Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
Oxunub: 1307
28 Nov 2020 | 11:05
Musa Quliyev:  “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var”

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev şəhid ailələri və qazilərin mənzil şəraiti, sosial müdafiəsi, II Qarabağ savaşının diplomatik mərhələsində qarşımızda duran dövlətlər, COVİD 19 bəlası ilə mübarizə və gündəmdəki digər məsələləri “Yeni Müsavat”a müsahibəsində şərh edib.

- Musa müəllim, əksər şəhid ailələri və qazilərimizin mənzil şəraiti, sosial durumu arzuolunmaz səviyyədədir. Onlar üçün dövlət səviyyəsində hansı təcili tədbirlər görmək mümkündür?  

- İstər şəhid ailələrinin, istər Qarabağ qaziləsinin, Azərbaycanın ərazi bütövlüyü və dövlətin müdafiəsi uğrunda canını, sağlamlığını itirən şəxslərin müalicəsi, sosial müdafiəsi, təminatları dövlət başçısının nəzarəti altındadır. Cənab prezident həmişə bu insanlara qayğı göstərib və cəmiyyəti də o qayğıdan nümunə götürməyə dəvət edib. Bu günə qədər görülən işlər hər kəsə məlumdur. Mətbuatda da yazıldığı kimi hər il bir neçə dəfə bu kateqoriyadan olan insanlara mənzillər verilir. O məzillərin paylanmasında çox zaman cənab prezidenti və Mehriban xanım şəxsən iştirak edir. Ehtiyacı olan qazilərimizə avtomobillər də verilir. Demək olar ki,  ehtiyacı olan qazilərimizin əksəriyyəti bu avtomobillərlə təmin edilib və qalanlarına da veriləcək. Eyni zamanda şəhid ailələri ilə bağlı da proqramlar həyata keçirilir, təqaüdlər, müavinətlər verilir, mənzillə təmin edilir. Şübhəsiz ki, bizim II Qarabağ müharibəsinin şəhid ailələri və qaziləri də dövlətin qayğısı ilə əhatə olunacaqlar. Dövlətin bu istiqamətdə böyük bir proqramı olacaq. Qazilərimizin tibbi reabilitasiyası aparılacaq, lazımi avadanlıqlara təmin olunacaqlar, protezlər veriləcək. Bu məsələ I vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir, ən müasir protezlərlə təmin olunacaqlar. Eyni zamanda onların mənzillə, pensiya və təqaüdlərlə təminatı ən yüksək səviyyədə həyata keçiriləcək. Ehtiyac  olarsa, onlar xarici ölkələrdə müalicələrini davam etdirəcəklər.

Müharibə cəmi 15 gündür bitib, hər gün cənab prezident  müxtəlif sərəncamlar verir, ötən gün Milli Məclis dövlət başçımızın təqdim etdiyi qanunlara artıq üçüncü oxunuşda baxdı. Bu qanunlarla vətən müharibəsində iştirak edən insanların təltif olunması üçün orden və medallar müəyyən olundu, şəhid adının əbədiləşdirilməsi üçün şəhid parkları yaradıla bilər. Bu insanların sosial müdafiəsi üçün yeni pensiya növləri təyin oluna bilər və ya pensiya və müavinətlərin məbləğinə baxıla bilər. Bunlar hamısı yaxın gələcəkdə olacaq. 15 gün ərazində bunları etmək mümkün deyil. Bu düşüncələr var, hökumət müvafiq proqramlar üzərində işləyir, yaxın günlərdə cəmiyyətə təqdim olunacaq. Dövlət büdcəsində də müəyyən dəqiqləşdirmələr aparılır, ona görə də, hələ Milli Məclisə təqdim olunmayıb. Burada həm işğaldan azad olunan torpaqlarımızın bərpası ilə bağlı xərclər, həm də şəhid ailələri və qazilərimizin sosial müdafiəsi ilə bağlı bəndlər müəyyən olunacaq. Büdcə layihəsi parlamentə təqdim olunduqdan sonra biz daha ətraflı və dəqiq danışa bilərik. Layihə olmadığından hansı istiqamətdə nə qədər vəsait ayrıldığını deyə bilmərəm, ancaq məlumatım var ki, sosial müdafiənin gücləndirilməsi istiqamətində dəyişikliklər olacaq.

- Cəmiyyətdə də şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə münasibət dəyişməkdədir. İctimai yardım kampaniyaları keçirildi, orduya yardımlar edildi. Bunu necə dəyərləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. 44 günlük müharibənin həm də milli birlik, vətənpərvərlik istiqamətində çox böyük əhəmiyyəti oldu. Biz bir daha xalqımızı tanıdıq və gördük ki, nə qədər vətənini sevən, insanpərvər, dövlətinə dəstək olan, ordusunu sevən xalqımız var. Hər kəs könüllü olaraq əlindən gələn yardımı etdi, kimsə maaşını orduya köçürdü, kimi biznesindən yardım etdi, kimi əlcək-papaq alıb orduya yolladı, böyük bir ictimai kampaniya çərçivəsində orduya humanitar yardımlar edildi. Bunların hamısı milli birliyimizin nümunələri idi , xalqımız yüksək vətənpərvərlik nümayiş etdirdi. Müharibə bitəndən sonra da əsgərə, qaziyə, şəhid ailəsinə yüksək səviyyədə münasibət, sevgi formaşalacaq və onlara müqəddəs insanlar kimi, cəmiyyətdə yüksək nüfuzu olan insanlar kimi baxılacaq. Real danışsaq, 1991-93-cü illərin qaziləri ilə indiki qazilər arasında dövlət bir fərq qoymasa belə, fərq qalibiyyət ruhundadır. O dövrdəki qazilərimiz özləri də hərbi məğlubiyyətdən dolayı mənəvi olaraq bir qədər sınmışdılar. Doğrudur, bu onların günahı deyildi, həmin dövrün yarıtmaz rəhbərliyinin günahı idi, orduya rəhbərlik edənlərin günahı idi. Ancaq stereotipi Heydər Əliyev qırdı, 1994-cü ilin avqustunda Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi üçün fərman imzaladı. Şəhid ailələrinin müdafiəsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı Heydər Əliyevin fərmanı ilə qanun qəbul edildi. Ancaq yenə də içimizdə bir məğlub döyüşçü stereotipi var idi. Ancaq şəhid ailələrinin və qazilərin sosial təminatının gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu stereotipi bir qədər azaltdı. Ancaq indiki dövrdə bizim qazilərimiz, veteranlarımız qəhrəman kimi qayıdır və xalq tərəfindən qəhrəman kimi qarşılanır. Xalqın da, dövlətin də bundan sonra onlara münasibəti fərqli olacaq. Biz uşaqlarımızı və gənclərimizi də elə tərbiyə etməliyik ki, Ordu vətənin ən müqəddəs parçasıdır, cəmiyyətin ən müqəddəs hissəsidir. Vətənin və dövlətin keşiyində duran hər kəsə xüsusi hörmət və ehtiram göstərilməlidir. Bundan sonra da şəhid ailələrini, qazilərimizi başımızın üstündə saxlamağa borcluyuq.

- Azərbaycan müharibəni qələbə ilə başa vurdu, ancaq diplomatik sahədə çox böyük hücumlara məruz qalır. Diplomatik savaş necə qurulmalıdır, başda Fransa olmaqla ermənipərəst qüvvələrə qarşı?

- Biz döyüş meydanında qalibik, qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik, haqqı-ədaləti bərpa etdik. Ancaq şər qüvvələr yenə də öz pisliklərindən əl çəkmir. Diplomatik sahədə də, Azərbaycana qarşı namərd hücumlar var. Hesab edirəm ki, Azərbaycanın Ali Baş Komandanı, diplomatları, siyasətçiləri və bütövlükdə Azərbaycan  xalqı diplomatik davadan da qalib ayrılacaq. Çünki haqq bizim tərəfimizdədir. Biz öz haqqımızı müdafiə edəcək qədər güclü dövlətik. Dünya Fransadan və ya 5-10 Avropa ölkəsindən ibarət deyil ki. Dekabrın 3-4-də BMT-nin COVİD-lə bağlı sessiyası çağırılır və Azərbaycan prezidenti orada məruzəçidir. Daha öncə də Azərbaycanın təşəbbüsü ilə bir sessiya çağırılmışdı.  Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu hərəkatının 130 üzvünün adından Azərbaycan prezidenti danışır, müraciət edir. Bizim beynəlxalq təşkilatlarda nüfuzumuz var, Avropa ilə, digər ölkələr ilə iqtisadi, ikitərəfli, mədəni münasibətlərimiz normaldır. Ola bilər ki, bu münaqişədə Fransa və bəzi dövlətlərin maraqları başqadır. Seçki ərəfəsində olan dövlətlər var ki, erməni lobbisinin dəstəyini əldə etmək üçün bu cür addımlar atırlar. Bu dövlətlər də öz cavablarını aldılar. Milli Məclis Fransa Senatının qərarına qarşı sərt bir bəyanat qəbul etdi, hökumətə öz tövsiyələrini verdi ki, bu istiqamətdə hökumət ciddi tədbirlər görməlidir. Fransa ilə diplomatik-siyasi, iqtisadi münasibətlərin səviyyəsinə baxmaq, bir də Minsk qrupunda Fransanın həmsədrliyi məsələsinə aydınlıq gətirmək. Bunlar hamısı Fransa dövlətinə də, ictimaiyyətinə, fransız diplomatlarına da ciddi bir mesajdır. Fransa səfirliyi qarşısında gənclərimiz etiraz aksiyası keçirdilər. Biz güclü və qalib dövlətik, qalib dövlətlə hər kəs hesablaşacaq. Fransanın hər hansı addımına lazımınca cavab veriləcək. Bizim çox yüksək peşəkarlığa malik prezidentimiz, Ali Baş Komandanımız var. 44 günlük müharibədə də gördük ki, o necə ustalıqla  diplomatik mübarizə apardı, xarici jurnalistlərdən gələn düşmən mövqeli  sualları neytrallaşdırdı. Cənab prezidentin rəhbərliyi ilə diplomatik sahədəki savaşdan da qələbə ilə çıxacağımıza inanıram. Biz Cənubi Qafqazı və bütövlükdə dünyanı erməni faşizmindən xilas edən dövlət kimi  tarixə düşəcəyik.

“Bundan sonra da şəhid ailələrini, qazilərimizi başımızın üstündə saxlamağa borcluyuq”

- Bu savaş bir çox dövlətlərin Azərbaycana münasibətini dəyişdi. Müharibədə qazanılan uğurlardan sonra İran və Rusiya neytral mövqeyə keçdi. Sizcə, Rusiya artıq seçimini edibmi, yoxsa biz yenə ayıq-sayıq olmalıyıq?

- Siyasət mümkün olanı yerinə yetirmək sənətidir və biz bu gün siyasətimizə də günün reallığına uyğun qurmuşuq. Qonşu dövlətlərlə həmişə yaxşı münasibət ümummilli liderimizin tövsiyəsi idi və cənab prezident də münasibətləri maksimum yüksək səviyyədə qurur. Əgər bu yaxşı münasibət qarşılıqlı olarsa, davam edərsə nə yaxşı. Yox əgər hansısa dövlət öz maraqlarına uyğun fərqli hərəkət edərsə, o zaman biz də öz dövlət maraqlarımızı qoruyacağıq. Yadınızdadırsa, bir neçə il öncə ABŞ İrana qarşı sanksiya tətbiq edəndə, İranı təcrid edəndə, Azərbaycan prezidenti o sanksiyalara qoşulmadı və bildirdi ki, İran bizim qonşumuzdur. Bu gün də İran dövləti həmin münasibətə adekvat davrandı. Rusiya ilə də bizi tarixi qonşuluq münasibətləri bağlayır, iqtisadi əlaqələrimiz çoxdur. Rusiyada milyonlarla azərbaycanlı yaşayış, çalışır. Rusiya regionun ən güclü dövlətidir və biz hər zaman münasibətlərimizin isti olmasına çalışmalıyıq, həm də çalışmalıyıq ki, bu münasibətlər hər iki dövlətin maraqlarını təmin etmiş olsun. Əlbəttə, gələcəkdə biz qarşı bir mənfi münasibət olacaqsa, o zaman münasibətlərimizə yenidən baxa bilərik.

- Hazırda ölkəmizi təhdid edən daha bir düşmən COVİD 19 -dur. Yoluxma pik həddə çatıb, ölənlər artır. Ancaq dövlətin iqtisadi yükü o qədər çoxdur ki, indiki məqamda sərt karantinə keçmək də ağır qərar olar. Sizcə, nələr edilməlidir?

- Mən bu barədə təklifimi Milli Məclisdə də səsləndirdim. Doğrudur Operativ Qərargahda çox peşəkar insanlar var. Ancaq bir həkim və sosial sahədə çalışan mütəxəssis kimi görürəm ki, mütləq sərtləşdirməyə getməliyik. Rəqəmlər çox yüksəkdir, biz yaz aylarında gündəlik yoluxma sayı 500-600 olanda həyəcan keçirir və çox güclü tədbirlər görürdük. İndi də payız-qış mövsümü ilə bağlı yoluxma hallarının artması, həmçinin müharibədən dönən qazilərimizin, şəhid olan övladlarımızın qarşılanma mərasimlərində insan sıxlığının müşahidə olunması müəyyən artımlara səbəb olur və bu davam edəcək. Hesab edirəm ki, biz ən azı  hər həftənin 4 gününü sərt karantinə keçməliyik. Lazım olarsa, SMS icazə sisteminə qayıtmalıyıq və çalışmalıyıq ki, küçədə, ictimai yerlərdə insanların sayı az olsun. Müəyyən şərtlər var, karatin müddətini də çox etmək olmaz, insanlar sosial -psixoloji gərginlik keçirirlər. Ancaq istənilən halda sərt tədbirlərə əl atmasaq, artıq bütün palatalar dolduğu kimi tibbi personalın çatışmazlığı da müşahidə olunacaq. Evlərdə müalicələrin də effektiv olduğunu demək olmaz, çünki insanların bir çoxu dərmanları tapa bilmirlər. Bu mənada çalışmalıyıq ki, yoluxma hallarının qarşısını alan tədbirlərə gedək. Nə qədər ki, peyvənd tapılmayıb və kütləvi peyvəndləşməyə gedilməyib, çalışmalıyıq ki, yoluxmanı karantin yolu ilə azaldaq. Bu sadəcə mənim fikrim deyil, tibb sahəsindəki hansı mütəxəssisdən soruşsanız sərtləşdirilmiş rejimin vacib olduğunu deyəcək. Rayonlararası əlaqələri bir qədər məhdudlaşdırmalıyıq, gediş-gəlişi azaltmalıyıq. Təkcə maarifləndirmə tədbirləri ilə nəticə almaq olmur. Hamı bilir ki, virus var, təhlükəlidir, ancaq heç də hamı adekvat davranmır. Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var. Hələ ki, ona qarşı ciddi bir silahımız yoxdur. Əlimizd­­ə müəyyən qədər imkanlar var, mübarizə aparırıq. Ancaq yoluxma hallarını azaltmaq üçün insan kontaktlarını azaltmalıyıq.
Oxşar xəbərlər
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”