Xəbər lenti
28/01/2021 [12:22]:
Sizin 2 hektarda villanız olsun, şəhidlərin 2 metrlik “ev”i...
28/01/2021 [12:18]:
Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum olub, 3 nəfər yaralanıb
28/01/2021 [12:16]:
Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu
28/01/2021 [12:14]:
Prezident iki məktəbdə yaradılan şəraitlə tanış olub
28/01/2021 [11:58]:
Cəbrayıl və Xocavənddə 3 erməni hərbçinin cəsədi TAPILDI
28/01/2021 [11:54]:
“Bu, Azərbaycanın suverenliyinə qəsddir” - Sülhməramlılar cinayətkarı himayə edir
28/01/2021 [11:52]:
Daha 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu
28/01/2021 [11:49]:
“Bayden, pərdə arxasından da olsa,  Qarabağ məsələsində Türkiyəyə dəstək verəcək...”
28/01/2021 [11:48]:
Şəhid övladı Şuşaya şəxsiyyət vəsiqəsi verildi
28/01/2021 [11:46]:
Qız üstündə döyülən Pərviz: “Başqa gözlə baxdım” – VİDEO
28/01/2021 [11:41]:
“Co Bayden ABŞ-ın bütövlüyü naminə Çin və Rusiya ilə düşmən olacaq...”
28/01/2021 [11:40]:
Moskva Paşinyana gələcəyi ilə bağlı 3 variant TƏKLİF ETDİ
28/01/2021 [11:39]:
Paşinyan jurnalistin Şuşayla bağlı sualı cavabsız qoydu
28/01/2021 [11:36]:
Ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı neçə fakt aşkarlanıb? - RƏSMİ
28/01/2021 [11:35]:
Azərbaycanda kinorejissor vəfat etdi - FOTO
28/01/2021 [11:33]:
"Siz bizim üçün hər zaman dərs alacağımız böyük bir məktəbsiniz"
28/01/2021 [11:26]:
ABŞ Səudiyyə Ərəbistanına və BƏƏ-yə silah tədarükünü dayandırdı
28/01/2021 [11:25]:
“Beşatılan filmi” Vətən müharibəsində bir ilk olacaq...”
28/01/2021 [11:16]:
“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat olub
28/01/2021 [11:15]:
Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarov...
28/01/2021 [11:12]:
Son bir ildə 955 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb
28/01/2021 [11:11]:
M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitir - FOTO
28/01/2021 [10:51]:
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
28/01/2021 [10:50]:
Maşını insanların üstünə sürdülər: Qohumlar arasında dəhşətli dava kameralara düşdü - VİDEO
28/01/2021 [10:48]:
Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs onun qayınatası imiş
28/01/2021 [10:26]:
Ermənilər Şuşada döyüşmüş livanlı Maralın bacısının İrəvandakı mənzilini yardı...
28/01/2021 [10:26]:
Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düşmüş vətəndaşlara yardımların verilməsi yekunlaşır
28/01/2021 [10:24]:
Abşeronda 21 min manatlıq oğurluq edən şəxs tutuldu - FOTO/VİDEO
28/01/2021 [10:22]:
Cavad Zərif Gürcüstana səfər edib
28/01/2021 [10:20]:
Kəlbəcərin Alıbəyli kəndindən görüntülər - VİDEO
28/01/2021 [10:19]:
Qırğızıstanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
28/01/2021 [10:18]:
Azərbaycan Tibb Universiteti Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlığa başlayır
28/01/2021 [10:10]:
Samux sakinindən narkotik aşkar edilib
28/01/2021 [10:09]:
Rəmişin ölüm xəbəri yalan çıxdı
28/01/2021 [10:09]:
Göyçaydan şəhid atası icra başçısından dad deyir: "Mehdi Səlimzadə bir dəfə də..." + VİDEO
28/01/2021 [10:05]:
Ötən gün cinayət törədən 47 nəfər tutulub - RƏSMİ
28/01/2021 [10:02]:
ADAU-nun əməkdaşları “Aqrobiznes” adlı dərs vəsaiti hazırlayıblar
28/01/2021 [10:01]:
İkili diplom proqramı üzrə təhsil alan BDU tələbəsi: Bu, hər kəsə faydalı olacaq...
28/01/2021 [10:00]:
Koronavirusla bağlı SON STATİSTİKA
28/01/2021 [09:57]:
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA
28/01/2021 [09:50]:
Qənirə Paşayeva şəhid mədəniyyət işçisinin ailəsi ilə görüşüb
28/01/2021 [09:42]:
ABŞ Ordusundakı qadınlara dodaqlarını boyamaq izni veriləcək
28/01/2021 [09:40]:
Ərinin telefonunda intim şəkillər tapan qadın qısqanclıqdan onu bıçaqladı...
28/01/2021 [09:38]:
Milli Təhlükəsizlik Şurası Türk əsgərinin Azərbaycandakı fəaliyyətini müzakirə edəcək
28/01/2021 [08:21]:
Ölkə tarixində ilk  beşəm: Hüseyn, Həsən, Xədicə, Fatma və Zəhra...
28/01/2021 [07:49]:
Bir-birindən küsməyi tərk etmək üçün 7 tövsiyə...
28/01/2021 [02:04]:
“Uşaq evində böyümüşəm, çox ac qalmışam, anamla bacım da aclıqdan ölüb” - İllərin sirri...
28/01/2021 [01:55]:
"Fərda və Elməddinin oyun tərzi heç xoşuma gəlmir, amma İlkinin “Buğlama”sını bəyənirəm"
28/01/2021 [01:04]:
Məcburi köçkünün ata yurdunda ev tikməsinə icazə veriləcəkmi? – Deputat şərtləri açıqladı
28/01/2021 [00:32]:
Azərbaycanda baş həkim işdən çıxdı
28/01/2021 [00:07]:
"Həyat yoldaşım ailə həyatının ilk günündən bu günə qədər deyir ki, böyüsən boşayacam..."
27/01/2021 [23:43]:
Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir
27/01/2021 [23:41]:
AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox Şuşa”
27/01/2021 [23:41]:
Ölkədə bu tarix itlər üçün bayram elan edildi - MARAQLI
27/01/2021 [23:39]:
"Şuşada döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları vardı" - Polkovnik
27/01/2021 [23:32]:
“WhatsApp”da virus yayılır
27/01/2021 [23:29]:
Kann festivalının keçiriləcəyi tarix açıqlandı
27/01/2021 [23:24]:
Ən kiçik səhvdə Hayfa və Təl-Əvivi vuracağıq - İrandan İsraillə
27/01/2021 [23:20]:
Rəcəb Tayyib Ərdoğan İlon Mask arasında telefon danışığı olub
27/01/2021 [23:19]:
Rusiya XİN ABŞ-a etiraz notası verdi
27/01/2021 [22:58]:
"Hərbi xidmətdə olanda atıcı idim, amma bu dəfə mənə baş aşbaz vəzifəsi vermişdilər..."
27/01/2021 [22:45]:
"Ağlımı itirirəm" deyib çılpaq poz verdi - FOTOLAR
27/01/2021 [22:26]:
Bir anda çökən istinad divarı qorxu dolu anlar yaşatdı - VİDEO
27/01/2021 [22:05]:
Azərbaycanda universitet tələbəsi dəm qazından boğulub
27/01/2021 [22:04]:
Vətən Müharibəsində düşməni "dünya malı"na həsrət qoyan Dünyamalıyevlər ailəsi...
