Xəbər lenti
26/01/2021 [01:41]:
26 fevral Xocalıda yaşayış evlərinin tikintisinin təməli qoyulan gün ola bilər...
26/01/2021 [01:19]:
"Bir neçə gün sonra zibil qabının yanında "meyit"ini tapdılar, aparıb müalicə etdirdilər" - VİDEO
26/01/2021 [01:11]:
Günay İbrahimli "Nə qədər olar" dedi... - VİDEO
26/01/2021 [01:08]:
Ərləri ilə yanaşı, bir sıra həmkarları ilə də eşq münasibətləri yaşayan ehtiraslı aktrisa...
26/01/2021 [01:04]:
İcra başçısı dəhşətli partlayışdan danışdı - VİDEO
26/01/2021 [00:11]:
Hikmət Hacıyev “Atlantic Council” xəbər agentliyinə müsahibə verib - VİDEO
25/01/2021 [23:52]:
"Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."
25/01/2021 [23:43]:
“Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm” - Putin
25/01/2021 [23:41]:
“Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”
25/01/2021 [23:33]:
“ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər”
25/01/2021 [23:27]:
İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır
25/01/2021 [22:44]:
ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev
25/01/2021 [22:41]:
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - SİYAHI
25/01/2021 [22:37]:
Bayden transgenderlərin ABŞ ordusunda xidmətinə icazə verdi
25/01/2021 [22:37]:
"Bizim görüşümüz çox olub, hər dəfə görüşəndə Niyaməddin müəllim şoka düşüb..."
25/01/2021 [22:36]:
Tankçılar general Həzi Aslanovun ata ocağını ziyarət edib - FOTOLAR
25/01/2021 [21:58]:
"Niyə "İskəndər"lə Azərbaycan hədəflərinə zərbə endirməyiblər..?"
25/01/2021 [21:49]:
"Dəfələrlə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmişəm, deyiblər ki, səbr edin..."
25/01/2021 [21:40]:
Aİ-dən kənara peyvənd daşınması məhdudlaşdırılacaq
25/01/2021 [21:32]:
"TikTok" videosu çəkərkən canından oldu - DƏHŞƏT... + VİDEO
25/01/2021 [21:31]:
Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı ilə görüşüb
25/01/2021 [21:16]:
Şəhid ailələri təhsil haqqı ödəməyəcək - VİDEO
25/01/2021 [20:52]:
Azyaşlı uşaq kanalizasiya qapağını fişənglə havaya uçurtdu - VİDEO
25/01/2021 [20:48]:
Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq
25/01/2021 [20:35]:
Ortalıqda qalan erməni deputat - VİDEO
25/01/2021 [20:31]:
Eyni anda diş çıxaran uşaqlar itlə evləndirildi İLGİNC SƏBƏB
25/01/2021 [20:29]:
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi
25/01/2021 [20:24]:
Uşağın cinsiyyəti kimdən asılıdır - Oğlan olması üçün nə etməli?
25/01/2021 [20:22]:
“Navalnı da ermənipərəstdir...”-  “Kim gəlsə də,  imperializm siyasəti davam edəcək...”
25/01/2021 [20:19]:
Dağıntılar altından 6 nəfər çıxarılıb - VİDEO
25/01/2021 [20:06]:
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Ermənistana "keçmiş olsun"a gəldi...
25/01/2021 [20:04]:
Füzuli rayonunun Dövlətyarlı kəndindən videogörüntülər – VİDEO
25/01/2021 [20:03]:
Ona "balina" deyənləri əzmi ilə peşiman etdi - 60 kiloqram arıqladı...+ FOTOLAR
25/01/2021 [19:54]:
"Sponsor bizə elə bir rəqəm təqdim etmişdi ki, seriala başqasını dəvət edə bilmirdik..."
25/01/2021 [19:34]:
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
25/01/2021 [19:29]:
Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO/VİDEO
25/01/2021 [19:18]:
"Yezidin taleyi"
25/01/2021 [19:15]:
"Biz sənət adamları Mədəniyyət Nazirliyinin qapısının harda olduğunu belə, bilmirik..."
25/01/2021 [19:09]:
Xırdalanda partlayış olub
25/01/2021 [19:08]:
Bakıda şirniyyatı iyrənc şəraitdə hazırlayan obyekt aşkarlandı
25/01/2021 [19:00]:
BMT-nin Baş katibi: “Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub”
25/01/2021 [18:55]:
Hikmət Hacıyev mətbuat katiblərinə ustad dərsi keçdi - FOTOLAR
25/01/2021 [18:54]:
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
25/01/2021 [18:52]:
Lütfü Zadənin 100 illiyi qeyd ediləcək
25/01/2021 [18:51]:
Azərbaycanda daha 11 nəfər koronavirusdan öldü: 57 yeni yoluxma - FOTO
25/01/2021 [18:47]:
“Ordumuz torpaqlarımızı işğaldan azad etməklə, həm də regionda ekoloji terrorun qarşısını aldı”
25/01/2021 [18:12]:
Astara gömrük postunda avtomobildə 21 kq narkotik aşkar edilib
25/01/2021 [18:10]:
Rəqqasə Fatimə: “Pulları ütüləyib yığırdım” - VİDEO
25/01/2021 [18:08]:
Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb
25/01/2021 [18:05]:
Azərbaycanlı deputat AŞPA-da erməni həmkarına: “Azərbaycan öz torpaqlarını azad edib"
25/01/2021 [18:04]:
Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək
25/01/2021 [18:01]:
Mağazada istifadə müddəti bitmiş ərzaqlar aşkarlandı
25/01/2021 [17:58]:
250 baş qırqovul vəhşi təbiətə buraxılıb
25/01/2021 [17:54]:
Ombudsmanın nümayəndələri Əfqan Sadıqovla görüşdü
25/01/2021 [17:53]:
Milli Məclisdə gənc ailələrin sosial vəziyyəti müzakirə ediləcək
25/01/2021 [17:51]:
AŞPA-nın vitse-prezidentləri seçilib
25/01/2021 [17:50]:
Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü - FOTO
25/01/2021 [17:33]:
Putin yanvarın 23-də Rusiyada keçirilən etiraz aksiyalarına münasibət bildirib
25/01/2021 [17:32]:
XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb
25/01/2021 [17:31]:
Füzulinin Kürdlər kəndi - VİDEO
25/01/2021 [17:10]:
“Tağıyevin açdığı qızlar məktəbini sovet ideologiyası öz prinsiplərinə uyğun olaraq bağlayıb”
25/01/2021 [17:07]:
"Kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, Daşaltıya hücum etmək nəyə lazım idi?
25/01/2021 [17:05]:
İran XİN rəhbəri Bakıda iqtisadi layihələrdən danışdı
25/01/2021 [17:04]:
ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
25/01/2021 [17:02]:
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda ilk iclası keçirilib
25/01/2021 [16:59]:
Rəsmi Bakı rusiyalı deputata cavab verdi - adı “qara siyahı”ya salındı
25/01/2021 [16:54]:
Bayraq sancarkən şəhid olan bölük komandiri... - FOTOLAR
25/01/2021 [16:47]:
Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi...
25/01/2021 [16:35]:
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 ilə mənzillə təminatı üzrə işlər görüləcək
25/01/2021 [16:33]:
“Azərbaycan mətbuatı qollarına bağlanmış zəncirdən xilas olmalıdır”
25/01/2021 [16:28]:
Sahibkar ölkə başçısından kömək istədi
25/01/2021 [16:25]:
DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”
25/01/2021 [16:25]:
DSMF-nin İdarə Heyətinin sədri: “Son iki ildə 570 milyon manat həcmində vəsait dövlət büdcəsinə geri qaytarılıb”
25/01/2021 [16:20]:
Putinə gizli sarayı ilə bağlı sual verildi: “Mənə məxsus deyil”
25/01/2021 [16:09]:
İran XİN rəhbəri Bakıda iqtisadi layihələrdən danışdı
25/01/2021 [16:08]:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə! - Yeni Müsabiqə
25/01/2021 [16:04]:
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25/01/2021 [16:00]:
Qafqazda yeni nizamın arxitektoru: Azərbaycanın qlobal strategiyası və onun konseptual əsasları
25/01/2021 [15:46]:
15 prokurorluq işçisinə töhmət verilib, 8-i vəzifədən azad edilib
25/01/2021 [15:42]:
Xəstəxana direktorunun tutulmasının əməliyyat görüntüləri yayıldı - VİDEO
Bütün arxiv bir sırada
01/12/2020 [10:56] - Cəmiyyət - ( 927 dəfə baxılıb)

Laçın rayon ictimaiyyəti nümayəndələri Ali Baş Komandana müraciət edib



Laçın rayon ictimaiyyəti nümayəndələri Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevə müraciət 2nvanlayıb.

Müraciətdə deyilir:

"Cənab Ali Baş Komandan!

Uzun illər düşmən tapdağında olan əzəli torpaqlarımızın işğaldan azad edilməsi və respublikamızın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən möhtəşəm tarixi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik!
   
Sizin rəhbərliyiniz altında qazanılan bu qələbə bizə tək itirilmiş torpaqları qaytarmadı, həm də özünəgüvənimizi bərpa etdi, yüksək əzm, hünər və mübarizlikdən yoğrulmuş qəhrəmanlıq ruhumuzu oyatdı, bizi utancdan, ümidsizlikdən, müvəffəqiyyətsizlik sindromundan xilas etdi, bizə böyük qalibiyyətdən doğan yüksək fəxarət hissini yaşatdı. Buna görə Sizə nə qədər təşəkkür etsək belə azdır. 
     
Siz çox böyük təmkinlə öz uzaqgörən siyasətiniz, diplomatik bacarığınız, sarsılmaz iradəniz və qətiyyətinizlə bizi bu qələbəyə addım-addım yaxınlaşdırdınız. 
   
Hakimiyyətə gəldiyiniz vaxtdan dövlət müstəqilliyinin dayaqlarının daha da möhkəmləndirilməsi, iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi və modernləşdirilməsi, çoxşaxəli səmərəli islahatların həyata keçirilməsi, ölkə üçün böyük əhəmiyyət kəsb edən bir çox qlobal layihələrin gerçəkləşdirilməsi, multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılması və güclü ordunun formalaşdırılması bu tarixi zəfərin qazanılmasına əsaslı zəmin yaratmışdır. 
     
Vətən müharibəsində müzəffər ordumuzun cəmi 44 gün ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsini döyüş meydanında, misilsiz qəhrəmanlıq nümunələri göstərərək işğaldan azad etməsi və bu möhtəşəm qələbənin nəticəsi olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etməklə geri alınması çox böyük tarixi hadisədir. Bu zəfərlə Siz Azərbaycan tarixinin şanlı səhifəsini yazdınız və xalqın yaddaşına əbədi həkk olundunuz. 
                     
Möhtərəm cənab Prezident!
   
Vətənimiz üçün bu həlledici günlərdə ölkədə misli görünməmiş milli hərəyliyin yaranması bizi çox sevindirdi.
   
27 sentyabrdan etibarən siyasi baxışı, statusu, milləti, dini, cinsi və yaşından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlik və məhrumiyyətləri unudaraq, bir nəfər kimi Ali Baş Komandana və silahlı qüvvələrimizə dəstəklərini ifadə etdilər.
   
Bu günlərdə gərgin iş qrafikinə rəğmən, Sizin şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğınız, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşərək onların səhhəti ilə maraqlanmağınız, müharibədən dərhal sonra işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Ağdam rayonlarına səfər edərək qələbə sevincini xalqla bölüşməyiniz xalq-iqtidar birliyinin parlaq təzahürüdür. Məhz bu birlik, Sizin ifadənizlə “dəmir yumruq” mənfur düşmən üzərində tam və qəti qələbənin başlıca səbəblərindən olmuşdur.
          
Qoy bu həmrəylik əbədi və sarsılmaz olsun!
                   
 Hörmətli Ali Baş Komandan!
   
Azərbaycanın unikal tarixi abidəsi Şuşa şəhərinin azad edilməsindən sonra, Sizin birinci xanım Mehriban Əliyeva ilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun vəsiyyətini yerinə yetirdiyinizi bəyan etməyiniz bizi çox duyğulandırdı, eyni zamanda da qürurlandırdı. Vətənə sonsuz sevgini özündə ehtiva edən bu müqəddəs vəsiyyətə görə ulu öndərə olan ehtiramımız daha da artdı. Ata vəsiyyətini yerinə yetirən etibarlı oğula, görkəmli liderimizə isə məhəbbət və inamımız daha da gücləndi.
                   
Möhtərəm cənab Prezident!
   
Şuşa, Ağdam və Kəlbəcər zəfərinin ardınca Laçının azadlığa qovuşması bütün cəmiyyətdə böyük sevinclə qarşılandı. Çünki zəngin təbii sərvəti, xüsusilə şəfalı mineral suları və nadir qırmızı palıd meşələri ilə məşhur olan Laçın, həm də ölkəmizin ərazi bütövlüyünün qorunması nöqteyi-nəzərindən çox böyük strateji əhəmiyyətə malikdir. Bunu yaxşı bilən mənfur qonşular həmişə Laçını ələ keçirmək arzusunda olmuşlar. Lakin hər belə cəhddə qəhrəman laçınlıların sərt müqaviməti ilə üzləşərək geri çəkilməyi ilə məcbur olmuşlar.
Təəssüflər olsun ki, 1992-ci ildə ölkədə hökm sürən hərc-mərclik, xaos, kreslo davası, hakimiyyətdə olanların səbatsızlığı və səriştəsizliyi Laçının erməni təcavüzkarları tərəfindən işğalına şərait yaratmışdır.
    
Laçının strateji əhəmiyyətini nəzərə alan ermənilərAzərbaycanla aparılan danışıqlar zamanı bir sıra hallarda işğalda olan rayonlardan (Dağlıq Qarabağ istisna olmaqla) çəkilmək istəsələr də, heç vaxt Laçından çıxmayacaqlarını elan etmişlər. Lakin ulu öndər Heydər Əliyev və Siz heç bir halda bu şərtlə razılaşmamış, məsələnin Laçınsız həlli variantını yaxına buraxmamısınız. 
   
Laçınlılar bunu yüksək qiymətləndirir və möhkəm siyasi iradə nümayiş etdirdiyinizə görə Sizə sonsuz minnətdarlıqlarını bildirirlər. 
     
Sizin, 2011-ci il dekabr ayının 24-də, 50 illik yubileyiniz günü əzizimiz Mehriban xanımla Ağcabədi rayonu Taxta Körpü qəsəbəsind laçınlı məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında iştirak etməyiniz və orada “Mən öz ad günümdə öz ailəmlə birlikdəyəm, doğmalarım sizsiniz” deməyinizdən doğan fərəh hissi və o səmimi, qürurverici sözlər hələ də yaddaşlarımızdadır.
             
Hörmətli cənab Prezident!
   
Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənənvə müdafiə edən biz laçınlılar əminik ki, işğaldan azad olunan Laçın rayonu, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yenidən qurularaq daha da gözəlləşəcək, gülüstana çevriləcəkdir.
              
Allah Sizi qorusun!
              
Biz çox xoşbəxt xalqıq ki Sizin kimi liderimiz var!

Hörmətlə,
Laçın rayon ictimaiyyəti nümayəndələri adından, 
1. Ağayar İsmayılov
2. Şərqiyyə Vəliyeva
3. Seyid Səttar Ağa
4. Ramiz Cəbrayılov
5. Qəzənfər Hüseynov
6. Vaqif Şükürov
7. Ayaz Abbasov
8. Qardaşxan Dostuyev
9. Musa İsayev 
10. Nəzifə Quliyeva
11. Dinarə Abdürrəmanova
12. Sima Tarverdiyeva
13. Nəzakət Tarverdiyeva
14. Bəsti Nəcəfli
15. Roza Cəbrayılova
16. İlham Qəhrəman
17. Arif Məmmədli
18. Azər Məmmədov
19. Əsəd İsmayılov
20. Əmirxan Zeynalov
21. Müsü Abduləzimov
22. Əmiraslan Məmmədov
23. Ağaxan Nəzərov
24. Səlim Səlimov
25. Murad Hüseynov
26. Tahir Bayramov
27. Natiq Mustafayev

     01.12.2020"


loading...
"Bir neçə gün sonra zibil qabının yanında "meyit"ini tapdılar, aparıb müalicə etdirdilər" - VİDEO
Ərləri ilə yanaşı, bir sıra həmkarları ilə də eşq münasibətləri yaşayan ehtiraslı aktrisa...
"TikTok" videosu çəkərkən canından oldu - DƏHŞƏT... + VİDEO
Azyaşlı uşaq kanalizasiya qapağını fişənglə havaya uçurtdu - VİDEO
Eyni anda diş çıxaran uşaqlar itlə evləndirildi İLGİNC SƏBƏB
N.Tusi adına Klinika

Cəmiyyət
"Bizim görüşümüz çox olub, hər dəfə görüşəndə Niyaməddin müəllim şoka düşüb..."
Cəmiyyət
"Sponsor bizə elə bir rəqəm təqdim etmişdi ki, seriala başqasını dəvət edə bilmirdik..."
Cəmiyyət
Hikmət Hacıyev mətbuat katiblərinə ustad dərsi keçdi - FOTOLAR
Köşə
"Kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, Daşaltıya hücum etmək nəyə lazım idi?
Cəmiyyət
“Ermənilər kim olub ki, onları qapımızda işlədib, ciblərinə pendir-çörək qoyurduq...”

Yazar
İlham İsmayıl
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
Ədalət Verdiyev
"Kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, Daşaltıya hücum etmək nəyə lazım idi?
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
"Mən müdir zad hərləmirəm, birinci və axırıncı dəfə olsun ki, mənimlə bu tonda danışırsan...”
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - “Qaraca qız” filminin Xədicəsi...
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}