\"Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar Şəhid olurlar...\" - FOTO+VİDEO
Oxunub: 4051
29 Nov 2020 | 05:38
\

Artıq 44 günlük Vətən müharibəsi sona yetib və xalqımız uzun illər həsrətində olduğu qələbə sevincini yaşadı. Ali Baş Komandanın və Müzəffər Ordumuzun şücaəti sayəsində Doğma Qarabağımız erməni işğalından azad oldu.

Vətənizin igid oğulları öz qanları, canları bahasına Azərbaycanın əzəli topraqlarını düşmən tapdağından azad etdilər. Neçə-neçə Vətən oğullarımız öz cəngavərliklərilə, qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı tarix dastanını yazdılar. 

Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə mərd oğullarımızdan biri də – İsmayılov Camal Vidadi oğludur. O, 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Hər bir azərbaycanlı kimi, onun da qəlbindəki ən böyük arzularından biri – Doğma Qarabağımızın erməni işğalından azad olunması, üçrəngli bayrağımızın – Şuşada, Laçında, Kəlbəcərdə dalğalanması idi.

Bu arzusuna çatmaq üçün 2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal dərin zəkası, bacarığı ilə hərbi hissədə komandanlığın diqqətini çəkir və beləliklə hərbçi olmağa qərar verir. Beləcə Camalın həyatında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir kimi fəaliyyəti başlayır. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir.

Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. Doğma Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrutun qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edir. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulur. Son döyüşündə – Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsilə birlikdə son damla qanına qədər düşmənlə döyüşərək, rəhbərlik etdiyi dəstəsilə ilə birlikdə şəhidlik zirvəsinə yüksəlir.

İsmayılov Camal bundan öncə də 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif edilib.


Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirrlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən – “Turaz Şahini”, “Anadolu Qartalı” “Eternity-2019”, “Anatolian Sofex-2018” və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb.

Şəhid Camal canında çox sevdiyi Azərbaycanın üçrəngli bayrağını bəzən çiyinlərində, bəzən başı üzərində gəzdirsə də, lakin ölənə qədər qəlbinin ən gözəl guşəsində qoruyub saxladı.


“Kəşfiyyatçı olduğu üçün hər şeyi evdə danışmazdı. Mən sadəcə onunla bağlı bəzi məqamları söyləyə bilərəm. Bir çox təlimlərdə iştirak edib, 94 dəfə paraşütdən atlayışı var, xizək, dağçılığın bütün sirlərinə bələd idi. Moskvada Qələbənin 95 illiyi münasibətilə keçirilən paradda iştirak edib, medal alıb. Bayraq Meydanın açılışında iştirak edib. Təlimlərdən də həmişə yüksək nəticələrlə qayıdardı.

Camal Füzuli uğrunda gedən döyüş zamanı döyüş meydanından dostunu xilas edəndə ayağından və qolundan yaralansa da, lakin evdəkilərə bildirmir.

“Dörd gün hospitalda olduqdan sonra yenidən cəbhəyə qayıdır. Dostu Kamil qucağında keçinib. Hospitalda olmağını özünə sığışdıra bilmirdi. Onunla danışanda gördüm səsi nəsə sakit yerdən gəlir, döyüş meydanı deyil. Soruşdum ki, hardasan, 4 gündür səndən xəbər yoxdu. Dedi ki, kazarmadayam, ayağım burxulub, həkimlər duzlu su qoyub. Sən demə yaralanıbmış. Bunu sonradan bizə döyüş yoldaşları demişdi.

Şəhid dostu Kamil Şirinov ilə

Mənlə danışanda deyirdi ki, buralarda qəribə hisslər keçirirəm. Neçə illərdən sonra Füzuliyə, Cəbrayıla, Qarabağa qayıtmışıq. Burda gəzəndə qəlbim fərəhlə dolur, gözlərimə inana bilmirəm. Deyirdi qızlarımla gələcəyəm Qarabağı başdan-başa onlara göstərəcəyəm, onlarla birlikdə yenidən bayraq gətirib bura sancacağıq.