27/01/2021 [22:00]:
Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – FOTOLAR
27/01/2021 [21:56]:
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını dağıdıb - FOTO
27/01/2021 [21:41]:
Bakıda avtomobil ata və oğlu vurdu
27/01/2021 [21:31]:
Vəkillər Kollegiyasına üzv olan hakimlərın adları açıqlanıb
27/01/2021 [21:30]:
“Metsamor təhlükəsinə bütün aidiyyəti qurumlar münasibət bildirməlidir”
27/01/2021 [21:27]:
Atam Oğlu, nə gözəl üzlə döndün Tanrının Qapısına!...
27/01/2021 [21:13]:
Kapital Bank Hadrutda bankomat və terminal quraşdırdı
27/01/2021 [21:11]:
Jurnalistlər ilk dəfə Putinin Drezdendəki evində olub
27/01/2021 [21:07]:
Azay Quliyev ATƏT PA-da Azərbaycanın “altılıq platforması”təşəbbüsündən danışdı - VİDEO
27/01/2021 [20:58]:
Artak Tovmasyan: “Kommunikasiyaların açılması Ermənistana əlavə problemlər yaradacaq”
27/01/2021 [20:49]:
“Bizə nəyin mane olduğunu hələ də anlaya bilmirəm...”
27/01/2021 [20:38]:
Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq
27/01/2021 [20:32]:
“Ramiz Qəmbərov dedi ki, bizə nə olsa, azdır – T. Mehdiyev kimi generala dəstək vermədik..."
27/01/2021 [20:29]:
Bakının baş verənləri soyuqqanlılıqla izləməsinin səbəbləri... - Xankəndinin idarəedilməsi bu tarixdən bizə keçir
27/01/2021 [20:21]:
Ağstafa Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub - FOTO
Bütün arxiv bir sırada
26/11/2020 [12:14] - Gündəm - ( 928 dəfə baxılıb)

Qənirə Paşayeva: “Fransa işğalçı və seperatçıları dəstəkləməklə özünü ifşa etdi.”



Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində, tam mövqesizlikdir, hüquqtanımazlıqdır.  Fransanın bu mövqeyə (mövqesizliyə) istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. İlk növbədə ona görə ki,
Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birdir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur.
İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir – yəni ədalətli sülh arayışına əsas məsuliyyət daşıyan 3 ölkədən biridir. – Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur.
Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz dövlətləri ilə həmhüdud deyil; hətta, ermənilərlə, azərbaycanlılarla, ümumən Qafqaz xalqları ilə etnik, mədəni bağlara malik deyil. Belə olunca, neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır.
Bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa, ikilistandartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmlədib, hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. “Hüquqi müstəvi” deyirik, əslində, tam “hüquqa zidd müstəvi” deməliyik.
Fransa Respublikası Senatında qondarma “Artsax Respublikası”nın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir. Bunun başqa izahı varmı? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bunlar Qafqazın iki dövləti arasında ədalətli sülh arayışının elementar tələblərinə cavab verirmi? – Əsla, yox! Özü də bütün bu hüquqtanımazlıqlar nə zaman baş verir? – Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də erməniyanlı mövqe tutmuşdu, Fransa Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çözümün başladığı dövrdəsə, Fransa öz dövlət  imicinin, vasitəçi mandatının qayğısına qalmağa borcluydu.  
Fransanın hazırkı beynəlxalq hüququtanımazlığı ədalətlə, humanizmlə, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq fitnəkarlığıdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etmədən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında tarixi yanlışlığı olub, humanizm prinsiplərini çiynəməyin ta özüdür. Bu, ATƏT-in Minsk Qrupunda həmsədrlik instituna yaxud tərkibə mütləq şəkildə baxmağın qaçınılmazlığından xəbər verir.  Artıq Fransa həmsədr olma hüququnu özü öz əməlləri ilə itirmişdir.
Beləliklə, bir qrup ermənipərəst, islamafob, anti-türk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətinə, respublikaçılığa, sülhyaratma mandat-missiyasına, Qərb demokratiyasına... üzr istəyirəm, tüpürməkdir. Qondarma “respublika”nın tanınması ilə bağlı bu bədnam qətnamənin Fransa Senatında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-açığına kobud müdaxilədir. Bu ədalətə, hüquqa, əməkdaşlığa, bir sözlə, dövlətlər, xalqlararsı münasibətlər sisteminə həqarətdir. Bu həqarət, tarixi yanlışlığa qol qoyan,səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən məşhur sənəd BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Həmin qətnamələri heçə sayan Fransa özü də, həmin qətnamələrin qəbul edilməsinə səs vermişdir. – Deməli, Fransa Senatının bu addımı özü özünü inkar anlamı daşıyır.
Sirr deyil ki sözügedən bədnam sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə bir bədnam qətnamə qəbul etməsinə bəraət qazandırmır.
O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün arxa planda qalmasına razı deyil, bundan rahatsızdır. Ancaq duruma obyektiv əsaslarla baxmaq lazımdır və Fransanın özünün özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil.
İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcudluğu ilə bağlı fransız rahatsızlığına gəldikdə isə... bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27-30 il boyu Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı yaxud Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa, bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün problem sayılmır? – Ötən illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa daxil bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasını hansı kitaba yazaq? Guya Fransada bilmirlərmi ki Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcəkdir. – Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davranış bizim milli xüsusiyyətimizdir, biz bunu kiməsə, nəyəsə görə etmirik. Buna dair onlarla fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir.
Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz örəkdir.
Onu da deyək ki, Fransa hökuməti adından bildirilən rəsmi açıqlamada Fransa Senatının dünən qəbul etdiyi bədnam qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib: “Bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.
Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.
Fransa boyda bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməliydi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, Senatın qətnaməsi bizimçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz.
Bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri olacaqdır. Və Ermənistan hakimiyyəti də sanmasın ki qazanan tərəf olacaq. Uğursuz bir dövlət, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda, özü də, onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq. Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan bir qazanc gözləməsin. Onların qazancı, (əgər əldə edə bilsələr) “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı...
DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva, MM-nın Mədəniyyət komitəsinin sədri

loading...
Ölkədə bu tarix itlər üçün bayram elan edildi - MARAQLI
"Ağlımı itirirəm" deyib çılpaq poz verdi - FOTOLAR
Bir anda çökən istinad divarı qorxu dolu anlar yaşatdı - VİDEO
20 min kv.km ərazini işğaldan azad edən şəhidlərə 2 metr qəbir yeri tapılmadımı...?
"Kəlbəcərə getmək fikrindəyəm, cənnətmiş, bizsə hava almağa Alp dağlarına gedirdik..."
N.Tusi adına Klinika

Hadisə
Ermənilər Şuşada döyüşmüş livanlı Maralın bacısının İrəvandakı mənzilini yardı...
Cəmiyyət
Göyçaydan şəhid atası icra başçısından dad deyir: "Mehdi Səlimzadə bir dəfə də..." + VİDEO
Cəmiyyət
“Uşaq evində böyümüşəm, çox ac qalmışam, anamla bacım da aclıqdan ölüb” - İllərin sirri...
Maraqlı
"Həyat yoldaşım ailə həyatının ilk günündən bu günə qədər deyir ki, böyüsən boşayacam..."
Cəmiyyət
“Atamın arzusu Laçında yaşamaq, qocalmaq, nəvə-nəticə sahibi olmaq idi...”

Yazar
İlham İsmayıl
Harada görsənib ki, 50 minlik bir etnik qrupa xüsusi status verilsin?
Ədalət Verdiyev
"Kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, Daşaltıya hücum etmək nəyə lazım idi?
Sultan Laçın
“Laçın keçidinə nəzarət əlimizə keçsə, Xankəndindəki qurdlar quzuya dönəcək...”
Həftənin ən çox oxunanları
"Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - “Qaraca qız” filminin Xədicəsi...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
Zeynəblə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi...
““KQB” zindanından  təmiz çıxmaq mümkün idimi?” – Etibar Məmmədov cavab verir
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}