Böyük alimin Qarabağ dərdi...
Oxunub: 968
27 Nov 2020 | 11:14
Böyük alimin Qarabağ dərdi...

Əziz bildiyim insanları nə vaxtsa unutmağım və yaxud yaddan çıxartmağım qeyri-mümkündür. Azərbaycanın düçar olduğu üzücü döyüşlər, apardığı müharibə, dünyanı cənginə alan epidemiya belə insanın qəlbində olanları, az da olsa, unutdura bilmir. Əksinə ürəyində özünə əbədi yurd salmış düşüncələrinlə bağlı müəyyən hadisə, yeniliklə bağlı xəbər eşitdikdə isə qəlbində lövbər salmış düşüncələr yenidən təzələnir və günün yeni xəbərinə çevrilir.

Getdikcə hava işıqlanır, narahatlıq səngiyir, mühit sakit erasına qayıdır. Yenidən qış da gələcək, ancaq bir zamanlar işığına milyonlar üz tutan, yaratdıqları milyonların istinad nöqtəsi olan görkəmli şəxsiyyətlərlə biz bir daha həyatda qarşılaşa bilməyəcəyik. Lakin onların yazıb-yaratdıqları daim bizim köməyimizə çatacaq və sakit axıb gedən şəffaf bulaq suyu kimi onunla qidalanacağıq.

Belə dahi şəxsiyyətlərdən biri də (dəqiq desək, birincilərdən biri) noyabrın 27-də əbədiyyətə qovuşmasının beş ili tamam olan görkəmli türkoloq alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.

Yaşasaydı bu il may ayının birində 84 yaşı tamam olacaqdı. Yaşasaydı bu gün dünyaya göz açdığı doğma torpağının - Cəbrayılın erməni işğalından azad olunması xəbərini eşidib bütün intizarına, yurd həsrətinə son qoyulacaqdı. Ancaq çox təəssüf….

Vətən sevgisi, yurda, torpağa bağlılıq bütün normal insanlarda olub, var və olacaqdır.

Ancaq elə insanlar var ki, onların yurd sevgisini, torpağa, onun insanlarına olan tükənməz məhəbbətini sözlə ifadə etmək qeyri-mümkündür.

Bu sevgi kimin hansı sahədə çalışması, hansı sənətlə məşğul olması ilə bağlı olan məsələ deyil. Bu sevgi insanın cisminə ana südü, yaşadığı torpağın havası, suyu və s. ilə daxil olmuş, heç bir cihazla ölçülə bilməyən xarüqüladə bir mənəvi sərvətdir. Və bu sadaladıqlarımın hamısı akademik Tofiq Hacıyevin şəxsiyyətində bütün qabarıqlığı ilə öz əksini tapmışdı.

Akademikin yurda, torpağa, ğözümüzün nuru Qarabağa, üzük qaşı sayılan Şuşaya olan sevgisi onu yaxından tanıyanların söylədikləri xatirələrdə daha qabarıq şəkildə özünü göstərir. “Qarabağ həsrətli Tofiq müəllim” başlıqlı bir məqalədə Rəhilə Quliyeva “Türklük bilimində bir ömür” (Ankara, 2016, səh.125) yazılır: “Tofiq müəllim həmişə şən, gülərüz görünürdü, çöhrəsi nurani idi. Lakin o üzüntülər içərisində gülümsəməyi bacaran böyük insan idi. Onun qəlbində dağ boyda həsrət, gözlərində dərin bir kədər var idi. Nə idi bu həsrət, bu üzüntü, bu kədər?! Bu həsrət – Qarabağ həsrəti …idi.”(səh.129)

Müəllif bunun ardınca Tofiq müəllimin Qarabağ torpağına, qədim Şuşaya sevgi və bağlılığının ölçüyəgəlməz olduğunu göstərmək üçün faktlara əsaslanaraq yazısına davam edir:

“Qarabağdan – Şuşadan söhbət düşəndə Tofiq müəllim göz yaşlarına hakim kəsilə bilmirdi. O, Cəbrayılda doğulsa da, Şuşasız yaşaya bilmirdi, hər il ailəsi ilə birlikdə Şuşaya gələr, orada həm istirahət edər, həm də yaradıcılıqla məşğul olardı… Ölümündən bir neçə ay əvvəl kafedrada bir nəfərin dissertasiya işinin müzakirəsi keçirilirdi. Müzakirədən sonra... söhbət yenə də həmişəki kimi Qarabağdan, erməni faşistlərinin mənfur əməllərindən və Qarabağın “tacı”, “Cənnət məkanı” Şuşadan düşdü. Tofiq müəllim qəhərlənsə də, Şuşanın gözəlliyindən …xarı bülbülündən…elə danışırdı ki, hamı əfsunlanmışdı” (Yenə orada)

Sonra müəllif akademik Tofiq Hacıyevin Qarabağ, Şuşa haqqında söylədikləri fikirlərə geniş yer verir və göstərir ki, akademik hələ o zamanlar inanırdı ki, çox çəkməyəcək, Qarabağ düşmən tapdağından azad olunacaq, onun nəvə və nəticələri bu yerlərə üz tutub onun saf havasının, gözəl mənzərələrinin qonağı olacaqdır. Akademikin bu arzularını qələmə alan müəllif yazısına davam edərək yazır: “O torpaqlarımızın alınacağına, bu həsrətə son qoyulacağına əmin idi. Hər rastlaşanda mənə təskinlik verər və deyərdi ki, darıxma, yenə də Şuşanın təmiz, saf havasını ciyərlərimizə çəkəcək, bütün ağrı, həsrətlərə son qoyacağıq”. (Yenə orada, səh.30).

Doğrudan da, görkəmli şəxsiyyətin Şuşa - Qarabağ ilə bağlı söylədikləri bu gün öz təsdiqini tapdı. Təəssüf ki, akademik bu günlərin canlı şahidi ola bilmədi.

Müəllif Tofiq Hacıyev haqqında olan məqaləsində daha çox onun itirilmiş torpaqlardan söhbət gedərkən keçirdiyi həyəcan və əzabların mimikasındakı əksindən danışır. Düşmən tapdağında olan Qarabağdan bəhs olunduqda daha çox susmağa üstünlük verən insanın daxilində baş qaldıran kinin, nifrətin, torpaqları düşməndən təkbaşına ala bilməyən və bu “gücsüzlüyünü” özünə bağışlaya bilməyən, torpaq, yurd həsrəti ilə alışıb yanan bir insanın içindəki təlatümün onun simasında yaratdığı gərginlik və iztirabdan danışılır.

Məqalə demək olar ki, yurdundan, Vətənindən didərgin düşən, onu geri qaytarmağa gücü çatmayan bir insanın üzündə, duruşunda və danışığında öz əksini tapan yaşadığı hisslərin təsvirindən ibarətdir.

Akademik Kamran İmanovun erməni vəhşiliyi və saxtakarlığından bəhs edən “Erməni(yad) el(li) nağılları” kitabı haqqında yazdığı “Gerçəklə nağılın dialoqu” (“Ədəbiyyat qəzeti” 16 yanvar 2015-ci il) məqaləsində kitabın məziyyətlərindən danışarkən, bədnam qonşuların Azərbaycan vətəndaşlarına – Azərbaycan türklərinə

bəslədikləri nifrətin necə də sonsuz olduğunu görüb, onu hər an duyan və bu hadisələrin şahidi olan bir insan kimi danışır. Kamran İmanovun əsərinin məziyyətlərindən danışarkən, orada öz əksini tapan və erməni saxtakarlığını ifşa edən detalların dəqiqliyini təsdiq edir və xalqımızın özünə, ədəbiyyatına, mətbəxinə və ümumiyyətlə, bu xalqın özünə düşmən kəsilmiş bu çörəkitirənlərin nankorluqlarından danışır. Öz danışıqlarını tarixi məxəzlərdən əldə etdiyi faktlarla təsdiqləməyə çalışır.

Məqalə müəllifi ermənilərin Azərbaycana qarşı yersiz iddia və hücumlarını faktlara əsaslanaraq, diqqət mərkəzinə gətirir. Ermənilərin Azərbaycan nağıllarından başlayaraq yurdlarını, kənd və şəhərlərini özününküləşdirməyə çalışdıqlarını əsaslarla sübut edir. Akademik bununla bağlı yazır: “Ermənilərin türklərə qarşı böhtanları, qarayaxmaları haqqında az yazılmayıb. Ermənini görənlər tezliklə onların mənəvi varlığına (əslində yoxluğuna) nüfuz edə biliblər. Biliblər ki, ermənilərin bu xasiyyəti sadəcə çirkin mənəviyyatsızlıq deyil, beyinlərində ancaq irtica virusları gəzdirmək xəstəliyidir. Hətta xəstəliyə o dərəcədə yoluxublar ki, fəxrlə özlərinə orijinal bir millət kimi “erməni xəstəliyi” deyilən bir marka da yapışdırıblar və deməli, bunlar xəstə olmaları ilə fəxr edirlər. Daha buna nə deyəsən. Deməli, doğrudan, bu millət xəstədir”.

XX əsrin əvvəllərində özlərinə qədim Azərbaycan torpaqlarının doqquz min kvadratkilometrində respublika qurub, bu gün onu iyirmi doqquz min kvadratkilometrə çatdıran və bununla da gözləri doymayan, Azərbaycanın Qarabağ torpaqlarını işğal edib özününküləşdirməyə çalışan bu mənfur millətin acgözlüyü və türklərin hesabına dirçəlib, sonradan onlara düşmən kəsilməsi haqqında antitürklərdən biri olan Şərq üzrə tanınmış tarixçi İ.Dyakonovun fikirlərini misal gətirir: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır”.

Tofiq müəllim kitabda İ.Dyakonovun bu fikrinə əsaslanan K.İmanovun “Daha kim qaldı ki, deməsin. İndi Ermənistan adı ilə tanınan ərazi erməni etnosunun vətəni deyil” fikrinə əsaslanaraq ermənilərin bu torpaqlara sonradan gəldiyini, onların qaraçılar kimi oturaq həyat keçirmədiklərini, həmişə gəzərti olduqlarını vurğulayaraq bununla bağlı kitab müəllifinin aşağıdaki fikrini nümunə gətirir: “Tarixən erməni didərgin bir əşirət olub, qaraçılar kimi köçəri camaat olub. Onlar hətta qaraçılarla da müqayisəyə gəlməzlər: qaraçılar özləri gəzəri olublar, ancaq erməniləri həmişə məskun olduqları dövlətlərin torpaqlarından qovublar, vətən sözü onlara yaraşmır”.

Akademik bu fikirləri K.İmanovun fikirlərinə əsaslanaraq yazır. Bu fikirlər torpağı 25 ildən artıq erməni əsarətində olan Vətən övladının vulkan kimi püskürən nifrətinin kükrəyən əks-sədasıdır. Həm kitab müəllifi, həm də bu kitab haqqında

fikir söyləyən akademikin çörəkitirən, girəvə tapan kimi çörəyini yeyib, torpağında yaşadığı xalqa xain çıxan bir toplumun, üzdəniraq ermənilərin kimliyini göstərən kiçik bir detaldır.

Yazıda öz əksini tapan faktlardan məlum olur ki, ermənilər Azərbaycan türklərinin təkcə torpaqlarına göz dikməyiblər, onların qədim incəsənət, ədəbiyyat nümunələrini də özününküləşdirməyə çalışıblar. Azərbaycan mətbəxini, mədəniyyət nümunələrini öz adlarına çıxmaqla kifayətlənməyən ermənilər, şifahi xalq ədəbiyyatı nümunələrini də öz adlarına çıxmaqdan çəkinməyiblər.

Nankor ermənilər hər biri bir türk tayfasının adı ilə bağlı şifahi xalq şeiri janrı olan varsağını da öz adlarına çıxmağa çalışmışlar. Məqalədə göstərilir: “Gəraylının xüsusi forması olan varsağı varsaq qıpçaq tayfasının şeir yaradıcılığıdır, mahnı forması Azərbaycanın qədim Manna dövlətinin Mahan tayfasından gəlir.”

Bir ona heyfsilənirəm ki, Tofiq müəllim ermənilərin varsağı şeir formasını mənimsəmək istədiklərindən bəhs edərkən qeyd etməyib ki, əgər sizin zəngin şeir janrınız olsaydı, tərifini göylərə çıxardığınız, 18-ci əsrdə yaşayıb yaradan aşığınız (qusanınız) (Akademik qusan sözünün də türk sözü olduğunu və qoş-maq sözündən düzəldiyini qeyd edir) Sayat Nova özündən sonra qoyub getdiyi, təqribən 220 şeirin 68-ni erməni, 34-nü gürcü, 120-ni isə Azərbaycan türkcəsində yazmazdı.

Akademik Tofiq Hacıyev məqalədə bu məsələ ilə bağlı yazır: “K.İmanovun istinad etdiyi alman səyyahı (Hakhauzen) XIX əsrin ortalarında yazırdı ki, Kiçik Asiya yarımadasında (Türkiyədə) toyları ən çox erməni aşıqları aparırlar. Deməli, erməni türkün şeir və musiqisi ilə özünə yaşayış təmin etməklə kifayətlənməyib, həm də onun yaradıcılığına sahib çıxır. Hətta görkəmli rus türkoloqu V.Qvardlevski 1920-ci illərdə ermənipərəst ermənişünaslara qarşı varsağı şeir formasının və həmin adla aşıq melodiyasının məhz türkə məxsus olması haqqında xüsusi məqalə yazmışdır.”

Məqalədə ermənilərin Molla Nəsrəddin lətifələrini də özününküləşdirməyə çalışdıqlarından söhbət açılır.

Akademik kitabda erməni dilinin müəyyən müddətdən sonra türk dilinin təsiri altına düşməsindən, illər keçdikcə türk sözlərindən daha çox istifadə etdiklərindən söhbət açır. Məqalədə yazılır: “Kitabda erməni dilinin tarixən türk dilinin təsirinə düşməsi də elmi əsaslarla verilir. Qədim erməni dili (qrabar) Hind-Avropa dil sistemi üzrə qurulduğu halda, yeni, aşxarabar ermənicəsinin sintaksisi tamamilə türkcənin təsiri ilə formalaşmışdır. Artıq bu, erməninin oğurluqla mənimsəməsi deyil, türkcənin gücü və Şərqdə ümumünsiyyət vasitəsi kimi fəaliyyət göstərməsinin nəticəsidir”. (Yenə orada)

Akademik Qabilin 1996-cı ildə “Gənclik” nəşriyyatında çap olunan “Hava necə olacaq…” kitabı haqqında yazdığı “Çadırlara alışmayın…” adlı məqaləsində də kitabdakı şeirlərə əsaslanaraq Qarabağ, xalqın Qarabağın əsarətdə olan torpaqları ilə bağlı fikir və düşüncələrini ürək ağrısı ilə qələmə alır. Məqalə “Ədəbiyyat qəzeti”nin 21 mart 1997-ci il tarixli nömrəsində dərc olunmuş, Qarabağ yaraları hələ qaysaq bağlamamış xalqın arzu və istəklərindəki ümidsizliyin müvəqqəti, keçəri olduğuna inamın artırılmasına stimul yaratmışdır.

Məqalənin adından da (“Çadırlara alışmayın”) görünür ki, müəllif hələ torpaqlarımızın təzə işğal olunduğu vaxtlarda da bu torpaqların erməni işğalı altında şox qalmayacağına, qədim Oğuz yurdunun xalqımızın igid övladları tərəfindən nə vaxtsa işğaldan azad olunacağına inanmışdır. O, Qabilin “Çadırlara alışmayın” şeirindən bəhs edərək yazır: “Bu gün Qabil müstəqil dövlətinin itirilmiş torpağını qorumaq üçün xalqını səfərbərliyə çağıran döyüşçü şairdir. Keçid dövrünün burulğanlarında iqtisadi münasibətlərin yaratdığı çörək əndişəsində Qabil yenə şair sözünü deyir. Xalqını süstləşməyə qoymur. Qabil haray çəkir:

Barışqanlıq cinayətdir

Lap bir anlıq - cinayətdir,

Alışqanlıq cinayətdir,

Çadırlara alışmayın.

Şairin misraları sadəcə şeir deyil, Xocalı harayıdır. Şuşa naləsidir. Vətən sızıltısıdır. Bu bəndlər bayrağımıza yazılmalı, çadır şəhərciklərinin girəcəyində, ortasında, üstündə bərkidilməlidir.”

Akademik göstərir ki, Qabilin şeirinin bu bəndini oxuyanın torpaq dərdi, yurd dərdi sanki bir tufana çevrilib onun köhnəlməyən dərdlərini yenidən təzələyir. Ona görə də məqalə müəllifi “Çadırlara alışmayın” şüarının çadır şəhərciklərinin bir yerində vurulması ilə razılaşmır, həmin şüarı çadır şəhərciklərinin hər yerindən asmağa, insanları doğma yurda qayıtmağa tələsdirir.

Bu, təkcə şair istəyi deyil, bu istək həm də hər bir elm adamının – alimin, yurd itkisi ilə barışmayan, ona tez qovuşmağa çalışan bir Vətən sevdalısının könül hayqırtısıdır.

Şairin şeirlərini təhlil edən Tofiq Hacıyev misralara əsaslanaraq öz içindən keçən göynərtiləri, bəzilərinin bu torpaq itkisinə biganəliyini belə ifadə edir: “Restoranların qarşısından keçərkən düzülmüş maşınların səfində şair müharibə əhvalı görmür. Toylarda, mağarlarda, çal-çağırlarda müharibə havasını duymur.”

Bu fikirlər şairin şeirinə əsaslanan məqalə müəllifinin şahidi olduğu hadisə və qarşılaşdığı insan etinasızlığına, laqeydliyinə üsyanıdır. Torpaq həsrətini özünün baş dərdi sayan Azərbaycan ziyalısının yurduna, Vətəninə olan sevgisinin publisistik ifadəsidir.

Məqalənin sonunda akademik Qabil şeirlərinə əsaslanıb öz daxilində yaşatdığı fikirlərini də dilə gətirib yazır: “Şeirləri ilə Qabil bu günün tarixini yazır, tarixi-etnik psixologiyamızın bugünkü böhranını təhlil edir. Bircə o istək qalır ki, deyək, döyüşçülərimiz Qabilin şeirlərini, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” marşını oxuya-oxuya Qarabağ uğrunda döyüşə getsinlər!”

Mən də bu yazını oxuyandan sonra düşündüm ki, yerin behişt olsun, ustad, bu gün Ali Baş Komandanımız başda olmaqla qəhrəman ordumuz bizi, o cümlədən bütün Azərbaycan xalqını Sizin, eyni zamanda şair Qabilin arzuladığı səadətə qovuşdurdu!

Kaş ki, bu Qələbə sevincimizi Sizinlə birgə yaşasaydıq! Təəssüf! Çox təəssüf... Ustad!

Sərdar Zeynal,

filologiya elmləri doktoru
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO