Xəbər lenti
24/01/2021 [21:54]:
Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
24/01/2021 [21:47]:
182 metrlik nəhəng baca 4 saniyəyə uçuruldu - MARAQLI... + VİDEO
24/01/2021 [21:40]:
Vətən Müharibəsi qəhrəmanından Ağstafanın icra hakimiyyəti başçısı haqqında İTTİHAM...
24/01/2021 [21:24]:
Müharibənin 10 noyabrda bitəcəyini bilən Emin sonuncu hücumda bu videonu çəkib- VİDEO
24/01/2021 [21:20]:
17 yaşlı yeniyetmə anasını boğaraq öldürdü - DƏHŞƏT... + FOTOLAR
24/01/2021 [21:19]:
Braziliyalı futbolçular və klub prezidenti təyyarə qəzasında həlak oldular
24/01/2021 [21:19]:
Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO
24/01/2021 [20:59]:
Dünyaya ümid yeri olacaq peyvəndin narahatlıq yaradan nəticəsi ortaya çıxdı...
24/01/2021 [20:29]:
20 dollarlıq hesab üçün 1400 dollar bəxşiş verdi - MARAQLI
24/01/2021 [19:24]:
"Bir adam da sual vermir ki, qızın 27 yaşında iki ər yola salıb, heç ona pis baxan yoxdu..."
24/01/2021 [19:00]:
Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla görüşüb - FOTOLAR
24/01/2021 [18:51]:
"Məmur övladının xaricdə təhsil alması yasaqlanmalıdır" - Təhsil Günü həqiqətləri...
24/01/2021 [18:09]:
Kürdə suyun səviyyəsi yenidən azalıb
24/01/2021 [18:04]:
Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər
24/01/2021 [18:02]:
Şamaxıda Quşçu palçıq vulkanı 3 hektar ərazini əhatə edib
24/01/2021 [17:45]:
Ayk Xaçikyan Qarabağda təxminən altı min erməni hərbçisinin öldüyünü deyir
24/01/2021 [17:38]:
Böyük bir heyət İstanbula gəlir - Beş ildən sonra...
24/01/2021 [17:36]:
BAKIDA DƏHŞƏT: Qadın özünü binadan atdı - ANBAAN VİDEO
24/01/2021 [17:27]:
“Dəmir Yumruq”
24/01/2021 [17:07]:
"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı
24/01/2021 [17:05]:
“ABŞ-ın aksiyalarla bağlı paylaşımları Rusiyanın daxili işlərinə qarışmaqdır”
24/01/2021 [17:04]:
“Etiraz aksiyalarına Putinə səs verənlərin sayından daha az adam çıxır”
24/01/2021 [16:56]:
Qubada karantin postundan saxlanılan şəxsin maşınından nərə balığı çıxdı - FOTO
24/01/2021 [16:55]:
Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır
24/01/2021 [16:54]:
Gəncədə azyaşlı uşaq bağlı qapı arxasında qaldı
24/01/2021 [16:45]:
“Elməddin Cəfərovdan rol istədim, mənə dedi ki, borcun içində boğuluram...” - FOTOLAR
24/01/2021 [16:04]:
"Suyu başıma tökdü ki, yatmayım, amma su sifətimdən qana qarışıb aşağı gələndə içməyə başladım"
24/01/2021 [15:59]:
Rusiyada ŞOK: Polislər bu cür döyüldü... – VİDEO
24/01/2021 [15:52]:
Qənirə Paşayeva Xalq artistini 60 illik yubileyi münasibəti ilə təbrik edib
24/01/2021 [15:36]:
XİN: Fərman İsmayılovun nəşinin yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır
24/01/2021 [15:24]:
Vətən müharibəsində şəhid olan tabor komandirinin nəşi tapılıb
24/01/2021 [15:22]:
"Bunları etsək, heç Türkiyənin Azərbaycanda hərbi bazasına da ehtiyac qalmayacaq..."
24/01/2021 [15:08]:
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
24/01/2021 [14:50]:
Bu günün STATİSTİKASI: 568 nəfər sağaldı
24/01/2021 [14:32]:
30 erməni hərbçinin meyiti qarşı tərəfə verilib
24/01/2021 [14:30]:
Kəlbəcər rayonunun Comərd kəndi - VİDEO
24/01/2021 [14:12]:
"Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır"
24/01/2021 [14:05]:
"“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...
24/01/2021 [14:04]:
Türkiyəli nazir: Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Gentil limanında lövbər salıb
24/01/2021 [14:00]:
"Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."
24/01/2021 [13:58]:
"Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." - Zərdüşt Əlizadə
24/01/2021 [13:39]:
Düşmən daha 72 itkisini açıqladı
24/01/2021 [13:36]:
Almaniya ordusu Qarabağda baş verənləri təhlil edib hökuməti xəbərdar edir - "Döyüş qabiliyyətimiz aşağı düşüb"
24/01/2021 [13:31]:
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
24/01/2021 [13:31]:
Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki bazaları haralardadır?..-FOTOLAR
24/01/2021 [13:12]:
Portuqaliyada prezident seçkiləri keçirilir
24/01/2021 [13:09]:
Yunis Hüseynov istefa verib
24/01/2021 [13:08]:
Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir - VİDEO
24/01/2021 [13:04]:
Mingəçevirdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkar edildi
24/01/2021 [12:50]:
“Ermənilər 20 müəllim, 10 şagirdimizi öldürüblər“ - Nazir
24/01/2021 [12:47]:
Ermənilər Zəngilanda qədim çinar meşələrini məhv edib - “ZƏFƏRİN İZİ İLƏ” - FOTOSESSİYA
24/01/2021 [12:36]:
“Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik”
24/01/2021 [12:32]:
Sabah hava necə olacaq?
24/01/2021 [12:27]:
Ermənistanda COVİD-19-dan ölənlərin sayı 3039 nəfərə çatıb
24/01/2021 [12:26]:
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
24/01/2021 [12:24]:
Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb
24/01/2021 [12:23]:
Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq
24/01/2021 [12:20]:
İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA
24/01/2021 [12:17]:
Qardaşlığın “Dostluğ”u...
24/01/2021 [12:16]:
Fransada işsizlik əleyhinə aksiya: Minlərlə insan Emmanuel Makron hökumətinə etiraz etdi - VİDEO
24/01/2021 [11:38]:
Türkiyədə zəlzələ olub
24/01/2021 [11:37]:
Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
24/01/2021 [11:36]:
Füzuli rayonunun Aşağı Veysəlli kəndi - VİDEO
24/01/2021 [11:34]:
Hücuma məruz qalan “Motsart”ın 4-cü kapitanı: “Yaralanmışam, “kor kimi” mənə verilən istiqamətdə gedirəm”
24/01/2021 [11:16]:
ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü
24/01/2021 [11:12]:
"Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib" - Maduro
24/01/2021 [10:46]:
Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin anası ilə görüşüb
24/01/2021 [10:43]:
ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq - Pentaqon rəhbəri
24/01/2021 [10:40]:
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
24/01/2021 [10:34]:
Rusiyada gərginlik artacaq: Navalnı bəhanədir
24/01/2021 [10:23]:
Dastin Porye Konor Makqreqoru nokauta saldı
24/01/2021 [10:20]:
Kunq-fu fəndi ilə küçə itlərini dəf etdi - VİDEO
24/01/2021 [10:18]:
Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?
24/01/2021 [10:11]:
Şamaxıda Quşçu vulkanı püskürüb
24/01/2021 [10:08]:
Bakıda piyadanı avtomobil vuraraq ağır yaraladı
24/01/2021 [10:07]:
ÜST dünyada koronavirusla bağlı statistikanı açıqladı
24/01/2021 [08:30]:
Türkiyə dəniz quldurlarının qaçırdığı dənizçilərin xilası üçün hərəkətə keçdi...
24/01/2021 [08:19]:
Söz gəzdirənin duası həyata keçməz...-RƏZİL SİFƏT
24/01/2021 [02:06]:
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
24/01/2021 [01:54]:
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
Bütün arxiv bir sırada
27/11/2020 [15:25] - Gündəm - ( 3149 dəfə baxılıb)

Bir qərinəlik hüququzluğa 44 gündə verilən son, yaxud qanla qazanılan müqəddəslik...



Insan hüquqlarının istər bəşəri, istərsə də ilahi dəyərlər baxımından müqəddəs olduğu, dünyanın istənilən nöqtəsində istənilən şərtlər altında bu hüquqlara hörmət və ehtiram göstərməyin vacib olduğu kimsəyə sirr deyil. Lakin təəssüflər olsun ki, hətta XXI əsr müasir dünyamızda belə bəzən milyonlarla insanın hüquqları göz görə-görə pozulmaqda, bu hüquqlara amansızcasına qəsd edilməkdədir.

 

Ötən əsrin 90-cı illərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal və soyqırım siyasəti fonunda bir milyon iki yüz mindən artıq soydaşımızın öz ev-eşiyindən, yur-yuvasından didərgin salınması, minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, Qarabağ və ətraf rayonlardakı sərvətlərimizin son 30 ildə amansızcasına talanması günümüzün özündə belə insan hüquqlarının qorunmasında ciddi problemlər olduğunu göstərir. Bu baxımdan sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatan Vətən Müharibəsindən alınan dərslər bəzi nüansları ilə ikiqat əhəmiyyətlidir.

 

Dünyanın ən acı və qədim həqiqəti: “Bir çuval həqiqətin olunca, bir torba gücün olsun”

 

Vətən Müharibəsinin insan hüquqlarının qorunması və bərpası baxımından sübut etdiyi ən böyük həqiqətlərdən biri hüququn arxasında praktiki gücün dayanmasının vacibliyi ilə bağlıdır. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğalda saxlayan, milyondan çox insanın öz doğma ata-baba torpağında yaşamaq hüququna qəsd edən, xalqımızın təbii sərvətlərini talayan, zəbt etdiyi ərazilərin bir qarışını belə azad etmək niyyətində olmayan, problemin sülh yolu ilə həlli cəhdlərinə qarşılıq verməyən Ermənistan, nəhayətdə Azərbaycan ordusunun gücü, ölümcül zərbələri qarşısında işğaldakı torpaqları tərk etmək məcburiyyətində qaldı. Başqa sözlə desək, yüz minlərlə insanın 30 illik hüquqsuzluğu 44 günlük “əzələ nümayişi”ndən sonra başa çatdı və düşmən yalnız güc qarşısında bizim hüquqları tanımağa, bu hüquqlara hörmət etməyə məcbur oldu. Bir sözlə, Azərbaycanın apardığı Vətən Müharibəsinin və onun nəticəsi bir çox hallarda hüququn toxunulmazlığının məhz gücə bağlı olduğunu bir kəs daha təsdiq etdi. Baş verənlər gösdtərdi ki, çox zaman hüquq yalnız o zaman toxunulmaz olur ki, onun keşiyində güc dayanır. Eyniylə, qədim alman məsəlində deyildiyi kimi: “Bir çuval həqiqətin olunca, bir torba gücün olsun”.

 

Hansı ki, prezident İlham Əliyev də xalqa müraciətində problemin hərbi yolla həlli perspektivinə hər zaman inandığını vurğuladı:

 

“Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı, yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var”.

 

Təbiət qatilləri, yaxud insanlarla yanaşı, ekologiyaya tutulan divan

 

Vətən Müharibəsinin təhlili göstərir ki, Ermənistan son 30 il ərzində Azərbayan xalqının nəinki öz tarixi torpaqlarında, həm də sağlam ekoloji mühitdə yaşamaq hüququna qəsd edib, işğal etdiyi ərazilərdə ağacları kütləvi şəkildə qırıb, suları çirkləndirib və s. İşğaldakı ərazilərimizdəki təbii sərvətlərin vəhşçicəsinə istismarı nəticəsində də təbii mühitə böyük miqyasda ziyan dəyib ki, bu da erməni vandalizminin nə qədər təhlükəli və dağıdıcı olduğunu göstərir.

Müharibə və ondan sonrakı dönəmdə diqqət çəkən əsas məqamlardan biri də ermənilərin tərk etdikləri və ya tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə meşələri kütləvi şəkildə yandırması, hətta yol kənarındakı ağacları belə doğrayaraq Ermənistana daşıması ilə bağlıdır.

 

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən millət vəkili Elman Məmmədov ermənilərin bu müstəvidəki vəıhşiliyinin də sərhəd tanımadığını vurğuladı:

 

“Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanıb. Nəticədə, min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanıb.

 

Bu müddət ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb.

 

Ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

 

Bu ekoloji terrordur və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır".

 

Ombudsman Aparatı erməni cinayətlərini Qarabağ nəhəngliyində aynaya necə çevirdi?

 

Ermənilər tərəfindən xalqımızın hüquqlarının pozulması fonunda müşahidə edilən mühüm məqamlardan biri də Ombudsman Aparatının baş verənlərə çevik reaksiya verməsi, olayların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün operativ addımlar atması oldu. Ermənistanın Gəncə, Bərdə kimi şəhərləri raket zərbələrinə məruz qoyması, nəticədə onlarla dinc insanın qətlə yetirilməsinə diqqət çəkən Ombudsman Aparatı, dünya birliyini rəsmi İrəvanın bu vəhşiliyinə münasibət bildirməyə, onun cəzalandırılması istiqamətində konkret addımlar atmağa səslədi.

 

Ermənilərin ümumbəşəri sərvət hesab edilən meşələri yandırması da Ombudsman Aparatının diqqət mərkəzində saxladığı, beynəlxalq təşkilatlara bu yöndə çoxsaylı müraciətlər ünvanladığı əsas məsələlərdən biri olub. Xüsusilə qeyd etmək lazımdır ki, ermənilərin meşələrin məhv edilməsində xüsusi kimyəvi üsul və vasitələrdən – ağ fosfor maddəsindən istifadə etdiyi, bununla da yanğınların şiddət və miqyasını artırdığı da Ombudsman Aparatının bəyanatlarında yer alan mühüm nüanslardan biridir. Hansı ki, məhz bu cür bəyanatlarla Ombudsman Aparatı erməni cinayətlərini Qarabağ nəhəngliyində aynaya çevirə, dünyanın diqqətini bu aynada baş verənlərə cəlb edə bildi.

 

Redaksiyamıza açıqlama verən millət vəkili Asim Mollazadə, Ombudsman Aparatının bu yöndə apardığı fəaliyyətin olduqca mühüm önəm kəsb etdiyini vurğuladı:

 

“Biz Kəlbəcərdə, Şuşada və s. yerlərdə erməni vandalizminin, erməni barbarlığının şahidi oluruq. Artıq beynəlxalq mətbuatda da ermənilərin bu vəhşiliyi ilə bağlı bəzi məqalələr yer alır. Biz çalışmalıyıq ki, beynəlxalq mediada bu informasiyalar daha çox yer alsın, dünya erməni vəhşiliyi haqqında daha çox məlumatlansın. Təəssüflər olsun ki, bəzi dövlətlərin siyasi mövqeyi onları Ermənistanın bu cinayətlərini görməyə, etiraf etməyə imkan vermir.

 

Məsələ burasındadır ki, ermənilər təbiətlə yanaşı, insanlığa qarşı da ağır cinayətlər törədib, qətliamlara, soyqırımlarına yol veriblər. Ermənistan parlamentinin  nümayəndələri Mingəçevirə raket zərbələrinin endirilməsi, çaylarımıza zəhərli maddələrin axıdılması ilə bağlı bəyanatlar veriblər. Biz dəfələlrə bu cür bəyanatların şahidi olmuşuq. Bu isə o deməkdir ki, Azərbaycanın Silahlı Qüvvələri insanlığa qarşı cinayətlər törədən qüvvələrə qarşı mübarizə apar. Ordumuz həm BMT Təhlükəsizlik Şurasının qətnamlərini yerinə yetirdi, həm də Minsk Qrupunun Ermənistan tərəfindən qəbul edilməyən təkliflərini icra etdi. Bu baxımdan hesab edirəm ki, biz dünyanı Ermənistanın ekoloji cinayətləri ilə bağlı ardıcıl şəkildə məlumatlandırmalı, onları haqqa, ədalətə, bəyan etdiyi dəyərlərin müdafiəsinə çağırmalıyıq. Məqsədimiz haqqın, ədalətin öz yerini tutmasıdır. Bu baxımdan ölkəmizdəki əlaqədar qurumların, o cümlədən Ombudsman Apratının bu yöndə atdığı hər bir addım önəmli və təqdirəlayiqdir. Məhz bu kimi addımlar sayəsində dünya birliyi erməni vəhşiliyindən xəbər tutur, bu barbarlığa şahid olur”.

 

Beynəlxalq dəyər olan hüquqların qorunmasında beynəlxalq əməkdaşlığın rolu...

 

Vətən Müharibəsi əsnasında baş verənlər beynəlxalq dəyər olan insan hüquqlarının qorunmasında beynəlxalq əməkdaşlığın nə qədər vacib və əhəmiyyətli olduğunu göstərdi. Baş verənlər göstərdi ki, son 30 il ərzində beynəlxalq təşkilatların, iri, aparıcı dövlətlərin bir milyondan artıq azərbaycanlı köçkünün taleyinə, üzləşdiyi problemə lazımi həssaslqıla yanaşmaması, insan hüquqlarına qəsd edənlərin cəzalandırılmaması, onlara qarşı hər hansı təzyiq və sanksiyaların tətbiq edilməməsi yeni hüquqpozmaların meydana gəlməsinə səbəb olur ki, bu da öz növbəsində yeni problemlər deməkdir.

 

Redaksiyamıza açıqlama verən millət vəkili Tamam Cəfərova, cəzasızlıq mühiti çərçivəsində Ermənistanın yeni cinayətlərə yol verdiyini vurğuladı:

 

“Vətən Müharibəsi zamanı baş verənlər göstərdi ki, Ermənistan ordusu humanitar atəşkəsə qəti şəkildə riayət etmir, cəbhə bölgəsində hərbi əməliyyatları davam etdirməyə çalışır, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, mülki əhalini intensiv raket atəşinə tutmaqda davam edir. Ermənistanın Gəncəni raket atəşinə tutması onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin çağırışlarını heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır. Ermənistan artıq qlobal bir problemə çevrilib.

 

Oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən  80 km uzaqlıqda yerləşən Gəncə şəhərinin  Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini  bir daha sübut edir. Mülki əhalinin atəşə tutulması  Ermənistanın beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz nümunəsidir.

 

Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır.  Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və hərbi cinayətdir. Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır. Atəşkəs haqqında razılaşma əldə edildiyi şəraitdə Azərbaycanın yuxuda olan dinc şəhərinə raket zərbələri endirilməsi artıq müharibə cinayəti deyil, beynəlxalq terrorizm aktıdır. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Nə qədər ki, beynəlxalq içtimaiyyətdə hələ də ikili standartlar davam edir, bəzi ermənipərəst dövlətlər Ermənistanı açıqca dəstəkləyir, bu cinayətlər davam edəcək. Necə ki, Azərbaycana qarşı 1990-cı illərdən faktiki olaraq başlayan soyqırım siyasəti bu gün də davam edir.

 

Dünyanın beynəlxalq hüquqa, xüsusilə humanitar hüquqa, insani dəyərlərə  hörmət edən dövlətləri Emənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır. Düşünürəm ki, artıq Ermənistana sərt beynəlxalq təzyiq göstərilməlidir”. 

 

Göründüyü kimi, insan hüquqları beynəlxaql dəyərdir və onun qorunması da beynəlxalq səy tələb edir. Yalnız belə bir səy insan hüquqlarının aliliyini qorumağa, bu hüquqların toxunulmazlığını təmin etməyə qadirdir.

 

 

Seymur ƏLİYEV

 

Məqalə Ombudsman Aparatının 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda keçirdiyi jurnalist yazılarının ənənəvi müsabiqəsinə təqdim edilir.

 

loading...
182 metrlik nəhəng baca 4 saniyəyə uçuruldu - MARAQLI... + VİDEO
17 yaşlı yeniyetmə anasını boğaraq öldürdü - DƏHŞƏT... + FOTOLAR
20 dollarlıq hesab üçün 1400 dollar bəxşiş verdi - MARAQLI
Bu yağlar kişidə seksual gücü artırır - Qarşı tərəfi ehtiraslandırmaq, cəlb etmək üçün...
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
N.Tusi adına Klinika

Dünya
Dünyaya ümid yeri olacaq peyvəndin narahatlıq yaradan nəticəsi ortaya çıxdı...
Cəmiyyət
"Bir adam da sual vermir ki, qızın 27 yaşında iki ər yola salıb, heç ona pis baxan yoxdu..."
Cəmiyyət
"“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...
Maraqlı
"Əsəblərim pozulmuşdu, həkimə getmədim, dərman içmədim, məni bu pişiklər sağaltdı..."
Cəmiyyət
"Bir filmə Bakıdan Sumqayıta qədər lent lazım olurdu..." - 150-dən çox filmin səs rejissoru

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
"O, dünyasını dəyişəndən nişan üzüyümü bir dəfə də olsun barmağımdan çıxarmamışam"
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}