Xankəndi erməniləri, onlar kimdir? - Nəsiman Yaqublunun yazısı
Oxunub: 3845
01 Dec 2020 | 10:30
Xankəndi erməniləri, onlar kimdir?  -  Nəsiman Yaqublunun yazısı
XVIII əsrin sonlarında Qarabağ xanlığı başçılarının Şuşanın 10 kilometrliyində xanların istirahəti və xanlığın digər şəhər və kəndlərinə yaxın olması məqsədi ilə salınan bu yer “Xanın kəndı” kimi tanınırdı.
    
Buraya erməniilərin ilk gəlişi 1800-cü ilə təsadüf edir.Sonradan Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra 1804-cü illərdən başlayaraq onların sayı burada artmışdı.Çar Rusiyasının əsas hərbi bazalarından biri də 1813-cü ildən sonra Xankəndində yerləşdirilir.Bundan sonra Rusiya hökuməti  İrandan buraya çoxlu sayda erməniləri köçürüb və onların burada yaşamasına, hərbi hissədə ruslara qulluq etməsinə şərait yaradıb.Yəni Xankəndi ermənilərinə “rus diqqəti” və “sevgisinin” əsası o dövrdə belə qoyulub.Xankəndinə yerləşdirilən ermənilər Rusiya hərbi hissələri ilə yanaşı, dövlət idarələrində də işlə təmin edilir, Rusiya dövlətinin etibarlı dayaqlarına çevrilirdilər.
      
1906-cı ildə Tiflisdə keçirilən azərbaycanlı-erməni toplantısında ermənicə çıxan “Mşak” qəzetinin redaktoru Kalantar ilk olaraq “Dağlıq Qarabağ” sözünü işlədib və böyük Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlu buna etiraz edib.Sonrakı illərdə Qarabağda və xüsusən Xankəndində ermənilərin fəallığı daha da artıb.Onlar separatçı Dağlıq Qarabağ ermənilərinin 4 qurultayını keçiriblər.
     
Azərbaycan Cümhuriyyəti dövründə Xankəndi və digər bölgələrdə erməni separatçıların fəaliyyətinin qarşısı alınıb.
      
1923-cü ilin iyulun 23-də mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1923-cü ildə oktyabrın 6-da  Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin "müraciəti" nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırılıb.
1924-cü ilin noyabrın 26-da “Dağlıq Qarabağ Muxtar Vilayəti Haqqında Əsasnamə” çap edildi. Həmin Əsasnamədə qeyd edilirdi ki, DQMV Azərbaycan SSR-nin tərkib hissəsidir, bütün kargüzarlıq, məhkəmə işləri və DQMV-nin məktəblərində tədris ana dilində aparılır.“Əsasnamə”yə görə, Şuşa qəzasından Şuşa şəhəri və Xankəndi olmaqla, 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi DQMV-nə verildi.Son olaraq Sovet dövləti ermənilərin və Moskvanın azərbaycanlılara təsir imkanlarını daima saxlamaq üçün qondarma “Qarabağ problemi”ni yaratdı.
     
Və yenə Xankəndi ermənilərin separatçılıq mərkəzinə çevrildi.Bu dəfə onlara himayədarlığı  ermənipərəst rus-sovet rejimi edirdi.1930-cu illərdən isə sovet dövlətində yüksək vəzifələrdə çalışan A.Mikoyan 1960-cı illərin sonuna qədər onların bu təxribatçı hərəkətlərinin “xac atası” rolunu oynadı.1960-cı illərdə A.Mikoyanın SSRİ Ali Sovetinin sədri olması erməniləri daha da quduzlaşdırdı.Bu özbaşınalıq isə onların azərbaycanlılara qarşı törətdiyi cinayətlərdə təsirini tapırdı.Xankəndi erməniləri 1965-ci ildə qatil Andronikə bu şəhərdə heykəl qoymaq da istəmişdilər. Lakin bəzi Azərbaycan ziyalıları buna etiraz edərək Moskvaya müraciətlər etmişdilər.Sonda onların bu mənfur istəklərinin qarşısı alınmışdı.
Ermənilər isə sovet rejiminin himayədarlığı altında məkrli niyyətlərini həyata keçirirdilər. Bu haqda Tbilisidə nəşr edilən “Zarya Vostoka” qəzetinin 140-cı sayında maraqlı məlumatlar vardır. Qəzetdə yazılır: “Dağlıq Qarabağ vilayətində erməni kommunistlər daşnakları müdafiədə olmuş, hətta Qarabağda ermənicə çıxan qəzet daşnaklarla mübarizədən imtina etmişdir. Daşnakları təhlükədən xilas üçün qəzet “Marksist məktəbinə mənsub” kimi tərifləmişdi. Ermənilər daşnakların mövcud olmadığını da inkar edirdilər. Onlara görə ermənilərdə millətçilik və daşnakçılıq yoxdur. Yalnız türklərdə (azərbaycanlılarda) başqadır. Onların arasında müsavatçı var, ermənilərdə daşnak yoxdur. Ermənilər Sovet hökumətində mövqelərini möhkəmlətmək və azərbaycanlıları nüfuzdan salmaq üçün bu təbliğatı aparırdılar: “azərbaycanlılardan kommunist olmaz”.
Azərbaycanda bütün kitabxanalardan milli türk şairlərinin əsərləri toplanıb məhv edilsə də, Muxtar Qarabağ Vilayətinin kitabxanaları Avdolbekyan, Çubaryan, Kaçarnuni kimi şovinist daşnak yazarlarının əsərləri ilə dolu idi.
Sonrakı illərdə də ermənilərin “Daşnak” partiyasının xarici bürosunun tapşırıqları əsasında fəaliyyəti arxiv sənədlərində təsdiqlənir. 
1945-ci ilin payızında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Arutinov Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinə baxılmaq üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil olması təklifini irəli sürdü. Bununla bağlı yazdığı məktubda Arutinov  əsası olmadan təsdiqləyirdi ki, Dağlıq Qarabağ Vilayəti Ermənistan ərazisinə yaxındır və Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması “onun inkişafını və oranın təsərrüfatı ilə idarəçiliyi yaxşılaşdırmağa” kömək edərdi. Dağlıq Qarabağ Vilayətinin Ermənistana daxil olması yerli kadrlara Ermənistan ali məktəblərində ana dilində təhsil almaq imkanı verərdi. Digər tərəfdən Ermənistan SSR Qarabağ vilayətindən kadrlar ala bilərdi.
 Arutinovun məktubunu aldıqdan sonra ÜK(b)P MK-nın katibi Malenkov Azərbaycan KP(b) MK-nın birinci katibi Bağırova sorğu göndərib, Ermənistan KP(b) MK-nın təklifi ilə bağlı fikrini bildirməyi xahiş etmişdi. Bu suala cavab olaraq Bağırov Arutinovun məktubdakı fikirlərinə etiraz etmiş, sonda Dağlıq Qarabağ Muxtar Vilayətinin (azərbaycanlılar yaşayan Şuşa rayonu istisna olmaqla)  Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə bir şərtlə razılıq verə bilər ki, azərbaycanlılar yaşayan və Azərbaycana yaxın olan Ermənistan SSR-nin üç rayonu Azərbaycan SSR-nin tərkibinə daxil edilsin. Eyni zamanda, Bağırov Zaqafqaziya sovet respublikalarının və Qafqazın ərazi sərhədlərinin dəyişdirilməsi məsələsini təklif edirdi.
Belə bir vəziyyətin gərginləşməsindən narahat olan Sovet dövləti rəhbərliyi Arutinovun məktubunu və Bağırovun təklifini cavabsız qoymuşdu.
Lakin ermənilər sakit dayanmayıblar. Erməni mətbuatında, Sovet Ermənistanı dərsliklərində, elmi və elmi kütləvi ədəbiyyatda ərazi məsələlərini keçmişin ədəbi abidələri formasında diqqətə gətirmiş, erməni millətçilərinin “Böyük Ermənistan” ideyalarını dəstəkləmişlər.
Həmin kitablar:1. Erməni xalqının tarixi. I hissə. Yerevan, 1951, səh. 37, 81, 115 və b. 2. S. T. Yeremyan. Erməni xalqının tarixi. I hissə kitabına (1951-ci il nəşrinə) Atlas. Yerevan, 1952. 3. Erməni xalqının tarixi. Birinci hissə. Yerevan, 1958, səh. 330-410.  4. Erməni xalqının tarixi. Birinci hissə. Yerevan, 1963, səh. 24, 28, 32, 33, 154.  5. T. Yeremyan. Ermənistan “Aşxarguyg üzrə” (“7 əsrin erməni coğrafiyası”) . Yerevan, 1963-cü il.  6. Erməni-rus münasibətləri XVIII əsrin III dövründə. Sənədlər toplusu. II cild, I hissə. Aşot  İoanisyanın redaktorluğu ilə. Yerevan, 1964 (müxtəlif səhifələr). 7. A. S. Mnakasanyan. Qafqaz Albaniyası ədəbiyyatı haqqında. Yerevan, 1966-cı il.
Azərbaycan SSR Dövlət Təhlükəsizlik naziri S. F. Yemelyanovun hazırladığı məxfi arayışda yazılıb: “Bu məqsədlə, daşnakların xarici bürosunun üzvü Kanayan Dro amerikalıların tapşırığı ilə Beyrutda xüsusi daşnak dağıdıcı mərkəzini yaradıb ki, onun vəzifəsi SSRİ-yə qarşı casusluq işi təşkil etməkdir”.
S.F.Yemelyanovun arayışında bir məqam doğru olaraq vurğulanır: “Onların əsas üsulu terror və təxribatdır”.
Arayışdan məlum olur ki, 1951-ci ilin martında Dağlıq Qarabağın Mardakert rayonunun Talış kəndində düşmənçilik məqsədi ilə hətta heyvanları güllələyirlər. Bu işləri isə daşnak təşkilatının üzvü A. K. Abramyan həyata keçirir.
Şaumyan rayonunun Buzluk kəndinin feldşeri S.U.Verdiyan (1896 təvəllüdlü) ona yaxın insanlar arasında bu təbliğatı aparmışdır: “Yazıq erməni xaqlı, o, həmişə azərbaycanlıların zülmü altında inləmişdir. O, indi də ona görə əziyyət çəkir ki, bu respublika Azərbaycandır və onun rəhbərləri azərbaycanlıdır”.
DQMV-nin Hadrut rayonunun Tuğ kənd sakini, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dosenti Ruben Zorabyan (1896 təvəllüdlü) narazılıq edib belə fikirlər söyləyirdi: “Azərbaycanda yaxşı çalışan ermənilərin sıxışdırılması davam edir. Bu, açıq millətçilik siyasətidir”.
Şamxor (Şəmkir) rayonunun Borsunlu kənd sakini, ÜIK(b)P üzvü, yazıçı Qurgen Şahnazarov (1914 təvəllüdlü) isə belə təbliğat aparırdı: “Biz ermənilər böyük şəxsiyyətlərimizi dəyərləndirmirik. Lakin bizim qonşularımız fars şairini azərbaycanlaşdırıblar. Məgər Nizami Azərbaycan yazıçısıdır? Axı o, fars şairidir və hər addımda allahsızcasına insanlıq tarixini təhqir edir. Bizim yazıçımız, tarixçi-linqivist Antonyan azərbaycanlılar qarşısında yaltaqlıq edir və bir qədər əvvəl 1919-1920-ci illər Azərbaycan ədəbiyyatının ermənilərə təsiri haqqında broşura yazıb. Antonyan həyasızcasına yalan danışır və tarixi təhrif edir. Antonyanın sözlərindən belə çıxır ki, Xaçatur Abovyan hərtərəfli olaraq Mirzə Fətəli Axundovun təsiri altında olub. Onda bu tamam əksinədir”.
Ermənilər yalnız bu əhvalda qalmırdılar, DQMV-dəki ərazi iddialarını da davam etdirirdilər. Məsələn: 1950, 1960, 1970-ci illərdə petisiyalar hazırlayır, azərbaycanlıların Qarabağ bölgəsindən çıxıb getməsini tələb edən yazıları evlərə verirdilər.
Ermənilər 1950-ci illərdə də fəallaşmış, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifi ilə çıxış etmişdilər. 1958-ci ildə Bakıya səfəri zamanı erməni katalikosu II Vazgen Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, hər səhər şəhərin mərkəzində yerləşən erməni kilsəsinin zəng vurmasına icazə verilməsini təklif etmişdi, rədd cavabı almışdı.
1960-cı illərdə isə Stepanakertdə (Xankəndində) bir neçə azərbaycanlını onlar qətlə yetirmişdilər .
   
Sovet İttifaqının son illərində Xankəndi ermənilərin terrorçu və separatçı fəaliyyətinin mərkəzinə çevrilirdi.Artıq bu bölgədə separatçı İqor Muradyanın təxribatçı çağırışları eşidilirdi.
  
XANKƏNDİNDƏ  ABİDƏLƏR (erməniləşdirilən şəhər)

Xankəndinin Azərbaycana aid olmasına baxmayaraq, Sovet hakimiyyəti illərində şəhər tamamilə erməniləşdirilmişdi. Küçə adları ermənicə yazılır (sonradan rusca da yazıldı), Azərbaycan dilində sənədləşmə və dövlət yazışmaları getmir, bu bölgə demək olar ki, Ermənistanın bir əyalətinə çevrilmişdi. Azərbaycan rəhbərliyi isə Moskvadan ehtiyatlanıb, bu haqda susmağa üstünlük verirdi.
Sovet dövründə Xankəndində yalnız bir yerdə M. Əzizbəyovun büstü var idi. Şəhərdə kimlərə abidələr, büstlər, qorelyeflər qoyulmuşdu?
S.Şaumyan; 2. Boqdan Knunyants; 3. Aleksandra Myasnikova; 4. A. Akopyan; 5. Muradyan; 6. A. Saturyan.  V.İ.Leninə və XI Orduya qoyulan heykəllərin də tarix və mədəniyyət baxımından bizə aidiyyatı yox idi.  Şəhərdə əsas küçə adları da ermənilərə aid idi: S. Şaumyan, Atarbəyov (Atarbekyan) və s.
  Erməni dilində olan “Sovetakan Karabax” qəzeti 1923-cü ilin iyunundan, onun materiallarının tərcüməsi olaraq nəşr edilən “Sovetskiy Karabax” isə rus dilində 1980-ci ilin yanvarından çap edilirdi.
      
ERMƏNİLƏR  QARABAĞDA  FƏALLIĞI  GÜCLƏNDİRİR 

1987-ci ildə Dağlıq Qarabağda və Ermənistanda Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi tələbi ilə kütləvi şəkildə əhalidən imza toplamağa başladılar. Bu işin təşkilatçıları həmin kampaniyanı “referendum” adlandırırdılar. 1987-ci ilin dekabrın 1-də Qarabağ ermənilərinin nümayəndələri toplanan imzaları, məktub və tələblərini Moskvada Sov. İKP MK-nın qəbul otağına çatdırdılar. Bəzi mənbələrdə həmin müraciət üçün 75-80 min imzanın toplandığı qeyd olunur. 1988-ci ilin yanvarında yazıçı Zori Balayanın və İqor Muradyanın fəallığı ilə Qarabağ ermənilərinin yeni nümayəndəsi Qarabağ ermənilərinin müraciəti ilə yanaşı Dağlıq Qarabağın tarixinə, etnoqrafiyasına, iqtisadiyyatına və mədəniyyətinə aid 84 sənədi də özləri ilə Moskvaya apardılar. Nümayəndə heyətinin üzvləri Sov. İKP MK-nın qəbul şöbəsinin müdiri A. Kriqinlə, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd P.M.Demiçevlə, Sov. İKP MK Millətlərarası Əlaqələr Şöbəsinin bölmə müdiri V.A.Mixaylovla görüşdülər.
1988-ci ilin fevralın əvvəlində isə Qarabağdan olan daha bir nümayəndə heyəti   Moskvada yenidən V.A.Mixaylovla, sonra isə SSRİ  Xarici İşlər Naziri A.A.Qromıko ilə görüşdülər.
1988-ci ilin yanvarında ermənilər DQMV-də aşağıdakı məzmunda vərəqələr yaymışdılar: “Vaxt gəlib çatıb ki, Qarabağın Ana-Vətənlə birləşdirilməsi məsələsi vilayətin aparıcı müəssisələrində, kolxoz və sovxozların ümumi partiya , həmkarlar və komsomol yığıncaqlarında gündəlik məsələyə daxil edilsin. Aşkarlıq və demokratiya ruhlu bu məsələ açıq şəkildə müzakirənin impulsuna çevrilməlidir. Bu yığıncaqların qərarlarından çıxarışları müvafiq möhürlərlə təsdiqləyib Sov. İKP MK-ya göndərmək lazımdır”.
1988-ci ilin fevralın 13-də Stepanakertdə (Xankəndi) kütləvi mitinq təşkil edildi. Həmin mitinqin təşkilatçılarından biri İqor Muradyan idi. Fevralın 14-də isə şairə Silva Kaputikyan Ermənistan Yazıçılar İttifaqının yığıncağında çıxış edib Qarabağ ermənilərini  dəstəklədi. Fevralın 16-dan martın 2-nə qədər Stepanakertin Mərkəzi Meydanında mitinqlər fasiləsiz olaraq davam etdi.
Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin Stepanakertdə keçirilən növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR-nin tərkibinə daxil edilməsi ilə bağlı Azərbaycan və Ermənistan SSR Ali Sovetləri qarşısında öhdəlik  haqqında” qərar qəbul edildi.
Elə həmin gün Yerevanda həmin öhdəliyin dəstəklənməsi ilə bağlı mitinq keçirildi.
Ermənistan DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması qərarından sonra Bakıda vəziyyət gərginləşdi.
Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq