Xəbər lenti
20/01/2021 [01:21]:
Səyahətçi-bloqer dağlarda azaraq soyuqdan həlak oldu
20/01/2021 [01:19]:
ABŞ Yəmənin “Ənsar Allah” hərəkatını terror təşkilatları siyahısına daxil etdi
20/01/2021 [01:10]:
"Biz müharibə etmiş ölkəyiksə, düşmən hələ də öz mənfur niyyətlərindən əl çəkmirsə..."
20/01/2021 [00:13]:
"Bu, mənə göydə Allahın, yerdə Azərbaycan əsgərinin ən gözəl hədiyyəsi idi..."
20/01/2021 [00:05]:
20 Yanvar faciəsindən 31 il ötür
20/01/2021 [00:02]:
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR
19/01/2021 [23:56]:
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda konfrans keçirildi
19/01/2021 [23:27]:
Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı
19/01/2021 [23:22]:
Sahibinin əlindən qaçan it maralı öldürdü - VİDEO
19/01/2021 [23:22]:
“Real” Mbappe üçün 150 milyon avro ödəməyə hazır deyil
19/01/2021 [23:18]:
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi
19/01/2021 [23:12]:
"Artıq həmin küçələrdə Polad Həşimovun adını daşıyan lövhələr asılıb"
19/01/2021 [22:57]:
İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
19/01/2021 [22:40]:
Şəhidləri yaddaşında daşıyan Şeyxülislam - 20 Yanvarın Qələbə çiçəyinə çevrilən qərənfil...
19/01/2021 [22:38]:
Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın GERÇƏK TƏRƏFLƏRİ
19/01/2021 [22:31]:
"ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir"
19/01/2021 [22:28]:
Koronavirus, vaksinasiya, immun pasportlar-bir tərəfə verilən biletlərdir
19/01/2021 [22:23]:
Niyə “Dağlarda toy”? - Şuşanın işğalının “kod adı”nın izahı
19/01/2021 [22:09]:
Vladimir Putin temperaturu mənfi 20 dərəcə olan buzlu suya girdi - VİDEO
19/01/2021 [21:44]:
ADNSU-da 20 Yanvar hadisəsi qurbanlarının xatirəsi yad edilib
19/01/2021 [21:44]:
Bu axşam yayımlanacaq sənədli film dünyanı dərindən sarsıdacaq həqiqətləri ortaya çıxaracaq...
19/01/2021 [21:41]:
ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında memorandum imzalanıb
19/01/2021 [21:39]:
"AP hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir"
19/01/2021 [21:31]:
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
19/01/2021 [21:25]:
“Snayper ikinci dəfə vurmaq istəyəndə özümü təpədən atdım”- Cıdır düzündə yaralanan Kamil
19/01/2021 [21:23]:
Yeni doğulan uşaqda "Kovid-19"a qarşı antikor görüldü: Tibb dünyasında çaşqınlıq yaradan hadisə...
19/01/2021 [21:20]:
“Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu” - Seyran Ohanyan
19/01/2021 [21:17]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Musa Mustafayevin atası ilə görüşüb - FOTOLAR
19/01/2021 [21:01]:
Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi - Təfərrüat
19/01/2021 [20:53]:
Şuşaya qar yağır - FOTO
19/01/2021 [20:41]:
Mövlud Çavuşoğlu ilə Cavad Zərif arasında telefon danışığı olub
19/01/2021 [20:31]:
İran Tramp, Pompeo və Boltona qarşı sanksiya tətbiq edib
19/01/2021 [19:56]:
“Artıq digər bölgələrdən də yüzlərlə soydaşımız  Qarabağda yaşamaq arzusuyla ərizələr verib...” 
19/01/2021 [19:50]:
Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub - VİDEO
19/01/2021 [19:48]:
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
19/01/2021 [19:45]:
Bakıya qar yağır
19/01/2021 [19:42]:
Xalq artisti dünyasını dəyişdi
19/01/2021 [19:32]:
Avropada “Boeing 737 MAX”ın uçuşlarına qadağa götürülür
19/01/2021 [19:30]:
"Simpsonlar"ın ssenaristi öldü
19/01/2021 [19:26]:
"O, əlində avtomat dayanıb diqqətlə mənə baxırdı, avtomatı da mənə doğru tuşlamışdı"
19/01/2021 [19:06]:
Putin Tramp və Baydenlə əlaqə saxlamağı planlaşdırmır
19/01/2021 [18:50]:
Putin xaç suyuna girdi - VİDEO
19/01/2021 [18:42]:
Kəlbəcərin Çopurlu kəndi - VİDEO
19/01/2021 [18:39]:
"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb
19/01/2021 [18:39]:
Nazirlik: "20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü Prezidentin aylıq təqaüdləri ilə təmin olunur"
19/01/2021 [18:32]:
Rusiya Azərbaycana minatəmizləmə texnikası göndərdi - FOTO/VİDEO
19/01/2021 [18:30]:
Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb
19/01/2021 [18:28]:
Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
19/01/2021 [18:14]:
Bayden Aişə və Samirəyə  Ağ Evdə vəzifə verdi...-FOTOLAR
19/01/2021 [18:04]:
Ötən il “Google”da ən çox axtarılan sözlər məlum olub
19/01/2021 [18:04]:
“Uşaqlıqda Məlik Dadaşovun “Fəryad” filmindəki səhnəsi məni çox sarsıdıb...”
19/01/2021 [18:03]:
Hulusi Akar Məsud Bərzani ilə görüşüb
19/01/2021 [17:44]:
Milli Məclisin İnsan Hüquqları komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası keçirildi
19/01/2021 [17:40]:
Messinin cəzası açıqlandı
19/01/2021 [17:32]:
Azərbaycan və İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı
19/01/2021 [17:26]:
Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
19/01/2021 [17:25]:
Azərbaycan vətəndaşlarının Türkiyəyə hansı sənədlərlə səfər edəcəyi məlum olub
19/01/2021 [17:24]:
Polietilen torbalar alıcılara pulla təqdim olunacaq
19/01/2021 [17:23]:
“Mənəvi dəyərlərimizlə bağlı bu cür filmlərin çəkilməsi olduqca faydalıdır”
19/01/2021 [17:23]:
Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
19/01/2021 [17:20]:
Ağstafanın həbsdə olan icra başçısı və müavininin məhkəməsi təxirə salındı
19/01/2021 [17:20]:
BDU-da “20 yanvar - Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19/01/2021 [17:16]:
Anavətənçilər 20 Yanvar Şəhidlərini yad etdilər - FOTO
19/01/2021 [17:16]:
Milli Məclisin Sədri Türk Şurasının Baş katibi ilə ilə görüşüb
19/01/2021 [17:12]:
Xalqımızın azadlıq və bölünməzlik uğrunda “20 YANVAR” tarixindən başlayan mübarizəsi...
19/01/2021 [17:09]:
"Kasıba ərə getmərəm" deyən Pərvinə əsgərdən cavab: "Sənin nəslini kasıb oğlanlar qoruyur"
19/01/2021 [17:00]:
Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasını keçirdi
19/01/2021 [17:00]:
Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradıldı - RƏSMİ
19/01/2021 [16:51]:
Ermənistan böyük silah ticarətçisinə bir neçə cinayət işi açıldı
19/01/2021 [16:50]:
Türk Şurası 2022-ci ildə Şuşada 20-yə yaxın tədbir keçirə bilər
19/01/2021 [16:49]:
MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir
19/01/2021 [16:46]:
İşdən çıxarılan icra başçısı VƏFAT ETDİ
19/01/2021 [16:44]:
“Pfizer” və “Moderna” peyvəndlərinin 81 yan təsiri AÇIQLANDI
19/01/2021 [16:43]:
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19/01/2021 [16:42]:
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub
19/01/2021 [16:41]:
Milli Məclisin deputatları işğaldan azad edilən ərazilərə gedəcək
19/01/2021 [16:40]:
Köhnə avtomobil idarə edən sürücülərin NƏZƏRİNƏ: Yeni proqram hazırlandı
19/01/2021 [16:39]:
“Kəlbəcərdə öz həyatını qurub, yaşaya bilər”
19/01/2021 [16:38]:
“Azərbaycan Dəmir Yolları” yeni şirkət yaradıb
19/01/2021 [16:36]:
Nazir müavini 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirib - FOTO
Bütün arxiv bir sırada
30/11/2020 [10:37] - Siyasət - ( 2870 dəfə baxılıb)

"Rusiyanın Dağlıq Qarabağda ermənilərdən silahları təhvil alması davamlı sülhə xidmət edəcək"

"Bu baş tutmadan Dağlıq Qarabağda Azərbaycanın milli maraqlarına qarşı təhlükə davam edəcək"


Azərbaycan Prezidenti 10 noyabrda xalqa müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarbağ münaqişəsinin sona çatdığını elan etdi. Bu xəbər cəmiyyətdə Azərbaycanın üzərindən qara buludların çəkiləcəyinin müjdəsi kimi qəbul edildi. Böyük qurbanlar bahasına başa gələn, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tutan bu atəşkəs müqaviləsi xalqımızı sevincə qərq etdi. Ermənistan tərəfindən 30 ilə yaxın işğal atında saxlanılan 7 rayonun, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və Hadrutun işğaldan azad olunması Ali Baş Komandanın rəhbərliyində Milli Ordumuzun şücaəti və əzmi ilə gerçəkləşdi. Bununla belə, erməni ideoloqlarının Azərbaycan xalqına əzəli düşmən olduğunu nəzərə alsaq, anlaşma maddələrini təhlil etməyin və Ermənistan tərəfinin razılaşmaya nə dərəcədə əməl etdiyinə nəzər salmağın faydalı olacağına inanıram. 

Anlaşmanın 2-ci maddəsində, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılacağı qeyd olunur. Qeyd olunan tarixdə Ermənistan tərəfi öhdəliyi yerinə yetirərək tamamilə dağıdılan Ağdam şəhərini və kəndlərini Azərbaycanın nəzarətinə qaytardı. Azərbaycan Prezidenti Ağdamın məşhur Cümə məscidini ziyarət edərək, erməni vandalizmini bütün dünyaya nümayiş etdirdi. Daha sonra, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılığında Azərbaycanda akkreditasiya olunan diplomatik korpusun nümayəndələrinin Ağdam şəhərinə səfəri təşkil olundu. Yəqin ki, Ağdam şəhərinin xarabalıqlarını görən xarici diplomatların yaddaşından erməni separatçılarının vandallıqları uzun müddət silinməyəcək.

Anlaşmanın 3-cü maddəsinə görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirildi. Anlaşmanın növbəti maddələrindən aydın olur ki, Rusiya sülhməramlılarının mandatı təkcə Dağlıq Qarabağda təmas xətti boyu sülhün qorunmasını deyil, eyni zamanda  Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının təhlükəsizliyinin təmin edilməsini əhatə edir. Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin mövcudluğunu nəzərə alsaq, sülhməramlıların müəyyən müddətə bölgəyə yerləşdirilməsi qaçılmaz idi. Anlaşmada bu müddət 5 il nəzərdə tutulub. Tərəflərdən hər hansı biri etiraz etməzsə, mandat uzadılacaq. Anlaşmanın bu maddəsindən belə aydın olur ki, Rusiya sülhməramlıları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda müəyyən müddətə Azərbaycanın təhlükəsizlik qüvvələrini əvəz edəcək.

Anlaşmanın 4-cü maddəsində qeyd olunur: Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Aydın məsələdir ki, burada erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması nəzərdə tutulur. Çünki Rusiya Federasiyasının sülhməramlı kontingenti məhz Dağlıq Qarabağa yerləşdirilib. Hərçənd, spekulyasiyalara imkan verməmək üçün anlaşmanın həmin maddəsində "Dağlıq Qarabağdan çıxarılması" ifadəsinin qeyd olunması daha doğru olardı. Belə ki, anlaşmanın bu maddəsinə əməl edilmədiyinə dair ziddiyyətli məlumatlar var. Xüsusilə də, erməni rəsmilərinin açıqlamaları spekulyasiyalar üçün zəmin yaradır. Rusiya sülhməramlıları Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu yerləşdirilsə də, erməni silahlı qüvvələri hələ də Dağlıq Qarabağda qalmağa davam edir. Kəlbəcərin Bağlıpəyə kəndində çəkilən görüntülərdən, erməni silahlı qüvvələrinin Kəlbəcər-Ağdərə yolunda Kəlbəcərin Çərəktar və Bağlıpəyə kəndləri arasında yeni post qurduğu görülür. Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərinə gedən yolun Çərəktar kəndinin yaxınlığından keçdiyini və işğaldan əvvəl Çərəktar kəndinin əhalisinin tamamilə azərbaycanlılardan təşkil olunduğunu nəzərə alsaq, ermənilərin Çərəktar və Bağlıpəyə kəndləri arasında post qurması yolverilməzdir. Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağı nə vaxt tərk edəcəyi isə bilinmir. 

Anlaşmanın 5-ci maddəsinə görə, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Anlaşmada sülhməramlı mərkəzin tərkibi və nəzarətin forması qeyd edilməsə də, sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərəcəyi elan edilib. Anlaşmadan dərhal sonra, Rusiya və Türkiyə arasında sülhməramlı mərkəzin fəaliyyətinə dair saziş bağlanılıb. Yaxın günlərdə Türkiyə sülhməramlı qüvvələrinin Azərbaycana gəlişi gözlənilir. Türkiyə müdafiə naziri Hulusi Akarın son açıqlamasına görə, Türk sülhməramlıları Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının postları arasında patrul xidməti həyata keçirəcək. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırıcı rolunu nəzərə alsaq, Türkiyə sülhməramlılarının qısa müddətdə monitorinq fəaliyyətinə başlaması Dağlıq Qarabağda Azərbaycanın maraqlarının qorunması üçün əhəmiyyət daşıyır.

Anlaşmanın 6-cı maddəsində qeyd olunur ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Məlumdur ki, Laçın dəhlizi Laçın rayonunun mərkəzindən keçir. Bu isə o deməkdir ki, Laçın rayonunun mərkəzi Rusiya sülhməramlılarının nəzarətində olacaq. Laçının bütün kəndlərinə gedən yollar rayon mərkəzindən keçdiyinə görə, Laçın rayonuna qayıdacaq laçınlılar rayon mərkəzini intensiv şəkildə istifadə edəcək. İşğal dövründə Laçın rayonunun mərkəzində ermənilərin sıx məskunlaşdırıldığını nəzərə alsaq, sülhməramlıların nəzarətində qalan rayon mərkəzini ermənilərin tərk etməsi və azərbaycanlı məcburi köçkünlərin rayon mərkəzində öz evlərinə qayıtması labüddür. Ayrıca, Laçın dəhlizini və Muradxanlı-Laçın yolunu azərbaycanlıların istifadə edə bilməsi Laçına təhlükəsiz gediş-gəlişin təmini üçün şərtdir. Əks halda, Laçın rayonuna qış aylarında alternativ yol mövcud deyil. Anlaşmada 3 il ərzində Laçın dəhlizində Şuşadan yan keçən yeni yolun çəkilməsi nəzərdə tutulduğu kimi, Laçının rayon mərkəzindən yan keçən yeni yolun çəkilməsi də istisna edilmir. 

Əlavə olaraq, anlaşmanın 6-cı maddəsində Kəlbəcər rayonunun 15 noyabrda qaytarılacağı qeyd olunur. Humanitar səbəblərdən Azərbaycan ordusu Kəlbəcər rayonuna nəzərdə tutulan vaxtdan 10 gün sonra, yəni 25 noyabrda daxil oldu. Ermənilərin Kəlbəcərin bütün kəndlərini tərk etməsi gözlənilsə də, 1992-ci ildə Ağdərə rayonunun ləğvindən sonra Kəlbəcər rayonuna verilən kəndlər ermənilərin nəzarətində qalmağa davam edir. Bu isə onu göstərir ki, anlaşmada Ağdərə rayonunun ləğvindən əvvəlki Kəlbəcər ərazisi əsas götürülüb. Beləliklə, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Tərtər su anbarı və Tərtər SES ermənilərin nəzarətində qalır. 
 
Xatırladaq ki, Kəlbəcərin işğalı Ağdərə-Kəlbəcər yolunun erməni separatçıları tərəfindən bağlanması ilə başlamışdı. Kəlbəcərin işğalı vaxtı, aprel ayı olmasına baxmayaraq çox sayda vətəndaşımız Murov yolunda donaraq can vermişdi. Bir sözlə, Kəlbəcərə qış aylarında Murov yoluyla gediş-gəliş olduqca təhlükəlidir. Ona görə Suqovuşandan Kəlbəcərə yolun açılması labüddür. Kəlbəcər işğaldan azad olunandan sonra Ağdərə-Kəlbəcər yolunun azərbaycanlılar tərəfindən istifadə edilə bilməməsi, qış aylarında, həm hərbçilərimizin, həm də evlərinə qayıdacaq mülki vətəndaşlarımızın, faktiki olaraq, Kəlbəcərdə mühasirədə qalmasına səbəb olacaq.

Anlaşmanın 7-ci maddəsinə görə, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. İşğaldan əvvəl Dağlıq Qarabağ ətrafı rayonlarda sadəcə azərbaycanlıların məskunlaşdığını nəzərə alsaq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin xidmətindən əsasən Dağlıq Qarabağa daxili məcburi köçkünlər və qaçqınların geri qayıtması prosesində istifadə ediləcək. Dağlıq Qarabağa, o cümlədən Xocalıya, Əsgərana, Xankəndinə, Xocavəndə qayıdacaq azərbaycanlı məcburi köçkünlərin təhlükəsizliyinin necə təmin ediləcəyi isə, hələ ki, tam aydınlaşmayıb.

Anlaşmanın 8-ci maddəsində hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi nəzərdə tutulur. Düşünürəm ki, bu maddə çərçivəsində Ermənistan tərəfində saxlanılan azərbaycanlı hərbi əsirlərlə yanaşı, 2014-cü ildə Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin Azərbaycana qaytarılmasına dair məsələ qaldırıla bilər.

Anlaşmanın 9-cu maddəsinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağı ətraf rayonlarla və Ermənistanla birləşdirən yol infrastrukturu hər iki tərəfin istifadəsinə açıq olacaq. İctimaiyyəti maraqlandıran suallardan biri də budur ki, Füzulidən Şuşaya Qırmızı Bazar üzərindən işlək yol mövcud ikən, mürəkkəb dağ relyefində böyük vəsait tələb edən yeni yolun çəkilməsinə zərurət nədən yaranıb? Çox güman ki, Azərbaycan hökuməti təhlükəsizlik nöqtəyi-nəzərdən Şuşaya yeni yolun çəkilməsini zəruri hesab edib. Bununla belə, Azərbaycan tərəfi Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarətindəki mövcud yolları istifadə edə bilmirsə, anlaşmanın bu maddəsinin icrasında, müvəqqəti də olsa, müəyyən problemlər var. Eyni zamanda Ağdərə-Kəlbəcər yolunun Azərbaycan silahlı qüvvələri tərəfindən hələ də istifadə edilə bilməməsi bölgədəki nəqliyyat əlaqələrinin bərpasının növbəti mərhələdə həllini tapacağını düşünməyə əsas verir.

Əlavə olaraq, anlaşmanın 9-cu maddəsində Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpa edilməsinə dair Ermənistan Respublikasının götürdüyü öhdəlik sadəcə Azərbaycan üçün deyil, region dövlətləri, o cümlədən Türkiyə və Rusiya üçün əhəmiyyət daşıyır. Qars-Iğdır-Naxçıvan və Naxçıvan-Mincivan-Bakı dəmiryolları, Azərbaycanın təşəbbüsüylə gerçəkləşən digər nəhəng investisiya layihələri kimi, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və bölgə xalqlarının rifahına xidmət edəcək.

Təhlildən belə nəticə hasil olur ki, anlaşmanın icrası ilə bağlı əsas problem erməni silahlı qüvvələrinin Dağlıq Qarabağı hələ də tərk etməməsidir. Bu baş tutmadan Dağlıq Qarabağda Azərbaycanın milli maraqlarına qarşı təhlükə davam edəcək. Bir sözlə, anlaşmanın şərtlərinə əməl edildiyini və Azərbaycanın Dağlıq Qarabağda suverenliyinin təmin olunduğunu deyə bilmək üçün, ilk növbədə, erməni silahlı qüvvələri Dağlıq Qarabağı tərk etməlidir. Nəzərə alsaq ki, anlaşma ilə Dağlıq Qarabağda təhlükəsizliyin təminindən Rusiya sülhməramlıları cavabdehdir, Rusiyanın Dağlıq Qarabağda ermənilərdən silahları təhvil alması üçtərəfli atəşkəs anlaşmasının qüvvədə qalmasına və davamlı sülhə xidmət edəcək.

Fazil Qasımov
İstanbul Universitetinin doktorantı

loading...
Sahibinin əlindən qaçan it maralı öldürdü - VİDEO
Şəhidləri yaddaşında daşıyan Şeyxülislam - 20 Yanvarın Qələbə çiçəyinə çevrilən qərənfil...
Vladimir Putin temperaturu mənfi 20 dərəcə olan buzlu suya girdi - VİDEO
Bu axşam yayımlanacaq sənədli film dünyanı dərindən sarsıdacaq həqiqətləri ortaya çıxaracaq...
Yeni doğulan uşaqda "Kovid-19"a qarşı antikor görüldü: Tibb dünyasında çaşqınlıq yaradan hadisə...
N.Tusi adına Klinika

Cəmiyyət
"Biz müharibə etmiş ölkəyiksə, düşmən hələ də öz mənfur niyyətlərindən əl çəkmirsə..."
Dünya
Bayden Aişə və Samirəyə  Ağ Evdə vəzifə verdi...-FOTOLAR
Müsahibə
“Uşaqlıqda Məlik Dadaşovun “Fəryad” filmindəki səhnəsi məni çox sarsıdıb...”
Dünya
Ermənistan böyük silah ticarətçisinə bir neçə cinayət işi açıldı
Cəmiyyət
Saatlıda sakinlər həyətlərindəki meyvə ağaclarını kəsirlər... - QAZ BOYDA DƏRD...

Yazar
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
“Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyimiz 200 milyon dollar batdı...”
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Qarabağda baş verənlərə görə narahatçılıq keçirənlərə üzümü tutub deyirəm ki..."
"Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}