Emil Əkbərov: “Biz kişi kimi döyüşdük”
Oxunub: 2402
01 Dec 2020 | 13:17
Emil Əkbərov:  “Biz kişi kimi döyüşdük”

“Mətbuatın da bu qələbədə böyük rolu oldu”


Bu sözləri 16 illik yolu qət edən “Big Group" şirkətinin rəhbəri Emil Əkbərov Moderator.az-a müsahibəsi zamanı bildirib.


O, kompüter qarşısına keçib sayt yaratmağa cəhd edən və istəyinə nail olan ilk gənclərdəndir.


“Biz ilk sayt açmağa çalışanda bir mahnını yükləmək üçün 8 saat zaman lazım olduğu halda, indi imkanlar daha genişdir” deyən Emil Əkbərov dövrünün yaratdığı çətinliklərə baxmayaraq, arzularının ardınca gedib.

Onunla söhbətə qədər hesab edirdim ki, uğura gedən yolda hər şey məqsəddən başlayır. Məqsəd və, bütün çətinliklərə rəğmən, ona doğru irəliləməyi uğurun açarı hesab edirdim. Lakin onunla söhbətdən sonra anladım ki, işin açarı tək məqsəd deyil. Heç kimin getmədiyi və heç bir cığır olmayan yolda “məsləhət” verərək insanı həvəsdən salmağa çalışanlarla mübarizə aparmaq üçün inanmaq da lazımdır.

No description available.

 

- Qalib ölkənin vətəndaşı olmaq necə bir hissdir?


- 30 il idi ki, bu qalibiyyəti arzulayırdıq, gözümüz yolda idi. Şükürlər olsun ki, biz əzəli torpaqlarımıza, Qarabağımıza qovuşduq. Bizi bu arzumuza ilk növbədə Ali Baş Komandanımızın təşəbbüsü, daha sonra rəşadətli ordumuzun gücü çatdırdı. İnanıram ki, bundan sonra da Azərbaycan xalqı dünyaya qələbə və sevinc xəbərləri ilə səs salacaq.


- Qələbə xəbərini eşitdikdə hansı hissləri yaşadınız?

- Bir anlıq 30 il əvvələ döndüm. Həmin illəri, uşaq olsam da, çox yaxşı xatırlayıram. Valideyinlərim məyus şəkildə torpaqlarımızın işğal olunduğunu və vətəndaşlarımızın orada çətin vəziyyətdə olduğunu deyirdilər. Uşaq təfəkkürümlə onların simasında o kədəri görmüşdüm və bu, mənim yaddaşıma həkk olunmuşdu. 30 il sonra mən valideynlərimin simasında o sevinci gördüm. Bu illər ərzində hər zaman filmlərdə, köhnə kadrlarda xalqımızın başına gətirilənlərə baxıb məyus olurduq. Özümü hər zaman torpaqlarının 20 faiz ərazisini itirmiş və üstəlik, burada yaşayan insanlarımıza əzab verilmiş xalqın nümayəndəsi kimi hiss edirdim. 30 ildən sonra Azərbaycan əsgərinin ayağı o torpaqlara basıldı və özü də layiqli şəkildə. Günahsız, sivil insanlara, yaşlılara, qocalara toxunmadan, məsum körplərin canını almadan, cəsur, mərd şəkildə biz doğma torpağımıza geri döndük. II Qarabağ müharibəsinin qalib tərəfi biz olduq. Ədalət öz yerini tapdı. Bu qalibiyyət bizim haqqımızdır.

No description available.

- II Qarabağ müharibəsində də biz yenə sivil insanların, günahsız körpələrin düşmən hücumuna məruz qaldığının şahidi olduq. Döyüş cəbhədə getsə də, düşmənlər daha çox sivil insanlardan qisas almağa çalışırdılar.


- Dinc əhaliyə silah açmaq, onları öldürmək niyyətinə düşmək qansızlıq, şərəfsizlikdir. Ağlı başında olan insan uşağa necə əl qaldıra bilər?! Uşaqların Vətəni olmur. Axı o, Vətənin, bayrağın nə olduğunu bilmir. Düşmən o körpələrin həyatlarını, gələcəyini söndürdü. Cəbhədə döyüşərkən dünyasını dəyişmək normal haldır. Torpaq uğruna qələbə qazanmaq üçün itki qaçılmazdır. Bu, başa düşüləndir. Ancaq döyüşdə deyil, dinc əhaliyə hücum edərək mübarizə aparmaq qorxaqlığın əlamətidir. Dinc əhaliyə belə divanı ən qansız düşmən tuta bilər. Dünya bunu qəbul etmir. Körpələrə silah açanları vandallıqda günahlandırır. Bu, şərəfsizliyin pik nötqəsidir. Vəhşi təbiətdə belə, heyvan yem kimi gördüyü digər heyvanın övladına hücum etmir. Bunlar heyvandan da betərdilər. Nifrətləri o qədər böyüyüb ki, onlar körpə uşaq da tanımırlar. Çox şükürlər olsun ki, biz onlardan qisasımızı aldıq və gücümüzü döyüş meydanında göstərdik. Biz kişi kimi vuruşduq. Körpələrə, dinc əhaliyə güllə atmadıq. II Qarabağ müharibəsində Azərbaycan xalqı qalib gəldi və bu qələbə ilə həm ordusunun gücünü, həm də humansitliyini göstərmiş oldu. Belə ki, işğaldan azad olunmuş torpaqlarda, Kəlbəcərin özündə belə, sivil insanların torpaqlarımızı tərk etməsi üçün 10 gün güzəşt etdik.


- Halbuki, bizə torpaqlarımızı tərk etmək üçün 10 saat zaman vermişdilər.


- Heç o 10 saatı da verməmişdilər. Onlar I Qarabağ müharibəsində dinc əhaliyə zülm ediblər. Bununla bağlı kifayət qədər danşılıb, kadrlar nümayiş olunub. II Qarabağ müharibəsində isə Azərbaycan ordusu dünyada öz humanistliyi ilə tanındı. Torpaqlarımızı azad etdikdə orada yaşayan düşmən ailələri köçməyə zaman istədikdə, onlara zaman tanındı. Ali Baş Komandanımız hər dəfə çıxışlarında qeyd edir ki, bizim dinc əhali ilə işimiz yoxdur, heç zaman da olmayacaq. Biz sadəcə öz torpaqlarımızda vuruşduq. 30 ildir, gözləyirdik ki, qan tökülmədən, heç bir ananın gözü yaşlı qalmadan torpaqlarımızı düşməndən azad edək. Amma əfsuslar olsun ki, düşmənlərimiz bizi qorxaq bilirdi. Elə bilirdilər ki, öz torpaqlarımızı geri almaq üçün bizdə o hünər, o güc yoxdur. Artıq bıçaq sümüyə dirəndi. Biz düşmənə öz gücümüzü göstərməyə məcbur olduq.



- Sizcə, media olaraq, bu gün haqq səsimizi dünyaya çatdıra bildikmi? Mesajımız ünvanına çatdımı?


- Məncə, yetəri qədər çatdı. Biz nəinki döyüşdə, arxa cəbhədə də - istər mətbuatda, istər iqtisadiyyatda, istərsə də diplomatik masa arxasında - dünyaya sözümüzü hərtərəfli şəkildə dedik. Bundan başqa, sosial şəbəkələrdə müzakirələrə qoşulduq, sosial aləmdə haqq səsimizi kifayət qədər dünyaya çatdırdıq. Düzdür, bu müddət ərzində ölkədə dezinformasiya yaymağa çalışanlar da oldu. Onlar təşviş yaratmaq istəyirdilər, lakin bu planları baş tutmadı. Artıq püxtələşmişik, nəyi necə etmək lazım olduğunu bilirik. Bu istiqamətdə yola çıxdıq və satqınlara qalib gəldik. Mətbuatın bu qələbədə böyük rolu oldu. Medianın gücü ölkədə çaxnaşmaların və fikir ayrılıqlarının yaranmasının qarşısını aldı. Döyüşlər gedən ərəfələrdə yalnız Müdafiə Nazirliyinin rəsmi xəbərlərini paylaşmağı tövsiyə edirdik. Lakin bəzi vətəndaşlar naməlum mənbələrdən əldə olunmuş videolar yayırdılar. Onlar bu addımları ilə düşmənə koordinat verirdilər və bu da əsgərlərimizin həyatı üçün təhlükə yaratmış oldu. Həmin ərəfədə internetə məhdudiyyət qoyulması düzgün və yerində atılmış addım idi. Məhdudiyyətlərin olmasına rəğmən, yenə də həmin videolar paylaşılırdı. Düşünmürdülər ki, qardaşlarımız döyüşdədir, ermənilər onların koordinatlarını götürür.


- Artıq bunlar geridə qaldı və biz qələbə qazandıq. İndi qalıb ikinci düşmən - koronavirus. Bu virusla mübarizədə də itkilərimiz oldu və yoluxanların sayı gün-gündən artır. Pandemiya hansı işlərinizi həyata keçirməyə mane oldu?


- Gözəgörünməz düşmən olan koronavirus dünya iqtisayyatını çökdürüb. Pandemiya birinci zərbəni iqtisadiyyata vurdu. Dünya iqtisadiyyatı 50 faizə kimi iş qabiliyyətini itirdi. Təki salamatlıq olsun, bunlar gəlib-gedəndir. Əsas birinci növbədə sağlamlığımızdır. İndiki gənclərə baxıram, deyirlər ki, yalandır, amma onlar dərk etmirlər ki, gəncdirlər deyə immunitetləri güclüdür. Amma hər birimizin evində yaşlılar var, onların orqanimzi o qədər də güclü deyil. Gənclər bu xəstəliyi yüngül keçirə bilər, lakin bu məsələdə sən ancaq özünü düşünməməlisən. Ona görə də eqoist olmaq lazım deyil. Bu virusun dərmanı da yoxdur, həkimlər bilmirlər, yoluxanları necə sağalatsınlar. Ona görə də mütləq şəkildə qorunmaq lazımdır. Pulu sonra da qazanmaq olar. Bir-iki il çətinlik çəkib sonra yenə əvvəlki qaydada çalışmaq olar. Bir il istirahətə getməsən, maşınını, evini dəyişməsən, dünya dağılmaz. Bunu sabah bərpa etmək olar. Amma valideyni geri qaytarmaq olmaz.

No description available.


- “Big Group”un hədəfləri nədir? 16 illik bir yolda istədiyinizi əldə edə bildinizmi?


- İnsanların arzuları sonsuz olur. Elə insan yoxdur ki, arzusu tükənən olsun. İnsan istədikcə və bu istəyinə çatdıqca, daha çoxunu istəyir. Bu sualı mənə 18 yaşımda versəydiniz, mən bugünkü günümü arzulayardım. Ancaq indi ünvanladığınız üçün 16 il bundan öncəki hədəflərdən tamam fərqlənən hədəflərimiz var. Mən hər zaman qarşıma məqsəd qoymuşam.


- Uşaq yaşlarınızda “Gələcəkdə nə olacaqsan?” sualına cavabınız nə olub?

- O zaman yaşıdlarım məşhur sənət sahələrinin adını çəkəndə mən bir qədər fərqli düşünmüşəm. Polis, həkim, müəllim, hətta kosmonavt olmaq istəyənlər vardı. Amma heç kim iş adamı və öz işinin sahibi olmaq istəmirdi. Bu sözü nadir hallarda eşidirdim. Hər zaman iş adamı olmaq istəyirdim və arzuma çatdım. Hansısa şirkətin rəhbəri olacağımı düşünürdüm. Valideyinlərim istəyirdi ki, mən polis olum, lakin mən istəmirdim. Arzum öz işimin sahibi olmaq idi və mən bu arzuma çatdım. İndi istənilən məlumatı asanlıqla internetdən əldə etmək mümkündür. 16 il bundan öncə mən bu işə başlayanda internet o qədər də yayılmamışdı. Biz Azərbaycanda sayt açdığımız ilk zamanlarda  bir mahnını yükləmək üçün kompüteri 8 saat açıq qoymalı idik. Bir kinonu 1 həftəyə ancaq yükləmək olurdu. İndi isə bir kino 10 dəqiqəyə yüklənir. O zamanlar çox çətin idi. Mən kompüterin qarşısında oturanda valideynlərim deyirdilər: “Sən yenə kompüterlə oynayırsan? Nə zaman bir işlə məşğul olacaqsan? “Xalxın uşaqları” bir peşə ilə məğuldur”. Mənimsə arzularım, xəyallarım vardı. Əsas istəyim isə iş sahibi olmaq və işimi böyütmək idi. Bu gün “Big Group”un 15-ə yaxın layihəsi var. Əsas layihəsi mətbuat olsa da, “Sonxəbər”, “Big.az” kimi media layihələrimizlə yanaşı, tanınmış biznes layihələrimiz də var. İstəyim onları daha da böyütməkdir.


- İnternetdən pul çıxırmı?

- Ümumiyyətlə, hər şeydən pul çıxır. Əgər bir insan öz işinin peşəkarıdırsa, mütləq ondan pul çıxara biləcək. Hətta diş çöpü istehsalçısının da milyonçusu var. Əgər işi peşəkarcasına qura bilibsə, nə işlə məşğul olduğunun fərqi yoxdur.


- Bu yola çıxanda sizə rişxənd edənlərin indi münasibətləri necədir? Hansısa işlərini “aşırmaq” lazım olanda sizi axtarırlarmı?


- Bəli, məhz məni axtarırlar. Onlar mənim dostlarımdır. Mən onları da qınamıram. Bu, yeni sahə idi. Heç kim bilmirdi, inanmırdı. İndi “day-day”la gəlib iş adamı olmaq asandır. Ancaq bizim sahədə bu, mümkün deyil. Azərbaycanda ilk internet saytı yaradan biz olmuşuq. Heç bir köməyimiz, dəstəyimiz olmayıb. Bu, yeni trend idi və biz bundan istifadə etdik. Bəli, o zaman dostlarım mənə, gördüyüm işə inanmırdılar. Elə o vaxtdan deyirdim ki, hər şey yaxşı olacaq.

No description available.

- Niyə “Big Group”? Daha genişmiqyaslı layihə nəzərdə tutduğunuz üçünmü?


- Hər zaman Vətənə bağlı biri olmuşam. O vaxt biz internet aləminə gələndə Azərbaycan domenləri yox idi. Daha çox xarici adlar idi. “Big.az”-ın mənası “Böyük Azərbaycan” deməkdir. Torpağıma bağlı olmuşam və istəmişəm ki, Azərbaycanın adı hər yerdə səslənsin.


- “Big Group”un Qarabağ bürosu olacaqmı?


- Biz bunu çox istəyirik. Mütləq ki, olar. Bu, istəkdir. Orada müəyyən abadlıq işləri bitəndən sonra niyə də olmasın? Bizim peşəkar komandamız var. Bu 16 ildə Big.az-da tanınmış media nümayəndələri yetişib. Onlar da indi deyirlər ki, “Big.az” məktəbi görmüşük . İndi onlar böyük vəzifələrdədirlər və Big.az onların ilk “tədris mərkəzi” olub.

 

Xəyalə Rəis

Oxşar xəbərlər
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır