“Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
Oxunub: 1173
28 Nov 2020 | 15:04
“Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun!”
“Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-həmlə əməliyyatına, Vətən Müharibəsinə başladı. Düşmən 30 il ərzində mürəkkəb relyefə malik həmin ərazilərdə istehkamlar yaradaraq güclü müdafiə xətti qurduğuna, Azərbaycan Ordusunun böyük itkilər verəcəyinə, ilk gündən uğursuzluqla üzləşəcəyinə əmin idi”.

Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, döyüş bölgəsindən hazırlanan videosüjetlərdə həmin müdafiə xətləri görünür: “Azərbaycan Ordusu isə daim kəşfiyyat aparıb, düşmənin zəif yerlərini müəyyənləşdirmişdi. Keçirilən təlimlər və döyüş hazırlıqlarında məhz həmin ərazilər və düşmənin istehkamları nəzərə alınıb. İrimiqyaslı təlimlər döyüş başlayacağı halda müəyyən ssenarilər nəzərə alınaraq təşkil edilib. Digər tərəfdən, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin silahlandırılması da bu amillər, o cümlədən mürəkkəb relyef, dağlıq, meşəlik ərazilər nəzərə alınmaqla təmin edilib. Bunlar ən müasir, dördüncü, beşinci nəsil silahlardır. Azərbaycan Ordusu XXI əsrdə döyüş əməliyyatlarını aparmağa imkan verən silahlarla təchiz olunmuşdu. Başda sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu gec-tez torpaqlarımızı güc yolu ilə azad etməli olacağını bildirdi. Çünki bir çox amillər, Ermənistanın davamlı olaraq danışıqlar prosesini pozması, münaqişənin sülh yolu ilə həllinə konstruktiv mövqedən yanaşmaması bunu göstərirdi. Biz bu kompleks hazırlıqların nəticəsini, Ordumuzun yüksək döyüş ruhunu, vətənpərvərliyini döyüş əməliyyatları başlayan zaman gördük. O döyüşlərə atılan əsgərlərimiz heç zaman Qarabağın işğalı ilə barışmadığı vətənpərvər bir mühitdə böyüyüblər. Prezident İlham Əliyev hər zaman işğal altındakı torpaqlarımızı nəyin bahasına olursa olsun azad edəcəyimizi bəyan etmişdi. Məhz belə mühitdə gənclərimiz böyüyürdü. Mübariz İbrahimov, Çingiz Qurbanov kimi qəhrəmanlarımız gənclərimizin daxilindəki Qarabağ alovunu göstərirdi. Bu, əks-hücum əməliyyatı zamanı ortaya çıxdı”.

Ş. Ramaldanovun sözlərinə görə, ilk günlər itkilər olsa da, Azərbaycan Ordusu əks-həmlə əməliyyatını dayandırmadı: “Döyüşçülərimiz qısa müddətdə Ermənistanın keçilməz saydığı müdafiə xətlərini yardı, düşməni torpaqlarımızdan qovmağa başladı. Daha sonra düşmən üçün ən gözlənilməz və strateji istiqamət – Şuşa istiqaməti seçildi. Alınmaz qala sayılan Şuşa qalası düşməndən azad edildi. Bu, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Əgər cənub istiqamətində Şuşaya qədər olan döyüşlər daha çox Ordumuzun müasir texnika və silahlarla silahlanması, o silahları idarə edən heyətin peşəkarlığından xəbər verirdisə, Şuşa əməliyyatı Azərbaycan Ordusunun bütün cəhətlərdən yüksək döyüş hazırlığına malik olduğunu, peşəkarlığını, döyüş ruhunun yüksəkliyini göstərdi. Sıldırım qayalardan çıxılaraq düşmənlə yaxın, əlbəyaxa döyüşdə misilsiz qəhrəmanlıq nümunələri göstərilərək Şuşa işğaldan azad edildi. Bu döyüşdə taktiki cəhətdən düzgün istiqamətlər seçildi, lazımi tədbirlər görüldü, bütün hesablamalar zərgər dəqiqliyi ilə aparıldı və böyük uğur əldə olundu. Faktiki düşmənin ürəyinə üzərində Azərbaycan bayrağı olan xəncər sancıldı. Ertəsi gün isə düşmən 70 yaşayış məntəqəsini qoyaraq qaçdı və bu düşmənin kapitulyasiyaya bərabər bir bəyanata qol çəkməsinə, ağ bayraq qaldırmasına səbəb oldu”.

Polkovnik bu Vətən Müharibəsinin itkilərin az olması ilə də yadda qaldığını qeyd edib: “NATO-nun Baş Qərargah rəisi NATO üçün Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-hücum əməliyyatlarının örnək əməliyyatlar kimi gələcəkdə öyrənilməsinin vacib olduğunu bildirib. O da nəzərə alınmalıdır ki, çoxsaylı müdafiə-istehkam qurğuları, mürəkkəb dağlıq-meşəlik relyef şəraitində Şuşanın işğaldan azad edilməsi nəticəsində düşmən kapitulyasiyaya imza atdı. Minimum itkilərlə bu əməliyyatların həyata keçirilməsi böyük uğurdur. Hərb elmi çoxsaylı hesablamalar elmidir, döyüşdəki bütün mərhələlər hesablanır, planlaşdırılır. Bütün hesablamalara, xarici hərbi ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan Ordusu bütün torpaqları işğaldan azad etmək üçün 20 minə qədər itki verə bilərdi.  Qarşıdan gələn qış şəraitini də nəzərə alsaq, bu itkilər daha çox proqnozlaşdırıla bilərdi. Ancaq digər amillərlə bərabər, məhz Prezident İlham Əliyevin müdrikliyi sayəsində Azərbaycan Ordusunun şəxsi heyətində itkilərin minimum ola biləcəyi şəkildə döyüşlərin aparılması təmin edildi. Prezident İlham Əliyev ona məruzə olunduğunu və döyüş tapşırıqlarını təsdiqlədiyini bildirmişdi. Qərarları verməklə, istiqamətləri müəyyənləşdirməklə Prezident İlham Əliyev Ali Baş Komandan, sərkərdə kimi Ordunun şəxsi heyəti arasında itkilərin minimum olmasını təmin edib. Əlbəttə, döyüşlər itkisiz olmur. Biz hansı düşmənlə mübarizə apardığımızı da bilirdik. Texnika və silahların sayı da onu göstərir ki, düşmən zəif düşmən deyildi. Düzdür, 30-40 il əvvəl istehsal olunmuş silahlar olsa da, ancaq tankların və digər texnika və qurğuların sayı göstərir ki, düşmən yetəri qədər müqavimət göstərmək iqtidarında idi. Ancaq Prezident İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, müasir silahlarla silahlanması, müasir silah və texnikaların yüksək peşəkarlıqla idarə edilməsi sayəsində XXI əsrin tələblərinə cavab verən döyüş əməliyyatları aparıldı. Bununla da Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu köhnə taktiki döyüşlərin stereotipini pozdu və düşmənə maksimum zərbə endirərək, maksimum zəiflədərək və strateji istiqamətlər seçərək öz şəxsi heyəti arasında itkilərin minimum olmasını təmin etdi. Azərbaycan Ordusu nəyin bahasına olursa hansısa təpəni, yaşayış məntəqəsini ələ keçirmək prinsipi ilə döyüş aparmırdı. Rəhbərlik şəxsi heyət arasında itkilərin minimum olmasını təmin edəcək, ancaq tapşırığı yerinə yetirə biləcək şəkildə döyüş aparırdı. Məsələn, yaşayış məntəqələrinin yanından ötülür, yaşayış məntəqələrini nəzarətdə saxlamağı təmin edəcək ərazilərə nəzarət təmin edilərək düşmən həmin yaşayış məntəqələrini tərk etməyə məcbur edilirdi”.

Ş. Ramaldanov Azərbaycan Ordusunun döyüşlərdə düşmənin çoxsaylı itkilərə məruz qoyduğunu, çoxsaylı texnikasını, döyüş infrastrukturunu, sursatını məhv etdiyini vurğulayıb: “Düşmən hazırda itkilərin real sayını gizlətsə də, düşmənin döyüş meydanında səpələnən cəsədlərini görmüşük. Onların özlərinin saxladığı donuzlar elə onların meyitlərini yeyərək parçalayırdılar. Bu, ağır səhnə olsa da, reallıqdır”.

Polkovnik düşmənin dağıdıcı silahlardan, artilleriyadan, raket-yaylım sistemlərindən istifadə etdiyini xatırladıb: “Təəssüf ki, müharibədə müəyyən itkilərin olması qaçılmazdır. Bu dağıdıcı silahlar nəticəsində yararsız hala düşən meyitlərin kimə məxsus olduğu DNT analizləri, yaxud barmaq izləri vasitəsi ilə müəyyənləşir. Ailələr yaşadıqları ünvanlarda polisə, yaxud məhkəməyə müraciət edərək DNT nümunələri verir, bununla tanınmaz halda olan meyitlərin, fraqmentlərin DNT-si ilə tutuşdurularaq meyitlərin tanınması prosesi davam edir. Bu proses dövlət tərəfindən aparılır. Bu gün artıq bəzi tanınmaz halda olan meyitlərin DNT analizləri nəticəsində şəxsiyyəti müəyyən edilib, yaxınlarına təqdim edilib. Əlbəttə, müharibə ağırdır, ancaq qələbə, zəfərlə yekunlaşan müharibə minimum da olsa, itkilərsiz olmur. Bu gün əsgər analarımız səbr, təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun! O oğulları böyüdən analar bu gün qürur hissi keçirirlər ki, övladları məhz qələbə qazanan Ordunun sıralarında döyüşlərdə iştirak edərək Vətən uğrunda şəhid olublar. Xalqımızı və dövlətimizin şəhidlərə sayğısı, şəhid ailələrinə diqqəti onların ağrı-acılarını müəyyən qədər azaldır. Bütün şəhid ailələri qürur hissi ilə bu ağır itkiyə sinə gərə bilirlər. Bir daha qeyd etmək istəyirəm ki, döyüşlər itkisiz olmur. Ancaq Ali Baş Komandanın rəhbərlik etdiyi Vətən Müharibəsi zəfərlə yekunlaşdı, düşmən diz çökdü və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Prezidentimizin də dediyi kimi, yaşasın Azərbaycanın müzəffər Ordusu! Qarabağ Azərbaycandır!”
Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 14:53
“Qarabağ” sabah çempion ola bilər
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 14:53
“Qarabağ” sabah çempion ola bilər