"Həmişə zəng vurub o qızı soruşurdu, əsgərlikdən sonra elçi gedəcəkdim, qismət olmadı" - FOTOLAR
Oxunub: 5104
28 Nov 2020 | 16:38
İkinci Qarabağ savaşında döyüşərək qəhrəmancasına şəhid olan əsgərlərimizdən biri də Ülvi Rabil oğlu Rəhimovdur. 

Moderator.az-ın əməkdaşı bu gün şəhidin ailəsi ilə görüşüb və şəhidimizlə bağlı yaxınlarıyla söhbət edib. Beləliklə, həmin yazını təqdim edirik. 

Şəhidimizin ailəsi ilə görüşmək üçün Abşeron rayon Məmmədli qəsəbəsindəki evlərinə yollandıq. Bizi şəhidimizin atası, anası və nənələri qarşıladı. Söhbətimizə şəhidimizin atasıyla başladıq. Şəhid atası deyir ki, Ülvi uşaq olsa da, həmişə işləyərək evə qazanc gətirib, ailənin dolanışığına köməklik edib:
- Özüm fəhləçiliklə beş uşaq böyütmüşəm. Ülvi üçüncü oğlumdu, ondan böyük qardaşı və bir bacısı var, özündən kiçik isə 10 yaşlı bir bacısı var. Təkcə bir bacısı ailə qurub, qardaşları da subaydı. Böyük oğlumun 26 yaşı var, hazırda Ukraynada yaşayır və yanvar ayında gələcək. Ülvi 2002-ci ildə anadan olub. Məmmədli qəsəbəsindəki orta məktəbi bitirib. Evi dolandırmaq üçün isə elə qəsəbədə yerləşən avto yumada (Moykada) işləyib.  İyul ayında isə hərbi xidmətə yollanıb. Boyu hündür, fiziki cəhətdən güclü olduğu üçün Xüsusi Təyinatlı Bölüyə götürülüb. Bərdədə hərbi xidmətə başlayıb. 

Şəhidimizin atası deyir ki, Ülvi ancaq ona hər şeyi deyirmiş...
- Bir dəfə telefonla danışanda dedi ki, ata, bizi Xızıya gətiriblər. Daha sonra isə zəng vurub dedi ki, Füzulidəyəm. Amma deyirdi ki, harda olduğumu anama demə. Oktyabrın 4-dən 5-nə keçən gecə zəng vurub, amma mən həyətdə olduğum üçün telefonu anası açıb. Telefonda anasına deyib ki, “ana, axşamın xeyir, necəsən? Səni görməkdən ötrü ölürəm. Mənə haqqını halal elə” və sonra da əlaqə kəsilib. Daha sonra mən gəldim və həmin nömrəyə zəng vursaq da cavab verən olmadı, telefonu söndürmüşdülər. Daha sonra isə o biri oğlum gəlib mənə dedi ki, Ülvi şəhid olub.

Söhbətimizə şəhidimizin anası Ülviyyə xanım qoşulur:
- Ülvi zəng vuranda çətin nəfəs alırdı. Dedim ki, Ülvi, nə olub? Dedi ki, “ana, sözümü kəsmə. Səni görməkdən ötrü ölürəm. Haqqını halal elə”. Bir də kəlmeyi-şəhadətini dedi. Mən sonra bildim ki, sən demə Ülvi yaralı olduğu üçün dostlarından xahiş edib ki, son dəfə zəng vurub mənim səsimi eşitsin. Ülvi maşınla yaralı və şəhidlərimizi döyüş bölgəsindən çıxararkən yolda maşınları dörd erməni tərəfindən puskuya düşüb. Atışma zamanı Ülvi erməni əsgərlərdən birini öldürüb, üçü isə qaçıb. Ülvinin əsgər yoldaşlarından da biri şəhid olub, üç nəfəri isə yaralanıb. Ülvi özü böyründən ağır güllə yarası alıb. 

Şəhidimizin anası deyir ki, Ülvi çox şən uşaq olub, rəqs etməyi sevirmiş və hətta istədiyi qız da varmış:

- Ülvi çox gözəl rəqs edirdi. Toylarda oynayırdı. Evə gələndə də oynayırdı və deyirdi ki, ana, görəcəksən toyumda necə oynayacam. Sevdiyi qız var idi, həmişə zəng vurub onu soruşurdu, əsgərlikdən sonra qıza elçi gedəcəkdim, amma qismət olmadı. (Ağlayır)

Şəhidimizin  ana nənəsi Zöhrə xanım danışır:
- Ülvi böyük qızımın oğludur, əziz nəvələrimdən biridir. Çox zirək uşaq idi. Onun şəhid olması xəbərini dayısına xəbər vermişdilər. Mənə də yaralı olduğunu dedilər. Amma qızımgilə gələndə gördüm ki, millət onlardadır. Xəstə olduğum üçün mənə deməmişdilər. (Ağlayır)

Şəhidimizin ata nənəsi Qumru xanım söhbətimizə qoşulur:

- Mən oğlumla bir yerdə qalıram. Ülvi gözümün qabağında, qucağımda böyüyüb. Onun kimi qəhrəman oğullarımızın hesabına torpaqlarımız işğaldan azad olundu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 
Anası Ülvinin şeir yazdığını deyir və onun indi də evdə əlyazmalarının olduğunu bildirir. Ülvi şeirlərinin birində yazır:

“Varlının balası kefdə-damaqda,
Kasıbın balası, üzün ağ olsun.
Deyirlər get vuruş, sən Qarabağda,
Öləndə desinlər, vətən sağ olsun...”

Şəhidimizin ədəbiyyat müəllimi Nuranə xanım hələ 8-ci sinifdə inşa yazdıran zaman Ülvinin onunla dialoqunu hələ də unutmadığını deyir:

- Bir gün şagirdlərə “Ana vətən” mövzusunda inşa yazmağı tapşırdım. Ülvinin yazmadığını gördüyüm üçün Rəhimov, dəftər-qələmin hanı?-deyə ondan soruşdum. Ülvi nə demək istədiyimi anlayıb dərhal ayağa qalxdı və cavabında, “Nuranə müəllimə, mən anamı da, vətənimi də çox sevirəm, lazım gəlsə, qələmim olmasa belə qanımla bu inşanı yazaram”-dedi. İndi doğrudan da Ülvi öz sözünü tutdu. Ana vətənə olan sevgisini qanıyla yazdı. Şəhid olaraq həyatının ən mükəmməl inşasını yazdı. 

Ülvinin 10 yaşlı bacısı Ülkər indi tək qaldığını deyərək, kövrəlir:
- Məni məktəbə həmişə Ülvi aparırdı. Deyirdi ki, başını aşağı sal get, heç yerə baxma. Evdə yatmışdım və yuxuda oyananda gördüm ki, anam ağlayır, dedilər ki, Ülvi şəhid olub. Onda çox pis oldum. Mən Ülvisiz çox darıxıram. (Kövrəlir)

Şəhidimizin ailəsi qəzalı evdə yaşayır və təcili olaraq köməklik etmək lazımdır...

Şəhidimizin ailəsinin yaşadığı evin şəraitsizliyi gözümüzdən yayınmadı. Valideynləri deyir ki, evləri qəzalı vəziyyətdədir və oturduğumuz stol-stulu da Ülvi şəhid olandan sonra imkanı olan şəxslər verib ki, qonaqlar otursun. Atası fəhləçiliklə evi dolandırdığını bildirir. Şəhidimizin anası isə məktəbdə xadimə işləyir. Biz də şəhidimizin ata evinin otaq-otaq gəzib gördüyümüz ürək açmayan mənzərənin fotolarını çəkdik. Ümid edirik ki, aidiyyatı qurumlar şəhidimizin mənzil şəraitini yaxşılaşdırmaq üçün müəyyən addımlar atacaqlar. 

Vasif Əlihüseyn
Fotolar müəllifindir.
Oxşar xəbərlər
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:07
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:07
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb