsi, eləcə də tarixin saxtalaşdırılması cəhdləri Ermənistanın işğalçılıq siyasətinin əyani sübutları kimi diqqət çəkməkdədir. Məhz işğal olunmuş ərazilərdə çoxəsrlik tarixi olan maddi-mənəvi irsin dağıdılması beynəlxalq hüququn və konvensiyaların, xüsusilə də 1954-cü ildə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının və 1999-cu ildə ona əlavə edilmiş Protokolların tələblərinin kobud şəkildə pozulmasıdır. Bu mənada dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, bütövlükdə dünya ictimaiyyəti diqqəti bu cür barbarlıq və vandalizm əməllərinə yönəltməli, Ermənistanın mədəni və mənəvi terror siyasətini ifşa etməlidirlər”.

Baş redaktor bu baxımdan noyabrın 24-də Azərbaycandakı müsəlman, pravoslav, Alban-udi və yəhudi dini konfessiyalarının rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə ünvanladıqları birgə bəyanatı yüksək qiymətləndirib: “Bəyanatda da qeyd edildiyi kimi, tarix boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmaların rəhbərləri Azərbaycanın sülhsevər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dua verirlər. Eyni zamanda, birgə bəyanatı imzalayan dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırlar. Bu, bir daha Azərbaycanın necə böyük tolerant və multikultural dəyərlərə sahib olan ölkə olduğunu bütün dünyaya bəyan edir”.

Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcər rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqama xüsusi diqqət yönəltdiyini bildirib: «Ermənistan terror dövlətidir. Bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Tarixi Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, erməni faşizminin məhvidir.»

loading...
Kraldan xəyanətdə suçlayaraq həbsxanaya atdırdığı məşuqəsinə maraqlı hədiyyə...
Polisdən qaçan etirazçı dünyanın gündəm mövzusuna çevrildi - VİDEO
Savaşda iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı...
"Böyük quruculuq işləri erməni vandallarının viran qoyduqları torpaqları canlandıracaq"
"Rusiya ölçülü-biçili hərəkət etməsə, bir Ermənistana görə bütövlükdə Qafqazı itirəcək"
N.Tusi adına Klinika

Dünya
Evdən qəribə səslər eşidən adam divardan çıxanları görüncə şok yaşadı - FOTO
Dünya
Milyarder cütlük peyvənd vurdurmaq üçün baxın hansı yola əl atdı... - MARAQLI
Cəmiyyət
Zeynəblə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi...
Siyasət
Kompromisdən imtina və maksimalizmin erməni cəmiyyətinə dağıdıcı təsiri...
Hadisə
“Yaralı olsam da müalicədən imtina edib döyüşə yollandım...” - FOTO + VİDEO

Yazar
İlham İsmayıl
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
Ədalət Verdiyev
"Kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, Daşaltıya hücum etmək nəyə lazım idi?
Həftənin ən çox oxunanları
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - “Qaraca qız” filminin Xədicəsi...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}