Camal işinə olduqca ciddi, hörmətlə yanaşdırdı. İndiyə qədər kimsə bilməyib ki, o kəşfiyyatçı idi. İndi də bəzi məqamları açmağa cəsarət etmirəm. Telefonumda onun hərbi formada şəkilləri ola bilməzdi, hərbi geyimdə şəkil paylaşmağa da qoymazdı. İndi dediklərimin çoxunu yas mərasim üçün başsağlığına gələn döyüş yoldaşlarından billmişəm. Son iş yerini Bakıya təyin etmişdilər ki, burada qalacaqdı. Lakin ərizə yazıb, özü döyüşə getməyi istəmişdi. Özünə sığışdıra bilmirdi ki, dostlarım müharibədə döyüşsünlər, o isə burada qalsın. Bütün bunlar onu şəhidlyə aparırdı.

Döyüş yoldaşlarının sözlərinə görə, son döyüşündə elə təxminən 200-ə qədər ermənini Camal özü öldürüb. Yarısını güllə ilə, yarısını bıçaqla, əlbə-yaxa döyüşərək öldürüb. Həmçinin döyüş yoldaşları deyir ki, baş gizir olmasına baxmayaraq, biz ona hörmətlə yanaşardıq, ona hərbi salam verirdik. Çox təəssüflər olsun ki, onun döyüş yoldaşlarının çoxu hələ də Qarabağdadır, bəziləri ya yaralanıb və ya da şəhid olublar. Camal barəsində daha ətraflı məlumatı onlar deyərdi”.

Camal ata kimi, həyat yoldaşı kimi də çox qayğıkeş, mehriban və xoşrəftar olduğunu söyləyən Fatimə xanım onun son gedişini, son arzularını bizimlə bölüşdü:

“Son dəfə gedərkən uşağına ad qoydu getdi (Camalın həyat yoldaşı üçüncü övladına hamilədir). Son dəfə axşam yeməyimizi yedik, dedi gedək bir az hava alaq, gəzək. Yolda mənə dedi ki, təlimə gedirik. Özünə çox güvənirdi, deyirdi qayıdacağam, hər şey yaxşı olacaq, amma sən yenə də hər şeyə hazırlıqlı ol. Mən dedim ki, sən məni tək qoyub gedəcəksən? Dedi elə şeyləri ağlına gətirmə. Səni də, uşaqları da əvvəl Allaha və Vətənə əmanət edirəm. Dedi doğulacaq uşağımızın adını Alpaslan qoyarsan, soyad yerinə də mənim adım olar, bu addan çox qürurlanırdı. Qızlarıma yaxşı bax, istəyirəm onlar xaricdə ali təhsil alsınlar, onları hərtərəfli, dünyagörüşlü böyüt, sənə arxayınam. Çünki mən hər zaman təlimlərdə olmuşam, sən onları tək böyütmüsən. Uşaqları mərd böyüt.

Gəldik evə yenə bəzi məişətlə bağlı tapşırıqlarını verdi. Sonra uşaqlarla oyun oynadı. Həmin gün uşaqları o qədər bağrına basırdı, öpürdü. Sanki bir daha övladlarını görməyəcəyini bilirdi. Kənardan onlara baxırdım. Gah qucağında otuzdurur, gah saçlarına sığallayırdı. Qızlara hər gecə nağıl danışmasa yatmırlar. Hətta Əsmətə, böyük qızıma deyirdi ki, daha 11 yaşın var, nağıl danışmayım. Həmin gecəni uşaqlarla birlikdə yatdı. Döyüşə getdikdən sonra da, hər telefonla danışanda, 10-15 saniyədən çox danışmazdı, amma topun-tüfəngin səsi altında həmişə uşaqları birinci soruşurdu ki, dərsə gediblər.


Böyük qızım Əsmətin ad günü sentyabrın 19-dadır. 5 il idi ki, biz ad günündə bir yerdə olmurduq. Çünki həmişə Camal təlimlərə görə xarici ölkələrdə olurdu. Bu dəfə birgünlük icazə almışdı.

Camal namaz qılırdı. Namazını bitirdikdən sonra başqa duaları sakit deyirdi. Amma son duasını: “Allahım məni şəhadətə ucalt, Allah mənə şəhidlik qismət eləsin” sözlərini yüksək səslə deyirdi. Sanki, uşaqlara eşitdirirdi, uşaqları, məni əvvəlcədən hazırlaşdırırdı. Əsmət bir dəfə soruşdu ki, ata şəhidlik nə deməkdir? Deyirdi ki, qızım hərbiçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar. Hərbiçilərin pensiya kağızı şəhidlikdir. Vətən uğrunda şəhid olmağı o qədər arzu edirdi.

Başsağlığı üçün gələn müəllimlər deyirdi ki, həmişə məktəbə gələndə iki qızının çantasını kürəyinə keçirirdi. Başqa valideynlər uşağa çantasını verib gedirdi. Camal isə əyilirdi uşaqlarının ayaqqabılarına, üst-başlarına baxırdı. Üzlərindən öpürdü, sonra yola salırdı. Adətən hərbçilər sərt təbiətli olur. Amma o qızlarına qarşı o qədər mülayim, qayğıkeş idi. Hətta uşaqlar xəstələnən  kimi başlarının üstündə dua, Qurani-Kərimdən ayələr oxuyardı.

Həyatyoldaşı kimi də çox qayğıkeş, hər zaman mənə hörmətlə yanaşıb, son qəpiyinə qədər evə, uşaqlara xərcləyib. Hətta oruc tutanda sübh vaxtı, bəzən mən yuxudan oyana bilməyəndə, özü süfrəni hazırlayırdı, sonra məni çağırırdı ki, gəl. Birlikdə oruc tutardıq.

Hər qışda bizi Şahdağa aparadı, uşaqlara xizək sürməyi öyrədərdi. Qızımı alpinist kurslarına da yazdırıb. Özü nəyi öyrənirdisə, uşaqlara da öyrədirdi. İstəyirdi ki, uşaqlar dünyagörüşlü olsunlar, hər şeydən xəbərdar olsunlar. Qızlarım da yaxşı xizək sürməyi bacarır. Ümumiyyətlə uşaqlarla çox vaxt keçirərdi, evdə olan kimi, mütləq onları harasa gəzməyə aparardı. Bəlkə də, bizdən tez ayrılacağını bildiyi üçün övladları ilə çox xatirələri olsun deyə onlarla çox vaxt keçirərdi.


Son gedişində mənə tapşırdı ki, bu qapıdan necə çıxmışamsa, uşaqların xatirəsində elə qalmağımı istəyirəm. Ona görə mənə nəsə olsa, uşaqları hüzr yerinə buraxma. Mənə də söz ver ki, ağlamayacaqsan. Ağlayırsansa indi, yanımda ağla. Mən öləndən sonra ağlama. Heç kimin yanında göz yaşı tökmə. Qızlarıma da mənim şəhidliyimi ağlaşma kimi göstərmə. Gedəndə gecə 5-in yarısı idi. Uşaqları çoxlu öpdü. Mənə tapşırdı ki, uşaqlardan muğayat ol, sizin başınızı uca tutacağam.

Uşaqlar əvvəl bilmirdi, onlara demişdim ki, ata hospitalda yaralıdır, ata qəhrəman ola bilər. Amma uşaqlar artıq neçə vaxtdı deyirlər ki, ana, deyəsən atamız Cənnətdədir, göylərdədir. Qızım deyir, hamı mənlə şəkil çəkdirir, elə fərəhlənirəm, atamla qürur duyuram. Belə az da olsa danışmışam, bəzi məqamları demişəm onlara, amma gözləri hələ də yoldadır, onun yolunu gözləyirlər.

Uşaqlara görə, özümü möhkəm tutmuşam ki, onlar kədərlənməsin. Mən bilirəm ki, o harda olsa da, mənim tək qoymayacaq, həmişə bizimlə olacaq”.

Yas mərasimində iştirak edənlər söyləyir ki, Fatimə xanım dəfndə özünü əsl Azərbaycan qadını, əsl şəhid həyat yoldaşı kimi başını dik tutaraq Camala verdiyi son sözünü tutdu, ağlayıb, ah-nalə tökmədi, onu son mənzilə məğrur dayanaraq yola saldı.

Dövlət Sərhəd Xidmətində hərbçi kimi çalışan qardaşı Ülvi İsmayılov Camal ilə bağlı xatirələrini bizimlə bölüşdü:

“Camal ilə bağlı xatirələrim çoxdu. Qardaş kimi o, mənim idealım olub. Ona baxaraq, hərbiyə gəlmək həvəsim yaranıb. Camalın cənazəsini gətirmək üçün Tərtərə getdik. Oraya çatanda cəsədlərin arasında onu gördükdə gözlərimə inanmadım. Üzü sanki gülürdü. Ətrafdakılara dedim, həkim çağırın o, hələ ölməyib. Çiyinlərindən tutub silkələdim, ki ayılsın. Dedilər artıq neçə gündür ki, rəhmətə gedib. “Bronjileti”ni açdım ki, bədənində qan artıq quruyub. Şəhidlər ölmür, yəqin ki, üzündəki təbəssüm onun Cənnətdə şəhadət zirvəsinə çatmağının əlamətidir”.


Tabor komandirinin (hərbçi olduğu üçün adının açıqlanmasını istəmədi) Camalın hərbçi kimi fəaliyyətindən, eləcə də son döyüşündən bəhs edərək bildirdi ki, İsmayılov Camalı uzun illər tanımışam:

“Camalın xatirəsinin əbədiləşdirilməsində nəsə köməyim dəyərsə, bundan qürur duyaram. O, çox ağıllı, kamallı, böyük-kiçik yerini bilən, ailəcanlı biri idi. Hər zaman işdən kənar vaxtlarda onun ailə ilə, uşaqları ilə birlikdə görərdim. Hər zaman ailəsinin başında olub. Çox araşdırardı, öz üzərində işləyərdi. Həmişə yanıma gələrdi nəsə bir təkliflə ki, komandir bunu belə edək. Həmişə istər döyüş hazırlığında, istərsə də kollektiv üçün “əlini daşın altına salan” biri olub.

Həmişə internetdə silahları, cihazları araşdırardı. Yuxarıdan nəyisə öyrənilməsi, araşdırılması əmri gəldikdə, dərhəl birinci tapşırığı Camala verərdim. Bilirdim ki, bu tapğırığı versəm, o əlindən gələni edəcək. Gizirim olub, çox savadlı olub, daim öz üzərində işləyərdi. Onun əsas ixtisası rabitəçi olub. Öz işinə həmişə məsuliyyətlə yanaşıb. Həm fiziki cəhətdən idmanla məşğul olub, həm də özünü bilik, savad baxımından da inkişaf etdirib. Yəni nümunəvi hərbi qulluqçum, nümunəvi gizirim olub. Hər bir şəhid, hər bir yaralı mənim üçün əzizdi, amma Camalın itkisi ilə hələ də barışa bilmirəm.

Camal ilə son görüşüm Füzulidə oldu. Döyüşlər bir az səngimişdi, oturmuşduq söhbət edirdik. Sonra yer dəyişdirdik, hücuma keçəndə onunla vidalaşdıq, dedim Camal komanda verilən kimi siz də gələrsiniz. Elə həmin döyüşdə Füzulidə kəndin alınmasında ağır yaralandım. Artilleriya qəlpəsi yanıma düşdü, boynumdan sağ tərəfdən girib, sol tərəfdən çıxdı. Xoşbəxtlikdən şah damarıma düşmədi. Yəni ən son Camalı orda gördüm.

Döyüşlərdə bütün əmrləri canla-başla yerinə yetirərdi, onda qorxmaq, çəkinmək hissi olmayıb. İstər gecə olsun, istər gündüz olsun düşməni məhv etmək, düşməni susdurmaq və ya pusqu qurmaq əmri verilibsə, bir saniyə düşünmədən yerinə yetirərdi. Hətta dəfələrlə Camalı dəstə rəhbəri kimi, onların başlarına böyük təyin etmişəm. 

Son döyüşü ilə bağlı deyə bilərəm ki, əsas yüksəkliyin – Laçın istiqamətində gedən döyüşlərdə əsas yüksəkliyin alınması əmri var idi. Yüksəklik alındıqdan sonra düşmən də geri çəkilərək qaçır. Həmin yüksəkliyin alınmasında Camalgil, yəni mənim taborum var idi. Düşmən dedikdə say yalnız 50-60 nəfərdən getmir. Orada hər növ düşməm vardı. Yəni düşmən yalnız avtomat silahdan deyil, hər cür silahla çoxlu sayda ermənilər onlara hücum edib. Yəni Camalgilin dəstəsini artilleriya da vururdu, tankəleyhinə vasitələr də vururdu, minamyotlar da, toplar da vururdu. Yəni bütün ağır və yüngül silahlarla düşmən onlara üç tərəfdən hücum edib. Həm qarşıdan, həm yan tərflərdən güclü döyüşlər gedib.

Düzdü taborum düşməni məhv edib, onu geri çəkilməyə məcbur edib. Təəssüflər olsun ki, döyüşlər itkisiz ötüşmür. Və Camal dəstəsi ilə birlikdə axırıncı nəfəsinə qədər döyüşərək şahidlik zirvəsinə yüksəliblər. Camal özü dəqiq say bilinməsə də təxmini 200-ə qədər düşmən məhv edib. Və həmin yüksəkliyi ələ keçiriblər. O döyüşdə mənim taborumdan 3-4 qat böyük düşmənin qüvvəsi vardı. Düşmənin canlı qüvvəsinin yarısını məhv etdikdən sonra, qalan ermənilər əllərindəki silahları qoyub qaçıblar. Və o yüksəklik ələ keçdikdən sonra Laçına gedən yol demək olar ki, həm nəzarət olunub, həm də tam olaraq bizim qüvvələr üçün açılıb.

Təvazökarlıqdan uzaq da olsa, mənim taborum – İsmayılov Camal, Şirinov Kamil, Quliyev Şəhriyar və Cəbiyev Sübhan hər zaman, bütün döyüşlərdə çox mərdcəsinə döyüşüblər. Həmçinin Şuşanın alınmasında da demək olar ki, mənim taborum da iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə bir neçə tabor olub, onlardan biri də mənim taborum idi. Təəsüf ki, mənə qismət olmadı, ağır yaralandım, hazırda da da müalicə olunuram. Döyüşlərdə axıra qədər iştirak edə bilmədim”.

İsmayılov Camal üçün valideynləri də, həyat yoldaşı və övladları da həyatda hər şeydən əziz və dəyərli idi. Hər bir ata kimi onun da qəlbində övladları ilə bağlı yüzlərlə arzusu vardı. Lakin Camalın Vətənə olan sonsuz sevgisi onu şəhidlik zirvəsinə yüksəlməkdən geri addım atmağa qoymadı.

Ruhun şad olsun qəhrəman şəhid, artıq Doğma Qarabağımız bütövlüklə bizimdir, Qarabağ Azərbaycandır!!! (1news.az)

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO