Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
Oxunub: 1916
28 Nov 2020 | 11:00
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
Tarix boyu bir-birinə daim düşmən münasibətində olan və bu günümüzə qədər bu münasibətdə yaşayan xalqlar görmək çətindir. Xüsusilə, qonşu ərazilərdə yaşayan xalqlar arasında bu daha çox mümkünsüz görünür. Tarixin müxtəlif dönəmlərində düşmən olanlar sonradan dosta, müttəfiqə çevriliblər, hətta bir yerdə belə yaşayıblar, bir dövlətin tərkibində birləşənlərə də rast gəlməmişik deyilik.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də tez-tez bu məsələlərə toxunur. Sentyabrın 27-dən noyabrın 10-a qədər baş verən II Qarabağ savaşı getdiyi günlərdə və ondan sonrakı açıqlamalarında dövlət başçısı ermənilərə yönəlik bildirir ki, biz gec-tez dinc yaşamaq zorundayıq. Təbii ki, bu fikirləri hər zaman müharibə istəməyən, regionda sabitlik istəyən humanist bir dövlətin rəhbəri deyir və belə fikirlər gözləniləndir.

Doğrudur, Azərbaycanla Ermənistan arasında hələ ki, barışığın rüşeymləri belə görünmür. Amma artıq rəsmi Bakı Xankəndində hava uçuşlarına icazə verib. Bu da zaman-zaman müzakirələrə çevrilən bəzi məsələləri yenidən gündəmə gətirib. Bunlardan biri Azərbaycan və ərazilərimizə təcavüz etdiyi üçün Ermənistanla sərhədləri bağlayan qardaş Türkiyənin bu sərhədləri nə zaman açacağıdır. Bunun üçün rəsmi İrəvanın nə etməli olduğu barədə çoxsaylı suallar yaranıb. Eyni zamanda, düşmən Ermənistanın sərhədlərin açılması üçün qarşısına qoyulan haqlı tələbləri yerinə yetirəcəkmi sualı da meydana çıxıb. 

Keçmiş
Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bunun üçün çox şey etməlidir: “Birinci növbədə, hərbi qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Bu mütləq şərt olmalıdır. Eyni zamanda, rəsmi şəkildə ərazi iddialarından imtina etməli, bizə dəyən ziyanı ödəməlidir. Əslində etməli olduqları çoxdur. Sülh sazişinin imzalanması şərtdir. Bu saziş çərçivəsində dediyim məsələlər öz həllini tapmalıdır. Ermənilərlə yanaşı dinc şəkildə necə yaşaya bilərik sualına gəlincə, unutmayaq ki, ən azından iki erməni var, biri Ermənistan ermənisi, biri də ərazimizdə yaşayan erməni. Doğrudur, Azərbaycanda hər iki erməniyə münasibət eynidir. Bunun da əsasları çoxdur. Təəssüflər olsun ki, münaqişənin əvvəlində ermənilər belə bir üslub təqlid ediblər ki, erməni olan yerdə azərbaycanlı yaşamamalıdır. Biz də buna cavab olaraq, haqlı şəkildə bunu təqlid etməli idik. Amma hesab edirəm ki, biz daha düzgün yol seçdik. Çünki hərbi cəhətdən bizdən qat-qat zəif olan Ermənistan əminəm ki, bizə qarşı təxribatlar törədəcəkdi. Xankəndində döyüşlər başlayandan sonra dünyada soyqırım II təbliğat kampaniyası baş verəcəkdi. Ondan qabaq beynəlxalq ictimaiyyətin rəyi bizim tərəfdə idi. Bundan sonra ermənilər öz məqsədlərinə qismən çata bilərdilər. Bu baxımdan real təhlükə idi. Təbii ki, bunlar baş verdikdə biz çətinlik qarşısında qalacaqdıq. Çünki erməni əsgərlərindən başqa kim deyə bilər ki, digər ölkələrin əsgərlərini qarşımızda görməyəcəkdik? İtkilərimiz daha da çox ola bilərdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz beynəlxalq qanunlara uyğun davranış sərgiləməyə davam etməli idik. Bu ilk növbədə, bizim xeyrimizədir. Emosiyalar başa düşüləndir. Onların vəhşilikləri heç zaman yadımızdan çıxmayacaq. Etdikləri cinayətlər, vəhşiliklər qarşısında qisas almağımız bəlkə də düzgün olardı. Amma ortada real təhlükələr mövcud idi. Problemlərimizi artırmamaq üçün hesab edirəm ki, biz düzgün addım atdıq”.

Sabiq nazir Azərbaycan və Türkiyənin Ermənistanda sərhədləri açmaq məsələsində eyni zamandan çıxış edəcəkmi sualımıza belə cavab verdi: “Təbii ki, belə bir qərar vermək Türkiyə dövlətinin səlahiyyətidir. Bizim əməkdaşlıq səviyyəsi nəzərə alaraq, hesab edirəm ki, bu məsələdə də birgə fikir mübadiləsi aparılacaq. Əminəm ki, bizim əlaqələrimizə xas olan əməkdaşlıq əhval ruhiyyəsi atmosferində bu qərar qəbul ediləcək”.

Fərəc
Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev sərhədlərin açılmasını mümkünsüz hesab etmir: “Əvvəla, deyim ki, əbədi düşmənçilik olmur doğrudur, amma erməniylə dostluq et, lakin çomağı əlindən yerə qoyma. Bunu unutmaq olmaz. Hər zaman kəsiyində ermənilər tərəfindən hər cür xəyanəti gözləmək mümkündür. Biz bunları onların səmimiyyətinə buraxsaq, düşünsək ki, nə vaxtsa ağıllanacaqlar, bu doğru olmaz. Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin bu cür olmasının günahkarı elə onların özləridir. Əgər siyasətlərində dəyişiklik etsələr, əlbəttə, yeni vəziyyət yaranar. Azərbaycana qarşı torpaq iddiasından, utopik istəklərindən imtina etməlidirlər. Eyni zamanda, Türkiyəyə qarşı da olan əsassız iddialarından əl çəkməlidirlər. Biz Türkiyənin Ermənistanla sərhədlərini bizə görə bağladığını bilirik. Bundan çıxış edərək, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin, münasibətlər düzəlsin kimi mövqedən çıxış edə bilmərik. Qardaş ölkəyə qarşı olan münasibət də dəyişməlidir. Türkiyənin dostu dostumuz, düşməni düşmənimizdir. Əgər Ermənistan bizə qarşı münasibətini dəyişərsə, münasibətlərin yoluna düşməsi mümkündür. Zatən biz heç kimə qarşı düşmən münasibətində olmamışıq. İndiki halda Ermənistanın silahlı dəstələrini ərazilərimizdən çıxarması çox vacibdir. Azərbaycanı unitar dövlət kimi tanıyıb, hörmət etməlidir. Eyni zamanda, Azərbaycana vurduğu maddi zərəri ödəməlidir. Bundan sonrakı davranışlarında bizə qarşı anormal münasibətləri olmayacaqsa, təbii ki, biz də bölgədə sabitlik olmasını çox istəyirik. Xankəndində aeroport açılıb, öz ərazimizdə bu reallaşıb. Orada gediş-gəlişə nəzarət, polis postları, gömrük məsələləri bizim olmalıdır. Yoxsa Ermənistan, yaxud Fransa və başqa yerlərdən bir terrorist gəlib burada istədiyini reallaşdıra bilmək təhlükəsində yaşayarıq. Qarabağda mülki idarəetmə bizdə olduqda belə şeylərin təhlükəsi olmaz. Hesab edirəm ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistan tərəfindən əsassız iddialara son qoyularsa, hər iki qardaş ölkəyə hörmətlə yanaşılarsa, bizim onlarla problemimiz qalmaz. Belə olan şəraitdə həm sərhədlərin açılması mümkündür, həm də tədricən əlaqələrin yaranması. Təbii ki, ilkin əlaqələr ilk növbədə, Türkiyə ilə ola bilər. Bütün bunlar Azərbaycan və Türkiyənin ədalətli status-kvosuna hörmətdən keçir”.(musavat.com)
Oxşar xəbərlər
15:15, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:57, Bu gün
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO